Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

Yaxşı yadımdadır, inanın mənə. 
Bu gün zəlzələdən on bir il keçir. 
Zəlzələ olanda Cülyettanı mən 
Döşümdən kəsmişdim, unutmaram heç 
O günü qiyamət gününə qədər. 
Döşümün ucuna yovşan sürtmüşdüm, 
Göyərçin damının yanında rahat 
Əyləşib, özümü günə verirdim. 
Mantuyadaydnımız onda ağamla. 
Görürsünüz, necə yaddaşım vardır, 
Məməni ağzına alantək uşaq 
Hiss etdi yovşanın acılığını. 
Döşümü buraxdı, yana dartındı, 
Yamanca turşutdu ağız-bumunu. 
Bu vaxt silkələndi göyərçin damı, 
Nə əmrə, nə hökmə yoxdu ehtiyac, 
Yerimdən sıçrayıb qaçdım kənara. 
O vaxtdan indiyə on bir il keçir. 
Onda ayaq üstdə dururdu körpə, 
Yox a, nə deyirəm, xaça and olsun, 
Onda qaçırdı o yan basa-basa
Bir gün bundan qabaq yıxılmışdı bərk, 
Alnı yerə dəyib yaralanmışdı. 
Zarafatcıl idi rəhmətlik ərim, 
Allah şad eləsin onun ruhunu, 
Qızı qucağına götürüb dedi: 
"İndi yıxılırsan sən üzü üstə, 
Elə ki, böyüdün, a qəşəng qızım, 
Onda dalı üstə yıxılacaqsan. 
Elədirmi, Cüli?" Bu canım haqqı, 
Qızcığaz səsini kəsib, "hə" dedi. 
Zarafat necə də düşür yerinə! 
Min il yaşasam da, çıxmaz yadımdan, 
"Elədirmi, Cüli?" dedi rəhmətlik, 
Daha ağlamayıb o da, "hə" dedi. 
L e d i   K a p u l l e t i .  Di qurtar söhbəti, bəsdir bu haqda. 
  D a y   ə. 


Yaxşı, xanım. Ancaq yada düşəndə 
Saxlaya bilmirəm gülməyimi mən. 
Möhkəm zədələnib şişmişdi alnı, 
Olmuşdu beçənin pipiyi boyda 
Uşaq acı-acı sızıldayırdı. 
"Bəli, qızım, - dedi rəhmətlik ərim, - 
İndi yıxılırsan sən üzü üstə, 
Elə ki, böyüdün, kamala doldun, 
Onda dalı üstə yıxılacaqsan. 
Elədirmi, Cüli?" Ağlamadı qız, 
İşə bax, səsini kəsib, "hə" dedi.  
C ü 1 y e t t  a. Sən də səsini kəs, rica edirəm.  
D a y  ə. 
Daha danışmaram. Qoy tanrı özü 
Səni penahında saxlasın, qızım. 
Mənim böyütdüyüm gül balalarım 
Ən gözəli sənsən. Arzum tək budur: 
Yaşayıb, görəydim sənin toyunu.  
L e d i     K a p u l l e t i .  
Toy dedin, hə, elə Cülyetta, qızım, 
Gəlmişəm toy haqda danışım mən də. 
Bir de, ərə getmək istəyirsənmi?  
C ü 1 y e t t a. Bu şərəf barədə düşünməmişəm.  
D ay ə. 
Sən şərəf söylədin! Ay bərəkallah, 
Heyf, süd ananam, yoxsa deyərdim, 
Ananın döşündən ağıl əmmisən.  
L e d i     K a p u l e t t i .  
Di indi fıkirləş. Veronada, bax, 
Sendən genc xanımlar artıq anadır. 
Sən yaşda mən səni çoxdan doğmuşdum. 
Sözü qısa deyim, bilirsən, qızım, 
Cəsur, igid Paris səni istəyir.  
D a y  ə. 
Xanım qız, xanım qız, oğlan, nə oğlan! 
Yoxdur belə oğlan bütün dünyada. 


Elə bil, heykəldir, mumdan tökülüb.  
L e d i     K a p u l e t t i .   Görməyib Verona belə bir çiçək.  
D a y ə. Doğrudan, çiçəkdir, lap xalis çiçək.  
L e d i     K a p u l e t t i .  
De görüm, xoşuna gəlirmi qraf? 
Bu axşam olacaq ziyafətdə o. 
Gözəl bir kitabdır o gözəl insan, 
Gözəllik qələmi zinət vuranda 
Ondan qüdrətini əsirgəməyib. 
Oxu bu kitabı, sən tap birbəbir, 
Qəşəng yazıların mənası nədir?! 
İncə cizgilərin öyrən sirrini, 
Necə tamamlayır biri-birini. 
Bir məna, bir hikmət olmasa aşkar, 
Onun cavabını gözlərdə axtar. 
Bu sevgi kitabı təzə bir çələng, 
Qiymətli kitaba qəşəng cild gərək. 
Gözəldir gül bağda, balıq ümmanda, 
Zahir də, batin də qəşəng olanda. 
Nadir kitabların qızıl sözləri 
Qızıl naxışlarla oxşar gözləri. 
Qraf da hüsnünlə qəşəng görünər, 
Bundan kiçilməzsən sən zərrə 
qədər.  
D a y   o. 
Kiçilmək, yox bir a, böyümək, əşşi, 
Hə, canım, qadını kökəldir kişi.  
L e d i   K a p u l e t t i .   Kəsə de, könlünə yatırmı qraf? 
 C ü 1 y e t t  a. 
Nə deyim, mənimçün çətindir cavab. 
Sevgi yaranırsa xoş baxış ilə, 
Mən ona baxaram nəvaziş ilə. 
Fəqət əmrinizin çərçivəsindən 
Kənara çıxmaram bir addım da mən. 
Xidmətçi daxil olur. 
X i d m ə t ç i. Xanım, qonaqlar gəldilər.  


                           Yemək verildi. Sizi çağırırlar. 
Hamı kiçik xanımı soruşur. Mətbəxdə dayənin qarasınca 
söyüb rüsvay edirlər. 
Hər şey son dərəcə alt-üst olub. Mən gedib qonaqlara 
qulluq et-məliyəm. Buyurun, bu saat gəlin. 
Xidmətçi gedir. 
L e d i     K a p u l e t t i .   Gəlirik. Cülyetta, qraf gözləyir. 
D a y  ə. 
Get, qızım, bəxtini gözlətmə əbəs, Bu 
xoşbəxt günlərə xoşbəxt gecə gəz. 
Gedirlər. 
DÖRDÜNCÜ SƏHNƏ 
Küçə. 
Romeo, Merkusio, Benvolio beş, ya altı nəfər üzü maskalı, əli 
məşəlli adamla başqaları ilə birlikdə 
gelirlər. 
Romeo. 
Necə? Təmtəraqlı nitqmi söyləyək, 
Yoxsa daxil olaq dinməz-söyləməz?  
Benvolio. 
Belə uzunçuluq indi dəb deyil. 
Gözlərində qalın yun şal sarğısı, 
Əllərində nazik, ensiz taxtadan 
Düzəlmiş rəngbərəng tatar kamanı, 
Qarğaları qovan uyuqlar kimi, 
Qəşəng xanımları qorxuya salan 
Kupidona yoxdur ehtiyacımız. 
Yerdən suflyorun köməyi ilə 
Səhnədə birtəhər şer söyləyən 
Aktyor da bizə gərək deyil heç. 
Nə hesab edirlər etsinlər bizi, 
Bir azca rəqs edib, çıxıb gedərik.  
Ro meo. 


Mənə məşəl verin, rəqs bacarmaram. 
Könlümdə qaranlıq tutqunlaşsa da, 
Sizə nurlu məşəl tuta bilərəm.  
M erkusio. 
Yox, dostum, bizimlə oynamalısan.  
Romeo. 
Mən yox, mümkün deyil, inanın mənə. 
Sizin başmağınız yüngüldür, fəqət 
Mənim ürəyimdə dərd qurğuşundur. 
Tərpənib durmağa qoymur yerimdən.  
Merkusio. 
Axı, sən aşiqsən. Eşq tanrısından 
Yerdən uçmaq üçün bir cüt qanad al.  
Romeo. 
Məhəbbət tanrısı öz oxu ilə 
Məni elə ağır yaralayıb ki, 
Yüngül qanadları saxlamaz məni. 
Eşq yükü altında çöküb qalmışam.  
M e r k u s   io. 
Gözlə ha, yıxılıb eşqi əzərsən, 
Bu zərif şey dözməz bu ağırlığa.  
Romeo. 
Məgər eşq zərifdir? Yox, yox, düz deyil. 
Çox kobud, çox qaba, çox qudurğandır, 
Ürəyə sancılır bir tikan kimi.  
Merkusio. 
Əgər eşq kobudsa, sən də kobud ol, 
O səni sancanda sen də sanc onu. 
Üzümü gizlədim, mənə maska ver. 
Maskanı taxır. 
Bu da belə, maska maska üstündən.  
Kim məni eybəcər sayırsa saysın,  
Qoy mənim yerimə maska qızarsın. 
B envo  1 i o. 
Di gəl, qapını döy, keçək içəri,  
Elə girən kimi rəqsə başlayaq. 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə