Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

Romeo Tibaltı, Tibaltsa onu – 
Öldürüb əzizim Merkusionu.  
Onun necə çəkim ağır yasını,  
Onun kim verəcək qan bahasmı! 
M o n t e k k i .  
Romeo suçsuzdur, unutmaq olmaz,  
O öz dostu üçün alıbdır qisas.  
Bu ki qanunladır. 
H e r s o q. 
Bu günah üçün 
Mən onu təcili edirəm sürgün.  
Sizi dərdə salan kinli ədavət  
Mənim də qanımı tökdü, nəhayət.  
İki ailənin qanlı savaşı  
Mənim də evimə saldı göz yaşı.  
Elə bir cərimə kəsim ki sizə, 
 Ədəbi dərs olsun hər ikinizə.  
Qəlbimi yumşaltmaz nə ağı-sızı,  
Yumaz göz yaşınız günahınızı.  
Kəsin yalvarışı! Getsin Romeo.  
Əgər burda qalsa, öləcəkdir o.  
Qaldırın cəsədi, bu müsibətdir,  
Qatili əfv etmək bir cinayətdir. 
Gedirlər. 
 
İKİNCİ  SƏHNƏ 
Kapulettinin bağı. Cülyetta daxil olur. 
C ü 1 y e t t a. 
Siz ey ayaqları od saçan atlar,  
Qərbə - günbatana çapın dördnala  
Febin oğlu Faston sürsəydi sizi,  
Qızıl arabanı aparmışdınız,  
Aləmi qaranlıq tutmuşdu çoxdan.  
Gəl, gəl, aşiqlərin sirdaşı gecə,  
Gəl, çək hər tərəfə qara pərdəni.  
Kənar gözdən uzaq, yad dildən uzaq  
Romeo gizlicə gəlsin yanıma.  


Dünyanı aydınca görür aşkjlər,  
Dünyaya nur saçır onların hüsnü.  
Əgor məhəbbətin korsa gözləri,  
Onun on sevimli dostu gecədir.  
Ey ədəbli gecə, ey qara donlu,  
Zabitəli gözəl, gəl, gəl, sən mənə  
İki təmiz qəlbin saf oyununda  
Uduzaraq qalib gəlməyi öyrət.  
Utancaq, pak eşqim cürətlənincə  
Qara örpəyinlə yanaqlarımda  
Həyadan alışan qanımı gizlət.  
Gəl, gecə, bir tələs! Tez ol, Romeo,  
Gəl, zülmət gecədə nurlu gündüzüm,  
Uç, gəl sən gecənin qanadlarında,  
Qarğanın belinə yenicə yağmış  
Qardan son şəfəqli, sən ağ olarsan.  
Gəl, sevimli gecə, ey qaraqaşlım,  
Mənim Romeomu sən gətir mənə.  
O öləndə onu götür özünlə,  
Kəs, doğra balaca ulduzlar kimi.  
Bundan göylər elə gözəlləşər ki,  
Mat qalar gecəyə bütün yer üzü,  
Pərəstiş eyləməz Günəşə heç vaxt.  
Bir sevgi sarayı satın aldım mən, 
Fəqət o saraya sahib deyiləm. Mənim 
özümü də satın aldılar, Fəqət nə yiyəm var, 
nə sahibim var. Ah, necə əzablı, qəmlidir bu 
gün, Təzə paltarmı geyə bilməyən Səbirsiz 
uşağın bayramqabağı Keçirdiyi qəmli bir 
gecə kimi! Ah, ah, dayəm gəlir, xəbər 
gətirir. Romeo adını deyən hər bir dil 
Göylərtək gözəldir, heyrətamizdir. 
Dayə əlində kendir nərdivan daxil olur. 
Dayə, nə xəbər var? O nədir elə? 
Kəndir nərdivandır Romeo üçün? 
D a y o. Hə, hə, nərdivandır (Kəndir nərdivanı yerə atır).  


C ü 1 y e t t a. 
Axı, nə olub? 
Niyə pərişansan, məyussan belə?  
D ay ə. 
Fəlakət, fəlakət! O öldü, öldü! 
Məhv olduq biz, xanım, bu gün məhv olduq. 
Onu öldürdülər, o yoxdur, öldü!  
C ü 1 y e t t  a. Göylər belə qəddar ola bilərmi?  
D a y  ə. 
Göylər ola bilməz, Romeo olar. 
Romeo, Romeo, ah, ah, Romeo! 
Bu kimin ağlına gələrdi, kimin?  
C ü l y e t t a .  
Sən necə daşürək ifritəsən ki, 
Belə bir işgəncə verirsən mənə? 
Ziilmət cəhənnəmin ağır zilləti 
Bu sonsuz əzabın yanında heçdir. 
Romeo özünü öldürdümü, de? 
Son təkcə "bəli" de, bu "bəli" sözü 
Əjdahanın ölüm saçan gözündən 
Məni daha kəskin zəhərləyəcək. 
Əgər "bəli" desən, mən mən deyiləm. 
Gözlərim əbədi qapanacaqdır. 
O ölüb - "bəli" de, sağdır - "yox" söylə, 
Bir sözlə ya öldür, ya xoşbəxt eylə.  
D ay ə. 
Gördüm yarasıını gözlərimlə mən. 
Burda - köksündəydi. Allah, sən saxla. 
Al qana batmışdı bütün cəsədi, 
Rəngi ağarmışdı ağ kətan kimi, 
Huşumu itirdim mən bu dəhşətdən.  
C  ü l y   e  tt  a. 
Parçalan, ey qəlbim! Ey bədbəxt müflis, 
Parçalan bu saat, itdi saf incin. 
Ey mənim gözlərim, girin zindana, 
Heç zaman görməyin azadlığı siz. 
Dayan, ey əclaf yer, dolanma belə
Məni bir qəbrə qoy Romeo ilə!  


D ay ə. 
Aman, Tibalt, Tibalt! Sevimli dostum! 
Nəzakətli Tibalt, ah, nəcib insan, 
Sənin ölümünü mən niyə gördüm?!  
C ü 1 y e t t a. 
İki yandan qopan bu tufan nədir? 
Romeomu ölüb, Tibaltmı ölüb? 
Əziz qardaşımmı, əziz ərimmi? 
Sən  ey İsrafılin qorxunc şeypuru, 
Xəbər ver, gəlibdir qiyamət günü! 
Onlar ölüblərsə, kim sağ qalıb bəs?  
D ay ə. 
Tokco Tibalt ölüb, Romeo onu 
Öldürüb, bununçun sürgün edilib.  
C ü l y c t t a .  
İlahi, belə də müsibət olar? 
Romeo Tibaltm tökdü qanını?  
D a y ə. O tökdü, o tökdü. Lənət bu günə!  
G ül y et t a. 
Ah, üzü qızılgül, ürəyi ilan! 
Gözəl mağarada çirkin əjdaha! 
İlahə zülmkar! Məleyko iblis! 
 
 
Göyərçin lələkli leş yeyən qarğa!  
Quzu dərisində acgöz canavar!  
Allah görkəmində ən rəzil məxluq!  
Zahiri, daxili iyrənc ziddiyyət!  
Müqəddəs bir məlun, vicdanlı alçaq!  
Ah, təbiət!  
Bu cür cənnət dünyada  
Gözəl bədəninə bu insanın sən  
Belə ki, salmısan şeytan ruhunu,  
Sənin cəhənnəmlə nə işin vardır?  
Məzmunu, mənası iyrənc bir kitab  
Heç belə də qəşəng cildlənərmi?  
Ah, bu cazibədar, gözəl sarayda 


 Saxtalıq yaşayır, yalan yaşayır! 
D a y ə. 
Yoxdur kişilərdə inam, etibar;  
Нamısı vicdansız, hamısı dönük,  
Hamısı riyakar, bomboş yalandır.  
Ah, hanı xidmətçim?  
Mənə tez cövhər,  
Məni məhv edəcək bu qəm, bu kədər.  
Sənin Romeona görüm ar olsun. 
C ü 1 y e t t a. 
Bunu necə dedin, dilin qurusun.  
Romeo ar üçün doğulmayıbdır,  
Ar özü ar edər ar olduğundan,  
Onun pak alnına qonmaz heç zaman.  
Onun alnı elə bakir təxtdir ki,  
Dünyada ismətin tək malikəsi  
Burda öz başına tac qoya bilər.  
Ah, necə heyvanam, söydüm mən onu! 
D a y ə. Qardaş qatilini mədh edəcəkdin? 
C ü l y e t t a .  
Bəs мən öz ərimi pisləyəcəkdim?  
Ah, binəva ərim, zavallı insan,  
Sənin üç saatlıq bu arvadın da  
Əgər oxşamasa şirin sözlərlə,  
Kim sənin könlünü oxşayacaqdı?  
Zalım, qardaşımı niyə öldürdün? 
O zalım istədi öldürsün səni.  
Ey möhnət xəracı, odlu göz yaşı,  
Qayıt öz yerinə, öz qaynağına.  
Sən bac-xərac ikən fəlakət üçün,  
Səhvən səadətə qurban gedirsən.  
Mənim ərim sağdır, Tibalt can atdı  
Onu qətl eləsin. Tibalt ölübdür.  
Ərimi öldürmək istəyirdi o.  
Bax, bu mənim üçün bir təsəllidir.  
Onda nəyə görə ağlayıram ki?  
Mən bir söz eşitdim, o söz Tibaltın  


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə