№22 (62) 31.10.2011 Fərqli düşüncə
11
Taksi sürücüləri niyə narahatdır?
«Deyirlər lisenziya verilməyəcək.
Bizim ailəmiz var axı,
neyləməliyik, acından ölməliyik?
Milləti fikirləşən yoxdur. Bıçaq
sümüyə dirənəndə insan nəyə
desən qadirdir». 30 ildən çoxdur
ki, qazancı taksidən çıxan 55
yaşlı Əlmurad Günəşoğlu deyir ki,
artıq bir həftədir sanki tikan üstə
oturub. Uzun illərdir müştəri gö-
zlədiyi yer “Nizami” metrostan-
siyasının qarşısındakı taksi
dayanacağıdır. Amma artıq
şəhərin mərkəzi küçələrindəki
taksi dayanacaqlarını ələ keçirən
yeni London taksilərinin yeli bu-
radan da yan keçməyib. Şəxsi av-
tomobili ilə xidmət göstərən
sürücülərin dediyinə görə, ötən
həftədən nəqliyyat müfəttişləri
daha tez-tez onlara baş çəkməyə
başlayıblar.
Taksi sürücüsü Abdin Əkbərov:
- «Gəlib sənədləri yoxlayırlar. Maşının
sənədlərini istəyirlər vermirik, çünki
alırlar qaçıb minirlər maşınlarına, çıxıb
gedirlər».
«SƏNƏDİMİZİ ALIB
QAÇIRLAR»
Abdin Əkbərov deyir ki, müfəttiş-
likdən bir neçə dəfə fəaliyyətlərini
dayandırmaqla bağlı xəbərdarlıq alıblar.
Buna məhəl qoymadıqlarına görə indi
ya sənədləri əllərindən alınır, ya da
fəaliyyətlərini davam etdirə bilmələri
üçün onlara lisenziya verilmir: «Deyirlər
bazar iqtisadiyyatıdır. Biz də rəqabətə
dözmərik, özümüz çıxarıq da. Niyə bizi
məcburi sürüyüb atırlar bayıra? Qoy
mən gəlim işləyim, maşınıma minən ol-
masa, çıxım gedim. Bunlar isə deyir ki,
ancaq bizimki işləməlidir».
LONDON TAKSİLƏRİ
SƏRF ETMİR
Taksi sürücülərinin dediyinə görə, on-
lara bir neçə dəfə təklif olunur ki,
Bakıya yeni gətirilən London tak-
silərində işləsinlər. Hətta bu təkliflə
razılaşanlar da olub. Amma sürücü Rail
Rəhimovun
dediyinə
görə,
bu
sövdələşmə uzun sürməyib:
«Təzə taksilər heç kimə sərf etmir.
Tanıdığım bir neçə adam ki, götürüb,
sonra qaytarıb. 50 manat planıdır, 10
manat da «salyarka» puludur. Bədbəxt
oğlu 60 manatı haradan çıxarsın? Adi
Yasamala
bir
müştərini
aparıb
gələnədək tıxaclarda 2 saat keçir,
aldığın 5 manatı da benzinə verirsən».
ŞƏHƏRİN MƏRKƏZİNDƏ
YALNIZ LONDON
TAKSİLƏRİDİR
Nəqliyyat Nazirliyinin də məlumatına
görə, hazırda Bakıda şəxsi avtomobili
ilə taksi xidməti göstərənlərin sayı 20
mindən çoxdur. Artıq şəhərin bəzi taksi
dayanacaqlarında, məsələn, «Azneft»
meydanında, Neftçilər prospektində
köhnə taksilər gözə dəymir, ətrafda yal-
nız London taksiləridir. Sürücülərin
dediyinə görə, müfəttişliyin əmək-
daşları bu əraziləri nəzarətdə saxlayırlar
ki, köhnə taksilər yenidən bu yerlərdə
dayanmasınlar.
«EUROVİSİON»A
YENİ
TAKSİLƏRLƏ
Nəqliyyat müfəttişlərinin köhnə tak-
siləri sıxışdırmasına dair deyilənlərə
nazirlikdən mövqe ala bilmədik.
Nəqliyyat naziri Ziya Məmmədovun
dediyinə görə, Bakıya artıq 500-ə yaxın
yeni London taksiləri gətirilib. Gələn ilin
mayında Bakıda keçirilməsi nəzərdə tu-
tulan «Eurovision-2012» müsabiqəs-
inədək bu taksilərin sayının 3000-nə
çatdırılması planlaşdırılır. Bu proseslə
paralel olaraq paytaxtda həm də köhnə
taksilərin yığışdırılması prosesinə
başlanıb.
Ülkər Akifqızı
Sürücü Rail Rəhimov
Maşınına “bərkgedən” nömrə alanlar
üçün qiymətlər…
Parlamentdə müzakirə edilən
"Dövlət rüsumu haqqında" qa-
nuna təklif olunan dəyişikliklərdə
maşınlara “zerkalnı” nömrələrin
qiymətləri göstərilib. Əgər bu
təklif parlamentdə qəbul edilsə,
“bərkgedən” nömrəyə sahib
olmaq istəyənlər aşağıdakı qay-
dada pul ödəməli olacaqlar:
- Maşının nömrə nişanı 001, 002,
003, 004, 005, 006, 007, 008 və 009
rəqəmləri ilə olduqda müxtəlif hər-
flərdən ibarət nömrəyə görə 1500
manat, həmin rəqəmlər seriyası eyni
hərflərdən ibarət olduqda 2500 manat.
- 100, 200, 300, 400, 500, 600, 700,
800 və 900 rəqəmlərindən və müxtəlif
hərflərdən ibarət olduqda 1000 manat,
eyni hərf olduqda isə 1500 manat.
- 111, 222, 333, 444, 555, 666, 777,
888 və 999 rəqəmlər ilə müxtəlif hər-
flərdən ibarət nömrəyə görə 500
manat, eyni hərflər olduqda isə 1000
manat.
Digər dövlət qeydiyyat nişanlarının
verilməsinə görə 18 manat məbləğində
rüsum nəzərdə tutulub. Amma hələlik
bunlar təklifdir, parlamentin Hüquq
siyasəti və dövlət quruculuğu, İnsan
hüquqları komitələrinin cümə günü
keçirilən iclasında müzakirəyə çıxarılıb.
Rüsumların bu qaydada hesablanması
yalnız Milli Məclis onu təsdiq edəndən
sonra başlayacaq.
SÜRÜCÜLÜK VƏSİQƏSİ
30 DƏQİQƏYƏ?
Hazırda belə cüt nömrələrə görə
dövlət büdcəsinə əlavə rüsum alınmır,
amma Bakı sakinləri arasında hər belə
cüt nömrənin qeyri-rəsmi ödəniş
məbləğləri haqqında müxtəlif məbləğlər
səslənir. Hələ Milli Məclisin komis-
siyalarında olan “Yol hərəkəti qay-
dalarına” başqa bir dəyişiklik təklifində
isə imtahan verildikdən 30 dəqiqə
sonra sürücülük vəsiqəsinin verilməsi
nəzərdə tutulur. Hazırda bu müddət bir
gündür.