Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

əlində bir səbət daxil olur. 
l, o r e n s o. 
Gülür nurlu səhər zülmət gecəyə,  
Dönür şərq buludu əlvan qönçəyə.  
Gündüzün yolundan sərxoş olmuştək  
Qaranlıq çəkilir səndələyərək.  
Neçə ki, gözündən saçıb od, atəş  
Büllur şəbnəmləri içməyib Günəş,  
Doldurum səbəti mən ehtiyatla:  
Şəfalı çiçəklə, zəhərli otla.  
Torpaq anasıdır bu təbiətin,  
Beşiyi, qəbridir bütün xilqətin.  
Qoynuna uşaqtək sığınıb hamı,  
Əmir döşlərindən həyat ilhamı.  
Qucağı doludur min nemət ilə,  
Paylayır hamıya səxavət ilə.  
Məzarı beşikdir, beşiyi məzar,  
Hər gülü, hər daşı sirli, ecazkar.  
Dünyada pisin də faydası vardır,  
Yaxşının da yolu, qaydası vardır.  
Vaxtında, yerində olmasa məlhəm,  
Başa ağrı verər, ürəyə dərd-qəm.  
Yaxşı pisə dönər pisliklə, şərlə,  
Pis yaxşıya dönər yaxşı işlərlə.  
Yoxlasaq bu zərif, bu tər çiçəyi,  
Zəhərdir, şəfadır hər bir ləçəyi.  
Yeyəndə susdurur ürəyimizi, 
Qoxlayanda ətri coşdurur bizi. 
 Vuruşur düşməntək bu cür, bu təhər 
 İnsanın qəlbində xeyir ilə şər.  
Şər qalib gəldimi, məhv olur həyat,  
Çiçəyi qurd yeyir sanki o saat. 
Romeo daxil olur. 
R o m e o. Sabahınız xeyir, hörmətli ata! 
L o r e n   s. 
Allah amanında, çatın nicata!  


Kimdir bu tezlikdə axtaran məni?  
Gənc oğlum, pərişan görürəm səni.  
Belə tez durmağın sübutdur buna,  
Nəsə haram qatıb şirin yuxuna.  
Qocalıq belədir, adətdir bizdə:  
Qayğı keşik çəkir gözlərimizdə. 
 Qayğı qalan yerdə heç yuxu qalmaz,  
Cavanlıq başqadır, qayğısı olmaz.  
Harda gənc uzanır, bir qaydadır bu, 
 Orda taxta çıxır zər taclı yuxu. 
 Odur ki, gəlişin bildirir mənə:  
Nəsə bir fəlakət üz verib sənə,  
Yox, belə deyilsə, deməli, onda  
Gecə olmamısan öz yatağında. 
Romeo. 
Düzdür, yatmamışam, getdi möhnətim,  
Yuxudan şirindir istirahətim. 
L o r e n  so. 
Özün keç günahdan, Allah-taala,  
Rozalina ilə olmusan, bala? 
R omeo. 
Rozalina ilə? Yox, əziz atam,  
Unutmuşam onun adını tamam. 
L o r e n s o. Nədir o yuxudan şirin möcüzə? 
Romeo. 
İndicə hər şeyi deyərəm sizə.  
Düşmənimlə birgə kefdə idim mən,  
Ah, o yaraladı məni qəfildən. 
Mən də yaraladım onu eləcə, 
 Ölümcül bir yara aldıq biz gecə.  
Mənə də, ona da çarə gərəkdir,  
Müqəddəs əlacın bizə köməkdir. 
 Görürsüz, nifrətim yox qənimə də, 
 Əlac axtarıram düşmənimə də. 
L o r e n  so. 
Oğlum, açıq danış, aydın de, nə var?  
Tapmaca dərdə həb tapmaca olar. 
R o m   eo. 


Fikrim həqiqətdir, sözlərim yəqin,  
Sevirəm qızını Kapulettinin.  
Sevgiylə bağlanıb ürəklərimiz,  
Nikahla bərkidin bu sevgini siz.  
Biz necə, nə zaman, harada pünhan  
Görüşüb, danışıb kəsmişik peyman – 
Yolda danışaram, ruhani ata,  
Mən ona butayam, o mənə buta.  
Sizə yalvarıram, güldürün bizi,  
Elə bu gün kəsin kəbinimizi. 
L o r e n s o .  
Müqəddəs Fransisk! 
 Işlər var nə cür!  
Bu nə dəyişiklik, nə dönüklükdür?  
Sən nə tez unutdun Rozalinanı?  
Bəs sən olmamışdın onun heyranı?  
Gənclərin sevgisi görəsən nədir?  
Eşqi könlündə yox, gözlərindədir. 
 Bu solmuş, saralmış yanaqlarından  
Nə qədər göz yaşı axdı bir zaman?! 
 Nalən duman kimi tutdu səmanı, 
 Günəş qurutmayıb o ah-fəğanı.  
İniltin səslənir qulaqlarımda,  
Göz yaşın iz salıb yanaqlarında.  
Hanı o məhəbbət, o sevgi hanı?  
Dəyişdin, unutdun Rozalinanı?  
Əgər kişilərdə yoxsa dəyanət,  
Neçin qadınları edək məzəmmət? 
R o m e o. Məni bu eşq üçün danlayırdınız. 
L o r e n s o. Həddini keçirdin, bununçün yalnız. 
 R o m e o. Dediniz: dəfn elə məhəbbətini.  
Lorenso. 
Dedim: unudasan qəm-möhnətini. 
Demədim bir eşqi yerə gömüb, sən 
Başqa birisini çıxar qəbirdən.  
Romeo. 
Məni danlamayın, bu canlı aftab 
Veribdir sevgimə sevgiyle cavab. 


O mənim eşqimlə açılan güldü, 
Axı, o əvvəlki belə deyildi.  
Lorenso. 
Rozalina yaxşı bilirdi ki, sən 
Sevgi sözlərini əzbərləmisən. 
Yaxşı, di gəl gedək, gənc hərdəmxəyal, 
Köməyə hazıram mən sizə dərhal. 
Sizin bu eşqiniz qoy açsın çiçək, 
Ədavət dostluğa çevrilsin gərək.  
R o m e o. Tez gedək, tez gedək mümkünsə əgər. 
 L o r e n s o. Tələsmə, tez qaçan tez də büdrəyər. 
Gedirler. 
DÖRDÜNCÜ SƏHNƏ 
Küçə Benvolio ilə Merkusio 
daxil olurlar. 
M e r k u   s  i  o. 
Görən, bu Romeo harada qaldı? 
Deməli, bu gecə evə gəlməyib?  
B e n v o 1 i o. Gəlməyib. Öyrəndim mən nökərindən.  
M e r k u s io. 
Ah, o Rozalina, qəlbi daş gözəl 
Ona ki bu qədər işgəncə verir, 
Biçarə, yəqin ki, dəli olacaq.  
B e n v o 1 i o. 
Kapulettinin o qardaşı oğlu 
Tibalt Romeoya məktub göndərib. 
M e r k u s i o. Meydan oxumaqdır bu, vicdan 
haqqı.  
B e n v o 1 i o. Romeo da ona cavab verəcək. 
Merkusio. 
Əli qələm tutan hər savadlı kəs 
Cavab verə bilər hər bir məktuba.  
B envo1 io. 
Yox, o göstərəcək necə lazımsa, 
Hücuma hücumla cavab verəcək. 


  M e r k u s io. 
Vay, yazıq Romeo, o artıq ölüb. Ağbəniz pərinin qara gözləri 
onu ağır yaralayıb. Eşqin nəğməsi onun qulaqlarmı deşik-deşik 
eləyib. Məhəbbətin oxu onun ürəyinin düz ortasından keçib. O, 
Tibaltın qarşısında necə davam gətirəcək? 
 B e n v o 1 i o. Nə üçün, axı, nədir bu Tibalt?  
M e r k u s i o. Səni inandırıram ki, o, nağıldakı pişiklər padşahı 
Tibaltdan daha amansızdır. Pis işlərdə başçıdır. Elə qılınc 
oynadır ki, elə bil notla mahnı oxuyursan. Ritmi, məsafəni və 
ölçünü çox dəqiq bilir. Bir, iki, üçüncüdə qılıncı köksünə sancır. 
Zərif qönçələrin əsl qənimidir. Duel ölüsüdür, duel. Yüksək 
dərəcəli zadəgandır. Qılınc oynatmağın əsl bilicisidir. Ah, o 
ölməz passado! O punto reserso! O hay!
1  
B e n v o 1 i o. O nə deməkdir? 
M e r k u s i o. Cəhənnəm olsun o əzilib-büzülən ədabazları, 
yeni dil quraşdıranları! Elə ancaq bunu eşidirsən: "Həzrəti-İsa 
haqqı,  ən yaxşı  qılıncdır!  Ən ucaboy kişidir!  Ən gözəl 
qəhbədir!" Özün de, ulu babam, bu qan qaraldan əcnəbi 
milçəklərin qulağımıza girməsi kədərli deyilmi? Bu xarici 
moda düşkünləri, bu pardon – nezmois
2
-lər yeni dəbə elə 
aludə olublar ki, təzə tumanda köhnə skamyalarda rahat 
əyləşə bilmirlər. Ah, onların bon
3
-ları, onların bon-ları. 
Romeo daxil olur. 
B e n v o 1 i o. Romeo gəlir, Romeo gəlir! 
M e r k u s i o. Bir bax, qurudulmuş balığa oxşayır. Ah, 
insan bədəni, sən necə də balıqlaşdın! İndi onun başında yalnız 
Petrarkanın nəğ- 
1
 Qılınc oynatma terminləri: Hücum! Dəf et! Dəydi! 
(italyanca). 
2
 Həmişə "bağışlayın" deyən nəzakətli adamlar (fransızca). 
3
 Salam (fransızca). 
 
mələri kimi gözəl  şerlər dolanır. Onun sevgilisinin yanında 
Laura mətbəxdə qabyuyandan artıq bir şey deyil. Düzdür, 
Lauranm aşiqi ona daha gözəl nəğmələr qoşmuşdur. 
Başqalarına gəldikdə  də belədir. Di-dona pintidir. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə