Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

Odur, bax, orada sərilib yerə
Acı göz yaşından sərxoş olubdur.  
D a y  ə. 
Mənim xanımım da lap bu haldadır, 
Ah, o da düşübdür bu vəziyyətə.  
L o r e n s o. Eyni ürəklərin dərdi eynidir!  
D ay ə. 
O da eyni ilə sərilib yerə, 
Hönkürür, inləyir, göz yaşı tökür. 
Di qalxın, di qalxın; bir kişi olun. 
Xanım Cülyettanın xatiri üçün, 
Onun xatiriyçün ayağa durun. 
Bu sizə yaraşmır. 
R o m e o. Ah, əziz dayə! 
D a y ə. Ah, cənab, hamının sonu ölümdür. 
Romeo. .. 
Son, sən danışırsan Cülyetta haqda? 
Nə olub? O məni qatil sanırmı? 
Özüm ləkələdim onun qanıyla 
Səadətimizin körpəliyini. 
Səhhəti necədir? İndi hardadır? 
Mənim məxfi yarım bizim məhv olmuş 
Eşqimiz barədə nə deyir indi?  
D a y  ə. 
Cənab, heç nə demir. Ağlayır elə. 
Yazıq gah yıxılır çarpayısına, 
Gah durub Tibaltı çağırır, gah da 
Romeo deyərək haray qoparır,  
Gah da ağzıüstə yıxılır yerə. 
R o m eo. 
Romeo! Ah, bu ad murdar bir əllə  
Onun qardaşını qana bələyib,  
Ağzından od saçan, alov püskürən  
Bir top gülləsitək yandırır onu.  
Mənə de, mənə de, müqəddəs ata,  
Bədənimin hansı mənfur yerində  
Mənim mənfur adım məskən salıbdır?  


O iyrənc yuvanı tar-mar edim. (Qılıncı sıyırır). 
L o r e n  so. 
Dəli, bir əl saxla! Sən kişisənmi?  
Görkəmin deyir ki, bəli kişisən,  
Qadın göz yaşıdır fəqət göz yaşın.  
Sənin bu ağılsız hərəkətində  
Vəhşi bir heyvanın qəzəbi vardır.  
Sən kişi cildində həm zəif qadın,  
Həm də ən dəhşətli bir yırtıcısan!  
Sənə mat qalmışam, din haqqı, səni  
Mən ruhən ən möhkəm insan bilirdim.  
Tibaltı öldürdün? Onun dalınca  
İndi də özünü öldürəcəksən?  
Bununla dünyada yalnız səninçün  
Yaşayan zövcəni məhv edəcəksən?  
Niyə öz nəslinə, bu yerə, göyə  
Nifrət yağdırırsan, sonsuz bir nifrət?  
Axı, öz nəslin də, bu yer də, göy də  
Səndə birləşərək həyat tapıbdır.  
Onları bir yerdə itirəcəksən.  
Tfu, tfu! Sən ki, öz surətini,  
Eşqini, ağlım ləkələyirsən.  
Həm zəngin, həm xəsis bir sələmçitək  
Varından xərcləyib öz surətinə,  
Eşqinə, ağlına zinət vurmusan.  
Senin alicənab, gözəl surətin 
 
DÖRDÜNCÜ SƏHNƏ 
Kapulettinin evində bir otaq. Kapuletti, 
ledi Kapuletti və Paris daxil olurlar. 
K a p u l e t t i .  
İşlər bəd gətirdi, qraf, biz hələ  
Vaxt tapıb qız ilə danışmamışıq.  
Cülyetta Tibaltı çox istəyirdi, 
 Elə mən özüm də. Fəqət nə etmək? 
 Yalnız ölmək üçün doğuluruq biz!  


Vaxt gecdir, o daha aşağı düşməz. 
 Siz gəlməseydiniz, inanın, mən də  
Yatağa girmişdim bir saat əvvəl. 
P a r i  s. 
Matəm günü deyil elçilik günü.  
Senyora, gecəniz xeyrə qalsın,  
Məndən qızınıza salam söyləyin. 
L e d i       K a p u l e t t i .  
Onun ürəyini bilərəm səhər, 
 O indi qərq olub qəm dəryasına. 
K a p u l e t t i .  
Qraf, qızım sizi sevəcək, yəqin. 
O mənim heç zaman sözümdən çıxmaz, 
Buna şübhəm yoxdur. Arvad, yatmamış 
Qızın yanına get, söz açıb, ona 
Oğlumuz Parisin eşqini bildir. 
Qoy o hazırlaşsın, gələn çərşənbə... 
Bu gün nə günüdür? 
P a r i s. Bazar ertəsi. 
K a p u l e t t i .  
Bazar ertəsi! Yox, çərşənbə tezdir.  
Yaxşı, onda olsun cüme axşamı. 
 Hə, cümə axşamı, qızına de ki,  
Parislə kəbini kəsiləcəkdir.  
Buna hazırsınız? Razısınızmı?  
Mərasim keçəcək səssiz-səmirsiz, 
 Bir-iki dostumuz gələcək ancaq. 
Tibalt öldürülüb axı yenicə, 
Biz şadlıq eləsək, bu yaxşı düşməz, 
Deyərlər, qohuma etinasızıq. 
Odur ki, az adam dəvət edərik. 
Bununla qurtarar. Nə deyirsiniz? 
Sizə əl verirmi cümə axşamı? 
 P a r i s. Kaş cümə axşamı sabah olaydı! 
  K a p u l e t t i .  
Yaxşı, gedin. Demək, cümə axşamı. 
Arvad, Cülyettanın yanına birbaş, 


Onu hazırlaşdır toy gününə sən. 
Xudahafız, milord. Ey, ey, cəld olun, 
Mənim otağıma çıraq gətirin. 
Çox gecdir, bir azdan səhər olacaq. 
Gecəniz xeyrə qalsın! 
Gedirlər. 
BEŞİNCİ SƏHNƏ 
Cülyettanın otağı. Romeo ilə Cülyetta daxil 
olurlar. 
C ü 1 y e t t a. 
Getmək istəyirsən? Hələ sübhə var,  
Dəhşətlə dağlayan qulaqlarını  
Torağay deyildi, o, bülbül idi.  
Gecələr oxuyur nar ağacında,  
İnan ki, sevgilim, o, bülbül idi. 
R omeo. 
O, sübhün carçısı torağay idi.  
Bax, gülüm, yandırır qısqanc şəfəqlər  
Şərqdə parçalanmış ağ buludları!  
Gecənin şamları tamam sönübdür,  
Dumanlı dağların zirvələriylə  
Gəlir oğrun-oğrun nəşəli gündüz.  
Getmək mənə həyat, qalmaq ölümdür. 
 
C ü 1 y e 11 a. 
Dan şəfəqi deyil o nur, o ziya;  
Günəşdən ayrılmış parlaq ulduzdur.  
Bu gecə Mantuya sən gedən zaman  
O sənin yolunda məşəl olacaq.  
Tələsmə, əzizim, dayan bir az da. 
Romeo. 
Qoy məni tutsunlar, edam etsinlər,  
Sən buna razısan, mən də razıyam. 


 Mən də deyirəm ki, orda gördüyüm  
Səhərin gözünün şəfəqi deyil,  
Ayın çöhrəsinin solğun əksidir.  
Başımız üstdəki göy qübbəsini  
Torağay titrətmir öz nəğməsiylə.  
Qalmaq çox asandır mənə getməkdən.  
Gəl, ölüm, xoş gördük, çək qəlbə dağı, 
 Gəl, belə istəyir Cülyetta, axı.  
Elədirmi, ruhum? Sübhə hələ var. 
C ü l y e t t a .  
Yox, yox, işıqlanır, tez ol, qaç qurtar.  
Uğursuz səsiylə, nəhs nəğməsiylə  
Qulaqları deşən bu torağaydır.  
Deyirlər, torağay gözəl oxuyur,  
Düz deyil, bu quş ki, ayırır bizi.  
Belə deyirlər ki, qurbağa ilə 
 Torağay dəyişib öz gözlərini,  
Gərək səsini də dəyişdirəydi.  
Bu səs qəlbimizi hürküdür yaman,  
Bizi öz mehriban ağuşumuzdan  
Alıb ayrı salır. İndi qaç, tez ol.  
Dan yeri get-gedə işıqlanır, ah! 
R o m e o. 
Dan yeri get-gedə işıqlandıqca  
Dərdimiz get-gedə qaranlıqlaşır.  
Dayə gəlir. 
D a y  ə. Xamm! C ü l y etta. 
Dayə! 
 
D ay ə. 
Qızım, anan gəlir. 
Səhər açılıb ha! Ehtiyatlı ol. 
(Gedir) 
C ü 1 y e t t  a. 
Pəncərə gətirir səhəri mənə, 
Pəncərə aparır həyatı məndən.  
Ro meo. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə