Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə14/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

BİRİNCİ SƏHNƏ 
Kapulettinin bağının divarının yanında döngə. Romeo daxil 
olur. 
R o m eo. 
Könlüm burda ikən hara gedim mən? Axmaq 
dünya, mərkəzini tap indi. (Divarı aşıb uzaqlaşır). 
Benvolio və Merkusio gəlirlər. 
B e n v o 1 i o. Romeo! Qardaşım!  
M e r k u   s  i  o. 
O, ağıllıdır, 
Vallah, yatır evdə yorğan-döşəkdə.  
B en vo 1 i o. 
Qaçıb, bu divardan aşdı o, bağa. 
Əziz Merkusio, sən çağır onu. 
 M e r k  u s i o. 
Çağırmaq nədir ki? Yalvararam da, 
Romeo! Ey şıltaq, ey dəli aşiq! 
Görün, heç olmasa, ah şəkilində, 
Ya bircə misra de, mənə bəs edər, 
Ya inlə, ya da ki, qafiyələndir 
Məhəbbəti yalnız səadət ilə. 
 
Xəbərçi, gözəllik ilahəsinə  
Sən o, Veneraya bir doğru söz de.  
Lağ et onun oğlu kor Kupidona.  
Elə ox atıb ki, o eşq Allahı,  
Kral Kofetua-qadın düşməni  
Bir dilənçi qıza aşiq olubdur.  
Eşitmir, tərpənmir, cavab vermir o,  
Yazıq ölüb, mənsə hey yalvarıram. 
 Səni and verirəm, səni Romeo, 
 Qəşəng gözlərinə Rozalinanım,  
Onun gül üzünə, al dodağına,  
 İncə ayağına, düz qılçasına, 
 Əsim-əsim əsən sağrılarına,  


Orda toxunulmaz qonşulara da,  
Çıx, öz şəkilində sən görün bizə. 
B e n v o 1 i o. Səni eşitsəydi, acıqlanardı. 
M e r k u s i   o. 
Axı, nəyə görə? Mən çağırsaydım  
Rozalina üçün başqa bir kəsi,  
Onda hirslənməyə haqqı olardı.  
Mən ki, and verirəm onun ruhuna,  
Özü də ən təmiz, gözəl niyyətlə,  
Sevdiyi naminə görünsün bizə. 
B e n v o 1 i o. 
Gedək, ağacların arasında o  
Gizlənib, sığınıb nəmə, zülmətə,  
Qaranlıq yaraşır kor məhəbbətə. 
Merkusio. 
Kor məhəbbət vura bilməz hədəfi.  
İndi o əyləşib ağac altında,  
Arzu eləyir ki, sevgilisi kaş  
Yetişmiş, çərdəksiz əzgil olaydı,  
Ağacdan düşəydi ağzına onun.        
Boğazında qalar, dayan, Romeo!  
Əgər o partlamış əzgil olarsa, 
 Sən də suyu axan armud olarsan.  
Gecən xeyrə qalsın, gedirəm yatım 
Bu açıq, bu soyuq havada indi.  
Gedək, Benvolio? 
 B en vo 1 i o. 
Gedək, doğrusu, 
Gizlənən adamı gəzmək nahaqdır. 
Gedirlər. 
İKİNCİ SƏHNƏ 
Kapulettinin bağı. Romeo daxil olur.  
R o m e o. Yara görməyənlər gülər yaraya. 
Cülyetta eyvanda görünür. 


 
  
Dayan bir!  Eyvanda o işıq nədir? 
Ora Qızıl Şərqdir, Cülyetta - Günəş!  
Çıx, ey parlaq Günəş, paxıllığından  
Sənə kin bəsləyən bu Ayı öldür.  
Sən ondan daha çox gözəlsən deyə, 
 Qəmdən xəstələnib, rəngi saralıb.  
Ona xidmət etmə, onun sarımtıl,  
Solğun libasını əyninə geymə,  
Belə libasları təlxəklər geyər.  
Ah, mənim həyatım, ah, mənim eşqim!  
Görəsən, bilirmi kim olduğumu?!  
Dodağı tərpənir, danışmır fəqət. Bu nədir?  
Gözləri danışır onun.  
Cavab verəcəyəm, çox sırtığam mən,  
Axı, danışmayır o ki mənimlə.  
İki ən işıqlı, ən parlaq ulduz  
Vacib bir iş üçün göydən gedəndə  
Qəşəng gözlərinə yalvarıb onun:  
Onlar gələnədək şəfəq saçsınlar.  
Ah, onun gözləri gül camalıyla  
Göydə nur saçsaydı həqiqətən də,  
Onun yanağının al şəfəqləri  
Dan yeri çırağı utandırantək 
Bütün ulduzları utandırardı. 
Elə nur yayardı onun gözləri, 
Quşlar cəh-cəh vurub qanadlanardı, 
Gecəni işıqlı səhər sanardı. 
Əlinə söykəyir yanağını, bax! 
Onun yanağına toxunmaq üçün 
Kaş onun əlində əlcək olaydım.  
C ü 1 y e ta. 
Ah, yazıq halıma!  
Romeo. 
nəsə dedi. 
Danış, yenə danış, gözəl mələyim. 


Yerdən insanların mat-mat baxdığı, 
Tənbəl buludların arası ilə 
Büllur, saf havanın qoynunda uçan 
Göylərin qanadlı qasidi kimi, 
Bu zülmət gecədə başının üstdə 
Sən necə nurlusan, necə qəşəngsən!  
C ü 1 y e t t a. 
Romeo, nə üçün sən Romeosan? 
Üz döndər atandan, əl çək anandan. 
Yox, əgər sən bunu istəmirsənsə, 
Onda, gəl, and iç ki, sevirsən məni
Özün Kapuletti olmayım heç vaxt. 
R o m e o (öz-özünə). Mən yenə dinləyim, ya cavab verim?  
C  ü 1 y e  t t a. 
Yalnız sənin adın düşməndir mənə, 
Sən özün Montekki deyilsən, axı. 
Nə əlin, ayağın, nə qaşın, gözün, 
Nə do ki, dünyada insana məxsus, 
Başqa heç bir üzvün Montekki deyil. 
Lap başqa ad olsun, adda nə var ki? 
Qızılgülə başqa bir ad versələr
Onun gözəl ətri dəyişər məgər? 
Romeo rütbəsiz, adsız da elə 
Kamal zirvəsində durardı belə. 
Romeo, gəl, üzvü hisson olmayan 
Təkcə bu adını sən at üstündən, 
Əvəzində bütün varlığımı al. 
Romeo. 
Səni öz sözündən tutacağam mən.  
Mənə sevgilim de, mən də adımı  
Uəyişim, Romeo olmayım daha. 
C ü 1 y e t t a. 
Qaranlıq gecədə gizli sirrimdon 
Ey xəbərdar olan, söylə, sən kimsən? 
Romeo. 
Müqəddəs ilahə, bilmirəm indi  
Sənə öz adımı necə deyim mən?  


Nifrət eyləyirəm adıma özüm,  
Çünki mənim adım sənə düşməndir.  
Kağız üzərinə yazılmış olsa,  
Onu tikə-tikə parçalayardım. 
C ü l y e t t a .  
Səndən hələ yüz söz eşitməmişəm,  
Səsin, gör, necə də tanışdır mənə.  
Ah, sən Romeosan, Montekkisənmi? 
Romeo. 
Heç biri deyiləm, gözəl məleykə,  
Çünki hər iki ad xoşuna gəlmir. 
C ü l y e t t a .  
Bura necə gəldin, nə üçün gəldin?  
Hündürdür, möhkəmdir bağın hasarı. 
Qəflətən rast gəlsən qohumlarıma, 
 Ölüm olacaqdır burda qismətin. 
Ro m eo. 
Uçdum eşqin zərif qanadlarıyla,  
Eşqi daş divarlar saxlaya bilməz.  
Hər şeyə qadirdir ülvi məhəbbət,  
 Mənə qohumların nə edə bilər? 
C ü 1 y e t t a. Səni görən kimi öldürəcəklər. 
R ome o. 
İyirmi qılıncdan sənin gözlərin  
Daha qorxuludur, daha dəhşətli. 
Lütf elə, sən mənə nəvazişlə bax,  
Bu məni qoruyan zireh olacaq. 
C ü 1 y e t t a. Kaş ki, onlar səni görməyəydilər. 
R o m e o. 
Gecənin pərdəsi gizlədər məni.  
Layiq deyiləmsə sevginə əgər,  
Rast olum onların nifrətinə mən.  
Sənin saf eşqindən məhrum olmaqdan  
Onların əlində ölmək yaxşıdır. 
C ü 1 y e t t a. Axı, kim gətirdi səni bu yerə? 
R o ın e o. 
Məhəbbət, məhəbbət köməkçim oldu.  


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə