Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

aparmayacağıq. 
Q r e q o r i. Yox, canım, onda biz alçalıb kömürçü olarıq 
ki! 
S a m s o n. Mən demək istəyirəm ki, əgər onlar 
qanımızı qaraltsalar, biz qanıqara getməyəcəyik, qılınclar işə 
düşəcək. 
Q r c q o r i. Hə, dostum, nə qədər sağsan, başım dik tut. 
S a m s o n. Mən coşdum, qurtardı, kim gəldi, fərqi 
yoxdu, tez vururam. 
Q r e q o r i. Ancaq bir əngяli var, tez vursan da, səni tez 
coşdurmaq çox çяtin məsяlədir. 
 
S a m s o n. Montekki nəslinin hətta iti də  məni 
hirsləndirib coşdura bilər. 
Q r e q o r i. Coşmaq yerindən tərpənmək deməkdir. 
İgidlik isə yerində dayanmaqdır. Birdən yerindən 
tərpənəndə dabanına tüpürüb əkilərsən, ha... 
S a m s o n. Əgər o nəslin iti məni acıqlandırıb coşdursa, 
yerimdə möhkəm dayanacağam. Montekkilərdən olan hər 
bir kişinin və ya qızın önündə divar olsa belə, bir həmlədə 
yerindən götürəcəyəm. 
Q r e q o r i. Bu göstərir ki, sən zəif bir qulsan, çünki 
yalnız zəiflər divara sığınırlar. 
S a m s o n. Bu doğrudur. Qadınlar zəif olduqları üçün 
həmişə divara qısılırlar. Buna görə mən do Montekkilərin 
kişilərini divardan atacaq, qızlarını isə divara qısacağam. 
Q r e q o r i .  Bir de görüm, ağalarımız vuruşur, yoxsa 
onların nökərləri - biz, hə?  
S a m s o n. Mənim üçün hamısı birdir. Bu gün necə bir 
yırtıcı  vəhşi olduğumu hamıya göstərəcəyəm. Kişilərə 
divan tutacaq, qızlara qarşı amansız olacağam. Mən onların 
başını kəsəcəyəm. 
Q r e q o r i. Qızların başını? 
S a m s o n. Hə, qızların başını və ya onların bəkarət 
mücrüsünü. Necə istəyirsən, elə də başa düş. 
Q r e q o r i. Qoy onu hiss edənlər başa düşsün. 
S a m s o n. Onlar mənim dayanmaq qabiliyyətimi 


yaxşı hiss edirlər. Bilirlər ki, necə gözəl bir vücudam. 
Q r e q o r i .   Yaxşı ki, balıq deyilsən. Balıq olsaydın, 
ancaq durna balığı olardın. Cəld tərpən, qılıncını hazır tut. 
Odur, iki nəfər Montekkinin evindən buraya gəlir. 
Abram və Baltazar daxil olurlar. 
S a m s o n . Elə bil ki, qılıncı sıyırmışam. Sən aranı 
qat, dalında durmuşam. 
Q r e q o r i. Necə? Dalımda daldalanıb qaçırsan? 
S a m s o n. Sən məndən qorxma. 
Q r e q o r i.Yox bir, mən səndən qorxuram?! 
S a m s o n. Elə edək ki, qanun bizim tərəfimizdə olsun. 
Qoy davanı birinci onlar başlasınlar. 
Q r e q o r i. Onların yanından keçəndə  mən ağız-
burnumu əyəcəyəm. Qoy istədikləri kimi də yozsunlar. 
S a m s o n. İstədikləri kimi yox, cəsarət etdikləri kimi. 
Mən onlara dil çıxardacağam. Onlar buna dözsələr, rüsvay 
olacaqlar. 
A b r a m. Siz bizə dil çıxardırsınız, cənab? 
S a m s o n. Mən öz dilimi çıxardıram, cənab. 
A b r a m. Siz bizə dil çıxardırsınız, cənab? 
S a m s o n (Qreqoriyə yavaşca).  Hə, desəm, qanun 
bizim tərəfimizdə olarmı? 
Q r e q o r i (Samsona yavaşca). Yox. 
S a m s o n. Yox, cənab. Mən dilimi sizə çıxarmıram. Dil 
mənimdir, istəyirəm, çıxardıram. 
Q r e q o r i. Siz dava axtarırsınız, cənab? 
A b r a m. Mən? Xeyr, cənab. 
S a m s o n. Əgər dava axtarırsınızsa, mən sizin 
hüzurunuzda hazır. Mənim ağam sizin ağanızdan  əskik 
adam deyil. 
A b r a m. Artıq da deyil. 
S a m s o n. Nə deyirəm, cənab. 
Q r e q o r i (Samsona yavaşca). De ki, artıqdır. Odur, 
ağamızın qohumlarından biri buraya gəlir. 
S a m s o n. Artıqdır, cənab. 
A b r a m. Yalan deyirsiniz. 
S a m s o n. Kişisiniz, qılıncınızı çəkin. Qreqori, göstər 


onlara öz güclü zərbəni (Vuruşurlar). 
Benvolio daxil olur. 
B en vo 1 i o. 
Saxlayın qılıncı, durun, 
axmaqlar, Nə iş 
tutursunuz, heç 
bilirsiniz?! 
Onların silahlarını 
qılıncla vurub salır. 
Tibalt gəlir. 
T i b a 1t. 
Necə? Vuruşursan gədə-güdəylə, 
Benvolio, bəri dön, 
ölümünə bax! B en vo 1 i o. 
Vuruşuram yalnız barışıq üçün. 
Qılıncı qına qoy, ya da qılıncla 
Kömək et, onları aralayaq biz. 
T i b a 1t. 
Vuruşub, danışma, gəl, 
barışıqdan, Cəhənnəmə, bütün 
Montekkilərə, Bir də sənə 
nifrət etdiyim kimi, Mən nifrət 
edirəm barışığa da. Hazırlaş, al, 
gəldi, qorxağın biri. 
Vuruşurlar. 
Hər iki nəslin tərəfdarları gəlib vuruşanlara qoşulurlar.  
Sonra şəhərlilər əllərində dəyənək və balta daxil olurlar.  
Ş ə h ə r 1 i 1 ə r. 
Vurun, kötəkləyin, döyün 
bunları, Ölsün Montekkilər, 
Kapulettilər! 
Kapuletti əynindo xalat lcdi Kapuletti ilə gəlir. 


K a p u l e t t i .  
Bu nə qalmaqaldır? Ehey, cəld olun, 
Uzun qılıncımı gətirin 
mənə!  
L e d i    Kapuletti. 
Sənə çox yaraşar qoltuq ağacı, 
Kişi, qılınc sənin nəyinə 
gərək?  
K a p u l e t t i .  
Dedim qılıncımı, öz qılıncımı! 
Bax, qoca Montekki durub həyətdə, 
Mənim acığıma qılınc oynadır. 
Montekki və ledi Montekki gəlirlər. 
M o n t e k k i .  Ey bic Kapuletti!  
Qoy gedim, arvad.  
L e d i     M o n t e k k i .  
Bir addım da olmaz! Az haray qopar, 
Düşməni axtaran fəlakət tapar. 
Hersoq öz məiyyəti ilə daxil olur. 
H e r s o q. 
Dinclik qatilləri, dinsiz xainlər
Siz ey qılıncını qonşu qanıyla 
Boyayan alçaqlar, eşidirsiniz? 
Ey insan cildində vəhşi 
heyvanlar, 
Ədavət odunu al qan seliylə  
Söndürən axmaqlar, sizinləyəm mən.  
Salın yadınıza qorxunc cəzanı,  
Bu saat ləkəli əllərinizdən  
Mənfur silahları yerə atın siz.  
Dinləyin Hersoqun qəti hökmünü.  
Qoca Kapuletti, qoca Montekki,  
Siz cəfəng, mənasız bir söz üstündə  
Üç qırğın törədib, pozduz üç dəfə  


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə