Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

Sağ ol! Bir öpüş də, mən getdim, gülüm. 
(Pəncərədən düşür).  
Cülyetta. 
Gedirsən? Ah, dostum, ərim, sevgilim! 
Xəber gözləyirəm mən səndən hər an; 
Hər anda nə qədər əzablı gün var. 
Ah, bu hesab ilə qocalaram mən 
Bir də görənədək öz Romeomu. 
 Romeo. 
Daha sağlıqla qal! Fürsət düşən dəm, 
Quzum, sənə salam göndərəcəyəm. 
C ü 1 y e t t a.  
Deyirsən, biz yenə görüşəcəyik?  
Romeo. 
Buna şübhəm yoxdur, bu acı qəmlər 
Şirin xatirəyə dönəcək o vaxt.  
C ü 1 y e t t  a. 
Ya rəbb! Mənim qəlbim nəhs bir kahinmiş! 
Mənə elə gəlir: sən aşağıda 
Məzarın dibində yatan ölüsən. 
Ya gözüm pis görür, ya rəngin qaçıb?  
Romeo. 
Solğun görünürsən gözümə sən də
Bizim qanımızı içir qəm, kədər. 
Əlvida, əlvida, sevimli dilbər. 
(Gedir). 
 C ü 1 y e t t a. 
Ah, tale! Vəfasız deyirlər sənə. 
İndi ki, belədir, sən insanların 
Acı tənəsinə niyə dözürsən? 
 
Vəfasız ol, tale, gəl, sən qürbətdə 
Onu çox saxlama, tez geri qaytar. 
L e d i     K a p u l e t t i   (səhnə arxasından). Qızım, oyanmısan?  
Cülyetta. 
Kimdir? Anamdır? 
O hələ yatmayıb, yoxsa tez durub? 


Nə var ki, sübh tezdən gəlir buraya? 
Ledi Kapuletti daxil olur. 
L e d i     K a p u l e t t i. Necəsən, Cülyetta? 
 C ü 1 y e t t a. Nasazam, ana.  
Ledi   Kapuletti. 
Yenə ağlayırsan qohumun üçün? 
Bu nədir? Sən onu göz yaşlarınla 
Yuyub qəbirdənmi çıxaracaqsan? 
Çıxarsan, dirildə bilməyəcəksən. 
Di bəsdir, di qurtar göz yaşlarını! 
Kədər öz həddində dərin sevgidir, 
Həddini keçdimi, divanəlikdir.  
C ü 1 y e t t a. Bu ağır dərd üçün qoy ağlayım mən.  
L e d i     K a p u l e t t i .  
İnsan ağladıqca dərd ağırlaşar. 
Göz yaşı ölünü diriltməz heç vaxt.  
C ü 1 y e t t a. 
Bu ağır itkiyə dözə bilmirəm, 
Yeganə çarəmdir göz yaşı tökmək. 
  L e d i     K a p u l e t t i .  
Yəqin, ağlayırsan ona görə ki, 
Tibaltı öpdürən o alçaq sağdır.  
C ü 1 y e t t a. Hansı alçaq, ana?  
L e d i     K a p u l e t t i .   Alçaq  Romeo.   
C ü 1 y e t t a (kənara). 
Alçaq və Romeo! Bu mümkün deyil
Bu iki söz birgə deyilə bilməz! 
Allah, əfv et onu! Hələ onuntək 
Heç kəs ürəyimi yaralamayıb. 
Mən onu ürəkdən bağışlayıram. 
L e d i       K a p u l e t t i .   Bu ona görədir, yaşayır qatil. 
C ü 1 y e t t a. 
Bəli, əllərim də çatmayır ona,  
Yoxsa intiqamı özüm alardım. 
L e d i     K a p u l e t t i .  


Biz qisas alarıq, rahat ol, qızım.  
Mantuya bir adam gönderərəm mən,  
O sürgün sərsəri yaşayır orda.  
Ona elə şərbət içirdərəm ki,  
Tezliklə Tibaltın yanına gedər.  
Onda inanıram, razı qalarsan. 
C ü 1 y e t t a. 
Doğrudan, mən razı qalmaram heç vaxt  
Onu görməyincə... ölmüş... qəlbimi  
Tibaltm ölümü yaman dağlayıb.  
Ana, sən adam tap göndərmək üçün,  
Zəhəri mən özüm hazırlayaram.  
Romeo tezliklə yatar rahatca.  
Ah, onun adını eşidib, onun  
Yanına getməmək nə dözülməzdir!  
Könlümdə Tibalta olan sevgimi  
Qatilin başmdan ayağınadək  
Yağdıra bilməmək necə əzabdır! 
L e d i     K a p u l e t t i .  
Sən zəhər hazırla, mən adam tapım.  
İndi bir şad xəbər deyərəm senə. 
C ü 1 y e t t a. 
Şad xəbər yeridir bu qəm içində?  
O necə xəbərdir bir danış, ana? 
L e d i    Kapuletti. 
Sənin çox qayğıkeş atan var, qızım.  
O sənin dərdini dağıtmaq üçün  
Vaxt təyin etdi ki, şənlik keçirsin  
Bu heç yuxumuza girmezdi bizim. 
C ü 1 y e t t a. Vaxt təyin elədi, o hansı gündür? 
L e d i     K a p u l e t t i .  
Mənim əziz balam, cümə axşamı  
Səhər qəşəng, nəcib qraf Parislə 
Pyotr kilsəsində təntənə ilə 
 Sizin kəbininiz kəsiləcəkdir. 
C ü 1 y e t t a. 
Pyotr kilsəsinə, Pyotra da  
Mən and içirəm ki, heç vaxt, heç zaman  


Bizim kəbinimiz kəsilməyəcək.  
Məəttəl qalmışam, elçi gəlməmiş 
 Tez kəbin kəsməyin mənası nədir?  
Atama de, hələ ər vaxtı deyil,  
Getsəm, mən gedərəm nifrət etdiyim  
Romeoya, ancaq o Parisə yox!  
Bu təzə xəbərdir, həqiqətən də! 
L e d i     K a p u l e t t i .  
Odur, atan gəlir, ona özün de,  
Görək bu sözünə necə baxacaq. 
Kapuletti ilə dayə daxil olurlar. 
K a p u l e t t i .  
Gün qürub edəndə göydən şeh düşər,  
Qardaşım oğlunun qürubu ancaq  
Kədərli gözlərdən leysan yağdırır. 
 Bu nədir? Şəlalə olmusan, qızım?  
Yenə də batmısan göz yaşlarına? 
 Sənin bu balaca vücudundaca  
Həm gəmi, həm dəniz, həm də tufan var.  
Dənizə bənzəyir sənin gözlərin,  
Qabarır, çəkilir göz yaşlarınla.  
Bədənin gəmidir bu duzlu suda,  
Ahlarınsa tufan onu çağlayıb,  
Axan göz yaşların şiddətləndirir. 
 Təcili sakitlik yaradılmasa,  
Bədənin tufanda qərq olacaqdır.  
Yaxşı, iş necədir, nə oldu, arvad?  
Dedinmi sən ona qərarımızı? 
L e d i     K a p u l e t t i .  
Bəli, o istəmir fəqət heç kəsi,  
Sənə qayğın üçün təşəkkür edir.  
Bu səfeh məzara ərə gedəcək! 
K a p u l e t t i .  
Dayan bir sən, arvad, məni başa sal.  
Heç kəsi istəmir? Necə? Nə dedin?  
Təşəkkür eləmir, fəxr eləmir o?  
Bu dəyərsiz qıza belə dəyərli  


Adaxlı tapmışıq, buna sevinmir? 
C ü 1 y e t t a. 
Təşəkkür edirəm, fəxr eləmirəm. 
 Nifrət etdiyimlə necə fəxr edim? 
 Qayğmıza görə razıyam sizdən. 
K a p u l e t t i .  
Nə? Nə? Bu dolaşıq müemma nədir? 
 Təşəkkür edirəm, fəxr eləyirəm,  
Təşəkkür etmirəm, fəxr eləmirem! 
 Ey, ey anasmın sevimli qızı,  
Sən nə eyləyirsən, nə eləmirsən, 
 Bunların mətləbə heç dəxli yoxdur. 
 Hazırlaş bu gələn cümə axşamı  
Kilsəyə Parislə birgə getməyə,  
Yoxsa səni güclə apararam mən.  
Di rədd ol, çər dəymiş, sısqa, yaramaz! 
L e d i     K a p u l e t t i .   Tfu! Tfu! Ay qız dəli olubsan? 
C ü 1 y e t t a. 
Sizə yalvarıram diz çöküb, ata, 
 Bircə söz deməyə icazə verin. 
K a p u l e t t i .  
Di, sus! Cəhənnəm ol, sırtıq dikbaş qız!  
Bax, budur, deyirəm, saxla yadında: 
 Ya sən kilsəyə get cümə axşamı, 
Ya da gözlərimə görünmə bir də.  
Danışma, dillənmə, mənə söz demə.  
Əllərim gicişir. Arvad, biz hər vaxt  
Səninlə dərd çəkib deyinirdik ki,  
Tanrı bircə övlad veribdir bizə,  
İndi görürəm ki, biri də çoxdur.  
Bu qız bizim üçün bəlaymış, bəla.  
Di itil həyasız, dəyərsiz məxluq! 
Day ə. 
Xudaya, sən özün ona kömək ol!  
Belə qızı bu cür söyməzlər, ağa! 
K a p u l e t t i .  
Ey ağıl dəryası, saxla dilini, 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə