Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

Kleopatra isə qaraçıdır. Yelena və Hero qəhbədirlər. 
Tizbanın qəşəng ala gözləri olsa da, gözəllikdə onunla 
müqayisə edilə bilməz. Senyor Romeo, bonjur. Bu da 
sənin gen fransız  şalvarına bir fransız salamı. Sən dünən 
axşam bizə yaxşı kələk gəldin. 
Romeo. 
Sabahınız xeyir ikinizin 
də, Necə kələk gəldim axı 
mən sizə? 
M e r k u s i o. Aradan çıxdın, cənab, aradan çıxdın. 
Məgər bunu başa düşmürsən? 
R o m e o. Bağışla, əziz Merkusio, işim çox vacib idi. 
Mənim kimi işi olan adam ədəb qaydalarını poza bilər. 
M e r k u s i o. Sənin kimi işi olan adam dizi üstə çöküb, 
baş əyməyə məcbur olar desən, daha doğru çıxardı. 
R o m e o. Demək istəyirsən ki, salam verərdi. 
M e r k u s i o. Sən çox incəliklə hədəfə vurdun. 
R o m e o. Bu çox nəzakətli izahat oldu. 
M e r k u s i o. Hə də, mən əsl nəzakət çiçəyiyəm. 
R o m e o. Yəqin ki, qərənfilsən. 
M e r k u s i o. Tamamilə doğrudur. 
R o m e o. Deyirəm axı, mənim rəqs ayaqqabılarıma 
taxılan çiçəklər niyə belə qəşəngdir. 
M e r k u s i o. Yaxşı dedin. Bu zarafatınla 
ayaqqabıların yırtılana kimi arxamca gəl.  Əgər birinin altı 
deşilməyib, salamat qalsa, sənə kömək eləyər. 
R o m e o. Ah, bir ayaqqabı altı  qədər dözümsüz və 
dəyanətsiz zarafat! O necə də deşilməyib - salamat qalsın. 
M e r k u s i o. Əziz Benvolio, aramıza gir, bizi ayır. 
Mənim hazırcavablığım kəsərdən düşür. 
R o m e o .   Qamçıla, mahmızla, tənbəli qamçıla, 
mahmızla, yoxsa mən onu ötəcək və  qışqıracağam: yarışı 
uddum! 
M e r k u s i o. Dayan bir, əgər sənin hazırcavablığın 
ovda çöl qazlarına bir şahin kimi cumubsa, mən doğrudan da 
uduzdum; ona görə ki, sənin hiss üzvlərinin birində olan 
alıcı quş  mənim bütün beş hiss üzvümdəkindən çoxdur. 


Bəlkə, məni də qaz hesab edirsən? 
R o m e o. Sən mənim yanımda qazdan başqa heç vaxt 
heç şey olmamısan. 
M e r k u s i o. Bu zarafat üçün mən sənin qulağım qırparam. 
R o m e o. Yox, mənim mərhəmətli qazım, elə iş tutma. 
M e r k u s i o. Sənin hazırcavablığın çox acıdır, lap istiot 
kimidir. 
R o m e o. Yağlı bir qaz üçün acı istiot gözəl bir ədviyyə 
olmazmı? 
M e r k u s i o. Ah, sənin hazırcavablığın yumşaq dəriyə 
bənzəyir. Onu uzununa da, eninə də çəkib uzatmaq olar. 
R o m e o. Mən eninə sözünü dartıb, o qədər uzadaram 
ki, qaz sözünə  əlavə edəndə  sən dünyada ən böyük qaz 
olarsan. 
M e r k u s i o. Nə deyirəm ki? Bu, eşq ah-uflarından yaxşı 
deyilmi? Hə, indi səninlə danışmaq olar. İndi sən Romeosan. 
İndi sən tərbiyə  və  təbiətin etibarı ilə  əvvəlki adamsan. 
Dostum, sənin bu sarsaq məhəbbətin  əlindəki ağacı 
gizlətməyə bir deşik tapmayıb, ağzından köpük daşa-daşa o 
yan-bu yana qaçan dəliyə bənzəyir. 
B e n v o 1 i o. Burda kəs, burda kəs! 
M e r k u s i o. Son istəyirsən ki, burda mən öz nitqimin 
quyruğunu kəsim?! 
B e n v o 1 i o. Belə olmasa, nitqin çox uzanar. 
M e r k u s i o .   Ah! Sən yanılırsan. Mən onu qısaltmaq 
istəyirdim. Nitqim lap sonuna gəlib çatmışdı. Həqiqətən də, 
fikrim vardı ki, onu davam etdirməyim. 
R o m e o. Baxın, gözəl tamaşa buna deyərlər. 
Dayə və Piter daxil olurlar. 
M e r k u s i o. Yelkən, yelkən! 
B e n v o 1 i o. Özü də iki dənə: tuman və şalvar. 
D a y ə. Piter! 
P i t e r. Nə buyurursunuz? 
D a y e. Menim yelpiyimi ver, Piter. 
M e r k u s i o. Mərhəmətli Piter, tez elə, qoy üzünü 
gizlətsin.Yelpiyi üzündən gözəldir. 


D a y ə. Sabahınız xeyir, xeyirxah cənablar! 
M e r k u s i o. Axşamınız xeyir, qəşəng xanım. 
D a y ə. Məgər axşamdır? 
M e r k u s i o .   Sənə deyirəm, az olmaz, çünki saatın 
ədəbsiz əli indi günortanın qamçısının düz üstündədir. 
D a y ə. Ayıb deyil? Sən necə adamsan? 
R o m e o. Elə adamdır ki, xanım, Allah-taala onu öz-
özünü ələ salmaq üçün yaradıb. 
D a y ə. Doğrudan, yaxşı dediniz: öz-özünü ələ salmaq 
üçün, belə dediniz, hə? Cənablar, kim mənə deyə bilər, gənc 
Romeonu harada tapmaq olar? 
R o m e o. Mən deyə bilərəm. Ancaq siz onu tapanda gənc 
Romeo indi axtardığınızdan bir az yaşlı olacaq. Əgər pis 
düşməsə, deyərdim ki, bu adı daşıyan insanların  ən cavanı 
mənəm. 
D a y ə. Yaxşı dediniz. 
M e r k u s i o. Necə? Heç pis yaxşı olarmı? Doğrusu, yaxşı 
yerinə düşdü. Ağıllı sözdür, ağıllı sözdür. 
D a y o. Cənab, Romeo sizsinizsə, mənim sizə deməyə bir 
neçə gizli sözüm var. 
B e n v o 1 i o. Görərsən, onu bişirib, şama dəvət edəcək. 
M e r k u s i o. Aradüzəldən, aradüzəldən, aradüzəldən, qap 
onu. 
R o m e o. Nədir, nə tapmısan? 
M e r k u s i o. Dovşan deyil, cənab. Yox, bu elə dovşandır 
ki, qurumuş, kiflənmiş pəhriz piroqunun içindən çıxıb. 
Oxuyur. 
Qoca, boz dovşan 
Kifsənib yaman, 
Nə yaxşı yeməkdir, pəhriz zamanı. 
Kifsənməsəydi, 
Qırx nəfər nəydi, 
Yəqin, doydurardı bütün dünyanı. 
Romeo, evə getmirsən? 
Biz sizə nahar etməyə 
gedirik.  


R o m e o. Bu saat, gəlirəm.  
M e r k u s i   o. 
Əlvida, Nuhu gəmidə görən xanım, əlvida! 
Xanım, xanım, xanım... 
Merkusio ilə Benvolio gedirlər. 
D a y ə. Buna bax bir, əlvida! Deyin görüm, cənab, bu 
sırtıq çərçi kimdir ki, ədəbsizlik dağarcığı kimi belə dolub-
daşır. 
R o m e o. Dayə, bu özü deyib, özü eşitməyi sevən 
adamdır. Bir dəqiqədə bir ayda deyəcəyindən daha çox 
cəfəngiyat üyüdüb tökə bilər. 
Dayə.  Əgər mənim haqqımda pis bir söz desə, onun 
canını ala-ram. Mən onun kimi iyirmi belə sırtıq bambılıya 
cavab verərəm. Hər-gah özüm bacarmasam, məni müdafiə 
edənlər tapılar. Alçaq haramzada! Mən onun üçün əzilib-
büzülən qızlardan deyiləm. Mən onun üçün əyyaş, pozğun 
qadınlardan deyiləm (Piterə). Sən də yanımda müqəvva kimi 
durub gözünü döyürsən. Hər yetən əclafın özü istədiyi kimi 
məni elə salmağına dözürsən. 
P i t e r. Mən ki hələ bir kişinin özü istədiyi kimi sizi ələ 
saldığını görməmişəm.  İnanın, belə olsaydı, cəld qılıncımı 
sıyırardım. Elə ki, görürəm, yaxşı döyüş üçün bir səbəb var, 
qanun da mənim tərəfimdədir, mən də başqaları kimi heç 
nədən çəkinmədən tez qılıncımı işə salıram. 
Dayə. Bir Allah şahiddir ki, hələ  də hirsimdən özümə 
gəlməmişəm, bütün bədənim  əsir. Alçaq haramzada! Ah, 
cənab, axı  mənim sizə bir sözüm vardı. Dediyim, gənc 
xanımım sizi axtarıb tapmağı xahiş etmişdi. Onun xahiş 
edib, tapşırdığı sözləri hələlik özümdə bir sirr kimi 
saxlayıram.  Əvvəlcə, icazə verin, sizə deyim, əgər siz onu 
yoldan çıxarmaq istəyirsinizsə, necə deyərlər, bu kobud bir 
hərəkət olardı. Çünki xanımım çox gəncdir, buna görə  də 
onu aldadırsınızsa, bu doğrudan da, pis və eybəcər bir işdir. 
R o m e o. Mehriban dayə, məndən xanımına salam 
söylə. Mən sənə söz verirəm ki... 
D a y ə. Safqəlbli oğlan, mən ona elə beləcə  də 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə