Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   22   23   24   25   26   27   28   29   30

Mən özüm kilsədə gördüm qrafı, 
Ədəb və nəzakət dairəsində 
Ona mehribanlıq, hörmət göstərdim. 
K a p u l e t t i .  
Bax, belə, çox yaxşı.  
Di ayağa dur. 
 Əvvəldən sən bu cür olmalı idin.  
Görmək istəyirəm indi qrafı.  
Tez gedin, tez onu bura gətirin.  
Müqəddəs adamdır, vallah, bu rahib,  
Ona hörmət etmir xalq nahaq yerə. 
C ü l y e t t a .  
Mənim otağıma, gəl, gedək, dayə,  
Mənə kömək elə, birlikdə seçək  
Sabah geyəcəyim toy paltarını. 
L e d i     K a p u l e t t i .  
Yox, sabah nə üçün? Tələsmə, qızım,  
Cümə axşamına hələ xeyli var. 
K a p u l e t t i .  
Dayə, onunla get. Unutmayın ki,  
Sabah olmalıyıq mütləq kilsədə. 
Cülyetta ilo daym gedirlor. 
L e d i    Kapuletti. 
İşlər öz vaxtmda qurtarmayacaq, 
Axşama az qalır. 
K a p u l e t t i .  
Danxma, arvad. 
Qaydaya salaram mən bütün işi, 
Sonsə Cülyettanın yanına tərpən. 
Ona bəzənməkdə bir köməklik et. 
Bu gecə bir an da yatmayacağam. 
Sən məni tok burax, xanımlıq işi 
Bu dəfə qoy qalsın mənim öhdəmə. 
Ey, ey, hamı gedib? Heç eybi yoxdıır, 
Qrafın yanına özüm gedərəm. 
Deyərəm, sabaha hazırlaşar o. 


Belə yumşalması belə tərs qızın 
Qəlbimi olduqca sakitləşdirib. 
Gedirlər. 
ÜÇÜNCÜ SƏHNƏ 
Cülyettanın otağı. Cülyetta 
ilə dayə daxil olurlar. 
C ü 1 y e t t a. 
Bəli, bax, o paltar en yaxşısıdır.  
Ancaq bir ricam var, mehriban dayə,  
Gəl, məni bu gecə sən yalqız burax.  
Gərək sübhə qədər dua edem ki,  
Göylər bağışlasm günahlarımı.  
Özün bilirsən ki, çoxdur günahım. 
Ledi Kapuletti gəlir. 
L e d i    Kapuletti. Artıq məşğulsunuz? Kömək eləyim?  
Cü ly e t t a .  
Yox, ana, biz sabah nə lazımdırsa 
Hamısım seçib hazırlatnışıq. 
İndi izn verin, mən yalqız qalım. 
Aparın dayəni özünüz ilə, 
Bilirəm, bu gecə işiniz çoxdur
O sizə hər işdə kömək eləyər. 
  L e d i     K a p u l e t t i .  
Gecən xeyrə qalsın, yatağa uzan, 
Dincəl, axı sənə dinclik gərəkdir. 
Ledi Kapuletti ile dayə gedirler. 
C ü 1 y e t t a. 
Əlvida, əlvida! Bir Allah bilir 
 Bir daha yenidən görüşərikmi?  
Soyuq bir gizilti keçir canımdan,  
Vahimə dondurur qanımı artıq.  
Onları geriyə çağıracağam,  


Qoy gəlib təsəlli versinlər mənə.  
Dayə! Ah, o burda nə edəcəkdir?  
Bu ağır, bu müdhiş səhnəni gərək  
Mən təkcə oynayım. Gəl, gəl, ey şüşə!  
Birdən heç bu məlhəm təsir etmədi, 
Onda səhər ərə gedəcəyəmmi? 
Yox, yox! Bax, bu qoymaz. Sən burada dur. 
Xəncəri yanına qoyur. 
Bəlkə, bu zəhərdir. Rahib bicliklə 
Bunu hazırlayıb, məni öldürsün
Axı, gizlicənə Romeo ilə 
Mənim kəbinimi o özü kəsib, 
Bu iş açılarsa, biabır olar. 
Bəli, bu belədir, yox, belə deyil. 
O hər vaxt müqəddəs bir adam olub, 
Belə pis fıkirlər ona yaraşmaz. 
Bəs birdən Romeo gəlib çıxmamış 
Məzarda oyansam, onda nə olsun? 
Bax, ən dəhşət budur, dözülməz budur! 
Məni öz Romeom aparmayınca 
Saf hava görməyən dar sərdabədə 
Pis iydən, qoxudan boğulmarammı? 
Hərgah mən sağ qalsam, bu mümkündürmü? 
Ölümün, gecənin qorxunc kölgəsi 
Qəbiristanlıq olmuş o qorxunc yerin 
Müdhiş dəhşətiylə, vahiməsiylə 
Başımdan huşumu almayacaqmı? 
Yüz illərdən bəri qedim sərdabə 
Saxlayır qoynuna gömülmüş mərhum 
Bütün əcdadımın sümüklərini. 
Ah, orda məzara təzə qoyulmuş 
Öz qanına qaltan bədbəxt Tibaltın 
Nəşi cürüməyə başlayıb indi. 
Gecənin bir vaxtı orda, deyirlər, 
Ölülərin ruhu gəzib dolaşır. 
Bəs bunlar ağlıını çaşdırmayacaq? 


Əfsus, əfsus! Necə bu mümkün deyil! 
Əgər mən ayılsam vaxtmdan qabaq, 
Ən murdar, ən iyrənc üfunətlərdən, 
Kökündən ayrılmış mandraqoranm 
İnsanı sarsıdıb dəli etdiyi 
Naləsitək qorxunc iniltilərdən  
Axı, necə dəli olmayacağam?  
Kim deyər, bu dəhşət əhatəsində  
Öz əcdadlarımın sümükləriylə  
Oynamayacağam mən dəli kimi? 
 Tabutda iylənən yazıq Tibaltm  
Qanlı kəfənini cırmayacağam?  
Dəliliyin yüksək coşqun çağında  
Babamın ən iri bir sümüyünü  
Əlimə götürüb dəyənək kimi,  
Birdən öz kəlləmə çırpmayacağam?  
Oh, bax, bir bax! Mənə elə gəlir ki,  
Tibaltın ruhunu görürəm indi.  
Onu qılınc ilə vurub öldürən  
Romeonu gəzir, qisas axtartt.  
Dayan, Tibalt, dayan! Romeo, gəldim!  
Sənin sağlığına içirəm bunu. 
Şüşədeki demıanı içib yatağa yıxıhr. 
DÖRDÜNCÜ SƏHNƏ 
Kapulettinin evində zal. Ledi 
Kapuletti ilə dayə daxil olurlar. 
L e d i       K a p u l e t t i .   Götür açarları, ədviyyə gətir.  
D a y ə. Xurma, heyva gərək pirojna üçün. 
Kapuletti gəlir. 
K a p u l e t t i .  
Cəld olun, cəld olun, tez tərpənin bir! 
Xoruzun ikinci banıdır artıq! 
Gecə zəngi vurdu, saat üç olub. 


Şəkərçörəyə bax, qoçağım dayə, 
Hər şeyi bol elə, xəsislik etmə.  
L e d i    Kapuletti. 
Arvad işlərinə qarışmayın siz. 
Gedin, yatın, sabah durun vaxtında, 
Yuxusuz qalsanız, xəstələnərsiz. 
K a p u l e t t i .  
Yox, sən arxayın ol, tez-tez əvvəllər  
Yuxusuz qalmışam bütün gecəni,  
Xəstələnməmişəm feqət heç zaman. 
L e d i     K a p u l e t t i .  
Bəli, bir vaxt vardı tez-tez gecəler  
Arvadlar dalınca sürünərdiniz.  
İndi buraxmaram sizi heç yerə. 
Ledi Kapuletti ile daye gedirlər. 
K ap u 1 e 11 i.Qısqanclıq, qısqanclıq! 
Üç-dörd xidmətçi əllorində şiş, odun və səbət daxil 
olurlar. 
Dostum, o nədir? 
B i r i n c i   xidmətçi. 
Bunu aşpaz üçün aparıram mən,  
Cənab, heç özüm də bilmirəm nədir? 
K a p u l e t t i .   Zirək ol, zirək ol! 
Birinci xidmotçi gedir. 
Ey, o ki yaşdır, 
Quru odun apar. Soruş Piterdən
O gəlib yerini göstərər sənə.  
İ k i n c i     xidmətçi. 
Mənim öz başım var, tapar odunu, 
Bununçün Piteri narahat etməz.  
K a p u l e t t i .  
Vallah, yaxşı dedin, yaman biçsən, ha! 
Axı, senin başın elə odundur. İkinci 
xidmətçi gedir. 
Paho, səhər oldu. Bu saat qraf Bura 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə