Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   2   3   4   5   6   7   8   9   ...   30

sirlərinə nüfuz edib, onları  aşkara çıxarmaq bacarığına 
inam. Engels "Təbiətin dialektikası"  əsərində  İntibah 
dövrünün mahiyyətini belə aydınlaşdırır: "Bu, 
bəşəriyyətin o vaxta qədər gördüyü bütün çevrilişlər 
içərisində ən böyük mütərəqqi çevriliş idi, dahilərə ehtiyacı 
olan, öz təfəkkürü, ehtirası  və xasiyyəti, kamilliyi və 
alimliyi cəhətdən dahilər yetirən bir dövr idi..." 
"Nəhənglərə ehtiyacı olan bu dövr nəhənglər də 
yetirdi. Bu dövrdə elə bir alim tapılmazdı ki, dörd-beş 
xarici dil bilməsin, elmin həm nəzəri, həm də  təcrübi 
sahəsində parlamasın. Dinin nüfuzuna qarşı  çıxan 
humanistlər insanın öz düşüncələrində azad və 
sərbəstliyini yüksək qiymətləndirir, onu hər cür mənəvi və 
əxlaqi təzyiqdən, dinin buxovlarından xilas etməyə 
çalışırdılar. Bu, əlbəttə ki, bədii yaradıcılığın da yüksək 
nailiyyətlər  əldə etməsinə  gətirib çıxartdı.  İtaliyada 
incəsənət fövqəladə çiçəklənmə dövrü keçirir, Fransada, 
Almaniyada yeni tipli humanist ədəbiyyat yarandı, 
İngiltərədə  və  İspaniyada klassik ədəbiyyatın ilk 
nümunələri meydana gəldi. 
Bu dövrün estetikası nikbin xarakter daşıyır; sənətdə 
gözəllik, kamillik haqqında düşünülür, təbiətin gözəllik 
qanunları  kəşf edilir, sənətkarlar sənətdə ümumiləşdirmə 
yolu ilə realizmin inkişafına təkan verirlər. Bu, bədii 
yaradıcılığın müxtəlif janrlarının inkişafına səbəb olur, 
bütün sənət növləri misli görünməmiş  tərəqqi dövrü 
keçirir, humanist tələbləri daha dolğun və  təsirli ifadə edə 
bilən sənət növləri geniş inkişaf edir. 
İntibah dövrünün ilkin mərhələsində insanın zahiri 
gözəlliyini təsvir etmək tələbi meydana çıxanda, xüsusilə 
İtaliyada rəssamlığa, boya-karlığa və xüsusən portret janrına 
üstünlük verilirdi. Sonralar isə insanın daxili aləminə nüfuz 
edib, onu bütün mürəkkəbliyi və ziddiyyəti ilə göstərmək 
meyli ön planda olanda İngiltərə və İspaniyada teatr janrı 
şöhrət qazanır. Orta əsrlər  ədəbiyyatında geniş yayılmış 
əfsanəvi hadisələri  əks etdirən sabit süjetlər  əvəzinə, real 
həyat və onun kəskin dramatizmini, ictimai və siyasi 
hadisələri, canlı insan taleyini, onun daxili aləmini, zəngin 


xarakterini əks etdirən əsərlər əsas yer tutur. 
* * *
 
Vilyam  Şekspir 1564-cü il aprelin 23-də Eyvon çayı 
sahilində yerləşən, indi dünyada Şekspirin vətəni kimi 
məşhurlaşmış Stratford şəhərində anadan olmuşdur. Atası 
nisbətən varlı olmuşdur. V.Şekspirin həyatı haqqındakı 
yazılarda o, bir qəssab, dabbağ  və  əlcəktikən kimi təsvir 
edilmişdir. Ədibin atası Con Şekspir bir müddət Startford 
şəhərinin bələdiyyə rəisi də işləmişdir. 
1571-ci ildə Vilyam yerli qrammatika məktəbində 
oxumağa başlayır. Burada o, yunan və latın dillərini, məntiq 
elmini öyrənir. Getdikcə ailənin maddi vəziyyəti çətinləşir, 
o, təhsilini davam etdirə bilmir. Rəvayətə görə  gələcək 
yazıçı əvvəlcə kənd qəssabı yanında şagird işləyir, sonra isə 
kəndlərdə müəllimlik edir, müəllimlik edərkən xalq dilini, 
xalq ədəbiyyatını dərindən mənimsəyir. Tədqiqatçılar çox 
zaman  Şekspir dilinin, onun lüğət tərkibinin zənginliyini, 
minlərlə  zərbi-məsəllərin, iyirmi mindən çox sözün 
işlədilməsini məhz xalq içərisində olması  və xalq dilini 
dərindən öyrənməsi ilə izah edirlər. 
1582-ci ildə  Şekspir on səkkiz yaşında ikən özündən 
yeddi yaş böyük olan varlı fermer qızı Anna Heteveylə 
evlənir. Onların Süzan adlı bir qızı və əkiz oğlanları - Yudif 
və Hamlet olur. 1586-cı ildə Şekspir Startforddan Londona 
gedir. Bir rəvayətə görə Londonda Şekspir  əvvəlcə teatra 
gələn  əyanların atlarını saxlarmış, sonra isə teatrda suflyor, 
artistlər üçün rolların üzünü köçürən, rejissor köməkçisi və 
aktyor kimi çalışmışdır. Lakin bir aktyor kimi Şekspir şöhrət 
qazana bilməmişdir. 
Şekspir bədii yaradıcılığa teatrda başlamışdır.  İlk 
əsərini 1590-cı ildə yazmışdır. 1593-cü ildən  Şekspir 
məşhur aktyor Cems Berbecin rəhbərlik etdiyi teatr 
truppasında həm aktyor, həm də dramaturq kimi çalışır. Bu 
zaman teatra və ədəbiyyata böyük həvəs göstərən zadəganlar 
içərisində Şekspir qraf Sauthemptonla dostlaşır, onun təşkil 
etdiyi  ədəbi məclislərdə  iştirak edir. Qraf Sauthemptonun 
evində Şekspir bir neçə ədib və aktyorla rastlaşır. Bura onun 
üçün ilk ədəbi məktəb olur. Lakin Şekspir teatra daha çox 


bağlı idi. O, öz truppası ilə şəhərləri, kəndləri gəzir, xalqla 
görüşür və xalqdan öyrənirdi. Getdikcə teatrda Şekspirin 
mövqeyi möhkəmlənir. Berbec truppasının üzvləri "Yer 
kürəsi" adlı teatr binasının  əsasını qoyduqda Şekspir də 
həmin şirkətdə iştirak edir. Sonradan Şekspirin Stratfordda 
iki ev və bir parça torpaq sahəsi almaq imkanı da olur. 
1599-cu ildə isə qraf Sauthemptonun köməyi ilə  aşağı 
zadəgan rütbəsi də alır. 
Şekspirin  şöhrəti artdıqca həm tamaşaçıların, həm də 
teatr mütəxəssislərinin, alimlərinin nəzərində istedadlı bir 
dramaturq kimi tanınır. Şekspirin rəqibləri təhsildə, elmdə 
ondan yüksəkdə dursalar da, dramaturq kimi ondan çox-çox 
zəif idilər. Marlo, Qrin, Ben Conson və başqa yazıçıların 
əsərlərində köhnə dövr insanlarının düşüncəsi, əxlaqı əks 
olunurdusa,  Şekspir  əsərlərinin mövzusunu müxtəlif 
dövrlərdən, müxtəlif ölkələrdən götürdüyünə baxmayaraq
müasir ingilis həyatım, doğma xalqını  təsvir edirdi. Buna 
görə  də hamı, hətta rəqibləri belə onu istedadlı dramaturq 
kimi tanıyırdılar. 
Şekspir 1612-ci ildə Stratforda qayıdır və ömrünün 
axırına qədər burada yaşayır. O, 1616-cı il aprel ayının 23-
də (anadan olduğu gün-də), 52 yaşında vəfat etmiş  və 
burada da dəfn olunmuşdur. 
Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən 
ibarətdir. 
İllər keçdikcə  əsərlərindəki hadisələrin ümumbəşəri 
olması, insan xarakterlərinin yetkinliyi, həyat hadisələrinin 
dərinliyinə vara bilmək bacarığı  tədqiqatçılarda  Şekspir 
şəxsiyyətinə dərin maraq oyatdı. Ədibin həyatı haqqındakı 
məlumatların azlığı  və  bəzən qeyri-dəqiqliyindən onun 
Stratfordda doğulması, sadə ailədən olması, universitet 
təhsili görməmiş adamın məşhur  əsərlər yazması  şübhə 
oyatmağa 
bir qızı  və əkiz oğlanları - Yudif və Hamlet olur. 1586-cı 
ildə Şekspir Stratforddan Londona gedir. Bir rəvayətə görə 
Londonda  Şekspir  əvvəlcə teatra gələn  əyanların atlarını 
saxlarmış, sonra isə teatrda suflyor, artistlər üçün rolların 
üzünü köçürən, rejissor köməkçisi və aktyor kimi 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə