60
General Əliağa Şıxlinskidən danışanda Heydər Hüseynovun
xidmətlərini unutmaq
haqsızlıq olardı. “Xatirələrim”in yazılmasında ən müstəsna rolu olan ilkin şəxs Azərbaycan
Elmlər Akademiysının akademiki Heydər Hüseynovdur. Qocaman generalı yaxından tanıyan
Heydər Hüseynov ona köməkçi verib “Xatirələrim”i yazdırmaqla kifayətlənməmişdir. Heydər
Hüseynov general Şıxlinskinin ölümündən sonra da onun xidmətlərini unutmamış, xatirəsini əziz
saxlamışdır. O, respublika mərkəzi mətbuatında həm rus, həm də Azərbaycan dilində silsilə
məqalələr dərc etdirib.
Heydər Hüseynov “Xəbərlər” məcmuəsinin səkkizinci nömrəsində (1945) fəxrlə yazırdı:
“Əliağa Şıxlinski dünyada şöhrət qazanmış rus topçuluq elmi sahəsindəki kəşflərlə tanış olmaqla
yanaşı, dil və ədəbiyyat məsələləri ilə də yaxından məşğul olurdu. O, Azərbaycan dilini təkmil
bilirdi. İslah,
ifadə quruluşu, yeni söz yaradıcılığı ilə ciddi məşğul olmuşdur”.
Klassik ədəbiyyatımızı gözəl bilən Şıxlinski, həm də sovet ədəbiyyatının görkəmli
nümayəndələri Səməd Vurğunun, Osman Sarıvəllinin şerlərini rus dilinə tərcümə etmişdir.
Səməd Vurğunun “Böyük ədib”, “Sədaqət”, Osman Sarıvəllinin Cəfər Cabbarlının ölümünə həsr
etdiyi “Yaşar” şerinin tərcüməsi hələ də arxivində qalır. “Zabitin yaddaşı” dəftərindəki
qeydlərdən aydın olur ki, görkəmli dramaturqumuz Cəfər Cabbarlının ölümü onu hədsiz
dərəcədə kədərləndirib, onun yaradıcılığına generalın xüsusi məhəbbəti olub.
General Əliağa Şıxlinski
təkğə tərcümə sahəsində deyil, bədii yaradıcılıqla da müntəzəm
məşğul olmuşdur. Bu təvazökar insan onları heç vaxt dərc etdirməmişdir.
Vətəndən uzaqlarda xidmətdə olan general doğma ana dilini unutmamışdır. Onun ümumi
dəftər həcmində olan şer və tərcümələrinin əlyazması Azərbaycan Tarixi Muzeyindəki şəxsi
qovluğunda və Azərbaycan Elmlər Akademiyasının əlyazmaları fondunda saxlanılır. Onun həyat
və məslək yoldaşı, ilk azərbaycanlı hərbi şəfqət bacısı Nigar xanıma yazdığı “Ey sevdiyim, ey
dilrüba”,
məşhur rus alimi, Port-Artur qalasının qəhrəmanı vitse-admiral Stepan Osipoviç
Makarovun ölümünə və qalanın yapon samuraylarına təslim olunmasına dair şerləri vardır. 1909-
cu il oktyabrın iyirmi yeddisində əmisi qızı Nigar xanımla ailə həyatı quran Əliağa Şıxlinski
sonralar yazırdı: “Bu dəyişiklik mənim həyatımı işıqlı bir yola, parlaq bir səadətə yönəltdi. Bir
yerdə keçirmiş olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə
görünmədi. Fitrətən istedadlı olan, yaxşı təhsil görmüş, mülayim xasiyyətli Nigar xanım ailə
səadəti üçün yaradılmış bir qadın idi. Mən bu səadətə tam mənası ilə nail oldum. Lakin 1931-ci il
avqustun on beşində Nigar xanımın ölümü mənim üçün ən ağır bir zərbə oldu. Mənim hər şeyim:
həm səadətim, həm də səhhətim onunla getdi”.
Sonsuz bir məhəbbətlə sevdiyi Nigarını o ilhamla tərənnüm edirdi:
Ey sevdiyim, ey dilrüba,
Səbrim, qərarımsan mənim.
Səd mərhəba, səd mərhəba,
Nə türfə yarımsan mənim.
Görən
səni ey nazənin,
Deyər: pəh-pəh, səd afərin!
Dünyada mislin yox yəqin,
Əcəb dildarımsan mənim!
Gözəl zahirdə surətin,
Gözəl batin, təbiətin.
Gözəl hər işdə qeyrətin,
Namusum, arımsan mənim.
Mənim baharda bülbülüm,
Mənim qızılca sünbülüm.
61
Gülşənlərdə zərif gülüm,
Bağlarda barımsan mənim.
Klassik şairimiz Molla Vəli Vidadinin nəvəsi olan general-leytenant Əliağa Şıxlinski hər
iki - rus və Azərbaycan dillərində şer yazmaq, tərcümə etmək qabiliyyətinə malik olub.
Görkəmli
dövlət və partiya xadimi, yazıçı, publisist Nəriman Nərimanov gənc Sovet
Azərbaycanının ordu hissələrini yaratmaq üçün iki məşhur generaldan - Əliağa Şıxlinski və
Səmədbəy Mehmandarovdan istifadə etmək məqsədilə V.İ.Leninə 1920-ci il avqustun birində
göndərdiyi məktubunda yazırdı:
“Əziz Vladimir İliç!
Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun butün zabitləri həbsə alınmışdı. Bu
məktubu Sizə təqdim edən məşhur general - Mehmandarov və Şıxlinski də onların içərisində idi.
Diqqətli yoxlama nəticəsində məlum oldu ki, generalların üsyanla əlaqəsi olmamışdır. Lakin
mövqeyimiz sakitləşənə qədər və ümumi işimizə kömək məqsədilə biz hər halda bu qərara gəldik
ki, onları qərargahda işləmək üçün Sizin sərəncamınıza göndərək,
çünki onlar hərbi
mütəxəssislər olmaq etibarı ilə əvəzsizdirlər. Onlardan biri Şıxlinski Nikolay ordusunda
“artilleriyanın allahı” sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər,
sonra sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya
göndərəsiniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır.
Kommunist salamı ilə N.Nərimanov.
General, ömrünün son illərini Bakıda, Cəfər Cabbarlı küçəsindəki on dörd nömrəli evin
iyirminci mənzilində yaşayıb. Həyat yoldaşı Nigar xanımın ölümündən sonra tənha yaşayan
Şıxlinski xeyirxah və yaxşı adamlarla əhatə olunmuşdu.
Azərbaycan Dövlət Tarix muzeyinin arxivində Əliağa Şıxlinskinin yazdığı
“Vəsiyyətnamə”, üstündə isə belə bir qeyd var:
mən öləndən sonra açmalı.
Məktubda general, doktor Bahadır Qayıbovu, onun həyat yoldaşını
böyük hörmət və ehtiramla xatırlayır. Hər ikisinə Nigar xanımın ölümündən sonra ona
göstərdikləri qayğı üçün intəhasız minnətdarlığını bildirir.
Akademik Heydər Hüseynov 1945-ci il aprelin iyirmisində Bahadır bəy Qayıbova
tibbi-ictimai fəaliyyətinin qırx illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yazır. “Lakin
mən burada Sizin Vətən və elm qarşısındakı daha böyük xidmətinizi qeyd etmək istəyirəm. Siz
və Sizin həyat yoldaşınız məşhur hərbi xadim və alim, köhnə ordunun generalı Azərbaycan
xalqının sadiq oqlu Əliağa Şıxlinskinin həyatının son illərini qayğı və diqqətlə əhatə etmiş və
bəzəmisiniz.”
Bahadır bəy Qayıbovun otuz sentyabr 1946-cı il tarixli məktubu:
Hörmətli Heydər Nəcəfoğlu!
Əlbəttə, Sizin unudulmaz Əliağa və Nigar bacı haqqındakı yazınız həmişə çox uğurlu alınır.
Bəli, onları unutmaq olmaz: onların hər ikisi öz Vətənini və xalqını səmimi qəlbdən sevirdilər.
Onlar yalnız təhsil aldığı rus dilini deyil, öz doğma ana dilini də əla bilirdilər.
Heç vaxt unutmaram ki, onların hər ikisinə şəxsən ana dilində təhsil verən,
həmçinin
Tiflisdə, Qoridə - Müəllimlər seminariyasında yüzlərlə azərbaycanlı uşağını oxudan rəhmətlik
atam səbəbkardır. Rəhmətlik Nigar bacı atamdan daha çox şey əxz etmişdir: o yetkinliyində,
nəinki İran klassikləri Sədi, Firdovsi, Hafiz, Cami və başqalarını oxumuş, həmçinin bütün
Azərbaycan şairlərini
- Xaqani, Nizami, Füzuli, Vaqif və başqalarını mütaliə etmiş, ərəb dilini
öyrənmiş və ərəb ədəbiyyatı ilə də tanış idi.
Heyf ki, Siz onunla tanış deyildiniz - o, həqiqətən rus dili bir yana, bizim və fars
ədəbiyyatının bilicisi idi.
Sizin dostunuz Bahadır bəy Qayıbov”.