Vilyam Şekspir Seçilmiş əsərləri iki cilddə



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix08.09.2018
ölçüsü1,08 Mb.
#67139
1   2   3   4   5   6   7   8   9   ...   30

çalışmışdır. Lakin bir aktyor kimi Şekspir  şöhrət qazana 
bilməmişdir. 
Şekspir bədii yaradıcılığa teatrda başlamışdır.  İlk 
əsərini 1590-cı ildə yazmışdır. 1593-cü ildən  Şekspir 
məşhur aktyor Cems Berbecin rəhbərlik etdiyi teatr 
truppasında həm aktyor, həm də dramaturq kimi çalışır. Bu 
zaman teatra və ədəbiyyata böyük həvəs göstərən zadəganlar 
içərisində Şekspir qraf Sauthemptonla dostlaşır, onun təşkil 
etdiyi  ədəbi məclislərdə  iştirak edir. Qraf Sauthemptonun 
evində Şekspir bir neçə ədib və aktyorla rastlaşır. Bura onun 
üçün ilk ədəbi məktəb olur. Lakin Şekspir teatra daha çox 
bağlı idi. O, öz truppası ilə şəhərləri, kəndləri gəzir, xalqla 
görüşür və xalqdan öyrənirdi. Getdikcə teatrda Şekspirin 
mövqeyi möhkəmlənir. Berbec truppasının üzvləri "Yer 
kürəsi" adlı teatr binasının  əsasmı qoyduqda Şekspir də 
həmin şirkətdə iştirak edir. Sonradan Şekspirin Stratfordda 
iki ev və bir parça torpaq sahəsi almaq imkanı da olur. 
1599-cu ildə isə qraf Sauthemptonun köməyi ilə  aşağı 
zadəgan rütbəsi də alır. 
Şekspirin  şöhrəti artdıqca həm tamaşaçıların, həm də 
teatr mütəxəssislərinin, alimlərinin nəzərində istedadlı bir 
dramaturq kimi tanınır. Şekspirin rəqibləri təhsildə, elmdə 
ondan yüksəkdə dursalar da, dramaturq kimi ondan çox-çox 
zəif idilər. Marlo, Qrin, Ben Conson və başqa yazıçıların 
əsərlərində köhnə dövr insanlarının düşüncəsi, əxlaqı əks 
olunurdusa,  Şekspir  əsərlərinin mövzusunu müxtəlif 
dövrlərdən, müxtəlif ölkələrdən götürdüyünə baxmayaraq, 
müasir ingilis həyatım, doğma xalqını  təsvir edirdi. Buna 
görə  də hamı, hətta rəqibləri belə onu istedadlı dramaturq 
kimi tanıyırdılar. 
Şekspir 1612-ci ildə Stratforda qayıdır və ömrünün 
axırına qədər burada yaşayır. O, 1616-cı il aprel ayının 23-
də (anadan olduğu gündə), 52 yaşında vəfat etmiş  və 
burada da dəfn olunmuşdur. 
Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən 
ibarətdir. 
İllər keçdikcə  əsərlərindəki hadisələrin ümumbəşəri 
olması, insan xarakterlərinin yetkinliyi, həyat hadisələrinin 


dərinliyinə vara bilmək bacarığı  tədqiqatçılarda  Şekspir 
şəxsiyyətinə dərin maraq oyatdı. Ədibin həyatı haqqındakı 
məlumatların azlığı  və  bəzən qeyri-dəqiqliyindən onun 
Stratfordda doğulması, sadə ailədən olması, universitet 
təhsili görməmiş adamın məşhur  əsərlər yazması  şübhə 
oyatmağa 
başlamışdır. Bəziləri belə bir fikir irəli sürürdülər ki, o 
zaman kübar ailədən çıxan, saray tərbiyəsi görmüş, 
universitet təhsilli adamlar üçün dram əsəri yazmaq 
əskiklik sayılırmış. Guya kübarlar öz əsərlərini anonim 
şəkildə teatra təqdim etmiş, aktyorlar üçün rolları 
köçürməklə  məşğul olan Şekspir isə bu əsərləri öz adına 
çıxıbmış. Bir de deyirlər ki, guya bu dram əsərlərini 
köçürən eyni adam olmamışdır. Çünki bu əsərlərdə 
Şekspir sözünün ingilis dilində imlası müxtəlif  şəkildə 
yazılmışdır. Bu fikir düz ola bilməz. O zaman Şekspirlə 
eyni vaxtda yaşamış Kristofor Marlonun adının yazılışına 
da ingilis cədə on bir şəkildə rast gəlmək olur. 
İngiltərədə  Şekspirin həyatı, kimliyi, ailəsi və 
yaradıcılığı ilə  əvvəl maraqlananlar olmuşsa da, onun 
tərcümeyi-halını ilk dəfə Nikolas Rou yazmışdır. 1709-cu 
ildə o, Şekspirin altı cildlik əsərlərini hazırlamış  və 
tərcümeyi-halı ilə birlikdə çap etdirmişdir. N.Rou əvvəlki 
uydurmalardan və  rəvayətlərdən fərqli olaraq, daha dəqiq 
məlumatlara istinad edir. Onun xahişi ilə aktyor Betterton 
Stratforda gedir və  Şekspir haqqında daha ətraflı məlumat 
toplayır. Rounun yazdığı oçerk əvvəlki yazılara nisbətən 
daha dəqiq faktlarla zəngin idi. Rounun yazdığına görə, 
Şekspir Tomas Lyusun Stratford yaxınlığında olan meşə-
sində maral ovladığı üçün torpaq sahibi onu 
cəzalandırmışdır. Şekspir bu cənaba acı bir həcv yazmış və 
buna görə  də ser Tomas Lyus tərəfindən daim təqib 
olunduğu üçün Londona qaçmışdır. Lakin Şekspirin Tomas 
Lyusun meşəsində maral ovladığı haqqında rəvayət, ona 
yazdığı  həcv sonradan Şekspir tədqiqatçıları  tərəfindən 
bir-birinə əks olan fikirlərlə rədd edilir. 
XVIII  əsrin sonunda şekspirşünaslığın təməlini 
qoymuş bir alim kimi tanınan E.Melon (1741-1812) 


Şekspirin həyatına aid olan faktları uydurmalardan 
təmizlədi. 
Uzun müddət Şekspirin Londona gəldikdən sonra, teatr 
tamaşasına baxmağa gələnlərin atlarını saxlaması 
haqqında rəvayət çox geniş yayılmışdı. Melon isə Şekspir 
haqqında olan bu rəvayətə  əsla inanmır. Melona görə 
Şekspir hələ Stratfordda ikən oraya gələn teatr 
truppalarından biri ilə yaxın olmuş  və buna görə  də 
Londona gedərkən dərhal özünə  iş tapa bilmişdir. Bəzi 
bioqraflar  Şekspirin atasımn savadsız olduğunu deyir və 
qeyd edirlər ki, o, sənədlərə imza əvəzinə "Con Şekspir" 
kimi cızıq çəkərmiş. Başqa bir tədqiqatçı - Smart bu fıkri 
yalana çıxardır, qeyd edir ki, belə olsaydı bu adama şəhər 
bələdiyyəsində iki dəfə xəzinədarlıq vəzifəsi tapşırılmazdı. 
XIX  əsrin  əvvəlindən başlayaraq  Şekspir haqqında olan 
əfsanələrin təhlili məsələsinə son qoyuldu. Şekspirin 
tərcümeyi-halını yazanlar onun həyatının bəzi faktlarmı 
şərti olaraq qəbul etdilər. Şekspir haqqındakı məlumatların 
bəzilərinə şübhə edənlər olsa da, onların qəbul olunmasını 
lazım bildilər. Sonralar Şekspirin ailə  həyatı haqqında da 
bəzi yeni məlumatlar üzə  çıxmışdır. Onun "qarabəniz 
xanıma" məhəbbəti faktı tam aydınlaşdırılmamışdır. 
Müəyyən edilmişdir ki, onun ictimai vəziyyəti kifayət qədər 
yüksək olmuşdur. Yaxın tanışlar içərisində  təkcə qrafların 
deyil, hətta kraliça Yelizavetanın adını çəkənlər də var. 
XIX  əsrdə  Şekspiri romantik bir şəxsiyyət kimi 
öyrənənlərlə yanaşı, elmi şekspirşünaslığın da təməli 
qoyulur. Almaniyada və Fransada bir neçə  ədəbi məktəb 
Şekspirin həyatı  və  fəaliyyəti ilə  məşğul olmağa başlayır. 
İngiltərədə C.O.Holivel-Fillipe, S.Li ədib haqqında böyük 
həcmdə  əsərlər yazdılar. Rusiyada N.Storojenko onun 
əsərlərini tədqiq etdi. V.Çuyko və V.İvanov dramaturqun 
tərcümeyi-halnı yazıb nəşr etdilər.  Şekspir haqqında 
yazılmış kitablar rus dilinə tərcümə olundu. 
XVII-XVIII  əsrlərdə  Şekspirin həyatı haqqında 
yazanların heç biri onun adı ilə bağlı  əsərlərin stratfordlu 
Vilyam Şekspirə aid olduğuna şübhə etmirdilər. Birdən-birə 
XIX  əsrdə  Şekspirin  şəxsiyyətinə  şübhə oyandı. Bu fikri 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə