Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

Romeo. 
Məşəli mənə ver, qoy qayğısızlar  
Hissiz qamışları ayaqlasınlar.  
Men şam tutacağam, atalar demiş,  
Oyuna baxacam tamaşaçıtək.  
Əylənmək gözəldir, ancaq kədərdən  
Lap əldən düşmüşəm. 
 
M  e r k u s   i  o. 
Polislər demiş, 
Hə, siçan tələyə düşüb nəhayət. 
Sən düşsən məhəbbət bataqlığına, 
Bu ifadə üçün bağışla məni, 
Qulaqlarmadək batsan palçığa. 
Çıxarda bilərik səni, əzizim. 
Cəld ol, biz ki gündüz şam yandırırıq. 
R o m e o. Yox, niyə? Yox, niyə? 
M e r k u   s  i  o. 
Vaxt keçir artıq. 
Burda hədər yerə yubanmaqla biz,  
Çıraq yandırırıq elə bil gündüz.  
Eşit məsləhəti, qəmin yox olar,  
Beş başda beş dəfə ağıl çox olar. 
Romeo. 
Maskarad, bu yaxşı düşünülmüşdür,  
Fəqət ora getmək ağılsız işdir. 
M e r k u s i o. Agah et, nə üçün? 
R o m e o. 
Düzü, bu gecə 
Bir yuxu görmüşəm. 
M e r k u s i o. Mən də. 
R o m e o. Nə, necə? 
M e r k u s i o. Gördüm, yalan deyir yuxu görənlər. 
R o m e o. Yuxum yanlış olmur heç zərrə qədər. 
M e r k u s i o. 
Oh! Belə de, belə, mən gördüm onda  
Məlikə Meb durub sənin yanında. 


B e n v o 1 i o. Məlikə Meb! Yaxşı, kimdir o elə? 
Me r k u  s i o. 
Bütün pərilərin mamaçasıdır.  
Merlərin şəhadət barmağındakı  
Üzüyün qaşında yanan əqiqdən  
Boyca böyük deyil. Məlikə hər vaxt  
Kiçik mığmığalar qoşulmuş kiçik  
Faytonunda rahat gəzib dolaşır 
Yatan insanların burunlarında.  
Düzəlib faytonun incə, upuzun  
Oxları hörümçək ayaqlarından,  
Üstü cırcırama qanadlarından,  
Xamutu nur saçan şeh damcısından,  
Qamçısı yüngülcə sübh dumanından.  
Çəyirtkə sümüyü cilovlarıdır,  
Hörümçək torusa yan qayışları.  
Gözləri yuxulu tənbəl qızların  
Dırnaqları altda törəyən, artan  
Balaca qurdlardan xeyli balaca  
Boz çuxalı hünü sürür faytonu.  
Pərilərin mahir karet ustası  
Ya o dügkər dələ, ya qoca böсək.  
Faytonu düzəldib qoz qabığından.  
Gecələr məlikə bu cah-calalla  
Çapır faytonunu, çapır dördnala,  
Keçir aşiqlərin beyinlərindən,  
Onlar sevişirlər yuxularında.  
Ötür əyanların dizləri üstdən,  
Onlar da yuxuda təzim görürlər.  
Dəyir hakimlərin barmaqlarına,  
Onlar da yuxuda rüşvət alırlar.  
Keçir xanımların dodaqlarından,  
Xanımlar məst olur odlu öpüşdən,  
Dadlı konfetlərə hərislik üstdə  
Onlara məlikə hirslənir tez-tez,  
Örtür sızanaqla əndamlarını.  
Əyanın burnuna dırmaşan kimi,  


Ədavət iyindən sevinir əyan.  
Donuz quyruğundan bir tük qoparıb,  
Keşişin burnunu qıdıqlayanda  
Artıq qazanc görür keşiş röyada.  
Əsgərin boynuna çıxır arabir,  
O da röyasında kəsilmiş başlar,  
İspan qılıncları, qanlı döyüşlər,  
Dərinliyi beş fut qədəhlər görür, 
Gəlir qulağına şeypur səsləri,  
Yuxudan dik qalxır qorxu içində,  
Bir dua oxuyub yatır təzədən.  
Həmin bu raəlikə gecə atların  
Yalmı hörərək düyünlər salır.  
Adamın saçını keçəlləşdirir,  
Açan tapılarsa bunları əgər,  
O saat baş verir böyük fəlakət.  
Qızlar uzananda arxası üstə,  
Həmin bu əcinnə öyrədir necə  
Hamilə qalmağı, uşaq doğmağı.  
Həmin bu Meb... 
Romeo. 
Sus, sus, Merkusio, sus! 
Elə danışırsan boş-boş şeylərdən. 
M e r k u s   i o. 
Düzdür, yuxulardan danışıram mən,  
Onlar meyvəsidir boş xəyalların,  
Həmişə havatək etibarsızdır,  
Həmişə yel kimi üzüdönükdür:  
Elə bir yel kimi hərdən şəfqətlə  
Oxşayır şimalın buzlu köksünü,  
Hərdən də nifrətlə kükrəyir, coşur,  
Can atır sinəsi şehli cənuba. 
B en vo 1 io. 
Dediyin bu külək yaman əsir ha,  
Bizi özümüzdən uzaqlaşdırır.  
Yaman gecikirik şam yeməyinəe. 
Romeo. 


Qorxuram tez gedək. 
 Qəlbimə damıb,  
Bəxtim ulduzlardan asılıb artıq.  
Duyuram, başlanır bu ziyafətdən  
Acı taleyimin qorxunc günləri.  
Hansı bir dəhşətli, müdhiş qüvvəsə  
Vaxtsız ölümümü yaxınlaşdırır.  
Qoy olsun, tükənsin mənfur həyatım,  
Tale sükanımı tutan o qüvvə 
Ömür yelkənimi aparsın mənim.  
Gedəyin, cənablar!  
B e n v o 1 i o. Çal, təbili çal! 
Gedirlər. 
BEŞİNCİ SƏHNƏ 
Kapulettinin evində salon. 
Çalğıçılar gözləyirlər. 
Xidmətçilər gəlirlər. 
B i r i n c i  xidmətçi. Bəs Anton Potpən hardadır? Niyə 
gəlib kömək eləmir? Heç olmasa boşqabları aparardı, 
boşqabları yuyardı! 
İ k i n c i   xidmətçi. İşin hamısını bir-iki adamın öhdəsinə 
buraxmaq yaxşı deyil, onların əli natəmiz olanda bu çox pisdir. 
Ü ç ü n c ü   xidmətçi. Stulların, servantın yerini dəyişin, 
gümüş qablardan ehtiyatlı olun. Sən,  əzizim, mənə bir az 
şəkərçörəyi saxla, əgər xətrimi istəyirsənsə, qapıçıya tapşır, 
qoy o, Susanna Qrayndstonu, Nellini içəri buraxsın. Anton 
Potpən! 
Ü ç ü n c ü     xidmətçi. Nə var, burdayam, nə bağırırsan? 
B i r i n c i  xidmətçi. Böyük otaqda səni gözləyirlər, səni 
çağırırlar, səni tələb edirlər, səni axtanrlar. 
Ü ç ü n c ü   xidmətçi. Bizimdə bir canımız var da, balam. 
Eyni vaxtda həm burada, həm də orada ola bilmərik ki! 
İ k i n c i   xidmətçi. Zirək olun, uşaqlar, zirək olan çox 
yaşayar, çox yaşayan çox qazanar. 


Gedirlər. 
Kapuletti, Cülyetta və başqa ev adamları daxil olurlar, 
qonaqlan və maska taxıb gələnləri 
qarşılayırlar. 
K a p u l e t t i .  
Möhtərəm ağalar, xoş 
gəlmisiniz! Buyurun, ayağı 
qabarsız olan Xanımlar sizinlə 
rəqs eləsinlər. Hə, gözəl 
sənəmlər, indi görək kim 
Oynamaqdan boyun 
qaçıracaqdır? Kim ki, naz 
eləyib çəksə özünü, Demək, 
ayağında döyənəyi var. 
Necədir, hədəfə düzmü 
vurmuşam? 
Bir vaxtlar vardı ki, maska geyərək Qəşəng 
xanımların qulaqlarına Mən də şirin sözlər 
pıçıldayardım. Artıq keçdi, keçdi, keçdi o 
vaxtlar. 
Romeo, Merkusio, Benvolio və başqaları daxil olurlar. 
Siz xoş gəlmisiniz, dostlar, buyurun. Siz də, 
çalğıçılar, başlayın görək. Yol verin, yol verin, 
qızlar oynasın. 
Musiqi. Qonaqlar rəqs edirlər. 
İşığı artırın, ey xidmətçilər! 
Çəkin stulları tez bir kənara. 
Sobanı söndürün, yaman istidir. 
Kapuletti əmi, deyən, əyləncə 
Qəlbinizə yatır, yox, yox, əyləşin. 
Bizim rəqs eləmək vaxtımız keçib. 
İndi mənə deyin, sonuncu dəfə 
Biz maska taxmışıq neçə il əvvol?  
Q o c a     K a p u l e t t i .   Mənə elə gəlir, otuz il olar. 
 Kapuletti. 
Necə? Ola bilməz! O qədər olmaz. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə