Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   22   23   24   25   26   27   28   29   30

P ar i s. 
Məşəli mənə ver, çəkil bir yana. 
Yox, söndür məşəli, məni görərlər. 
Get, o ağacların altında uzan, 
Söykə qulağını bir çuxur yerə. 
Torpaq bomboş olur qəbiristanlıqda, 
Addım atılantək eşidəcəksən. 
Bir səs gələn kimi o saat fıt çal, 
İndisə mənə ver sən o gülləri. 
Di get, əməl eylə dediklərimə. 
 N ö k ə r (ksnara). 
Tək qalmaq dəhşətdir qəbirstanlıqda. 
Qorxuram, neyləyim, əlacım nədir?! Gedir. 
P a r i   s. 
Örtüm yatağını güllərlə, ey gül! Yorğanın 
daşlardır, döşəyin torpaq. Sənin məzarmı şeh 
ilə deyil, Odlu göz yaşımla yuyaram ancaq. 
Bu fani dünyada necə ki, varam, Hər gecə 
üstündə ağlar, ağlaram. 
Nökər fit çalır. 
Oğlan xəbər verir, nəsə var demək, Hansı 
avaradır gələn bu gecə, Mənim matəmimi 
gör pozur necə?! Əlində məşəl var?! 
Gizlənim gərek. 
Gizlenir. Romeo ilə Baltazar əlində məşəl, ling vo külüng 
daxil olurlar. 
R o m e o. 
O lingi, külüngü mənə ver, tez ol. 
Götür bu məktubu, saxla bir yerdə, 
Onu səhər tezdən atama çatdır. 
Məşəli mənə ver. Ancaq sən canın, 
Nə səsimi eşit, nə üzümü gör, 
Get burdan, işimə mane olma gəl. 
Zövcəmin üzünü görməkdən ötrü 


Ölüm yatağına girirəm indi. 
Onun barmağında məzara gedən 
Qiymətli üzüyü çıxarım gərək, 
Mühüm bir iş üçün mənə lazımdır. 
Odur ki, get burdan, dayanma artıq. 
Əgər geri dönüb sən məni pussan, 
Allaha and olsun, səni doğrayıb, 
Səpəcəyəm bütün tikələrini 
Bu acgöz, bu doymaz qəbirstanlığa. 
Bu zülmət gecətək qorxunc qərarıra 
Tufanh dənizdən, ac bir pələngdən 
Daha amansızdır, daha qəddardır.  
B a 1t a z a r. Gedirəm, mən sizə mane olnıaram. 
Romeo. 
Onda dostluğunu sübut edərsen 
(Ona pul verir). 
Al. Xoşbəxt ol, sağ ol, ey yaxşı adam. 
 B a 1t a z a r (kənara). 
Yox, burda dayanıb gözləyim xəlvət. 
Baxışı müdhişdir, niyyəti dəhşət. 
Gizlənir. 
Romeo. 
Ey ölümün acgöz mədəsi, məzar,  
Dünya gözəlini uddun sən, murdar!  
İylənən ağzmı açıb mən indi  
Sənə təzə yemək yedirəcəyəm! 
Sərdabeni açır. 
P a r i   s. 
Bu ki sürgün olmuş o Montekkidir. 
Qaynımı öldürdü, qardaş dərdindən 
Cülyetta ağlayıb, köçdü dünyadan. 
O rəzil burada dolanır niyə, 
Gəlib ölüləri təhqir etməyə? 
Onu tutacağam. 


(İrəli çıxır). 
Dayan, ey alçaq! 
İndi də ölüdən qisas alırsan? 
Sürgündən qaçıbsan, dustaqsan mənə. 
Tabe ol, gəl, gedək, sən ölməlisən.  
Romeo. 
Düzdür, ölməliyəm, gəldim bununçün. 
Çıx, get, əziz cavan, toxunma mənə, 
Gəl, sınağa çəkmə bu divanəni. 
Düşün öldürdüyüm bu gənclər haqda
Onların bu acı taleyindən qorx. 
Dayan, cin atına mindirib məni, 
Sən məni yenidən günaha salma. 
Allaha and olsun, ey nəcib oğlan, 
Mən səni özümdən artıq sevirəm. 
Buraya gəlmişəm silahlanaraq 
Yalnız öz-özümdən qisas almağa. 
Qaç burdan, get, yaşa, sonra de fəqət, 
Bir dəli eylədi mənə mərhəmət. 
  P a r i   s. 
Andm da, sözün də iyrəncdir, iyrənc. 
Mən səni tuturam bir cani kimi.  
Romeo. 
Meydan oxuyursan sən mənə, oğlan? 
Eləsə möhkəm dur indi yerində. 
Vuruşurlar. 
N ö k ə r. 
Aman, Allah, onlar vuruşurlar ki,  
Gedim, tez çağırım keşikçiləri. 
Gedir. 
P a r i s (yıxılır). 
Ölürəm, qəbri aç, insafın varsa,  
Məni Cülyettanın yanına uzat.  
Ölür. 


Romeo. 
Səni bu arzuna çatdıraram mən.  
Qoy baxım üzünə, Merkusionun 
 Yaxın qohumdur, qraf Parisdir!  
Xidmətçim nə dedi, biz yol gələndə?  
Onu dinləmədim həyəcanımdan. 
 Mənə elə gəlir o mənə dedi:  
Paris Cülyettayla evlənecəkdir.  
Belə dedi, yoxsa yuxu görürdüm?  
Bəlkə, Cülyettadan damşdığından  
Ağlımı itirib belə düşündüm?  
Sən ey bədbəxtliyin qəm kitabma  
Adı mənim ilə birgə yazılan,  
Əlini mənə ver! Dəfn edəcəyəm 
 Səni əzəmətli bir məzara mən. 
Məzara? Ah, yox, yox, işıqlı qəsrə, 
Çünki Cülyetta da burda uyuyur. 
Onun gözəlliyi bu sərdabəni 
Ziyafət zalıtək nura qərq edir. 
Di yat, ey ölünün gömdüyü ölü! 
(Parisi sərdabəyə uzadır). 
Ölüm ayağında insanlar bəzən 
Sevinib gülürlər. Ölümqabağı 
Şimşək adlandırır görenlər bunu. 
İndi o sevinci duyuram mən də. 
Ah, mənim sevgilim! Ah, mənim zövcəm! 
Ölüm nəfəsini içdi bal kimi
Toxuna bilmədi hüsnünə ancaq. 
Sən tabe deyilsən, məğlub deyüsən. 
Gözəllik bayrağı nur saçır yenə 
Lalə yanağmda, gül dodağmda. 
Onlara ölümün solğun bayrağı 
Hələ ki, hələ ki, sancılmayıbdır. 
Sən qanlı kəfəndə burdasan, Tibalt? 
İndi güldürərəm qəmli ruhunu: 
Senin gəncliyini məhv edən əllə 
Sənin düşmənini öldürərəm mən. 


Bağışla, bağışla məni, qardaşıtn! 
Ah, əziz Cülyetta, əziz sevgilim, 
Nə üçün sən yenə belə qəşəngsən? 
Yoxsa ölüm sənə aşiq olubdur?! 
Yoxsa o riyakar, mənftır, yırtıcı 
Səni məşuqetək saxlayır burda? 
Necə də dəhşətdir bunu düşünmək! 
Mən də qalacağam səninlə birgə, 
Heç vaxt bu zülmətdən çıxmayacağam. 
Burda sənin təzə qulluqçuların 
Qurdlarla birlikdə olacağam mən. 
Əbədi dincliyim, istirahətim 
Burda bu saatdan başlanacaqdır. 
Dözülməz yükünü nəhs ulduzlarm 
Burda atacağam yorğun çiynimdən. 
Ey gözlərim, baxm ona son dəfə! 
Ey qollarım, qucun son dəfə onu! 
Həyatın qapısı dodaqlanm, siz 
Hər şeyi məhv edən qəddar ölümlə 
Bağlanan daimi müqaviləyə 
İndi möhür vurun saf bir öpüşlə. 
Gəl, ötkem bələdçim, qorxma/ sükançım, 
Həyat tufamnda sınmış gəmimi 
Biryolluq sıldırım qayalara çırp. 
İçirəm eşqimin şərəfınə mən. 
(İçir). 
Namuslu əczaçı, sözün doğruymuş, 
Zəhərin necə tez təsir eləyir! 
Ölürəm yanmı öpə-öpə mən. 
 
Ölür. Qəbiristanlığm o biri 
tərəfınden rahib Lorenso əlində fənər, ling və bel daxil olur. 
Lor enso. 
Müqəddəs Fransisk, özün kömək ol! 
Zəif ayaqlarım büdrəyir tez-tez
Çuxura düşməyim. Aha, o 


kimdir?  
B a 1t a z a r. Dost adamdır, yaxşı 
tanıyır sizi.  
Lorenso. 
Tanrı xoşbəxt etsin səni, eziz dost. 
Mənə bir de görüm, orda boş yerə 
Gözsüz kəllələrə, iyrənc qurdlara 
Elə işıq saçan o məşəl nədir? 
Mənə elə gəlir, yanır özü də 
Kapulettilerin 
sərdabəsində.  
B a 1t a z a r. 
Elədir. Ordakı, müqəddəs ata, 
Sizin dostunuzdur, menimsə 
ağam.  
Lorenso. O kimdir? 
B a 1t a z a r. Romeo. 
L o r e n s o. Çoxdan ordadır?  
B a 1t a z a r. Yanm saat olar. 
Lorenso. 
O sərdabəyə, 
Gəl, mənimlə gedək.  
B a 1t a z a r. 
Qorxuram, ata. 
Burda olduğumu ağam bilməyir. 
O mənə dedi ki, burda dayanıb 
Əgər məni güdsən, öldürəceyəm.  
Lorenso. 
Onda dur yerində. Mən tək gedərəm. 
Nəsə ürəyimi titrədir qorxu, 
Qorxuram başıma felakət gələ. 
 B a 1t a z a r. 
 
Bu ağacın altda yatmışdım indi.  
Yuxuda gördüm ki, ağam kimləsə  
Vuruşub öldürdü onu. 


 L o r e n s o (sərdabəyə yaxınlaşır). Romeo!  
Ah, ah, məqbərənin daş pilləsinə  
Bu qan ləkələri tökülüb hardan? 
 Sükut mənzilinə atılmış belə  
Qanlı qılıncların mənası nədir? (Məqbərəyə girir).  
Romeo, ağarıb bəti-bənizi.  
Bəs o kimdir? Necə? Qraf Parisdir? 
 Qanına qəltandır? Hansı nəhs saat,  
Görəsən, törədib bu müsibəti?  
Cülyetta tərpənir. 
Cülyetta oyanır. 
C ü 1 y e t t a. 
Oh, əziz atam! 
Bəs hanı sevgilim, ömür yoldaşım? 
Yaxşı yadımdadır, bilirəm ki, mən 
Burda olmalıydım, burdayam indi. 
Bəs hanı Romeom? 
Səhnə arxasından səs-küy eşidilir. 
Lorenso. 
Xanım, gələn var. 
Dinlə bir səs-küyü! Tez çıxıb 
gedək 
 Bu ölüm, yoluxma, dərd 
yuvasından.  
Bizim qüvvəmizdən güclü bir 
qüvvə 
 Tamam alt-üst etdi planımızı 
. Gəl, gəl, gedək burdan.  
Ömür yoldaşın,  
Odur, bax, böyrünə yıxılıb, ölüb. 
 Paris də ölübdür. Dayanma, gedək, 
 Mən səni rahibə bacılarının  
Yanına, kilsəyə aparacağam.  
Keşikçilər gəlir, heç nə soruşma, 
 Cəld ol, əziz qızım, gedək, 
 Cülyetta. Yenə səs-küy eşidilir. 


Mən qala bilmərəm bu yerdə bir dəm.  
C ü 1 y e t t a. Get, ata, mən burdan 
getməyəcəyəm.  
 
Rahib Lorenso gedir. 
 
Əlindəki nədir, şüşədir görən? 
Zəhərdir, ömrünü məhv etdi erkən. 
Ah, xəsis sevgilim! İçib büsbütün, 
Mənə bir damcı da saxlamayıbdır. 
Öpəcəyəm onun dodaqlarından, 
Yəqin, zəhər qalıb onlarda bir az, 
Mənim ölməyimə kömək eyləyər. 
(Romeonu öpür). 
Necə də istidir dodaqları, ah! 
B i r i n c i       k e ş i k ç i  (səhnə arxasından). Oğlan, göstər 
görək, o yer haradır?  
C ü 1 y e t t a. 
Doğrudan, səs gəlir. Gərək cəld olum. 
Gəl, gəl, xoşbəxt xəncər! 
Romeonun xəncərini qınından çıxarır. 
Qının, bax, budur. 
Xəncəri köksünə sancır. Sən dincəl 
burada, mənsə qoy ölüm.  
Romeonun cəsədi üstünə yıxılıb ölür. 
Keşikçilər Parisin nökəri ilə daxil olurlar. 
N ö k ə r. 
Buradır, buradır, məşəl yanan yer. 
  B i r i n c i     k e ş i k ç i .  
Yerə qan tökülüb, gedin, tez olun, 
Arayın, axtarın qəbiristanlığı. 
Bir adam tapsanız, tutun, saxlayın. 
Bir neçə keşikçi gedir. 
Dəhşətli mənzərə! Qraf burda ölüb,  


Cülyettasa tamam qan içindədir.  
Yenicə keçinib, istidir canı,  
O ki dəfiı olalı düz iki gündür. 
 Get, danış Hersoqa, qaç, xəbərdar et 
Kapulettiləri, Montekkiləri..,  
Siz alın türbəni mühasirəyə! 
Başqa keşikçilər də gedir. 
Fəlakətin yeri tapılıb ancaq,  
Onun səbəbini tapmalıyıq biz. 
Bir neçə keşikçi Baltazarla birlikdə geri qayıdır. 
İ k i n c i     k e ş i k ç i .  
Bu zad Romeonun xidmətçisidir,  
Biz onu tutmuşuq qəbiristanlıqda. 
B i r i n c i     k e ş i k ç i .  Hersoq gələnədək saxlayın onu. 
Başqa keşikçilər rahib Lorenso ilə birlikdə geri 
qayıdırlar. 
Ü ç ü n c ü     ke ş i k ç i .  
Bu rahib ağlayır-sızlayır elə; 
Təzəcə çıxırdı qəbiristanlıqdan, 
Tutub ondan aldıq bu lingi, beli. 
B i r i n c i     k e ş i k ç i .  Onu da saxlayın, çox şübhəlidir.  
Hersoq öz məiyyəti ilə daxil olur. 
H er so q. 
Hansı bədbəxtlikdir belə sübh tezdən  
Səhər yuxusundan eyləyən bizi? 
Kapuletti, ledi Kapuletti və başqaları daxil 
olurlar.  
K a p u 1 e 11 i. Bu nə qışqırıqdır, bu nə şivəndir? 
 L e d i     K a p u l e t t i .  
Camaat bağırır Romeo deyə
Bəzisi Cülyetta, bəzisi Paris. 
Hamı da küçəylə haray çəkərək 


Bizim sərdabəyə qaçır birbaşa.  
H e r s o q. Qəlbləri titrədən bu dəhşət nədir? 
 B i r i n c i       keşikçi. 
Hökmdar, biz burda qraf Parisin, 
Həm də Romeonun nəşini tapdıq. 
Cülyetta əvvəldən dəfn olunsa da, 
Təzə öldürülüb, canı istidir.  
H e r s o q. Vəhşi caniləri axtarın, tapın.  
B i r i n c i     keşikçi. 
Mərhum Romeonun xidmətçisi də, 
Rahib də burdadır. Onlarda qəbri 
Söküb açmaq üçün alət də vardır.  
Kapuletti. 
Oh, ya rəbb! Oh, zövcəm!  
Bir bax, bir bax, gör, 
Qızımızı necə qan aparıbdır! 
Bu xəncər yanılıb! - Onun boş qını 
Odur Montekkinin kəmərindədir. - 
Sancılıb köksünə mənim qızımın. 
 Ledi      K a p u l e t t i .  
Ah, yazıq halıma! Bu qorxunc səhnə 
Qorxunc, vahiməli ölüm zəngitək 
Mozara səsləyir qocalığımı. 
Montekki və başqaları daxil olurlar. 
Hersoq. 
Montekki, tez qalxdın sən tək oğlunun 
Çox tez yatdığmı görmək üçünmü?  
Montekki. 
Ah, sinyor, bu gecə öldü arvadım, 
Dözmədi oğlumun ayrılığma. 
İndi hansı bəla gözləyir məni?  
H e r s o q. Özün bax. 
Montekki. 
Ah, oğlum! Ədəbi atdın,  
Məzara tələsdin atandan qabaq! 
H e r  soq. 


Necə ki, bu sirri öyrənməmişik,  
Şikayət etməyin, nalə çəkməyin,  
Tamam möhürləyin ağzınızı siz.  
Əslini, kökünü öyrənən kimi,  
Özüm nalənizə başçılıq edib,  
Sizinlə gedərəm ölümə hətta.  
Həlılik dayanın, səbirli olun,  
Dərdiniz qul olsun hövsələnizə.  
Şübhəli şəxsləri gətirin indi. 
L o r e n s o. 
 
Bu müdhiş qətldə, bu cinayətdə  
Suçum az olsa da, ən əsas mənəm.  
Zaman, məkan mənə zidd olduğundan  
Ən çox şübhəli də elə mənəm, mən.  
Burda müttəhimtək, ittihamçıtək  
Durub mən özümü həm məhkum edib,  
Həm də ki təmizə çıxarmalıyam. 
H e r s o q. Danış birdəfəlik bildiklərini. 
L o r e n  s o. 
Qısa deyəcəyəm. Qısaca ömrüm  
Uzun hekayəlik qalmayıb artıq,  
Bu ölən Romeo bu Cülyettaınn  
Halal əri idi, Cülyetta isə  
Sadiq zövcəsiydi bu Romeonun.  
Onlara gizlicə mən kəbin kəsdim,  
Tibalt öldürüldü həmin o günü. 
 Bu vaxtsız ölümün nəticəsində  
Romeo buradan sürgün olundu,  
Cülyetta ağlayıb sızıldayırdı  
Tibalt üçün deyil, Romeo üçün. 
Siz dağıtmaq üçün onun dərdini  
Tezcə nişanlayıb, onu zor ilə 
 Vermək istədiyiniz qraf Parisə. 
Cülyetta bu zaman gəldi yanıma, 
Vəhşi baxışıydı onu baxışı. 
İkinci nikahdan qurtarmaq üçün 
Yalvarıb, o məndən əlac istədi. 


Dedi: tapılmasa bir çarə əgər, 
Hücrəmdə özünü öldürəcəkdi. 
Çoxdan öyrəndiyim, çoxdan bildiyim 
Bir yuxu dərmanı verdim mən ona. 
Bu dərmanı içib yatan hər bir kəs 
Heç nəylə seçilmir ölmüş adamdan. 
Budur öz hökmünü göstərib qıza. 
Onda Romeoya məktub yazdım ki, 
Bu qorxunc gecədə gəldiyi kimi, 
Özünü yetirsin bir an içində. 
Elə ki, gücünü itirdi dərman, 
Elə ki, yuxudan ayıldı xanım, 
Məzardan çıxarıb aparsın onu. 
Məktubu aparan rahib Covanni 
Bir nəhs təsadüfdən ləngidi ancaq. 
Məktubu qaytardı mənə bu axşam. 
Cülyetta yuxudan duranda onu 
Türbədən çıxarıb aparmaq üçün 
Özüm təkcə gəldim qəbiristanlığa. 
İstədim münasib bir imkan tapıb, 
Romeoya xebər verənə qədər 
Gizlicə saxlayım onu hücrəmdə. 
Fəqət mən gələndə - qız ayılmağa 
Bir neçə dəqiqə qalırdı yalnız - 
Aliconab Paris, sadiq Romeo 
Artıq ölmüşdülər bu sərdabədə. 
Cülyetta ayıldı, xahiş etdim ki, 
Taleyin amansız, bəd rəftarına 
Səbirlə dözərək getsin mənimlə. 
Bu vaxt səs-küy qalxdı, qorxdum, doğrusu, 
Qaçıb gizlənməyə məcbur oldum mən. 
Böyük ümidsizlik, möhnət içində 
O qaldı, getmədi mənimlə birgə. 
Görünür, sonradan intihar edib. 
Mənim bildiklərim bütün bunlardır. 
Bu gizli nikahı bilir dayə də. 
Cüzi suçum varsa bu fəlakətdə, 


Qalsa da ömrümün son saatları, 
Ədalət naminə qoy ahıl canım 
Müqəddəs qanuna qurban verilsin.  
Hersoq. 
Müqəddəs saymışıq səni hər zaman. 
Hanı Romeonım xidmətçisi bəs? 
O bizə bu haqda nə deyə bilər?  
B a 1t a z a r. 
Gedib Mantuyaya, Cülyettanın mən 
Ölüm xəbərini verdim ağama. 
Tələsik atları çaparaq gəldik 
Biz həmin bu yerə, bu sərdabəyə. 
Əmr etdi: atama ver bu məktubu. 
"Get, burda dayanma" deyə qəzəblə 
Məni ölüm ilə hədələdi o. 
Sonra məqbərənin girdi içinə.  
H e r s o q .  
Məktubu mənə ver, özüm oxuyum. 
Hardadır nökəri qraf Parisin? 
Gedib, o çağırıb keşikçiləri. 
Nökər irəli çıxır. 
Söylə, nə edirdi ağan burada?  
N ö k ə r. 
O öz zövcəsinin məzarı üstə 
 Çiçək qoymaq üçün gəlmişdi ancaq.  
Mənə ömr elodi: durum kənarda.  
Mon do gedib durdum bir kənardaca.  
Birdən kimsə gəldi əlində məşəl,  
Açmağa başladı bu sərdabəni.  
Ağam dərhal cumdu onun üstünə, 
 Mən qaçdım çağırım keşikçiləri. 
H e r s o q. 
Rahibin sözləri təsdiq edildi.  
Məktubda Romeo Cülyetta ilə  


Təmiz sevgisinden söz açıb, onun  
Ölüm xəberindən düşür dəhşətə.  
Yazır: bir kasıbdan zəhər alıbdır, 
 İndi bura gəlir: türbədə ölüb  
Birgə yatmaq iiçün Cülyetta ilə.  
Hanı Kapuletti? Montekki hanı?  
Hardadır düşmənlər? Bir baxın, görün,  
Necə cəza verib sizə bu göylər,  
Sevgiylə məhv etdi sevincinizi. 
 Sizin ədavətə göz yumduğumçün  
İki qohumumu itirdim mən də. 
K a p  u 1 e t t i. 
Montekki, əlini mənə ver, qardaş!  
Qoy bədbəxt qızıma ərindən qalan  
Dul mirası ancaq, ancaq bu olsun.  
Mənim bundan artıq təmənnam yoxdur. 
Mon tekki. 
Yox, mən daha artıq verə bilərəm:  
Heykəl ucaldaram qızıldan ona.  
Verona durduqca burada ondan  
Qiymətli bir heykəl olmaz heç zaman.  
Qovuşar əbədi, ölməz həyata  
Dünyanın ən sadiq qızı Cülyetta. 
Kapuletti. 
Romeo ayrılmaz sevgilisindən, 
 Ona da zər heykəl ucaldaram mən. 
H er soq. 
Bu səhər özüylə gətirdi zülmət,  
Kədərdən görünmür Günəşin üzü.  
Gedəyin, edəyin ətraflı söhbət,  
Güzəşt də, cəza da vacibdir, düzü,  
Romeo, Cülyetta dastanı qədər  
Yoxdur bu dünyada yanıqlı əsər.  
Gedirlər. 
 
 
 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə