1
Zaur USTAC
NİŞANGAH
Bakı – 2018
2
Zaur USTAC
“NİŞANGAH” EK
Bakı, “USTAC.AZ” nəşrləri,
2018, 47
səh.
Kod: EK-
0
11-
0
4- MZM-14 -
20-
18
Elektron Kitab Zaur Ustac yaradıcılığının “30” illik yubley
t
ədbirləri çərçivəsində nəşr olunur. Bu kitab müəllifin
ənənəvi qydada 2016-cü ildə nəşr olunmuş eyni adlı
kitabının elektron variantıdır. Kitabda müəllifin 24.08.2014-
ci ildən 26.09.2016-ci ilədək olan zaman kəsiyində
yazmış olduğu, müxtəlif şeirləri toplanmışdır.(Y-30-EK-11-ZU).
Mü
əllifin məşhur “Gəzdim”, “Gülsün” , “Gözün gözü”,
“Sev”, “Qarabağ Atı” , “Yarım bardaq” , “Olub” kimi
şeirləri və digər geniş oxucu kütləsi tərəfindən bəyənilib, qəbul
edilmiş, təkrar-təkrar, sevə-sevə oxunulan çox saylı şeirlər
e-
kitabda yer alıb.
İSBN: 978-9952-8298-9-1h
© Zaur USTAC, 201
8.
3
ON DÖRDÜNCÜ YAZI
QƏLƏM HAQQI VƏ YA MÜRƏKKƏB PULU
(HESABAT)
Salam, dəyərli oxucum... Uca Yaradana şükürlər olsun ki, Bizə
qarşı çox səxavətlidir və hər dəfə Sizinlə yeni görüşə gələndə
bu şükrü-sənanı qeyd etməyi özümə borc bilirəm. Hər
yaşadığımız an üçün şükürlər olsun... Min şükür... Mətləbə
keçməzdən əvvəl onu qeyd edim ki, nə qədər çalışsam da yenə
yazıma bir sözdən ibarət ad seçə bilmədim... Söz addan
düşmüşkən, artıq ad öz-özlüyündə oxucuya söhbətin nədən
gedəcəyi barədə ipucu verir. Necə deyərlər əldə qələm 30 – a
gəlib çatdıq.
2018
– ci ilin Mayın 24 –də ilk yazımın rəsmi şəkildə mətbu
orqanda işıq üzü görməsinin 30 ili tamam olur. 24 May 1988 –
ci il
“Əməyə məhəbbət” adlı məqaləm, Ağdamda nəşr olunan
“Lenin yolu” (sonralar “Ağdam”) qəzetinin 62-ci (7194)
sayında, 4-cü səhifəsində dərc edilib. ("OTUZ İLDİR ƏLDƏ
QƏLƏM" adlı kitabın üz qabığına çıxarılmış foto - cild
“Ağdam” qəzetinin Zaur Ustacın şəxsi arxivində saxlanılan
həmin bu nömrəsindən istifadə olunaraq hazırlanmışdır.) Və ilk
qələm haqqımı deyim, mürəkkəb pulumu deyim - qonorar -
aldığım vaxtdan 30 il keçir... Təfsilata keçmədən sadəcə onu
qeyd etməyi özümə borc bilirəm ki, həqiqətən də çox
keşməkeşli bir həyat yaşamaq qismət oldu Bizlərə...
4
Sözüsüzki, yaradıcılığımız həyatımızın inkası olduğundan –
“qabda nə var çıxar üzə” (Z.U)- bu anlamda mən nəzmi deyil,
məhz nəsri nəzərdə tuturam ... Yaşadıqlarımız yazdıqlarımıza
çox təsir edir. Hətta, yəqin ki, yaşadıqlarımız yazdıqlarımızı
yaradır... Yəni, belə uzun və keşməkeşli bir zamanın
müqabilində Biz heç nə yazmamışıq... Adları qoyulmuş,
içəriyi də məlum sayı 10 –dan artıq kitab – roman, povest və
hekayələr – yazılacağı günü gözləyir... Və gözləyə-gözləyə
zənginləşir, dərinləşir, vacibləşir... Yəqin elə buna görədir ki,
kəlmələr kağız üzərinə köçməyə tələsmir, hələ bir az da qələmə
naz edirlər... Nəsə, yazılmamışları qoyaq bir kənara, keçək
yazılmışlara... 30 il əvvəl bir məktəbli məqaləsi ilə başlayan
sərgüzəştlərim Uca Yaradanın izni ilə davam etməkdədir və
inanıram ki, istədiklərimin hamısını yazıb Sizlərin ixtiyarına
verməyə vaxtım olacaq. Bu günə qədər yazdıqlarımdan işıq üzü
görən kitablarım aşağıdakılardır:
"GÜNAYDIN" ("AĞÇİÇƏYİM") Bakı - 2010. (Bu günə qədər
bir dəfə nəşr olunub və elektron variantı var.)
PDF:
– ELEKTRON
NƏŞR.:
ZU
— GAC
"İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN" Bakı - 2010.
(Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
PDF:
– ELEKTRON NƏŞR:
ZU
— İSOHM
"GÜLZAR" Bakı - 2011. (Bu günə qədər bir dəfə nəşr olunub
və elektron variantı var. )
PDF:
– ELEKTRON NƏŞR:
ZU
— G
"MUM KİMİ YUMŞALANDA" Bakı - 2011. (Bu günə qədər
iki dəfə nəşr olunub və elektron variantı var.)
PDF:
– ELEKTRON
NƏŞR: .
ZU
— MKY
"MƏHDUD HƏYATIN MƏCHUL DÜŞÜNCƏLƏRİ" Bakı
-
2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı
var.)
PDF:
– ELEKTRON NƏŞR:
ZU
— MHMD
5
"ŞEHÇİÇƏYİM" Bakı -2011. (Bu günə qədər bir dəfə nəşr
olunub və elektron variantı var.)
PDF:
– ELEKTRON NƏŞR: –
ZU
— SC
"BALÇİÇƏYİM" Bakı - 2012. (Bu günə qədər bir dəfə nəşr
olunub və elektron variantı var. )
PDF:
– ELEKTRON NƏŞR:
ZU
— BC
"BƏRZƏXDƏ" Bakı - 2014. (Bu günə qədər bir dəfə nəşr
olunub)
"NİŞANGAH" Bakı - 2016. (Bu günə qədər iki dəfə nəşr
olunub və elektron variantı var.)
"ORİYENTİR ULDUZU" Bkı -2011. (Bu günə qədər beş dəfə
nəşr olunub və elektron variantı var.)
"GÜLÜNÜN
ŞEİRLƏRİ" Bakı - 2011. (Bu günə qədər üç
dəfə nəşr olunub və elektron variantı var.)
"SEVİN Kİ, SEVİLƏSİZ" Bakı - 2014. (Bu günə qədər bir
dəfə nəşr olunub və elektron variantı var.)
"BAYATILAR" -
رلایتایاب
"
جاتسوا روـــئاز
" -
Bakı -2014. (Bu
günə qədər iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı
var. Təbrizdə yayımlanıb.)
PDF:
– ELEKTRON NƏŞR:
ZU
— BAY
"QƏLBİMİN AÇIQCASI" Bakı - 2016. (Bu günə qədər bir
dəfə nəşr olunub və elektron variantı var.)
"USTADNAMƏ" Bakı - 2016. (Bu günə qədər bir dəfə nəşr
olunub və elektron variantı var.)
"USUBCAN ƏFSANƏSİ" (MƏQALƏLƏR) Bakı - 2017.
(Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
PDF:
– ƏNƏNƏVİ NƏŞR:
ZU
— USUB
"ÇƏHRAYI KİTAB" Bakı – 2017. (Bu günə qədər iki dəfə
nəşr olunub və elektron variantı var.)
PDF:
– ƏNƏNƏVİ NƏŞR:
ZU
— CK
6
"OTUZ İLDİR ƏLDƏ QƏLƏM" Bakı – 2018.
(Bu günə qədər bir dəfə nəşr olunub və elektron variantı var.)
PDF:
– ƏNƏNƏVİ NƏŞR:
ZU
— OƏQ
YANDIRILMIŞ (LƏĞV OLUNMUŞ) KİTABLAR:
"93
– ün yayı və ya bir qaşıq qatıq", Roman, Bakı – 2011.
(Bərpa olunacaq.)
"2016", Povest, Bakı – 2011. (Bərpa olunacaq.)
Yuxarıda sadalanan müəllifi olduğum kitablardan əlavə,
dostların məsləhət bilib daxil etdikləri bir-neçə antologiya,
toplularda da yer almışam ki, onlardan Mənə məlum olanları
bunlardır:
“ZİRVƏ” antologiyası. Bakı – 2017. (Sona xanıma və Vüsal
bəyə təşəkkürlər.)
“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud” kitabxanası
seriyasından. Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə,
Mehman müəllimə təşəkkürlər.)
“MƏQAM” Toplu. Bakı – 2017. (Hacıxanım Aidaya
təşəkkürlər.)
PDF:
– ƏNƏNƏVİ NƏŞR:
HXA
– M
ASKEF-
in yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN
ÇANAKKALE
’YE” (şiir seçkisi) antologiyası. Türkiye–
2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və
Savaş Ünal bəyə təşəkkürlər.)
7
Bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün
kitablarımın elektron variantları var. Hamı üçün tam pulsuz və
təhlükəsiz əlçatanlığı təmin etmək məqsədi ilə yaradıcılığın
30 iliyi yubley tədbirləri çərçivəsində təkrar EK nəsrlər
olacaq.
Son illər müntəzəm olaraq,
http://yazarlar.az/
,
http://ustac.az/
,
http://zaurustac.tr.gg/
saytlarında,
"EV BAZARI"
qəzeti (e-qəzet)
yomoristik e-
qəzetdə,
"MAKLER-
VİP" jurnalı (e-jurnal)
satirik e-jurnalda,
“
MARALLAR
” satirik bloqda yazılarımı yayımlayıram.
Bunlardan əlavə istər
http://www.tezadlar.az/
saytı olsun,
istərsə də ənənəvi qaydada “TƏZADLAR” qəzeti Bizim üçün
Ağdamın bir parçasıdır, “AĞDAM” qədər doğmadır.
Onu qeyd etmək istəyirəm ki, istər ənənəvi qaydada qəzet və
jurnallarda, istərsə də elektron variantda bütün təkliflərə isti
yanaşıram. Heç bir müraciəti cavabsız qoymuram. Eyni
zamanda özüm də vacib bildiyim mövzularda yazılarım olanda
və şeirlərimi hər iki qayda ilə mətbu orqanlara göndərirəm və
yayımlanıram. Əlbətdə, vacib bildiyim mövzularda....
“YARADANLA BAŞ-BAŞA” kitabına daxil olan “QƏLƏM
HAQQI VƏ YA MÜRƏKKƏB PULU” (on dördüncü yazı)
adlı, hesabat xarakterli bu məqalə "OTUZ İLDİR ƏLDƏ
QƏLƏM" kitabında və yubley tədbirləri çərçivəsində
Elektron Kitab formatında nəşr olunacaq bütün kitablarda yer
alacaq. Ona görə məhz bu yazıda bir məlumatı da açıqlamaq
istəyirəm.
Çox düşündüm ki, bu yazılardan, kitablardan başqa nə edə
bilərəm... Bilirsiz ki, 2007 – ci ildən fəaliyyət göstərən
8
YAZARLAR.AZ
-
Yazarlar jurnalının yaranma səbəbi,
məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından
asılı olmayaraq yayımlanmaq problemi olan hər kəsə yardım
etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək,
yaradıcılığın 30 illik yubleyi münasibəti ilə “USTAC” Milli
Mükafatını təsis etdim. Mükafat diplomdan, nağd puldan və
laureatın
YAZARLAR.AZ
–da yayımlanmış yazılarından
ib
arət, “Yazarlar” jurnalının xüsusi buraxılışı şəklində, 100
ədəd tirajla – pulsuz, kitabının nəşr olunmasından ibarətdir.
Pul mükafatının məbləği bütün dövrlərdə stabil və inflyasiyaya
davamlı olması üçün təqdim olunacağı ildə qüvvədə olan
Azərbaycan Respublikası Müharibə Veteranın bir aylıq tam
müavinəti həcmində nəzərdə tutulur. Pul mükafatı bir dəfə,
tam həcimdə ödənilir və qanunamüvafiq olaraq bəxşiş -
bağışlama, hədiyyə etmə əsasında olduğuna görə vergidən
azaddır.
9
Mükafat ildə bir dəfə, yalnız bir nəfərə 28 May Respublika
Günü ərəfəsində - əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən
başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə qdər
çap olunub, laureata təhvil veriləcək. Mükafat barədə ətraflı
məlumat
YAZARLAR.AZ
da elan olunacaq.
Bu arada
“AZAD QƏLƏM”, “HAQQIN SƏDASI”,
“ƏDƏBİYYAT” , “TƏZADLAR” qəzetlərinin, “YURD”,
“ULDUZ”, “AZƏRBAYCAN”, “KİRPİ”, “MOLLA
NƏSRƏDDİN
XXl
ƏSRDƏ”, jurnallarının, eləcə də
http://azpress.az/
,
http://senet.az/
,
http://zaman24.net/
http://www.yazar.in/
,
http://take.az/
,
http://siirvideo.com/
https://10yazar.wordpress.com/
,
https://yazyarat.com/
,
http://www.tehsilproblemleri.com/
,
http://ayb.az/
http://azeri.press/
,
http://www.tezadlar.az/
,
saytlarının bütün işçi heyyətlərinə və rəhbərbərlərinə,
ölkəmizdə elektron kitabçılığın və kitabxanaçılığın əsasını
qoymuş, günümüzdə olduqca zəngin, böyük həcmli e-kitab
bazasına malik
http://www.kitabxana.net/
saytının qurucusu, bir
çox vacib ictimai işlərdə daim öndə fəallığı ilə seçilən,
gənclərə həmişə dəstək olan Aydın Xan müəllimə xüsusi
təşəkkürlər... Var olasız, Dostlar və əlbətdə, Bizim
tanımadığımız digər Qəhrəmanlar ... Kim cəhaləti ortadan
qaldırmaq üçün bir kəlmə deyirsə, yazırsa çox xoşbəxt
10
adamdır... Bu əməlin qəlbə verdiyi fərahlıq hissini ikinci bir iş
bəxş edə bilməz.... Uğurlarımız bol olsun... Amin... (Amen...)
Düzü, bilmirəm nəsə unutdum ya yox... Ancaq, yazımı
yekunlaşdırmaq istəyirəm.
Sağ olun! Var olun! Hamınıza xoş və əyləncəli günlər arzu
edirəm! Arada kitab oxumağı da unutmayın!!!! “Mütailə
orqanizmin kompleks müalicəsi, sağlam həyat deməkdir....”
(Z.U)
02.04.2018. Bakı.
Müəllif:
Zaur Ustac
,
© Zaur USTAC,2018. Bakı.
11
2016-
cı il ənənəvi nəşrdən:
“NİŞANGAH”
Xüsusi
nəşr – 2016, 38səh.
Bu kitabda müəllifin 24.08.2014-ci ildən 26.09.2016-ci ilədək olan zaman kəsiyində
yazmış olduğu, müxtəlif şeirləri toplanmışdır.
© Zaur USTAC, 2016.
12
ÖN SÖZ
ƏVƏZİ
GƏZDİM
(
İlkin variantda - ilk dəfə)
Gəzdim, qarış-qarış Vətən torpağın,
Hər dağda, dərədə izim var mənim!
Hələ keçilməmiş, uca dağların,
Uca zirvəsində gözüm var mənim!
* * *
Gəzdim, yorulmadan aranı, dağı,
Seyr etdim, ən ucqar çəməni, bağı,
Heç vaxt qınamadım zamanı, çağı,
Çox bulaq başında üzüm var mənim!
* * *
Gəzdim, bu torpağı, mən oymaq-oymaq,
Ən adi daşa da olmuşam qonaq,
Hər otun, çiçəyin halın soraraq,
Sinəmə yığdığım, sözüm var mənim!!!
Batabat.
13
İNDİ
(
Ustad Əbülfət Heydərə)
Bu 5-
10 il tarix üçün bir andı,
Ötənlərdən bir yadına sal indi.
Dədəmiz də bir vaxt yurddan kənardı,
Sonra döndü, ürəyimdə xal indi...
* * *
Gavır oglu lap binədən gavırdı,
Xan var idi, tavırlar da tavırdı,
Adi yağış çöldən evə qavırdı,
Murdar
gəda olub əhli-hal indi..
* * *
Ustac deyər, ulu ustad qəm yemə,
Allah verən uzun ömrə kəm demə,
Bu kəlmələr necə enir qələmə???
Ağ kağıza gözəl bir xətt sal indi....
22.06.2015. Şamaxı.
14
ÇIX
Biçarə aşiqdə qalmayıbdı can,
Dilə çıx, fayda yox ürək sözündə....
Bərzəxdə yaşamaq zordan zor inan,
Felə çıx, işartı görüm üzündə....
* * *
Nədən gen qaçırsan, bilməm ki, məndən,
Görsət gül üzünü, Gün şıxsın çəndən,
Qəlbinin səsini duyuram bəmdən,
Zilə çıx, arzular gülsün gözündə....
* * *
Ustacı qoymusan çölün düzündə,
Sarı güllər bitib, çoxdan izində,
Haçansa talemiz gülər bizim də,
Fala çıx, hikmət var elin sözündə....
23.07.2015. Bakı.
15
FİTNƏKAR
Dodaqların baldır, dedim
Arı kimi sancdın məni….
Yanaqların aldır, dedim
Alov kimi sardın məni….
* * *
Atəşi əli ucunda,
İynəsi dili ucunda.
Kəməndi teli ucunda,
Felə fəda etdin məni….
* * *
Ustac olub, xal
əsiri,
“Fitnə” quran fel əsiri,
Qəlbi şirin dil əsiri,
Ruhu talan etdin məni….
06.12.2015. Bakı.
16
GÖRÜM
Üzünü üzümə uzaq tutmusan,
Görüm, üzün üzə üz ilə gülsün....
Gözünü gözümə duzaq qurmusan,
Görüm, gözün gözə naz ilə gülsün....
* * *
Yaradan yadını yad tutub mənə,
Yadım heç, yadını yad tutub mənə,
Doğmam, doğmalığın yad tutub mənə,
Görüm, gül cəmalın nur ilə gülsün....
* * *
Zaur zəvvarlıqdan qalıb kənarda,
Həcərül Əsvədim, Zəm-zəm iraqda,
İhramım bükülü qalıb qıraqda,
Görüm, arzuların üzünə gülsün....
17-
24.05.2015. Bakı.
17
GÜLSÜN
Bir baxıb, baxmamaq olurmu, Gülüm?
Dil qəlbin oxusun, göz gözə gülsün...
Qaynayıb, axmamaq olurmu, Gülüm?
Sözlər gül qoxusun, göz gözə gülsün...
* * *
Al rəngli tər qönçə bəzək gül üzə,
Ruhun mehman ola, gəzək gül üzə,
Süz dolsun qədəhlər içək, gül üzə,
Üz üzə toxunsun, göz gözə gülsün...
* * *
Ustacam, söyləməm, heç zaman yarın,
Çoxdan cəzbindəyəm, sənin tək yarın,
Əgər, inanmırsız bu qəlbi yarın,
Arzular
qovuşsun, göz gözə gülsün...
22.05.2015. Bakı.
18
GÖR
İçimi içindən yeyən arzular
Qorx, bir gün yığışıb canımı üzə,
Neyləyim, bu könül səni arzular
Bax, nələr gözümdə çıxıbdı üzə...
* * *
Demirəm, özünü gəl unut tamam,
Bunu istəmirəm, mümkünsüz, tamam,
Səndən istəmirəm, bir baxış tamam,
Gözucu bir nəzər ayıbmı üzə???
* * *
Gör, işin harası dil açıb Ustac,
Xəfif təbəssümə qalıbdı möhtac,
Əlacı onadı eləyib merac,
Günəşin səmt tutub, yön alıb üzə...
24.05.2015. Bakı.
19
GÖZÜN GÖZÜ
Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər....
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər....
* * *
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli g
özü görünməyən göz görər....
* * *
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər......
21.09.2015. Bakı.
20
SEV
Sən sev, səni sevəni, seçibdi sevgi səni,
Sevməyəni sevənlər sevgisində suçludur....
Sevdiyini söyləyən, seçibdi sevgisini,
Sevgisin sezdirməyən sevgisində suçludur....
* * *
Sevgi, sevib-
sevilmək, sevənin sevincidir,
Sevgi,
sonsuz səxavət, sevdanın sonucudur,
Sevgi, sona sərmayə, sabahın sulqucudur,
Sevgisin sezdirməyən, sevgisində suçludur....
* * *
Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız,
Sevib, sezdirməməyi sultanlıqmı sanırsız????
Sevməyəni sevməyi sədaqətmi sayırsız????
Sevdiyini sevdirən sevgisində suçludur....
23.09.2015. Bakı.
21
EY QOCA QURD
Ey Qoca Qurd, çaqqalların ulamağı boşa deyil,
Qızıl qanlı boz pəncəni yalamağa tələsirlər!!!!
Kaftarların umacağı sür-sümükdən artıq deyil,
Üzdə hürüb, sürüsündən ayrı düşcək tir-tir əsər!!!!
* * *
Çaqqalların adı çaqqal, tulaların adı tula....
Səndən olub, atam Qurddu deyənlərə nə deyəsən????
Üzü dönük, səndən olan bizdən deyil onu tulla!!!!
Unut getsin, boz dünyanın boz üzünü çox görmüsən....
* * *
Üzdən sənə oxşasa da, yerişini yerisə də
Hərdən Qurda girişsə də, köpəyə köpək deyərlər!!!!
Lap ağaca dırmansa da, köpək oğlu köpəkdir də
Aqillər də yaxşı deyib: - “itlər hürər, karvan keçər”!!!!
22
* * *
Ey Qoca Qurd , karvanının yolun üstdə duranların,
Heç biri yox
– adı itib, qalmayıbdı izi-tozu....
Keçidlərdə, pusu qurub, tülkü kimi yatanların,
Hiylələri boşa çıxıb, oyulubdu tülkü gözü!!!!
* * *
Ey Qoca Qurd, mənzilini düz seçmisən – duruş gətir....
Gecə sirdaşın Ay, Ulduz, gündüz pənahın Günəşdi....
Nələr gördün bu dünyada, bunlar da sənə vız gəlir....
Ürəyin saf ırmak suyu, ruhun sönməz bir atəşdi!!!!
22.11.2015. Bakı.
23
BİLİRƏM
Bilirəm qəlbində yuva qurmuşam,
Bəlkə də sinənə yara vurmuşam,
Bilmirəm heç yönü hara durmuşam,
Səni görən gündən itibdi, qibləm ....
* * *
Verdiyin salamı ala bilmədim,
Dedin qal yanımda, qala bilmədim,
Sənin istədiyin ola bilmədim,
Gərək əfv edəsən kəmdi, səriştəm ..
* * *
Ustacın ürəyi yuxadan yuxa,
Nə vara inanır, nə də ki, yoxa,
Tutuşub fələklə kim yıxa, yıxa,
Sən qahmar durmasan inan ki, təkəm....
03.12.2015. Bakı.
24
İNDİ
Oyanıb, yerimdə qalmışam, oyaq
Əlimi “yerinə” sürtürəm, indi
İndi burda idin, indicə, bayaq
Haraya qeyb oldun, hardasan, indi???
* * *
“Xoşbəxtliyin tacı” əlimdə idi,
Mataf
“abi-kövsər” ovcumda idi,
Ədndən bir “huri” yanımda idi,
Əlimi yerinə sürtürəm, indi...
* * *
Diyən, “yerin” isti, məni qınama,
Ustac sözdə bütöv, tanı, sınama,
Bir mərrə ağlı yox, onu unama,
Haraya qeyb oldun, hardasan, indi???
22.02.2016(4:44) Bakı.
25
KƏLLƏ-MAYALLAQ
Yenə ayılmışam, alayarımçıq,
Sənsiz yuxularım kəmşirin olub,
Dərin yuxularım, çox dayazlaşıb,
Susuz quyularım, səpsərin dolub;
* * *
Ağaclar dayanıb, təpə aşağı,
Nənələr tay yığmır, çöldə başağı,
Babalar çirməmir, çayda qurşağı,
Görməz baxışlarım, çəpərin olub;
* * *
Ustac
işıqlıya həsrət biləsən,
Bu dastan dünyaya ibrət biləsən,
Dünya da
dünyada nemət biləsən,
Sevməz duyğularım, yavərin olub….
26.02.2016 (6:36). Bakı.
26
QUCAĞINI GENIŞ AÇ…
( Gizir
Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…. ….
Sancmışam Sancağımı, rahat gəlirəm indi….
* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna….
Sıra ilə gəlirik, yol ver girək qoynuna….
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, daha nəyi gözləyim????
Ana, sən də gözünün qorasını sıxma ha…
Oğulun adı üstə, qurban gedər torpağa!!!!
12.04.2016. Bakı.
27
TUTQU
(
Qurbaninin ruhu şad olsun…)
Qönçə dodaqların bal süzür indi,
Kişmişin yaxşısı quşa qalan tək….
Taclı tər çiçəyin, məs gəzir indi,
Aranın al narı Muşa varan tək….
* * *
Qırmızı, gündöyən yeri almanın,
Dümağdı, gündəyməz zehi heyvanın,
Paçalı, bütövdən şirindi narın,
Şərabın köhnəsi nuşa yatan tək….
* * *
Ustacın bir mərrə ağlı qalmayıb,
Nə çox, dağlar yarıb, səhra dolanıb,
Armudun yaxşısı ayıya qalıb,
Naşının xırmanı qışa qalan tək….
21-
23.04.2016. (11:25) . Bakı.
28
VURĞUN VƏTƏNDİ…
(Vurğuna)
Vurğunam, Vurğunun vurğunluğuna,
Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….
* * *
Varam, Vurğunumun vurğunluğuna,
Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….
* * *
“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….
24.04.2016 . Bakı.
29
PƏNCƏRƏ
(baş:09:31)
Bahar gəlib pəncərəmə,
Ürəyimə gələ bilmir....
Lap dayanıb qəlb evimə,
İçəriyə girə bilmir....
* * *
O, zənn edir düz gəlməyib,
Neçə yazdır naz eyləyir....
Deyirəm ki, düz tuş gəlib,
Mən dediyim az eyləyir....
* * *
Ustac, sənə düz eyləyir,
Nə eləyir saz eyləyir....
Sən deyirsən naz eyləyir,
Hər nə edir, az eyləyir....
(bit:09:39)
28.04.2016. Bakı.
30
TUR ALACAM
(Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən)
(baş:09:56)
Dədəm qorqud səhv ad verməz,
Doğulmuşuq tur almağa!!!!
Od ərənlər öc saxlamaz,
Doğulmuşuq öc almağa!!!!
* * *
Gözlərimin içinə bax,
Gözünüzü oyacağam!!!!
Hünərin var, tur düzənlə,
Tüm turl
arı alacağam!!!!
* * *
Sanma, qanı qalar yerdə,
Törəmizdir, alacağam!!!!
Tək atamın qanın deyil,
Haqqımızı alacağam!!!!
* * *
Yağmurlu günü sal yada,
Yenə taxtu-tac alacam!!!!
Tarixdə yüz il, bir gündü,
Geci- tezi bac alacam!!!!
(bit:10:25)
28.04.2016
Bakı.
31
OLUB
(
Dilbilməzə)
Qurbani babamdı, Ələsgər dədəm!
Söz bizə müştaqdı, biz sözə müdəm!
Naşılıq sözündən məlumdur, didəm!
Qanmazın pendiri təkədən olub!!!!
* * *
Çox bəşər görmüşəm, şəsti yerində,
Baxırsan insandı, büstü yerində,
Vidi var, forsu
var, postu yerində,
Qabının qapağı ləçəkdən olub....
* * *
Ustac, nələr gördün sən bu dünyada,
Bütün arzulara yetdin, nəmxuda,
Nöqsandı dünyaya, qəbul et, bu da
Çoxunun mayası lüləkdən olub....
17.05.2016. Bakı.
32
QARABAĞ ATI
(
Qısa, ilkin varianda)
Anası Günəşdi, atası Aydı,
Göylərdən enibdi Qarabağ Atı!!!!
Düşmənə göz dağı, dostasa haydı,
Baratdı, muraddı, Qarabağ Atı!!!!
* * *
Rəngini veribdi, ata - anası,
Yerdə, göyüzünün sanki, sonası,
Qumralı, səkili, məxsus qaşqası,
Hörmətdi, izzətdi, Qarabağ Atı!!!!
* * *
Dünyanı edibdi, özünə heyran,
Tüm dünya səkməyən gözünə qurban,
Ustac belə görüb ata-babadan,
Namusdu, iffətdi, Qarabağ Atı!!!!
21.07.2016. 23:45(15') Bakı
33
YARIM BARDAQ
O yarım buraxdığın
Bardaq, de yadındamı????
Sen gedəndən düz üç gün
Söndürübdü yanğımı….
* * *
Dodağın dəyən yerdən
Öpmüşəm, neçə kərə….
Dadsız şüşə o gündən
Dönüb bala, şəkərə….
* * *
Sənin tutduğun yerdən
Çalışmışam tutmağa….
İz tapanda izindən
Qanad olmur uçmağa….
* * *
Bütə dönüb, bu bardaq
Bəzəyidir evimin….
Üstündə barmaq-barmaq
Bəzəyi var əlinin….
* * *
Qalan son damlaları
Qıymadım. içəm özüm….
Qonaq etdim gülləri,
Belə bulundu çözüm…
* * *
Dibçəklər Yer kürəsi,
Güllər Mən, Sənsə susan…
Heç nə yox itirəsi,
Tay canıma hopmusan…..
01.08.2016.
15:40 (40′ ) Bakı.
34
YELLƏNCƏK
Çiçəklər ruhumun yelləncəyidir,
Ruhumu asmışam nar çiçəyindən...
Arzular dünyamın gələcəyidir,
Arzumu tutmuşam bar çiçəyindən...
* * *
Paklığı görmüşəm, səhər şehində
Saflığı görmüşəm, qəhər mehində
Könül fərahlığı zəfər zehində,
Kamımı almışam qar çiçəyindən....
* * *
Ustacın diləyi af olacaqdır,
Saf qəlbin meyvəsi saf olacaqdır,
Ruhumun məskəni Qaf olacaqdır,
İlhamı almışam yar çiçəyindən...
02.08.2016. 07:47 (15') Bakı.
35
YAŞIL
Mənim ürəyimin rəngi yaşıldı,
Qol
umda saatın rəngi də yaşıl.....
Yolumda işığın rəngi yaşıldı,
Əynimdə köynəyin rəngi də yaşıl....
* * *
Yamyaşıl bu dünyam solmaya barı,
Bu yaşıl dünyamda çəhrayısan sən....
Yamyaşıl dünyamın çəhrayı barı,
Yaşıllıq içində solmayasan sən....
* * *
Hələ dərilməmiş zərif çiçəksən....
Budağın yaşıldı, yaşıl yatağın,
Ləçəyi çəhrayı tuaf çiçəksən.....
Çoxmu gözləyəcək yaşıl qonağın???
13.08.2016. 10:40 (20
’) Bakı.
36
YAXŞIDIR
(Dostum Vüsala)
Yaradan, fitrətə qoyub mayanı,
Yaradanım sayıb, onu sayanı,
Hamı ondan alıb sevgi payını,
Çayın axımıyla axmaq yaxşıdır....
* * *
Dünyanın təməli sevgi içində,
Dahilər hamısı işin içində,
Sevgisiz bir dünya yox biçimində,
Gedilmiş çığırla getmək yaxşıdır........
* * *
Ust
ac da çox vurub, daşa-divara,
Sonunda gəlibdi yetkin qərara,
Müşküllər möhtacdır tək bu açara,
Yamana yaxşılıq etmək yaxşıdır....
22..08.2016. 12:21 (12
’). Bakı.
37
DÜNYA
Ey dünyaya yaman dünya deyənlər,
Halva deyib, ağız şirin edənlər,
Ayaq üstə min yuxuya gedənlər,
Dünya
həmən, həm də gözəl dünyadı....
* * *
O, bizik ki, dondan-
dona düşərik,
Motal kimi şorlu-şorsuz şişərik,
Ocağımız köz tutmamış bişərik,
Dünya
həmən, həm də gözəl dünyadı....
* * *
Ustac deyər, us ilk gündən qayıbdı,
İnsan oğlu, insanlığa ayıbdı,
“O” neynəsin, kim yolundan cayıbdı????
Dünya həmən, həm də gözəl dünyadı.......
14.08.2016. 09:44 (14
’). Bakı.
38
SEVGİ
Dünyanın təməli sevgidir, Gülüm!
Dərdin, ah-nalənin özü də sevgi....
Dünya beynimizdə qurulur, Gülüm!
Qoy
yağsın, sağ-sola gözündən sevgi....
* * *
Atalar niyyəti saf tut deyibdi,
Analar pis sözə çəpər çəkibdi,
Ağacı nə yeyib, içdən yeyibdi,
Min dərdə bir dərman olandı sevgi....
* * *
Qəlbində yer vermə, qara yellərə,
Ruhun qonaq olsun, xoşbəxt ellərə,
Ustac adın belə salıb dillərə,
Bilir ki, dünyada qalandı sevgi....
29.08.2016. 12:12(12
’) Bakı.
39
MÜƏLLİM
İkinci Günəş tək doğdun dünyaya,
Dünyanı qərq etdin nura, müəllim!
Sənin gözlərinlə baxdıq dünyaya,
Baxmadıq yağışa, qara, müəllim!
* * *
Bizə qanun oldu deyilən, hər söz,
Qaranlıq qalmadı, bir cığır, bir iz,
Nişan verdiyin yol, ən doğru, ən düz,
Sayəndə yetişdik vara, müəllim!
* * *
Ustacam, tacımı aldım elmdən,
Peşəm bu, özgə iş gəlməz əlimdən,
Kitabla, müəllim düşməz dilimdən,
Bilinməz gedirik hara, müəllim....
(S) 07.09.2016. Bakı. 13:10 (36’)
40
EYLƏYİRSƏN
(Mahnı üçün)
Gedəndə -“xoşbəxt ol!” – demədimmi mən?
İndi, illər ötüb hal eyləyirsən....
Tanışdan, bilişdən salam göndərib,
Gedən gəlişimə yol eyləyirsən....
* * *
(Nəqarət)
Çağırdın toyuna, necə gələydim?
Bəlkə istəyirdin, deyib-güləydim?
O günü görməyib, kaş ki, öləydim....
İndi utanmayıb, “tel” eyləyirsən....
* * *
Sən, vəfa etmədin, əhdə, ilqara,
Ömrün
yelkənini açdın rüzgara,
O zaman, yar oldun, qafil əğyara,
İndi boynu bükük, əl eyləyirsən....
41
* * *
Gəl, heç danışmayaq, ötüb-keçəndən,
Mənə söhbət açma, süzüb-içəndən,
İndi get kömək um, ölçüb-biçəndən,
Ruh
unu cisminə qul eyləyirsən.....
* * *
Demirəm, nə səhvsən, nə də ki, düzsən,
Tutduğun yön ilə dayanma, üz sən,
Ustacdan əlini, bir yolluq üz sən,
Nahaqdan gümana fal eyləyirsən....
(S) 22.09.2016. 01:55. Bakı.
42
SƏN OLMAYANDA
Bir məclis qurulub, Gəncə qaşında,
Mey-
məzə yerində, adı, aşında,
Yalnız sən yox idin süfrə başında,
Sənin yoxluğunu heç nə ovutmur....
* * *
Sözlərin şirindi, şəkər şərbətdən,
Gülüşün şəfalı, ən pir türbətdən,
Ruhum
gəlişinlə dönər qürbətdən,
Sənin yoxluğunu heç nə ovutmur....
* * *
Sən yoxsan hər şeyin qaçıb ləzzəti,
Çoxu unumsamaz
ülfət-izzəti,
Ustac çəkə bilməz bil bu zilləti,
Sənin yoxluğunu heç nə ovutmur....
22.09.2016. 08:38. Bakı.
43
BƏLKƏ DƏ...
(
Fəridə xanıma)
Bəlkə də payızı biz uydurmuşuq?!
Yarpaqlar yalnızca bizimçün sarı....
Bəlkə də fəsillər durub yerində?!
Qaçan biz, payıza, ya yaza sarı...
* * *
Yarpağı tökülüb olsa da sarı,
Payızda yetişir tutların xarı,
Deyirlər, payızda qarşıla yarı,
Nar sulu, alma bol, heyvası sarı...
* * *
Ustac ha, indinin
deyil adamı,
Sözləri görübdü Nuhi-əyyamı,
Ruhu neçə kərə Ömər Xəyyamı,
Dədəsi Ələsgər, babası Sarı....
22.09.2016. 09:19. Bakı.
44
SON SÖZ
ƏVƏZİ
QÖNÇƏLƏR
(Son variant-
sonuncu dəfə)
Yenə də duyğular hər şeydən təmiz,
Necə görmüşdünsə, elə qalıbdır,
Ən zərif hisslərin ünvanı sənsən,
Arzular qəlbimdə cığır salıbdır...
* * *
Zəriflik içində zəriflik gəzən,
Ən incə duyğular qəlbimdə yaşar.
Müdhiş gözəlliyə məftun olaraq,
Ürək cəmalına nəğmələr qoşar...
* * *
Arzular içində arzu yaşayır,
Səfinə düzülmüş durnalar kimi.
İçimdən neçə min sabah boylanır,
Əsən mehə təşnə qönçələr kimi...
Bakı.
45
Maraq üçün
Zaur Ustac 8 yanvar, 1975-
ci ildə Bakı şəhərində anadan olmuş,
ilk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində
almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali
Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və
Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam
etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və
halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən
etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac «Yazarlar»
jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac
«GÜNAYDIN
“ («AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR
OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”,
“MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM
KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”,
“GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ…”,
“QƏLBİMİN AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”,
"ÇƏHRAYI KİTAB", "OTUZ İLDİR, ƏLDƏ QƏLƏM" kimi
şeirlər kitablarının, "USUBCAN ƏFSANƏSİ" adlı məqalələr
toplusunun
və Azərbaycan Respublikasının Milli Qəhrəmanı
Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “
ORİYENTİR ULDUZU” kitabının müəllifidir
.
Ustaca görə, yazarlar, ancaq yazarlar... Yəni şübhəsiz ki,
hikmət və söz Uca Tanrıya məxsusdur.
Biz sadəcə diktə olunanları qələmə alan, qələm tutan qullarıq-
qələmin sahibi də odur...
-
Ustaclıyam, əlim ərşi-əlada,
Bu nə sitəm, millətim nə bəlada???!!!
46
Zaur USTAC
Mustafa ev Zau Mustafa oğlu
“NİŞANGAH”
Elektron n
əş :
Texniki redaktor: Tunc AY
T
ə tibatçı: Gülü
Kitab Yazarlar -
ı ko püte ərkəzində ığılıb.
T
əşkilati dəstək:
www.ustac.az
(
Qeyri- kommersiya
)
Elektron Kitab Zaur Ustac yaradıcılığının “30” illik yubley
t
ədbirləri çərçivəsində nəşr olunan 11-ci kitabdır.
(Y-30-EK-11-ZU)
Bütün hüquqlar mü
əllifə məxsusdur.
Çapa i zala dı: 19. 04.2018.
Əlaqə:
zauryazar@mail.ru
Pulsuz.
F/b:
Zaur Ustac
47
Qeyd:
Üz abığı ı üəllifi, Gülü a ı dı .(Orijinal əsər)
Document Outline - YAZARLAR.AZ - Yazarlar jurnalının yaranma səbəbi, məqsədi, uşaq və gənclərə dəstək olmaq, ümumiyyətlə yaşından asılı olmayaraq yayımlanmaq problemi olan hər kəsə yardım etmək olub. Odur ki, yenə həmin ampuladan çıxış edərək, yaradıcılığın 30 illi...
- Mükafat ildə bir dəfə, yalnız bir nəfərə 28 May Respublika Günü ərəfəsində - əvvəl, sonuncu Bazar günü – 2019 – cu ildən başlayaraq təqdim olunacaq. Kitab isə növbəti ilin təltifinə qdər çap olunub, laureata təhvil veriləcək. Mükafat barədə ...
Dostları ilə paylaş: |