№22 (62) 31.10.2011 Fərqli düşüncə
3
Azərbaycanın Almaniyadakı səfir-
liyi Avropa Şurası Parlament As-
sambleyasının (AŞPA)
Azərbaycanda siyasi məhbuslar
üzrə məruzəçisi Kristof Ştrasserə
viza verməyib. Bu barədə
AzadlıqRadiosuna səfirliyin birinci
katibi Nüsrət Süleymanov
məlumat verib. O deyir ki,
K.Ştrasser səfirliyə 10-15 gün
əvvəl müraciət edib: «Prosedura
belədir ki, Ştrasserin öz man-
datına uyğun Azərbaycana
gəlməsi üçün AŞPA-dakı Azərbay-
can nümayəndə heyətinin rəhbəri
ona dəvət məktubu verməlidir.
Yalnız həmin dəvətdən sonra ona
viza verilə bilər. Amma cənab
Ştrasser viza üçün müraciət
edəndə, belə bir dəvət mək-
tubunu səfirliyə təqdim etməyib.
Bu səbəbdən də səfirlik ona viza
verməyib».
N.Süleymanov deyir ki, K.Ştrasserin
Almaniya vətəndaşı, Bundestaqın üzvü
kimi Azərbaycana səfər etməsində hər
hansı problem yoxdur: «Problem yalnız
onun mandatı ilə bağlıdır».
Məruzəçi K.Ştrasser noyabrın 4-nə
kimi Azərbaycana gəlmək istəyirdi.
Azərbaycan hakimiyyəti K.Ştrasserə
viza verilməməyini onun mandatı ilə
izah edir. Rəsmilər bildirirlər ki, Avropa
Şurasında siyasi məhbus meyarı
müəyyən olunmayıb, bu səbəbdən də
onun səfəri mənasız xarakter daşıyır.
Maarif Çingizoğlu
Kristof Ştrasserə yenə viza verilmədi
Kristof Ştrasser
AzadliqFM-3D –
AzadlıqRadiosunun
yeni layihəsi
Sentyabrın 29-da saat 23:00-
dan AzadlıqRadiosunun yeni
layihəsi - AzadliqFM - 3D pro-
qramı işinə başlayıb. Niyə FM?
Çünki proqramın əsasında Face-
book Məkanında baş verənlər
durur.
Niyə 3D? Çünki proqramın yayımı eyni
vaxtda 3 müxtəlif formada həyata
keçirilir. Ona AzadlıqRadiosunun
efirində qulaq asmaq, AzadlıqTW-də
baxmaq olar və nəhayət, AzadlıqRa-
diosunun Facebook səhifəsindəki fo-
rumunda iştirak etmək mümkündür.
«İran tərəfindən Azərbaycana
qarşı hər hansı təhdidlərin ol-
masını, Azərbaycan dövlətçiliyinə
qarşı hörmətsizliyin ifadə
edilməsini hər bir azərbaycanlı
qətiyyətlə pisləyir». Bunu hakim
Yeni Azərbaycan Partiyasının icra
katibi Əli Əhmədov İranda Azər-
baycan əleyhinə beynəlxalq kon-
fransın keçirilməsinə münasibət
bildirərkən deyib.
Ə.Əhmədov İranda belə bir konfransın
təşkil edilməsinin mahiyyət etibarilə
düzgün olmadığını vurğulayıb:
«Orada
səsləndirilən bəzi fikirləri, təhdidləri
Azərbaycanın daxili işlərinə qarışmaq
kimi qiymətləndirmək olar. Bu isə
yolverilməzdir».
Əli Əhmədov İranın təhdidlərinə cavab verdi
Əli Əhmədov
Avropa Birliyi Azərbaycan və Türk-
mənistanla «Transxəzər» qaz boru
kəmərinin
hüquqi
bazası
üzrə
danışıqlara başlayıb. Azərbaycan Xarici
İşlər nazirinin müavini Mahmud Məm-
mədquliyev bu çərçivədə ilk görüşün
Brüsseldə keçirildiyini deyib: «İlk
danışıqlar oktyabrın ikinci ongün-
lüyündə Brüsseldə olub. Danışıqlarda
Avropa Birliyi, Azərbaycan və Türk-
mənistan nümayəndələri iştirak edib».
Sentyabrın 7-də Avropa Birliyi «Tran-
sxəzər» layihəsi ilə bağlı Azərbaycan və
Türkmənistanla danışıqlar aparmaq
üçün Avropa Komissiyasına mandat
verib. «Transxəzər» qaz kəməri Xəzərin
Azərbaycan və Türkmənistan sahillərini
birləşdirməlidir. Layihənin dəyəri 7.9
milyard avro qiymətləndirilir. Sentyabrın
13-də Rusiya XİN bəyanatla çıxış
edərək bildirib ki, Xəzərin statusunu 5
Xəzəryanı ölkə müəyyənləşdirir.
Avropa Birliyi «Transxəzər» layihəsi üzrə
Azərbaycanla danışıqlara başlayıb
Bəşər Əsəd
Qərbi zəlzələylə
hədələyib
Suriya prezidenti Bəşər Əsəd deyib ki,
əgər Qərb ölkənin daxili işlərinə mü-
daxilə etsə zəlzələ olacaq və Yaxın
şərqdə onlarla yeni Əfqanıstan
yaranacaq. O bunu Böyük Britaniyanın
“Sunday
Telegraph”
qəzetinə
müsahibəsində deyib. Bu arada ver-
ilən məlumata görə, Suriyanın Homs
şəhərində ordu birləşmələri ilə
üsyançıların tərəfinə keçmiş hərbçilər
arasında baş vermiş toqquşmada 20
əsgər ölüb, 50-dən çoxu isə yaralanıb.
Müşahidəçilər həmçinin şəhərdə azı
12 dinc sakinin snayper və iriçaplı
silahlarla öldürüldüyünü deyirlər.
№22 (62) 31.10.2011 Fərqli düşüncə
4
Şəmkir rayon sakini Sahib Kəri-
mov AzadlıqRadiosunun «Qaynar
xətt»inə şikayət edib ki, ondan
xəbərsiz evini sökərək yerində
şadlıq evi tikiblər. Deyir 2004-cü
ildə ailəsi ilə Rusiyaya çörəkpulu
qazanmağa gedəndə ağlına da
gətirmirmiş ki, bir gün geri
qayıdıb evinin yerində şadlıq evi
tikildiyini görəcək. Ona məlum
olub ki, «Morul» şadlıq evini
Fəzail Quliyev adlı sahibkar
tikdirib:
«MƏHKƏMƏ HEÇ NƏYİ
NƏZƏRƏ ALMADI»
- Məhkəmədə iddia qaldırdıqda evin
hüquqi sənədlərini, daşınmaz əmlakın
arayışlarını, bir də Şəmkirin baş arxitek-
torunun həqiqətən də evimin uçuru-
laraq yerində qeyri-yaşayış binası
tikilməsinə dair arayışını təqdim etdim.
Məhkəmə nə bu hüquqi sənədləri, nə
qohumlarımın, qonşularımın şahid kimi
verdikləri ifadələri nəzərə aldı. Onlarda
məhkəməyə
təsdiqləmişdilər
ki,
həqiqətən də mənim evimi traktorla
uçurublar, yerində şadlıq evi tikiblər.
Məhkəmə qərar verdi ki, guya tikilən
şadlıq evinin mənim evimin sahəsinə
aidiyyəti yoxdur. Beləliklə də mən
yaşayış yerimdən məhrum edildim.
- Evinizin sökülməsindən 5 ildən
artıq vaxt keçib. Ancaq siz
məhkəməyə 2 il əvvəl müraciət et-
misiniz. Niyə belə gec?
- Mən evimin söküldüyünü eşitdiyim
vaxt avtomobil qəzasına düşdüm,
onurğam qırılmışdı, uzun müddət müal-
icə olundum. Sonra da ağ ciyərimdən
cərrahiyyə olundum, bir müddət də
başım ona qarışdı. Bakıya qayıdanda
gördüm evim yerində yoxdur, artıq
şadlıq evi tikilib.
«QAPILARDA QALMIŞIQ»
- İndi harada yaşayırsınız?
- 18 aydır mən qardaşımın evində
qalıram. Qızımla həyat yoldaşım isə
qayınımın evində yaşayırlar. Qapılarda
qalmışıq.
Şəmkir Rayon Məhkəməsində Sahib
Kərimovun iddiası əsasında başlanmış
məhkəmə prosesində «Morul» şadlıq
evinin sahibi Fəzail Quliyevin nü-
mayəndəsi
Səadət
Cəbrayılova
dindirilib. O deyib ki, Fəzail Quliyev
şadlıq evini Sahib Kərimovun evinin
yerində yox, evdən kənarda tikib….
ALİ MƏHKƏMƏ NƏ DEYƏCƏK?
Şəmkir Rayon Məhkəməsi Sahib Kə-
rimovun iddiasını təmin etməyib. Onun
rayon məhkəməsinin qətnaməsindən
verdiyi apelyasiya şikayətinə Gəncə
Apelyasiya Məhkəməsində baxılıb.
Sahib Kərimovun qonşuları Əmirəhməd
Sarıyev, Tahirə Quliyeva, Narıngül Mu-
radova, Fazilə Rüstəmzadə məhkəməyə
ərizə göndəriblər ki, onlar Sahib Kəri-
movun salamat vəziyyətdə olan evinin
traktorla uçurulmasının və yerində
«Morul» şadlıq evinin tikilməsinin şahidi
olublar. Apelyasiya Məhkəməsi Sahib
Kərimovun şikayətini təmin etməyib.
İndi Sahib Kərimov Ali Məhkəməyə
kasasiya şikayəti verib. Şikayətə
dekabrın əvvəlində baxılacaq.
Esmira Cavadova
Şikayətçi: «Polis
müstəntiqi
cinayəti
ört-basdır edib»
İsmayıllı rayon sakini Heybət Bal-
ayev AzadlıqRadiosunun «Qaynar
xətt»inə şikayət edib ki, qızı
Aynur Faktıyeva ötən il dekabrın
3-də yaşadığı mənzildə keçmiş
həyat yoldaşı və sonuncunun qo-
humları tərəfindən döyülüb.
Nəticədə onun bətnindəki 8 aylıq
körpəsi ölüb.
ANA BƏTNİNDƏKİ KÖRPƏ
NECƏ ÖLÜB?
Heybət Balayev:
- «Gecə qızımın evinə hücum edərək
evin qapısını sındırıblar, içəri daxil olaraq
evdə tək olan hamilə qızımı döyüblər,
nəticədə bətnindəki uşaq ölüb. Bizə
zəng vurdular, bu barədə dedilər, mən
də 102 xidmətinə zəng etdim, hətta
hadisə yerinə polis də gəlmişdi. Qızımın
keçmiş həyat yoldaşını aparıb bir neçə
gün polisdə saxlayandan sonra bu-
raxdılar. Bizdə olan məlumata görə,
onun polisdə işləyən qohumları var və
o, həmin qohumlarının köməkliyi ilə
cinayətin ört-basdır edilməsinə nail
olub».
Heybət Balayevin sözlərinə görə,
müstəntiq cinayət işinin rədd olun-
masına dair qərar çıxarıb. Qərarını da
belə əsaslandırıb ki, Aynur Faktıyeva
döyülmə nəticəsində yox, ehtiyatsızlıq-
dan yıxılaraq bətnindəki körpəsini itirib.
«ONUN ŞİKAYƏTLƏRİ
TƏSDİQİNİ TAPMAYIB»
Daxili İşlər Nazirliyi mətbuat xidmə-
tinin şöbə rəisi Orxan Mansurzadə isə
deyir ki, Heybət Balayevin bu məsələ ilə
əlaqədər DİN-ə ünvanladığı müraciət
aidiyyəti xidmətlər tərəfindən dəfələrlə
yoxlanılıb və onun həm müstəntiqə,
həm də keçmiş kürəkəninə yönəlmiş it-
tihamların heç biri bu zaman öz təs-
diqini tapmayıb.
Hüquqşünas Namizəd Səfərov deyir
ki, əgər Heybət Balayev müstəntiqin
cinayət işinin başlanmasının rədd
edilməsinə dair çıxardığı qərarla
razılaşmırsa, qərardan məhkəməyə
şikayət verə bilər.
Evini söküb yerində şadlıq
sarayı tikiblər
Foto: Arxiv
Şikayətiniz varmı?
“Qaynar xətt” dinləyici şikayətləri
əsasında hazırlanan verilişdir. Sizin
də şikayətiniz və ya məlumatınız
varsa, qaynar xəttə zəng edin. Tele-
fon 436 77 41, yaxud AzadliqRa-
diosu.az saytına daxil olub əlaqə
saxlayın.
Problemlərinizi bütün ölkə eşitsin!