Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

Bizim küçələrin sakitliyini.  
Veronanın qoca müşavirləri  
Soyunub abırlı libaslarını,  
Titrək əllərində köhnə silahlar  
Sizin ədavəti məhv etmək üçün  
Üç dəfə məhv etdi öz dincliyini.  
Kim bir də bu yerdə dincliyi pozsa,  
Mənə həyatıyla cavab verəcək.  
Bu dəfə hamınız dağılın, gedin.  
Gəlin, Kapuletti, gedək mənimlə.  
Siz isə, Montekki, nahardan sonra  
Əmrimi bilməkçün gəlin saraya.  
Bir daha deyirəm, burda qalan kəs  
Ölüm cəzasına məhkum olacaq. 
Montekki, ledi Montekki və Benvoliodan başqa hamı 
gedir. 
M o n t e k k i .  
Aranı kim qatdı yenə təzədən, 
Danış, qardaş oğlu, sən görə bildin?  
Benvo1 i o. 
Mən bura gələndə sizin düşmənin 
Nökərləri ilə bizim nökərlər 
Əlbəyaxa olub vuruşurdular. 
İstədim onları aralayım mən, 
Bu zaman qaçaraq qudurğan Tibalt 
Gəlib başı üstə qılınc oynatdı. 
Dəng etdi söyüşlə qulaqlarımı, 
Qılıncla havanı kəsib doğradı 
Hava da rişxəndlə fıt çaldı ona.  
Elə ki, vuruşduq, səsə adamlar  
Yığışdı, qızışdı qılınc döyüşü.  
Bu vaxt Hersoq gəlib kəsdi döyüşü. 
L e d i     M o n t e k k i .  
Bəs Romeo hanı?  
Gördünmü bu gün?  
Yaxşı ki, sovuşdu o bu davadan. 


B e n v o 1 i o. 
Xanım, şərqin qızıl pəncərəsindən  
Günəş baxmamışdan bir saat əvvəl  
Darıxıb mən evdən çıxdım gəzməyə.  
Şəhərdən qərbdəki o əncirlikdə  
Gördüm bu tezlikdə gəzir oğlunuz.  
Bir azca irəli addımlamışdım,  
O bilib gizləndi sıx, qalın yerdə.  
Mən özüm bilirəm, insanlar bəzən  
Təsəlli tapırlar yalqız qalanda.  
Onu izləmədim buna görə də,  
Məndən həvəs ilə qaçan adamdan  
Mən də həvəs ilə qaçdım uzağa. 
M o n t e k k i .  
Deyirlər o gəzir orda səhərlər,  
Çoxaldır ahıyla göydə buludu,  
İnci göz yaşıyla çəməndə şehi.  
Şərqdə yatan işıq ilahəsinin  
Qızıl yatağından qara örtüyü  
Günəş şəfəqiylə götürən kimi,  
Nurdan qaçır evə kədərli oğlum,  
Çəkilir gizlincə öz otağına,  
Tutur pərdə ilə pəncərələri  
Çevirir gündüzü zülmət gecəyə. 
 Bunun səbəbini tapmasaq əgər,  
Oğlum bu zülmətdə məhv ola bilər. 
B e n v o 1 i o. Buna səbəb nədir, möhtərəm əmi? 
M o n t e k k i. Bilmirəm, heç nədən yoxdur xəbərim. 
B e n v o 1 i o. Onu heç tutmusuz sorğu-suala? 
Montekki. 
Bəs necə, həm özüm, həm də dostlarım. 
 O isə dərdini eşidir yalnız,  
Nə qədər haqlıdır, deyə bilmərəm.  
Ancaq elə sirli, qapalıdır ki,  
Müşküldür öyrənmək onun qəlbini.  
İçini qurd yeyən gül qönçəsitək  


Havaya yaymayır gözəl ətrini,  
Günəşə göstərmir ləçəklərini.  
Bu qəmin səbəbi olsaydı əyan,  
Tezliklə tapardıq biz ona dərman. 
B e n  vo lio. 
Bir baxın, o gəlir, çəkilin yana,  
İndi mon öyrənim, nə olmuş ona. 
Montekki. 
Sənə tale özü eyləsin kömək, 
Öyrən həqiqəti. Xanım, biz gedək. 
Montekki vo ledi Montekki gedirlər.  
 
Romeo daxil olur. 
B e n v o 1 i o. Sabahın xeyir! 
R o m e o. Nə? Məgər sabahdır? 
B e n v o 1 i o. Vurdu yenicənə saat doqquzu. 
R o m e o. 
Necə də uzundur qəmli saatlar! 
İndi burdan gedən mənim atamdı? 
 B en vo 1 i o. 
Bəli! Əmi oğlu, bir söylə görüm, 
Hansı qəm uzadır bu saatları? 
 R o m e o. Onları qısaldan gücün yoxluğu.  
B e n v o 1 i o. Sevirsən?  
R o m e o. Yoxluğu.. 
 B e n v o 1 i o. Sevgi yoxluğu? 
 Ro meo. 
Onun sevgisinin yoxluğu, bəli, 
Mən onu sevirəm, o sevmir ancaq.  
B en vo 1 i o. 
Oh, sevgi zahirən nə qədər zərif
Daxilən nə qədər sərtdir, qəddardır. 
Romeo. 
Məhəbbət kor olur, gözsüz də özü 
İstədiyi yerə aparır bizi. 
Harda nahar edək? Nəydi o hay-küy? 


Danışma, eşitdim hər şeyi özüm. 
Mənə nifrət qorxunc, sevgi dəhşətdir. 
Ah, rüsvayçı sevgi, ah, qəşəng nifrət, 
Ah, hər şey və heç şey, həm nur, həm zülmət. 
Ah, ağır yüngüllük, ciddi əyləncə, 
Gözəl niyyətlərin çirkin vəhdəti
Qurğuşun bir lələk, aydın bir tüstü, 
Boş məna, soyuq od, xəstə sağlamlıq! 
Yuxusuz bir yuxu, daş kimi mürgü! 
Budur mənim eşqim, o müdhiş sevgi. 
Sən buna gülmürsən?  
B en vo li o. 
Yox, əmi oğlu, 
Ürəyim ağlayır.  
 
R o m e o. Neçin, qardaşım?  
B e n v o 1 i o. Sənin könlündəki dərdə, nisgilə.  
Romeo. 
Günahlar törədir məhəbbət elə. 
Ağır qəm yükündən əsir bədənim, 
Dərdinlə dərdimi artırdın mənim. 
Qayğınla inlətdin qəm-qubarımı, 
Daha çox göynətdin yaralarımı. 
Məhəbbət yanıqlı ahdır, amandır, 
Odlu ürəklərdən qalxan dumandır. 
Elə ki, kənara dağılar, uçar, 
Aşiqlər gözündə Günəş nur saçar. 
Elə ki, toplaşar ürəkdə, qanda, 
Dəryalar alışar göz yaşlarında. 
Məhəbbət ağıllı bir dəlilikdir, 
Acıdır zəhərdən, şirindir baldan. 
Hələlik, qardaşım. 
B envo  1 i o. 
Səbr elə bir an, 
Dayan, mən də gəlim, tək getsən əgər, 


Sənin müsibətin məni məhv edər. 
Romeo. 
Eyvah! İtirmişəm özümü tamam, 
 Romeo, hanı o, ah, mən hardayam? 
B e n v o 1 i o. Sən, gəl, ciddi danış, kimi sevirsən? 
R o m e o. Necə? İnildəyim, zarıyım gərək. 
B en v o 1 i o. 
İnildəmək niyə, zarımaq niyə?  
Mənə ciddi de ki, kimdir sevdiyin? 
Romeo. 
Vəsiyyət etməyi xəstə adamdan  
Ciddi tələb etmək yamandır, yaman.  
Hə, ciddi sevirəm mən bir qadını. 
B e n v o 1 i o. Duymuşdum, düz dəydi oxum nişana. 
Romeo. 
Sən bir nişançısan — çox mahir, zirək,  
O qadın olduqca qəşəngdir, qəşəng. 
B e n v o 1 i o. Qəşəng do vurarlar qəşəng nişanı. 
R o m  eo. 
Yanıldın, sözündə həqiqət hanı?  
Qalıb Diananın saflığı onda,  
Onu vura bilməz heç Kupidon da.  
O dürrün bəkarət zirehi - almaz,  
Ona məhəbbətin oxları batmaz.  
Onu şirin sözlər salmaz kəməndə,  
Alovlu baxışlar yandırmaz odda,  
Qızıl da, daş-qaş da aldada bilməz.  
Ən zəngin malikə odur dünyada,  
Əvəzsiz sərvəti gözəlliyidir.  
Fəqət bu sərvəti - bu gözəlliyi  
Aparar özüylə zülmət məzara. 
B e n v o 1 i o. Yoxsa and içib ki, bakir qalacaq? 
Romeo. 
Bəli, xəsislikdən hədər solacaq.  
Saflığı hüsnünü salıb zindana, 
Vermir gözəlliyi övladlarına.  
Olduqca ağıllı, qəşəngdir o qız,  
Qalmışam çarəsiz, ümidsiz, yalqız.  


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə