Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

O məsləhət verdi aydın, səmimi,  
Mən də ona verdim öz gözlərimi.  
Dənizçi deyiləm, fəqət yenə də  
Olsaydm dünyanın o başında sən,  
Bu nadir inciyə qovuşmaq üçün  
Sonsuz ümmanları üzüb keçərdim. 
C ü ly e t ta. 
Qaranlıq üzümü gizlətməsəydi,  
Mənim sözlərimi eşitdiyinçün 
Od  tutub yanardım xəcalətimdən. 
Sözümü danardım ədəb naminə,  
Ancaq riyakarlıq nəyə gərəkdir?  
Məni sevirsənmi? İnanıram ki,  
"Bəli" deyəcəksən. Bilirəm bunu,  
And içib, yalan da deyə bilərsən. 
Axı, deyirlər ki, Yupiter özü  
Sevgiyçün içilən andlara gülür.  
Ah, əziz Romeo! Doğrusunu de,  
Məni sevirsənmi? Əgər düşünsən,  
Könlümü çox asan almısan ələ,  
Tökərək inadla qaş-qabağımı, 
 Sənə "yox" cavabı verərəm ki, mən  
Xeyli yalvarasan, ancaq dünyanı 
 Mənə versələr də, etmərəm bunu.  
Ah, gözəl Montekki, həqiqətən də 
Bütün varlığımla sevirəm səni.  
Bəlkə, buna görə, sən buna görə  
Mənim əxlaqımı yüngül sanırsan. 
İnan ki, öz saxta hərəkətiylə  
Abırlı, ismətli görünənlərdən  
Mən daha namuslu, daha sadiqəm.  
Mən daha təmkinli ola bilərdim
Lakin sən eşitdin etirafımı.  
Bu işimə görə bağışla məni. 
Qaranhq gecənin açdığı bu saf,  
Bu coşqun sevgimi yüngüllük sayma, 
R o m   eo. 


Barlı ağacların başına göydən  
Gümüş səpən xoşbəxt Aya and olsun. 
C ü 1 y e t t a. 
Ah, hər ay şəklini bir yol dəyişən  
Sən o etibarsız Aya and içmə, 
Etibarsız olar məhəbbətin de. 
R o m e o. Bəs nəyə and içim? 
Cüly e t t a .  
Heç nəyə heç vaxt; Ya da istəyirsən,  
Allah bildiyim, Bakir varlığına - özünə and iç.  
Onda inanaram sənə ürəkdən. 
R o m e o. Əgər ülvi sevgim... 
Cü 1 y etta. 
Dayan, and içmə! 
Səni gördüyümə şad olsam da mən, 
Bu gecə bu əhddən könlüm şad deyil. 
O çox tez, çox ani, çox nagahandır — 
Biz şimşək sözünü hələ deməmiş 
Çaxan bir şimşəyə yaman bənzəyir. 
Gecən xeyrə qalsın, mənim əzizim. 
Biz bir də yenidən görüşən zaman 
Qoy yayın bu həyat nəfəsi ilə 
Bu eşq tumurcuğu qəşəng gül olsun, 
Gecən xeyrə qalsın, xeyrə qalsın. 
 
Mənim könlümdəki dinclik, rahatlıq  
Sənin də könlündə hökm etsin artıq! 
R o m e o. Ah, məni beləcə qoyub gedirsən? 
C ü 1 y e t t a. Əzizim, bu gecə nə istəyirsən? 
R o m e o. Sevgi, vəfa andı andıma qarşı. 
C ü 1 y e t t a. 
Bu andı içmişəm mən səndən əvvəl.  
Heyf, olan oldu, keçən də keçdi. 
R o m e o. 
Götürmək istərdin andını geri?  
Bəs bunun səbəbi nədir, sevgilim? 
Cü ly e t t a .  
Sənə bildirməkçün sədaqətimi  


İstərdim təzədən and içim sənə.  
Mənim nəyim varsa, nə arzum varsa,  
Səndən də tək onu istəyirəm mən.  
Mənim soxavətim sahilsiz dəniz,  
Mənim məhəbbətim dərya tək dərin.  
Nə qədər bəxş etsəm sənə eşqimi,  
O qədər çoxalır ümmanlar kimi. 
Dayə içəridən çağırır. 
Evdən səs-küy gəlir; di get, yaxşı yol.  
Sevimli Montekkim, əhdə sadiq ol. Gəldim, əziz dayə!  
Mənim sevgilim, İndi qayıdıram, dayan bir azca (Gedir).  
R o m e o. 
Oh, müqəddəs gecə, müqəddəs gecə!  
Qorxuram, gördüyüm bir yuxu ola.  
Belə həddən artıq şirin əfsanə,  
Belə bir möcüzə həqiqət olmaz. 
Cülyetta eyvana qayıdır. 
C ü 1 y e t t a. 
Üç kəlmə söz deyim, sonra gedərsən.  
Əzizim Romeo, əgər doğrudan  
Mənimlə evlənmək istəyirsənsə, 
Sübh tezdən yanına göndərəcəyim 
Adama bildir ki, harda, nə zaman 
Sən kəbin kəsdirmək niyyətindəsən.  
Ayağın altına atıb bəxtimi,  
Arxanca gəzərəm bütün dünyanı. 
D a y ə (içəridən). Göyərçin! 
C' ülyetta. 
Gəlirəm, gəlirəm indi. - 
Yox, əgər niyyətin yaxşı deyilsə, 
Xahiş eyləyirəm səndən... 
D a y ə (içəridən). Göyərçin! 
C ü 1 y e t t a. 
Bu saat, bu saat. - Gəlmə bir daha,  
Məni öz dərdimlə sən yalqız burax.  


Sabah mütləq adam göndərəcəyəm. 
R o m e o. O zaman könlümdə arzufer çiçək... 
C ü 1 y e t t a. Gecən xeyrə qalsın sənin min kərə! 
R omeo. 
Min yol bu həsrətdir nurlu gözlərə.  
Görüşə gedirik üzü gülər, şən,  
Elə bil məktəbli qayıdır dərsdən.  
Görüşdən gəlirik kədərlə ancaq,  
Elə bil məktəbə gedir bir uşaq.  
(Yavaş-yavaş getməyə başlayır). 
Cülyctta yenidən eyvana qayıdır. 
C ü 1 y e t t a. 
Sss, Romeo, sss! Ah, sən hardasan?  
Əgər ovçu səsi olsaydı məndə,  
Səsləyərdim geri öz tərlanımı. 
 Köləlik tutqun səs, bağıra bilməz.  
Mən azad olsaydım, dönə-dönə hey 
 Elə qışqırardım, Romeo adı  
Yayılardı bütün bu kainata  
Dünyanın ən böyük əks-sədasıtək. 
R o m e o. 
Yenə mənim ruhum məni çağırır. 
 Aşiqlərin səsi gecə saf, şirin,  
Səslənir ən incə musiqi kimi. 
Cülyetta. Romeo! 
Romeo. Əzizim! 
C ü 1 y e t t a. 
Saat neçədə 
Sabah mən yanına adam göndərim? 
R o m e o. Düz saat doqquzda. 
C ü 1 y e t t a. 
Mütləq, əzizim. 
Ah, o vaxta kimi dözmək dəhşətdir, 
İyirmi ilə qədər görünər mənə.  
Unutdum, nə üçün çağırdım səni?! 
R o m e o. Yaxşı, yadına sal, mən oturum burda. 


C ü l y e t t a .  
Sən burda yenə də durasan deyə,  
Yenə də hər şeyi unudacağam.  
Yadımda, fikrimdə tək bu qalacaq:  
Necə də gözəldir səninlə olmaq. 
R o m e o. 
Gülüm, sən hər şeyi unutmaq üçün  
Hər şeyi unudub qalaram burda. 
C ü l y e t t a .  
İşıqlaşır. Kaş ki, sevimli quştək  
Uzaq getməyəydin yanımdan heç vaxt.  
Elə quş kimi ki, qızcığaz onun  
Ayağını ipək sapla bağlayıb,  
Əlində saxlayır onu hər zaman.  
Ayağı zəncirli bədbəxt dustağı  
Əlindən buraxır azca kənara,  
Qısqanaraq onun azadlığına  
Yenə ipək sapı çəkir geriyə. 
R o m e o. Sənin quşun olmaq istərdim, gülüm. 
C ü 1 y e t t a. 
Mən də sənin quşun, ancaq, sevgilim,  
Səni öldürərdim nəvazişimlə.  
Hələlik, hələlik, di get, yaxşı yol.  
Ayrılıq - şirin qəm, qəmlə yaşardım.  
Səninlə sübhəcən vidalaşardım. 
Gedir.  
R o m e o. 
Sənə şirin yuxu, dinclik, əzizim!  
Kaş yuxun, dincliyin olaydım özüm!  
Rahibin yanına mən gedəm gərək,  
Sevincimi deyib, istəyəm kömək. 
Gedir. 
 
ÜÇÜNCÜ SƏHNƏ 
Rahib Lorensonun hücrəsi. Rahib Lorenso 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə