УДК 101.1
KBT 87.22
Ələddin MƏLİKOV
AMEA, Elm Tarixi İnstitutu
Xülasə
Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay-
rılır. Bu mövzu həm qlobal elm adamları, həm də dini düşüncə sahibləri üçün gün-
dəmdə duran fundamental mövzulardan biridir. Ağıl və iman münasibətləri arasın-
da epistemoloji müqayisələr əsasən yeni bir təfəkkürün təməli ola biləcək həqiqəti
tapmaq məqsədi daşıyır. Bunlar bütün oxşar və fərqliliklərə rəğmən tarix boyu bir-
birindən qidalanıb. Bunlar kateqoriya baxımdan bir-birinə oxşar olmasa da, belə
müqayisələr sonunda aydın olur ki, onlar bir həqiqətin ayrı-ayrı təzahürləridir.
Bu məqalədə bu anlayışlar üç əsas ənənəvi yanaşma yəni; ağıl və iman mü-
nasibətlərindəki; təsdiq, təkzib, nə təsdiq və nə təkzib müstəvisindən fərqli olaraq,
yeni epistemoloji nəzəriyyələr araşdırılmışdır. Məqalədə epistemologiyada mövcud
olan dörd əsas nəzəriyyə; qəti rasionalizm, fideizm, tənqidi rasionalizm və mülayim
rasionalizm təhlil olunmuşdur.
Açar sözlər: Epistemologiya, Ağıl, İman, Qəti rasionalizm, Fideizm, Tənqidi
rasionalizm və Mülayim rasionalizm
Giriş
Ağılla imanın bir-birinə münasibətini təhlil etmək üçün ağıl və imanın dəyə-
rinə diqqət etmək lazımdır. Müxtəlif dinlərdə imanın dəyəri bir-birindən fərqlənir.
Hətta bir dində mövcud olan məzhəblər belə imanın dəyəri barəsində eyni fikirdə
Fəlsəfə üzrə elmlər doktoru, dosent. aladdin.malikov@mail.ru
Epistemologiyada ağıl
və iman münasibətlərinin
təhlili
23
Metafizika – Cild 1, Say 2, 2018
deyillər. Filosoflar ağılı sırf bir idrak növü kimi istifadə edirlər, lakin bu baxışa da
mülahizələr mümkündür. Çünki ağlın özü növ deyil.
Əgər biz ağlı spesifik aydınlaşdırıcı kimi götürsək, bu, imanla bəzi hallarda
ziddiyyət təşkil edəcəkdir. Eksperimental ağıl, məntiqi ağıl, fəlsəfi ağıl, riyazi ağıl
və s. kimi aydınlaşdırıcılar nəzərdə tutulur. Ağılla imanın arasında ziddiyyəti qəbul
edənlərin də məqsədi, məhz, bu ağıllardan biri olmuşdur. Bütün bunların hamısı
ağlın bir növü kimi qəbul olunurlar, amma ağılın özü bunlardan daha üstündür.
Başqa ifadə ilə desək, bunlar ağlın növləridir.
Deməli, xalis ağılla iman arasında tam ziddiyyət yoxdur. Əgər bir şəxs iman-
la ağlın qarşıdurmasında möminlik edib imanın tərəfindən çıxış edərsə, bunu da
ağıl diktə edir.
Bu halda, hər şeydən öncə, epistemologiya
1
və din fəlsəfəsində ağıl və ima-
nın yeri araşdırılmışdır. Buna görə də, burada epistemologiya, dini
epistemologiya
və epistemologiya ilə din fəlsəfəsinin əlaqəsi izah edilmiş, ağıl və iman terminləri
və onların növləri aydınlaşdırılmış, müxtəlif baxışlara əsasən izah edilərək qiymət-
ləndirilmişdir. Tarix boyu İslam və Qərbdə ağıl və imanın rolu, həmçinin İslam di-
nində və Qərbdə müzakirə edilmiş baxışlar da diqqət mərkəzində saxlanılmışdır.
Sonda bir nəticə ilə fəsli bitirmişik.
Mövzunun epistemoloji tərəfləri
Dünyəvi elmlər bir-birlərindən aslılıqları baxımından müxtəlif dərəcələrə bö-
lünür. Onların bəziləri digər dünyəvi elmlərin əsası və bünövrəsi hesab edilir, yəni
digər elmlərin etibar və dəyəri həmin elmdən asılıdır. Elə bu baxımdan belə elmləri
“birinci dərəcəli elm” adlandırırlar. Misal olaraq, bütün praktik elmlərin əsasını
“səbəbiyyət qanunu” əsaslandırır. Bu qanunauyğunluq fəlsəfədə araşdırılır. Deməli,
fəlsəfə praktik elmlərə nisbətdə birinci dərəcəli elmdir. Məntiq elmi insanın doğru-
düzgün düşünmə metodunu öyrədən elm olduğundan fəlsəfə və hər hansı bir elm-
dən öndə və yüksək mərtəbədə dayanır və digər elmlərə nisbətdə birinci dərəcəli
elm hesab edilir.
Epistemologiya dünyəvi elmlərin, hətta əsas elmlərin meyarlarını araşdıran
bir elm kimi bütün elmlərə, o cümlədən məntiq elminə nisbətdə də birinci dərəcəli
1
Ceyms Friderik Ferrer (1808- 1864) “Metafizika traktatı” (1854) kitabında fəlsəfəsini
iki bölməyə epistemologiya və ontologiyaya bölərək “Epistemologiya” terminini ilk dəfə
işlətmişdir.
24
Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili,
s. 23-53
elm hesab edilir. Məntiqlə epistemologiyanın bir çox mövzularda müştərək olmala-
rına baxmayaraq, məntiq düzgün düşünməyi öyrədən elm kimi epistemologiyadan
sonra gəlir. Zira, bilik nədir? Öyrənmək necə baş verir? Ümumiyyətlə, öyrənmək
olarmı? Və sair bu kimi sualların cavablarını tədqiq edir.
Tarix boyu epistemologiya bir elm olaraq, İslam və Qərb fəlsəfələrində diq-
qət mərkəzindən kənarda qalmışdır. Lakin Qərb fəlsəfəsində R.Dekartın,
1
İslam
fəlsəfəsində Əllamə Təbatəbainin
2
dövründən epistemologiya müstəqil şəkildə öz
yerini tutmağa başlamışdır.
Epistemologiya, yaxud idrak nəzəriyyəsi fəlsəfənin bir bölməsi kimi, fəlsəfə-
nin və ya idrakın mahiyyət, mənbə və sərhədlərini öyrənir.
Məsələn, Corc Papasa
3
görə, epistemologiyanın əsas sualları aşağıdakılardan
ibarətdir:
- İdrak nədir və biliyin düzgün tərifi hansı anlayışlardan təşkil olunmuşdur?
- Bizim biliyimizin sərhədləri nədir?
- İdrak hansı sahələrdə mümkündür?
- İdrak, yaxud elmin başlağıcı nədir və necə əldə edilir?
- Həqiqi və əsl bilik mövcuddurmu?
- Əsaslandırılmış inam nədir və hansı şəraitdə inam əsaslandırılmış sayılır?
Bu suallar epistemologiya elminin ən ümdə mövzularını özündə ehtiva edir.
Corc Papas qeyd edir ki, fəlsəfə tarixində epistemologiya Platondan sonra fi-
losofların diqqətini çəkmişdir. Aristotel, Epikürçülər, Stoiklər və Skeptisistlərdən
tutmuş orta əsr filosoflarına qədər, həmçinin müasir dövr fəlsəfəsində də bilik, id-
rak və onun mahiyyəti məsələlərinə diqqət yetirilmişdir. Amma XX əsr fəlsəfəsin-
də idrakın düzgün və tam tərifi xüsusilə diqqət mərkəzində olmuşdur.
4
Epistemologiyada formalaşmış baxışa əsasən, əlbəttə E.Getyenin
5
üç səhifə-
lik məqaləsində idrakın üçhissəli “əsaslandırılmış həqiqi inam”
6
tərifinə qarşı çıx-
masınadək, idrakı belə tərif edirdilər: “İdrak doğru inamdan ibarətdir”. Lakin təkcə
sırf doğru inamlardan ibarət deyil. Çünki düzgün güman və arzulardan əmələ
1
Rene Descartes (1596- 1650). İntibah dövrünün böyük Fransız filosofu.
2
Seyid Məhəmmədhüseyn Təbatəbai (1892- 1981). Azərbaycanın böyük İslam filosofu.
3
George Sotiros Pappas (1942- …)
4
Cf: George Pappas, “The History of Epistemology”, from Routledge Encyclopedia of
Philosophy.
5
Edmund L. Gettier (1927- …).
6
True Justified Blief.
25