Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   22   23   24   25   26   27   28   29   30

yuxu Vəd edir tezliklə şad 
xəbər mənə. Taxtında əyləşən 
padşah kimi, Köksümdə 
ürəyim elə rahatdır! Sanki sirli 
bir ruh gəzdirir məni Bu gün 
bütün günü yer üzərində. 
Yuxuda gördüm ki, gəlib 
sevgilim, Mən isə ölmüşəm. 
Çox qəribədir, 
Ölü də yuxuda fikirləşərmiş.  
Gülüm birdən öpdü dodaqlarımdan,  
Mənə nəfəs gəldi, dirildim bu vaxt,  
Bütün kainata hökmdar oldum 
. Belə ki, gözəldir eşqin kölgəsi,  
Eşq özü, gör, indi, necə gözəldir! 
Baltazar ayağında çəkmə daxil olur. 
Veronada nə var, danış, Baltazar? 
Məktub gətirmədin rahibdən mənə? 
Sevgilim necədir? Atam yaxşıdır? 
Cülyetta özünü necə hiss edir? 
Əgər o yaxşısa, heç nə pis olmaz. 
Baltazar. „ 
Cülyetta yaxşıdır, heç də pis olmaz. 
Onun cənazəsi uyuyur indi 
Kapulettilərin sərdabəsində, 
Ruhu mələklərin arasındadır. 
Tabutun içində gördüm mən onu, 
Qaçdım o dəqiqə sizə xəbərə. 
Bu qara xəbərçün əfv edin məni
Əvvəldən özünüz tapşırmışdınız, 
Vaxtında mən bunu danışmalıydım.  
Romeo. 
Necə, belə oldu? Oh, ey ulduzlar, 
Sizi döyüşlərə çağırıram mən... 
Evə qaç, mənə tap mürəkkəb, kağız. 
Bu gecə gedirəm, at kirayə et.  


B a 1 t a z a r. 
Cənab, yalvanram, səbirli olun. 
Gözləriniz yanır, rənginiz qaçıb, 
Belə hal bədbəxtlik gətirər ancaq.  
Romeo. 
Boş şeydir, boş sözdür, sən yanılırsan. 
İndi get, əməl et dediklərimə. 
Bəs sənə rahib bir məktub vermədi?  
B a 1 t a z a r. Xeyr, əziz ağa. 
Romeo. 
Mənası yoxdur. 
Di get, at hazırla, indi gəlirəm. 
Baltazar gedir. 
Cülyetta, bu gecə birgə yatarıq.  
Mən sənin yanma necə gəlim bəs?  
Oh, fəlakət, nə tez şeytan kimi sən  
Qəlbinə girirsən ümidsizlərin!  
Dayan, bir əczaçı düşdü yadıma. 
 Bax, bu aralıqda yaşayır fağır,  
Gördüm bu günlərdə, cındır paltarda  
Əyləşib seçirdi dərman otları.  
Üzündən, gözündən əzab yağırdı.  
Amansız yoxsulluq, zalım ehtiyac  
Bir dəri, bir sümük etmişdi onu.  
Kasıb dükanında bədbəxt qocanın  
Həm bağa, həm timsah müqəwaları, 
 Həm də başqa dəniz canhlarının  
Qorxunc dəriləri asılmışdı hey.  
Rəflərdə toz basmış bomboş qutular, 
 Yaşıl gil dibçəklər, bağlı kisələr,  
Çürümüş toxumlar, sap qırıqları,  
Dağılmış azca gül həbləri vardı.  
Bu miskin səhnəni görüb düşündüm: 
 Mantuyada zəhər satan adama  
Verilsə də ağır ölüm cəzası, 
 Zəhər lazım olsa əgər bir kəsə,  
Bu bədbəxt dilənçi satar, yəqin ki. 


 Necə də yerində düşünmüşəm mən!  
Kömək etməlidir indi o raənə.  
Deyəsen, bu daxma onun evidir.  
Hə, bu gün bayramdır, dükan bağhdır.  
Ey, ey, əczaçı, ey! 
Əczaçı daxil olur.  
Ə c z a ç ı. Kimdir bağıran? 
Romeo. 
Bura gəl, görürəm kasıbsan, kişi. 
 Al bu qırx qızılı, bir az zehər ver; 
 Elə bir zəhər ki, ildırım kimi  
Yayılsın bütün qan damarlarına,  
Bir anda dincəlsin həyat yorğunu.  
Topun lüləsindən çıxan güllətək 
 İnsanın ağzmdan çıxsm nəfəsi. 
Əczaç ı. 
Belə ağı vardır, qanunu pozmaq,  
Onu Mantuyada satmaq ölümdür. 
Romeo. 
Sən belə bir lütkən, belə bədbəxtkən  
Ölümdən qorxursan? Yazıq zavallı,  
Aclıq məzar qazıb yanaqlarında,  
Gözlərindən yağır əzab, ehtiyac,  
Təhqir, dilənçilik əyib qəddini.  
Bu dünya, dünyada olan qanunlar  
Sənə əzəl gündən qənim kəsilib.  
Sənə var verəcək bir qanun yoxdur. 
 Bəsdir dilənçilik, poz bu qanunu,  
Götür qızıllan, bir sən de varlan. 
Ə c z a ç ı. Razı mən deyiləm, yoxsulluğumdur. 
Romeo. 
Bilirəm, bunları mən də sənə yox,  
Verirəm tək sənin yoxsulluğuna. 
Əczaç ı. 
Bunu istədiyin mayeyə tök, iç.  
İyirmi adamın gücü, qüvvəti  


Sendə olsa belə, yenə o saat  
Səni o dünyaya göndərəcəkdir. 
Romeo. 
Buyur, bu da qızıl, insan qəlbini  
Dağlayan, məhv edən ən kəskin zəhər,  
Bu əclaf dünyada vecsiz ağıdan  
Daha çox cinayət törədən qatil.  
Sən deyil, mən satdım sənə zəhəri. 
 
Yemək al, cana gəl. Artıq əlvida! 
 Gəl, şəfa dermanı, xilaskarım ol. 
 Əziz Cülyettanın məzarında mən  
Görəcəyəm senin zövqünü hökmən. 
Gedirlər. 
İKİNCİ SƏHNƏ 
Rahib Lorensonun hücresi. Rahib  
Covanni daxil olur.  
C o v a n n i. Müqəddəs atamız, qardaşım, ehey!  
  
 
Rahib Lorenso daxil olur. 
Lorenso. 
Rahib Covanninin səsidir bu səs.  
Mantuyadan gəldin? Tez danış görüm,  
Romeo ne dedi? Məktub vermədi? 
C o vanni. 
Xəstələrə baxan, o yalmayaq 
 Rahiblə birlikdə getmək istədim.  
Onu soraqlaşıb tapdım evində.  
Bu vaxt gəldi tibbi nəzarətçilər
 Taun düşən evdə olduğumuzdan, 
 Müdhiş yoluxmadan şübhələnərək  
Bizi qoymadılar çıxaq bayıra,  
Qapını bağlayıb möhürlədilər.  


Daha Mantuyaya gedə bilmədim. 
Lor enso. 
Yaxşı, necə oldu, Romeo üçün 
 Yazdığım məktubu kim 
apardı bəs? 
                          C o v a n n i. 
Göndərə bilmədim, budur, məndədir.  
Qorxunc yoluxmanın zəhmindən onu,  
Bir adam tapmadım, qaytarım sənə. 
Lor enso. 
Ah, uğursuz tale! Dinimiz haqqı,  
Məktubda çox vacib bir xəbər vardı 
Onun yolda bu cür ləngidilməsi
Çox böyük fəlakət törədə bilər. 
Covanni, qardaşım, get, mənə ling tap. 
Tez gətir hürcəmə.  
C o v a n n i. Yaxşı, bu saat. 
Gedir.  
Lorenso. 
İndi sərdabəyə tək getməliyəm. 
Üç saatdan sonra qəşəng Cülyetta 
Ölüm yuxusundan ayılacaqdır. 
Romeo bir xəbər bilmədiyiçün 
O mənə lenətlər yağdıracaqdır. 
Yenə Mantuyaya məktub yazaram. 
Romeo buraya gəlenə kimi 
Cülyetta hücrəmdə qalar gizlicə. 
Ah, yazıq qızcığaz ölü diyarda 
İndi diri-diri yatır məzarda. 
Gedir.  
 
ÜÇÜNCÜ SƏHNƏ 
Qəbiristanlıq. Kapulettilərin sərdabəsi. Paris 
ilə əlində gül və məşəl gətirən nökər daxil olurlar. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə