Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   22   23   24   25   26   27   28   29   30

gələcəkdir çalğıçılarla. O mənə demişdi. 
Səhnə arxasında musiqi. 
Odur, gəlirlər. 
Dayə! Arvad! Ey, ey, dayə deyirəm! 
Dayə daxil olur.  
Cülyettanı oyat, onu geyindir.  
Mən gedim Parisin başını qatım. 
 Tez olun, tələsin, adaxlı gəlib,  
Tez olun deyirəm! 
Gedirlər. 
BEŞİNCİ SƏHNƏ 
Cülyettanın otağı. Dayə daxil olur. 
D a y  ə. 
Ay xanım! Ay xanım! Nə möhkəm yatıb!  
Cülyetta, qadası, yatağan quzum!  
Əzizim, ürəyim, sevimli gəlrn! 
 Bu nədir, ayılmır, bir cavab vermir? 
 Yoxsa bir həftənin, gələn gecənin  
Yuxusunu yatmaq istəyirsən, hə?  
Yat, yat, indən belə gecələr qraf  
Səni çox yatmağa qoymayacaqdır. 
 Bıy, başıma xeyir, necə bərk yatıb!  
Oyatmaq lazımdır. Xanım, ay xanım! 
 Nişanlın görəcək yatdığm yerdə 
Səni oyadacaq, hə, belə olsun? (Pərdəni Lmara 
çəkir). 
 Necə, paltardasan? Qalxıb, geyinib,  
Təzədən yatıbsan? Xanım, ay xanım! 
 Di qalx görək! Vay-vay, o ki Ölübdür.  
Ay haray, ay aman, kömək eləyin.  
Kaş ki, görməyəydi bunu gözlərim,  


Mənə bir az cövhər. Ah, cənab, cənab! 
Ledi Kapuletti daxil olur. 
L e d i    Kapuletti.Nə səs-küy salmısan?  
D a y ə. Oh, oh, fəlakət! 
L e d i       K a p u l e t t i .   Axı, nə olubdur?  
D a y ə. Baxm, müsibət! 
L e d i     K a p u l e t t i .  
Aman, Allah, aman! Mənim tək balam
 Yeganə heyatım, gözünü aç, bax,  
Yoxsa öləcəyəm mən də səninlə.  
Kömək edin, kömek! 
Kapuletti daxil olur. 
K a p u l e t t i .  
Canım, ayıbdır! 
Nişanlısı gəlib, hanı Cülyetta?  
D a y ə. Cülyetta ölübdür, ölüb, o yoxdur!  
L e d i     K a p u l e t t i .   Ən ağır bədbəxtlik, o ölüb, ölüb!  
K a p u l e t t i .  
Qoy bir ona baxım. Ya rəbb, sən saxla! 
Bu ki buza dönüb. Qanı işləmir. 
Bədəni quruyub. Hər şey qurtarıb, 
Heyat çoxdan uçub dodaqlarmdan. 
Ölüm vaxtsız düşən bir şaxta kimi 
Məhv edib çəmənin saf çiçəyini.  
D a y ə. Fəlakət, fəlakət! 
 L e d i     K a p u l e t t i .   Ah, dəhşət, dəhşət!  
K a p u l e t t i .  
Ölüm əllərimdən alıb balamı, 
Dağ çəkib, ağladır yazıq qəlbimi. 
Dilimi bağlayır, qoymur danışam. 
Rahib Lorenso, Paris və çalğıçılar daxil olurlar. 
L o r e n s o. Kilsəyə getməyə gəlin hazırdır? 
K a p u l e t t i .  
Getməyə hazırdır, fəqət geriyə  
Heç zaman bir daha qayıtmayacaq. 


Parisə. 
Ah, oğlum! Toyuna bir gecə qalmış 
 Ölüm qucağına aldı zövcəni.  
Bir bax, zövcən yatır solmuş gül kimi
 Ölüm kürəkənim, varisim oldu.  
O qatil evləndi mənim qızımla. 
Bu gözəl sənəmə şərik idiniz, 
İndisə o yalnız göylərin oldu. 
Ənginlik onunçün daha yaxşıdır. 
Sizə düşən payı ölümdən heç cür 
Qoruya bilmədiz, fəqət göylərsə 
O gülə əbədi bir həyat verdi. 
Siz ki istəyirdiz ömrünüz boyu 
Ucalsın zirvəyə ciyərparanız. 
Buludlardan yüksək nurlu göylərdə 
İndi onu görüb, ağlayırsmız? 
Nə pis sevirsiniz qızınızı siz, 
Onu xoşbəxt görüb inləyirsiniz? 
Ərdə çox yaşayan sahibi-textdir, 
Ancaq gəlin ölən daha xoşbəxtdir. 
Silin göz yaşını, onun nəşinə 
Tər gül-çiçək səpin. Adətə görə, 
Gəlinlik paltarı geydirin ona. 
Kilsəyə aparın, vaxt itirməyin. 
Şüursuz təbiət ağladır bizi, 
Ağlımız güldürsün ürəyimizi.  
K a p u   l e t t   i. 
Toy şənliyi üçün bütün nə varsa, 
Gərək sərf olunsun matəmə-yasa. 
Çalğı alətləri yerinə bu gün 
Kədərlə səslənsin kilsə zəngləri. 
Ehsana çevrilsin qonaqlığımız, 
Qəmli ağı olsun şən təranələr, 
Tabuta tökülsün toy çiçəkləri. 
Qoy hər şey, qoy hər şey tərsinə dönsün!  


Lorenso. 
Senyor, indi gedin; senyora, siz də, 
Qraf, siz də gedin, hazırlaşın ki, 
Vaxtında dəfn edək mərhuməni biz. 
Haqqın arzusunu etsəniz inkar, 
Allahın da sizə qəzəbi tutar. 
Kapuletti, ledi Kapuletti, Paris ve Lorenso 
gedirlər. 
B i r i n c i   ç a l ğ ı ç ı .   Həqiqətən, biz fleytaları gizlədib, 
buradan sürüşməliyik. 
D a y ə. Gizlədin, gizlədin, nəzakətli oğlanlar, özünüz 
görürsünüz ki, bu ölüm necə ağır müsibətdir (Gedir). 
B i r i n c i   ç a l ğ ı ç ı .   Bu başım haqqı, bu müsibətdə də 
bir iş gör-mək olar. 
Piter gəlir. 
P i t e r. Çalğıçılar! Ey çalğıçılar, "Könlün sevinci", 
"Könlün se-vinci" havasını çalın. Əgər mənim yaşamağımı 
istəyirsinizsə, "Könlün sevinci"ni çalın. 
B i r i n c i     ç a l ğ ı ç ı .  "Könlün sevinci"ni niyə? 
P i t e r. Ah, çalğıçılar, ona görə ki, mənim könlüm özü 
"Könlüm qəmlə doludur" havasını çalır. Siz mənə bir şən 
hava çalın. Bu bədbəxtə təsəlli verin. 
İ k i n c i   ç a l ğ ı ç ı .  Sizin arzunuz elə ürəyinizdəcə 
qalacaq. İndi musiqi vaxtı deyil. 
P i t e r. Deməli, siz çalmırsınız? 
Ç a 1 ğ ı ç ı1 a r. Xeyr! 
P i t e r. Mən sizə yaxşı haqq verərdim. 
B i r i n c i    çalğıçı. Bizə nə verərdin? 
P i t e r. Şübhəsiz, pul yox, gülməli bir mahnı verərdim. 
Mən sizin üçün çalğıçı olardım. 
B i r i n c i   ç a l ğ ı ç ı .   Sən bizim üçün çalğıçı olanda mən 
də sənin üçün nökər olardım. 
P i te r. İndi mən öz iti nökər xəncərimi sizin başınıza 
vurub, kəllənizi musiqi aləti kimi kökləyərəm. Mənə heç bir 
mizrab, musiqi not-ları lazım deyil. Mən sizi re edərəm. 
Mən sizi fa edərəm! Siz məni eşidirsiniz? 
B i r i n c i   ç a l ğ ı ç ı .   Sən bizi re eləsən, sən bizi fa 


eləsən, özün bizi eşidərsən. 
İ k i n c i   ç a l ğ ı ç ı .  Ey, xahiş edirəm, iti xəncərini qınına 
qoy, iti ağlını qmından çıxar. 
P i t e r. Hə, belə oldu? Onda alın gəldi. İndi mən sizi polad 
kimi iti ağhmla xəncərsiz-zadsız öldürərəm. Kişisiniz, cavab 
verin! Ürək qəmlə bişəndə, Baş qüssədən şişəndə, Gümüş 
səsli musiqi. 
Nə üçün "gümüş səsli", məhz "gümüş səsli musiqi" deyibler? 
Ey Simon pişikyosunlu, birinci sən ağzını aç görək. 
B i r i n c i   ç a lğı ç ı . Açım da, ona görə ki, gümüşün 
qəşəng səsi var. 
P i t e r. Çox yaxşı! Sən nə deyirsən, ey Hyu skripkagödən. 
İ k i n c i   ç a l ğ ı ç ı .   Mənim qandığıma görə, "gümüş səsli" 
deyirlər, onun üçün ki, çalğıçılara həmişə gümüş pul verirlər. 
P i t e r. Bu da çox yaxşı! Bəs sən nə deyirsən, ey Ceyms səs 
dağarcığı? 
Ü ç ü n c ü     çalğıçı. Doğrusu, heç bilmirəm nə deyim. 
P i t e r. A, sən məni bağışla. Lap yadımdan çıxıb. Axı, sən 
ancaq oxuyursan. Sənin yerinə mən cavab verərəm. Ona görə 
"gümüş səsli musiqi" deyirlər ki, çalğıçılara heç kim qızıl pul 
vermir. Gümüş səsli musiqi Bizə bir təsəllidir. 
Gedir. 
B i r i n c i  çalğıçı. Adə, bu nə yaman zəhlətökən 
haramzadə imiş! 
İ k i n c i   çalğıçı. Qoy rədd olsun, Cek! Evə gedək. Dəfn 
mərasiminə gələnləri gözləyək, onlarla birlikdə nahar edək. 
Gedirlər. 
BEŞINCI PƏRDƏ 
BİRİNCİ SƏHNƏ 
Mantuya, küçə. Romeo daxil olur. 
Romeo. 
Yuxu doğrudursa, gördüyüm 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə