Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   22   23   24   25   26   27   28   29   30

Daha pis korlayır gül üzünüzü. 
 
 
C ü 1 y e t t a. 
Bu böhtan deyildir, bir həqiqətdir. 
Nə dedim, mən dedim öz üzüm haqda.  
P a r i s. O mənimdir, ona böhtan dediniz.  
Cülyetta. 
Ola bilər, artıq o mənim deyil. 
Boş vaxtınız varmı, müqəddəs ata, 
Yoxsa, gəlim axşam ibadət vaxtı?  
Lorenso. 
Mənim dərdli qızım, indi boşam mən. 
Cənab, tək buraxın bizi, lütf edin!  
P a r i s. 
İbadəti pozmaq, Allah etməsin! 
Cülyetta, sübh tezdən cümə- axşamı 
Sizi oyadaram. Hələlik, gülüm, 
Mənim saf busəmi qəbul eyləyin. 
Gedir. 
C ü 1 y e t t a. 
Ah, qapını bağla, mənimlə ağla! 
Nə ümid var, nə çarə var, nə kömək!  
L o r e n so. 
Cülyetta, bilirəm sənin dərdini. 
Heç cürə ağlıma yerləşmir mənim; 
Eşitdim, bu gələn cümə axşamı 
Qrafla kəbinin kəsiləcəkdir. 
Deyirlər, təxirə salınmaz bu iş.  
C ü l y e t t a .  
Sən mənə danışma eşitdiyindən, 
Sən mənə danış ki, bu müsibətdən 
Necə xilas olum, necə qurtarım? 
Hərgah birdən kömək edə bilməsən
Onda qərarıma xeyir-dua ver. 
O vaxt kömək edər mənə bu bıçaq. 


Birləşdirdi mənim Romeo ilə 
Allah ürəyimi, sənsə əlimi. 
Ürəyim eşqinə xəyanət edib, 
Başqa birisinə mehr salmamış,  
Əlim dönük çıxıb həmin sevgiyə - 
O mənfur sənədə möhür basmamış,  
Bax, bu parçalayar ikisini də.  
Olduqca artıqdır həyat təcrübən,  
Bir düşün, fıkirləş, bir məsləhət ver.  
Yoxsa mənim ilə mənim dərdimin  
Arasında, bax, bu hakim olacaq.  
Sənin biliyinin, sənin yaşmın  
Deyə bilmədiyi şərəfli yolu  
Bu qan tökən bıçaq göstərəcəkdir.  
Qısa danış, ölmək istəyirəm mən,  
Bir çıxış yoxdursa, heç danışma sən. 
Lo r e n s  o. 
Dayan, qızım, dayan, deyəsən axı,  
Üraid işartısı görürəm bir az.  
Qarşısmı almaq istədiyimiz  
Bu böyük dəhşottək o dəhşətlidir.  
Ərə getməkdənsə qraf Parisə  
Özünü öldürmək niyyətindəsən?! 
 İndi ki, var buna gücün, cürətin,  
Ölümə bənzəyən bir tədbir də var.  
Yerinə yetirsən sən onu əgər,  
Bu ağır bəladan qurtarar səni.  
İndi hünər səndən, əlac da məndən. 
C ü 1 y e t t a. 
Ah, Parisə ərə getməmək üçün,  
Razıyam, hökm elə, uca qalanın  
Qülləsindən yerə atılım, ya da  
Gedib quldurlara yoldaş olum mən.  
Razıyam, qaranhq dar mağarada  
Bir yerə sal məni ilanlar ilə.  
Bağla ayılarla eyni zəncirə,  
Ya da ölülərin sür-sümükleri,  


Dişsiz kəllələri, əl-ayaqları  
Dəhşətle səslənən sərdabəyə at.  
Razıyam, qoy məni təzə məzara
Ya da ölü ilə bir kəfənə bük. Əvvəl bu sözlərdən tir-tir 
əsərdim, İndi bu şeylərdən qorxmuram əsla; Təki namusuma 
ləkə dəyməsin, Təki sadiq qalım öz sevgilimə. ,o renso. 
Əgər belədirsə, onda evə get,  
Hamıyla de-danış, görün şad, xürrəm,  
Qrafa getməyə tez razılıq ver.  
Sabah çərşənbədir. Sən sabah axşam  
Yerində təkcə yat. Elə eylə ki,  
Dayə də səninlə birgə qalmasın.  
Yatağa uzanıb, bu şüşəni al,  
Ondakı məlhəmi axıradək iÇ.  
Bir azca keçməmiş damarlarmı  
Buztək bir soyuqluq bürüyəcəkdir,  
Yııxuya dalacaq bütün varlığm.  
Bu an dayanacaq nəfəsin, nəbzin,  
Canmda hərarət görünməyocək,  
Səndə qalmayacaq həyatdan nişan,  
Saf dodaqlarmda, yanaqlarında  
Açan qızılgüllər solacaq tamam.  
Həyata əbədi qapanır kimi,  
O göz qapaqların bağlanacaqdır.  
Sənin hər bir üzvün, əlin, ayağın  
Soyuyub, sustalıb quruyacaqdır.  
Öliimü andıran bu dəhşətli hal  
Düz qırx iki saat davam edəcək.  
Sonra da bir gözəl, şirin yuxııdan  
Ayıhrmış kimi, ayılacaqsan.  
Səni oyatmağa gələndə qraf  
Səni yatağmda ölmüş görəcək.  
Adətinə görə bizim ölkənin 
 Səni paltannda açıq tabutda  
Bütün Kapuletti nəsli yatdığı  
Qədim sərdabəyə aparacaqlar.  
Məktub yazacağam mən Romeoya, 


 
O biləcək bizim planımızı. 
Dərhal, dayanmadan bura geləcək. 
Sən oyanan vaxtı həm o, həm də men 
Durub sərdabədə senin yanında 
Senin qalxmağını gözləyəcəyik. 
Elə həmin gecə səni özüylə 
Romeo buradan aparacaqdır. 
Qadın qorxaqlığı, şübhə, tərəddüd 
Qırmasa əzmini, cəsarətini
Bununla ləkədən qurtaracaqsan.  
C ü 1 y e t t a. Qorxudan danışma, o şüşəni ver!  
L o r e n  so. 
Al, di get, möhkəm ol öz qərarında. 
Mən də məktub yazım, təcili onu 
Bir rahib aparsın vəfadarına. 
 C ü 1 y e t t a. 
Ey sevgi, sən mənə güc ver, qüvvət ver! 
Yalnız bir bundadır nicatım mənim. 
Salamat qal, ata! 
Gedirlər. 
İKİNCİ SƏHNƏ 
Kapulettinin evində zal. Kapuletti, ledi 
Kapuletti, dayə və iki xidmətçi daxil 
olurlar. 
K a p u l e t t i .  
Get, çağır burada yazılanları! 
Birinci xidmətçi gedir. 
Ey, iyirmi nəfər yaxşı aşpaz tut.  
İ k i n c i     xidmətçi. 


Ağa, heç biri də pis ola bilməz, 
Hamısı yalayar barmaqlarını.  
K a p u 1 e 11 i. Bu nə deməkdir ki? 
 
İ k i n c i     xidmətçi. 
Bilirsiz, ağa, 
Pis aşpaz yalamaz öz barmağını. 
Hansı ki, yalamır öz barmağını, 
Eləsini tutub gətirmərəm men.  
K a p u l e t t i .   Yaxşı, yaxşı, cəld ol! 
İkinci xidmətçi gedir. 
Qorxuram, düzü, 
Çatdıra bilməyək işi vaxtında. 
Qızım, doğrudanmı, getdi kilsəyə? 
 D a y ə. Bəli, doğrudan da.  
K a p u l e t t i .  
Hım, çox pakizə, 
Bəlkə, rahib onu yola gətirdi. 
Necə də inaddır, sırtıqdır bu qız!  
D a y  ə. 
Bir baxın, qızınız gəlir kilsədən, 
Üzündən, gözündən sevinc tökülür. 
Cülyetta daxil olur. 
K a p u 1 e t t i. Hə, tərs qız, sən harda veyllənirdin? 
C ü 1 y e t t a. 
Sizin əmrinizə, qərarmıza İtaət eyləyib, boyım 
əymədim; Tövbə qaydasmı öyrənirdim mən. 
Çox ciddi buyurdu müqəddəs rahib, Məni əfv 
etməkçün sizə diz çöküm. Sizə yalvarıram, 
məni əfv edin. Bir də sözünüzdən çıxmaram, 
ata! 
K a p u l e t t i .  
Gedin, xəbər verin bunu qrafa, Lap sabah 
qurtaraq bu xeyir işi. 
C ü l y e t t a .  


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə