Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   22   23   24   25   26   27   28   29   30

Sən get arvadlarla qeybət qırmağa. 
D a y ə. Mən ki pis demirəm. 
K a p u l e t t i .   Sən Allah, mumla! 
D a y ə. Danışmaq da olmaz? 
K a p u l   e t t   i. 
Sus, gəvzək sarsaq, 
Qeybət dostlannı, get, öyrət ancaq
Burda gərək deyil ağlra heç kimə. 
L e d i     K a p u l e t t i .   Siz çox qızışdınız. 
K a p u l e t t i .  
Aman, İlahi! 
Bu məni, deyəsən, deli edəcək. 
Hər vaxt, gecə, gündüz, işdə, oyunda, 
Evdə, qonaqlıqda, bütün hər yerdə 
Narahat edirdi bir fikir məni; 
Bu qıza layiqli, yaxşı ər tapım. 
Belə bir adamı yetirib Allah. 
Nəsilli, dövlətli, həm gənc, həm gözəl, 
Həm də tərbiyəli, necə deyərlər
İnci mücrüsüdür zalımın oğlu. 
Ah, bu cikkildəyən miskin bir axmaq, 
Göz yaşlan töküb inləyən kukla 
Xoşbəxt taleyinə, gör bir, nə deyir: 
"Mən ərə getmirəm, sevə bilmirəm, 
Hələ çox uşağam, məni əfv edin". 
Sən ərə getmirsən? Onda zəhmət çək, 
Harda istəyirsən, get, orda otla, 
Sənə veriləsi çörəyim yoxdur. 
Zarafat etmirəm, yaxşı qulaq as, 
Cümə axşamına bir azca qalır. 
Bir əməlli-başlı götür-qoy elə. 
Mənim qızımsansa, ona ərə get
Qızım deyilsənsə, get, özünü as,  
İstər dilən, ac qal, küçədə gəbər.  
Mən and içirəm ki, baxmaram sənə. 
 Mən səni özümə övlad saymaram
 Varımı vermərəm sənə heç zaman.  


Fikirləş, ağlını başına yığ, ha!  
İnan, mən andımı pozan deyiləm. Gedir. 
C ü 1 y e t t a. 
Məgər bu göylərdə mərhəmət yoxmu,  
Axı, göyler görür mənim dərdimi?!  
Ah, mehriban ana, qovmaym məni. 
 Siz vaxtı uzadın bir ay, bir həfte.  
Ya da ki, Tibaltın sərdabəsində 
 Gəlinlik yatağı düzəldin mənə. 
L e d i     K a p u l e t t i .  
Danışma, səninlə qurtardım artıq,  
İstəyin nədirsə, onu da elə. 
Gedir. 
C ü 1 y e t t a. 
Aman, ulu tanrı! Oh, əziz dayə!  
Bu işə bir çarə tapmaq olmazmı?  
Ərim yer üzündə, əhdim göylərdə,  
Əhdimi mən yerə necə gətirim?  
Ərim yer üzünü tərk etməyincə  
Mən öz peymanımı necə sındınm?  
Mənə yol göstərin, məsləhət verin,  
Nə üçün o göylər hər cür məkrini  
Mənimtək zəifin üstdə sınayır?!  
Dayə, nə deyirsən? Təsəlli üçün  
Bir sözün yoxdurmu? 
D a y  ə. 
Var, mənim balam. Romeo sürgünə gedibdir artıq. 
Dünya dağılsa da, heç vaxt o gəlib Səni istoməyə 
cəsarət etməz. 
 
 
Qızım deyilsənsə, get, özünü as, İstər dilən, ac qal, 
küçədə gəbər. Mən and içirəm ki, baxmaram sənə. 
Mən səni özümə övlad saymaram, Varımı vermərəm 
sənə heç zaman. Fikirləş, ağlını başına yığ, ha! İnan, 
mən andımı pozan deyiləm. Gedir. 


C ü 1 y e t t a. 
Məgər bu göylərdə mərhəmət yoxmu,  
Axı, göylər görür mənim dərdimi?!  
Ah, mehriban ana, qovmayın məni.  
Siz vaxtı uzadın bir ay, bir həftə.  
Ya da ki, Tibaltın sərdabəsində 
 Gəlinlik yatağı düzəldin mənə. 
L e d i     K a p u l e t t i .  
Danışma, səninlə qurtardım artıq,  
İstəyin nədirsə, onu da elə. 
Gedir. 
C ü 1 y e t t a. 
Aman, ulu tanrı! Oh, əziz dayə!  
Bu işə bir çarə tapmaq olmazmı?  
Ərim yer üzündə, əhdim göylərdə,  
Əhdimi mən yerə necə gətirim?  
Ərim yer üzünü tərk etməyincə  
Mən öz peymanımı necə sındırım?  
Mənə yol göstərin, məsləhət verin,  
Nə üçün o göylər hər cür məkrini  
Mənimtək zəifin üstdə sınayır?!  
Dayə, nə deyirsən? Təsəlli üçün  
Bir sözün yoxdurmu? 
D a y  ə. 
Var, mənim balam. 
 Romeo sürgünə gedibdir artıq.  
Dünya dağılsa da, heç vaxt o gəlib  
Səni istəməyə cəsarət etməz. 
Rahibin yanına gedirəm indi. 
 Əgər tapılmasa bu dərdə dərman,  
Ölməyə cürətim çatar o zaman. 
Gedir. 


DÖRDÜNCÜ PƏRDƏ 
BİRİNCİ SƏHNƏ 
Rahib Lorensonun hücrəsi. Lorenso 
ilə Paris daxil olurlar. 
L o r e n s o. Nə, cümə axşamı? Vaxt, çox azdır ki. 
 
P a r i  s. 
İşi tələsdirən qayınatamdır,  
Ona mane olmaq istəmirəm mən. 
 
L o r e n   so. 
Siz qızın rəyini bilmirsiniz, hə?!  
Heç bele hərəkət xoşuma gəlmir. 
 
P a r   i  s. 
Həmişə ağlayır o, Tibalt üçün. 
 Onunla danışmaq mümkünmü məgər?  
Göz yaşı çağlayan bir ailədə,  
Axı, gülə bilməz eşq ilahəsi.  
Qızın dərdlə bu cür inləməsini  
Olduqca qorxulu sayır atası. 
 Elə zənn edir ki, təcili nikah  
Onun göz yaşını saxlayacaqdır.  
Təklikdə sel kimi daşan göz yaşı  
Birlikdə tezliklə quruya bilər.  
Bilin, tələsməyin budur səbəbi. 
 
L o r e n s o (kənara). 
Kaş ki, ləngiməyin səbəbini mən  
Heç vaxt bilməyəydim (Ucadan). 
 Odur, qız gəlir. 
Cülyetta daxil olur. 
 
 
 


 
P a r i   s. 
Xoşbəxtəm mən sizi gördüyüm üçün,  
Mənim gözəl zövcəm, gözəl xanımım. 
C ü 1 y e t t a. 
Mən sizin zövcəniz olanda, cənab,  
O vaxt bu xoşbəxtlik baş tuta bilər. 
P a r i   s. 
Bu xoşbəxtlik mənə, mənim sevgilim,  
Qismət olacaqdır cümə axşamı. 
C ü 1 y e t t a. Olacağa çarə yoxdur. 
L o r e n s o. Düz sözdür. 
P a r i   s. 
Müqəddəs ataya günahınızı  
Etiraf etməyə gəlmisiniz, hə? 
C ü 1 y e t t a. 
Əgər cavab versəm, öz günahımı  
Sizə mən etiraf etmiş olardım. 
P a r i   s. 
Siz ona etiraf edin, əzizim,  
Məni sevirsiniz. 
C ü l y e t t a .  
Mən sizə ancaq 
Etiraf edirəm, onu sevirəm. 
P a r i  s. 
Ona da etiraf edəcəksiniz,  
Məni sevirsiniz, əminəm buna. 
C ü 1 y e t t a. 
Sizin üzünüzə deməkdənsə, bu  
Olduqca qiymətli, gözəl olardı. 
P ar i s. 
Gözəl üzünüzü, ah, binəva qız,  
Göz yaşı necə də xarab eləyir! 
C ü l y e t t a .  
Yox, yox, göz yaşının nə təqsiri var?  
Üzüm əvvəldən də gözəl deyildi. 
P ar i s. 
Sizin bu sözünüz göz yaşlarmdan  


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə