Geography 207 Economic Geography



Yüklə 157,16 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü157,16 Kb.
#8217


DÜNYA İQTİSADİYYATI

DÜNYA İQTİSADİYYATI





THE 

THE 

WORLD ECONOMY: 

WORLD ECONOMY: 

Geography, Business, Development”

Geography, Business, Development”

 

 

Frederick P. Stutz, Barney Warf

Frederick P. Stutz, Barney Warf

Sixth Edition, Pearson, 2012

Sixth Edition, Pearson, 2012

I Mövzu - Giriş: dünya 

I Mövzu - Giriş: dünya 

iqtisadiyyatının coğrafiyası və 

iqtisadiyyatının coğrafiyası və 

qloballaşma

qloballaşma


HAZ

HAZ

IRLADI:

IRLADI:

Elşən Bağırzadə

Elşən Bağırzadə

iqtisad üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dövlət İqtisad Universiteti

“Beynəlxalq iqtisadiyyat” kafedrası




I BÖLMƏNİN MƏQSƏDLƏRİ

• Coğrafiya və onun alt-sahəsi olan iqtisadi coğrafiya 

haqqında qısa məlumat vermək;

• Sosial və məkan məsələlərinin izahında faydalı olan 5 

başlıca analitik mövzunu müzakirə etmək;

• Bu fənnin başlıca məsələsini təşkil edən kapitalizmi sistem 

kimi şərh etmək;

• Qloballaşmanın müxtəlif aspektlərini izah etmək;

• Dünyanın inkişaf problemləri kontekstində iqtisadi 

coğrafiyanın yerini müəyyən etmək.





CO

CO

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - I

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - I

• Yer üzündə baş verən hər bir hadisə və ya proses eyni 

zamanda da bu və ya digər şəkildə coğrafi sayılır.

• Coğrafiya öyrənir:

– Məkanı;

– Yer üzündən necə istifadəni;

– Cəmiyyətlərin necə yerləşməsini;

– İnsan fəaliyyətlərinin müxtəlif ərazilərə necə 

yayıldığını;

• Bir sözlə coğrafiya elmi şeylərin nə üçün mövcud 

yerlərində yerləşdiklərini izah edir.

– Məsələn, dünyada harada banan yetişdirildiyini və ya neftin 

dünyada hansı ərazilərdə olduğunu və.s



CO

CO

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - II

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - II

• Bütün sosial proseslər və problemlər, eyni zamanda da 

məkanla bağlıdır, çünkü  hər bir sosial hadisə və ya 

proses hər hansı bir məkanda baş verir.

• Coğrafiyaçıları məkanla bağlı suallar maraqlandırır:

– Nə üçün göydələnlər şəhərlərin mərkəzlərində yerləşir?

– Nə üçün Afrikada açlıq var?

– Şəkər sənayesi Evergladesə (Floridada təbii park) necə təsir 

göstərir?

– Nə üçün Skandinaviya mobil telefon istifadəsi sahəsində 

dünya lideridir?

– Şimali Amerika Azad Ticarət Sazişi (NAFTA) ABŞ, Kanada və 

Meksika iqtisadiyyatlarını necə yenidən formalaşdırır?

– Nə üçün Çin sürətlə qlobal iqtisadi supergücə çevrilir?

– Mikroelektronik inqilab məhsuldarlığı, rəqabətliliyi və bu 

sektorun qlobal mövqeyinin dinamikasını necə dəyişir?

– Şəhərdaxili yoxsulluqla necə mübarizə aparıla bilər?



CO

CO

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - III

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - III

• Məkan nümunələri aşağıdakıların tarixi 

mirasını əks etdirir:

– Öncəki sosial münasibətlər;

– Resursların siyasi və iqtisadi təşkili;

– İstehsal texnologiyaları, nəqliyyat və 

kommunikasiyalar;

– Davranışlar haqqında məlumat verən və 

onu izah edən mədəniyyətləri;

– Hüquqi və tənzimləmə sistemləri.




CO

CO

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - IV

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - IV

• Qlobal iqtisadiyyat özü bazarlar və 

ölkələrin iç-içə girmiş elə bir kompleksidir 

ki, istehsal, nəqliyyat və istehlakın planet 

miqyaslı nümunələrini və onların müxtəlif 

ərazilərdə əhalinin həyat standartları və 

yaşayış imkanlarına olan təsirlərini 

özündə birləşdirir.




CO

CO

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - V

ĞRAFİ DÜNYAGÖRÜŞÜ - V



İqtisadi coğrafiya 



İqtisadi coğrafiya – coğrafiyanın aşağıdakıları 

öyrənən alt-sahəsidir:

– İqtisadi fəaliyyətlərin (istehsal, nəqliyyat,  

komunikasiya və istehlak) məkan baxımından 

təşkili və bölüşdürülməsi;

– Dünya resurslarından istifadə;

– Dünya iqtisadiyyatının coğrafi kökləri, strukturu 

və dinamikası.




İQTİSADİ COĞRAFİYA YANAŞMASI 

İQTİSADİ COĞRAFİYA YANAŞMASI 

ÜÇÜN 5 ANALİTİK MƏSƏLƏ - I

ÜÇÜN 5 ANALİTİK MƏSƏLƏ - I

• Bunlar bizi iqtisadi lantşaftlar haqqında 

aşağıdakıları düşünməyə sövq edir:

– Coğrafiyaların tarixi özünəməxsusluğunu;

– Xüsusilə də qlobal kapitalizmin inkişafı ilə 

regionların qarşılıqlı asılılığını;

– İnsan və biofiziki sistemlərin iç-içə olmasını;

– Sosial və məkan münasibətlərinin yaranmasında 

 mədəniyyətin və gündəlik həyatın əhəmiyyətini;

– Sosial strukturların və onların məkan 

təzahürlərinin dərk edilməsinin əsas rolunu.



İQTİSADİ COĞRAFİYA YANAŞMASI 

İQTİSADİ COĞRAFİYA YANAŞMASI 

ÜÇÜN 5 ANALİTİK MƏSƏLƏ - II

ÜÇÜN 5 ANALİTİK MƏSƏLƏ - II

1. Məkanın öyrənilməsi zamanın öyrənilməsindən 

ayrılmazdır.

– Bütün coğrafiyalar müəyyən tarixən inşa edilmişdir, bütün 

tarixlər də bəlli bir məkanda üzə çıxır.

2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır.

– Məkanlar, regionlar bir-bririlə qarşılıqlı əlaqədədir. Əhali 

(miqrasiya), kapital (investisiya) və məhsullar (ticarət) 

hərəkət edir, informasiya, innovasiyalar və xəstəliklər 

yayılır. 

• Məs. 1986-cı ildə Ukraynada baş verən Çernobl qəzası zamanı 

radiaktiv buludlar Skandinaviya və Şimali Amerikaya qədər 

yayılmışdı.

• NAFTA Mexikodan Kvebekə qədər bütün regionları birləşdirir.




İQTİSADİ COĞRAFİYA YANAŞMASI 

İQTİSADİ COĞRAFİYA YANAŞMASI 

ÜÇÜN 5 ANALİTİK MƏSƏLƏ - III

ÜÇÜN 5 ANALİTİK MƏSƏLƏ - III

 3. İnsan fəaliyyətləri biofiziki mühitdə ortaya çıxır.

-

İnsan və təbiət əlaqəsi ikitərəfli yola malik küçəyə 



bənzəyir.

4. Mədəniyyət – şüur forması – iqtisadi coğrafiya üçün 

fundamental xarakter daşıyır.

-

Mədəniyyət insanların “həyat yoludur” (dini, dili, əxlaqı, 



ənənələri, rolları və.s).

5. Sosial əlaqələrin formalaşması cəmiyyətlərin və 

coğrafiyaların başa düşülməsini tələb edir.

-

Sosial münasibətlər dünyaya müxtəlif baxışların ən azı 



biri əsasında formalaşır.


KAPİTALİZM - I

KAPİTALİZM - I



Kapitalizm



Kapitalizm istehsal amilləri üzərində özəl 

mülkiyyətə əsaslanan iqtisadi, sosial, 

siyasi və coğrafi sistemdir.

• Kapitalizm Qərbi Avropada XV və XVI 

əsrlərdə kolonializm formasında ortaya 

çıxmış və bu gün müasir dünyanın əksər 

hissəsini əhatə edir.



KAPİTALİZM - II

KAPİTALİZM - II

• Kapitalist iqtisadiyyatlarında əsas şərt mənfəətdir ki, bu 

da firmaların gəlirləri ilə istehsal xərcləri arasındakı fərqlə 

ölçülür.


• Ev təsərrüfatları ilə firmaları bir araya gətirən 

mexanizmlər resurs bazarı və əmtəə bazarıdır. Bu 

bazarlar istehsal amilləri və əmtəələrin tələb və təklifini 

özündə birləşdirir.

• Resurs bazarları (istehsal amilləri bazarı) əmtəə və 

xidmət istehsalı üçün kapitaltorpaq və əməyi təmin 

edir.

• Əmtəə bazarları hazır məhsulların alıcı və satıcılarından 



ibarət olur.


KAPİTALİZM - III

KAPİTALİZM - III


KAPİTALİZM - IV

KAPİTALİZM - IV

• Bu bazarlar kapital (firmalar və resurs 

bazarları arasında), əmək və əmək 

haqqları (ev təsərrüfatları və resurs 

bazarları) əmtəə və xidmətlər üçün 

istehlak xərcləri (ev təsərrüfatları və əmtəə 

bazarları arasında) və satış gəlirləri və 

mənfəət (əmtəə bazarları və firmalar 

arasında) axınları ilə bir-birinə bağlanırlar.



KAPİTALİZM - V

KAPİTALİZM - V

İnkişaf etmiş 



məhsul istehsalı 

sistemləri 

istehlakçılara 

əmtəə və 

xidmətlərin çox 

böyük çeşidini 

təklif edirlər. 

Amerikada iqtisadi 

durğunluq 

dövründə satışlar 

azalır. Milyonlarla 

işçi işsiz qalır və 

digər çalışanlar 

istehlak xərclərini 

azaldırlar və 

iqtisadiyyat daha 

da tənəzzülə 

doğru gedir. Bu 

zəif tələb ilə 

azalan təklif 

arasında davamlı 

əlaqəni göstərir.




K

K

APİTALİZM - VI 

APİTALİZM - VI 

Adambaşina ÜDM (

Adambaşina ÜDM (

GDP Per Capita

GDP Per Capita

)

)


K

K

APİTALİZM - VII 

APİTALİZM - VII 

Adambaşina ÜDM (

Adambaşina ÜDM (

GDP Per Capita

GDP Per Capita

)

)


K

K

APİTALİZM - VIII 

APİTALİZM - VIII 

Adambaş

Adambaş

ı

ı

na ÜDM (

na ÜDM (

GDP Per Capita

GDP Per Capita

)

)


K

K

APİTALİZM - IX

APİTALİZM - IX

Misirli fermer torpağı 

becərərkən. Bu sahə 

dünyanın pampıq 

geyimə olan tələbini 

ödəmək məqsədilə 

pambıq becərilməsi 

üçün hazırlanır.  

Gələcəkdə dünyanın 

yoxsul ölkələri onların 

həyat standartını 

yüksəldəcək və sənaye 

sahələri  yaratmaq üçün 

ehtiyacları olan kapitalı 

təklif edəcək kənd 

təsərrüfatına güvənmək 

məcburiyyətində 

qalacaqdır. Kənd 

təsərrüfatı istehsalı 

buna görə inkişaf 

etdirilməlidir. Bəzi 

inkişaf etməkdə olan 

ölkələr, məsələn Misir 

onun ixracat gəlirlərini  

formalaşdıran qeyri-

ərzaq bitkilərinin  əkinini 

hədsiz dərəcədə artırır.



K

K

APİTALİZM - X

APİTALİZM - X


K

K

APİTALİZM - XI

APİTALİZM - XI


K

K

APİTALİZM - XII

APİTALİZM - XII

• Dövlətlə bazar arasında güc balansının təmin 

edilməsi ölkədən ölkəyə dəyişir və bu da 

dünyada kapitalizmin müxtəlif milli formalarını 

doğurur.

• Belə ki, dövlətin bazara daha yüksək müdaxiləsi 

olan ölkələr var (məsələn Skandinaviya ölkələri), 

bir də nisbətən daha az müdaxiləsi olan ölkələr 

var (məsələn, ABŞ).



DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI - I

İQTİSADİ COĞRAFİYASI - I



Dünya iqtisadiyyatı 



Dünya iqtisadiyyatı resursların bölgüsünün 

planetar sistemini formalaşdıran, yer kürəsinin 

müxtəlif hissələrində zənginlik və yoxsulluq 

yaradan və müxtəlif milli güclərin yüksəlişinə və 

tənəzzülünə xidmət edən şəbəkələr, proseslər 

və institutlardır.

• Dünya iqtisadiyyatı kültürün, iqtisadiyyatın və 

ekoloji problemlərin qloballaşmasını doğuran 

texnoloji və geosiyasi güclərin kombinasiyası ilə 

davamlı transformasiyaya məruz qalır.




DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI - II

İQTİSADİ COĞRAFİYASI - II

• Dünya çoxlu problemlərə malikdir – borc, işsizlik, yoxsulluq, tibbi 

xidmətlərdən istifadə imkanlarının yetərsizliyi, ərzaq qıtlığı və ətraf 

mühitin deqradasiyası və.s. 

• Bunlar planetdə yaşayan hər bir şəxsin həyatına ciddi təsir göstərir.

• Bu problemlər dünya iqtisadi sisteminin strukturu və inkişafında kök 

salır.

• Bu problemlərin səbəblərini anlamaq üçün uzun müddət hakim olan 



və inkişaf etmiş ölkələr tərəfindən yaradılan dünya sistemini və 

beynəlxalq iqtisadi sistemin çərçivəsini təşkil edən 



beynəlxalq 

beynəlxalq 

iqtisadi nizam

iqtisadi nizamın mövcudluğunu dərk etmək lazımdır.


DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI - III

İQTİSADİ COĞRAFİYASI - III



Beynəlxalq iqtisadi sistem 



Beynəlxalq iqtisadi sistem və ya dünya iqtisadiyyatı 

kapitalın (investment), əmtəələrin (international trade), 

informasiya, texnologiya və əməyin qlobal axınlarını 

nəzərdə tutan qlobal kapitalizmin institutları və 

münasibətlərini əhatə edir.

• Çünkü beynəlxalq bazarlar və resursların, kapitalın, 

əməyin və əmtəələrin axınları həmişə siyasi olaraq 

suveren dövlətlər tərəfindən formalaşdırılır və buna görə 

də beynəlxalq iqtsiadi sistem eyni zamanda da siyasi 

sistemdir.




DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI - IV

İQTİSADİ COĞRAFİYASI - IV


DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI - V

İQTİSADİ COĞRAFİYASI - V


DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI - VI

İQTİSADİ COĞRAFİYASI - VI

• Kapitalist dünya iqtsiadiyyatı Qərbi Avropada XVI əsrin əvvəllərindən 

başlayaraq 400 ildir ki, inkişaf edən çoxdövlətli iqtsiadi sistemdir.

• Bu sistemin inkişafı mərkəzi zəngin ölkələrin periferiya ölkələri 

üzərində hakimliyi ilə xarakterizə olunur.

• Dünya ölkələrinin geniş yayılmış təsnifatından biri də onların Soyuq 

Müharibə dövründə Birinici, İkinci və Üçüncü Dünyalar kimi 

fərqləndirilməsi olmuşdur.

• Birinci Dünyaya iqtsiadi baxımından inkişaf etmiş Avropa ölkələri, 

ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya və Yaponiya aid edilir. Bu 

ölkələrdə dünya əhalisinin ¼ hissəsi yaşayır və yüksək həyat 

standartlarına malikdirlər. Eyni zamanda da bu ölkələrdə ən böyük 

orta sinif əhali yaşayır.



DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI – VII

İQTİSADİ COĞRAFİYASI – VII

Birinci və Üçüncü Dünyalar və ya Şimal və Cənub

Birinci və Üçüncü Dünyalar və ya Şimal və Cənub


DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI – VIII

İQTİSADİ COĞRAFİYASI – VIII


DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI – IX

İQTİSADİ COĞRAFİYASI – IX



İkinci Dünya 



İkinci Dünya Sovetlər İttifaqı və Şərqi 

Avropanı əhatə edirdi. 

• Soyuq Müharibə bitdikdən sonra (1990-cı 

illər və sonra) bu bölgü öz əhəmiyyətini 

itirdi və İkinci Dünya Birinci və Üçüncü 

Dünya arasında bölüşdürüldü.




DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI – X

İQTİSADİ COĞRAFİYASI – X

• Ən yoxsul və ən zəif ölkələr zəif inkişaf etmiş 



Üçüncü Dünya

Üçüncü Dünyanı təşkil edir.

• Bu dünyaya bəzən inkişaf etməkdə olan ölkələr 

və bəzən də zəif inkişaf etmiş ölkələr deyilir.

• Bəzi müşahidəçilər Üçüncü Dünyanın alt-hissəsi 

kimi Dördüncü Dünyanı da ayırmağı təklif edirlər 

və bura ən yoxsul ölkələri aid edirlər (əksəriyyəti 

Səhraaltı Afrikada yerləşir).



DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI – XI

İQTİSADİ COĞRAFİYASI – XI

• ABŞ dünyanın 



hegamon güc

hegamon gücü kimi  onun azad ticarət və 

investisiya ideallarını reallaşdırmağa imkan verən 

beynəlxalq iqtisadi nizamı təşkil edən institutlar yaratmışdır 

(baxmayaraq ki, tənqidçilər “azad ticarət”in güclü ölkələrin 

zəif ölkələri iqtisadi baxımdan işğal etməsini pərdələyən 

anlayış  olduğunu iddia edirlər).

• Soyuq Müharibənin başa çatması ilə Sovetlər İttifaqı çökdü 

və 1980-90-cı illərdə yeni dünya sistemi doğmağa başladı. 

Bu yeni sistemdə ABŞ dünyanın vahid supergücünə 

çevrildir. 

• Ancaq sonradan ABŞ-ın iqtisadi hegamonluğu yeni 

sənayeləşən ölkələr, xüsusilə də Çin başda olmaqla Şərqi 

Asiya ölkələri tərəfindən təhdid edilməyə başlandı.



DÜNYA İQTİSADİYYATININ 

DÜNYA İQTİSADİYYATININ 

İQTİSADİ COĞRAFİYASI – XII

İQTİSADİ COĞRAFİYASI – XII


QLOBALLAŞMA - I

QLOBALLAŞMA - I



Qloballaşma



Qloballaşma dünya iqtisadiyyatını və 

daha inteqrasiyalı və daha qarşılıqlı asılı 

toplumları yaradan ümumdünya 

proseslərinin kompleks məcmusudur.




QLOBALLAŞMA – I

QLOBALLAŞMA – I

I

I

Kültürün və istehlakın qloballaşması

Kültürün və istehlakın qloballaşması

Tarixən müxtəlif  kültürlər bir-birindən ayrı olsalar da müasir kapitalizm planetdə kültürləri 



homogenləşdirir. 

Bu, xüsusilə də ABŞ kültürünün ixracı hesabına baş verir:



– Amerikan müsiqisi;

– Amerikan kinosu;

– “Mollar” (Mall);

– Fəst fud (Fast food);

– Cins şalvar;

– Nike ayaqqabılar;

– Coca-Cola və pepsi;

– Malboro siqaretlər;

– McDonald’s hamburgerləri;

– Lady Gaga dinləmək və.s.

Bunlar bir anlamda kapitalizm altında kültürün maddiləşməsidir. Kiçik Amerikan 



kültürünün dünyaya nüfuz etməsidir.

Çoxları qloballaşmanı Amerikanlaşma da adlandırırlar və bunu kültür imperializmi kimi 



qələmə verirlər.


QLOBALLAŞMA – II

QLOBALLAŞMA – II

I

I

Kültürün və istehlakın qloballaşması

Kültürün və istehlakın qloballaşması

• Buna görə də qlobal mədəniyyətin dünya 

regionlarına nüfuz etmə səviyyəsi müxtəlifdir.

• Bəzi toplumlar böyük həvəslə Qərb kültürünü 

mənimsəyir, digərləri onun qarşısında sədd 

qoyur və əksəri isə onun müxtəlif səviyyəli 

qarışığına uyğunlaşırlar.



QLOBALLAŞMA – I

QLOBALLAŞMA – I

V

V

Telekomunikasiyalar

Telekomunikasiyalar

• Qlobal rəqəmsal telekomunikasiya 

şəbəkəsinin inkişafı kültür qloballaşmasını 

mühüm dərəcədə sürətləndirir.




QLOBALLAŞMA – 

QLOBALLAŞMA – 

V

V

İqtisadiyyatın qloballaşması

İqtisadiyyatın qloballaşması

• İqtisadiyyatın qlobalalşması o deməkdir ki, milli və dövlət 

sərhəddləri və maliyyə bazarları arasındakı fərqliliklər aşağıdakı 

tendensiyalar səbəbindən getdikcə öz əhəmiyyətini itirir:

– Beynəlxalq maliyyə;

– Transmilli Korporasiyaların əhəmiyyətinin artması;

– Birbaşa xarici investisiyaların dünyanın mərkəzi regionlarından – Şimali Amerika, Qərbi 

Avropa və Şərqi Asiya - ixrac edilməsi;

– İstehsalın təşkilində qlobal ixtisaslaşma;

– İqtisadiyyatın üçüncü sektorunun qlobalalşması;

– Ofis funksiyalarının qlobalalşması;

– Qlobal turizm.




QLOBALLAŞMA – VI

QLOBALLAŞMA – VI

Transmilli Korporasiyalar

Transmilli Korporasiyalar

İqtisadiyyatın qlobalalşmasına 



transmilli korporasiyalar

transmilli korporasiyalar (TMK) öncülülk edirlər.

Bunlara bəzən çoxmillətli müəssisələr də deyilir.



Onlar tədqiqat, istehsalın təşkili və məhsulların satışını təkcə mərkəzi ofislərinin 

olduğu ölkələrdə deyil, müxtəlif ölkələrdə həyata keçirirlər.

BMT Ticarət və İnkişaf Konfransının “Dünya İnvestisiya Hesabatı”na görə bu gün 



dünyada 53 000 TMK fəaliyyət göstərir və onlar bütün özəl sektor aktivlərinin 

40%-i, bazar iqtisadiyyatları tərəfindən istehsal olunan məhsulun isə1/3 –i əhatə 

edirlər. 

Onlar inkişaf etmiş regionlardakı məşğulluğun 4%-i, inkişaf etməkdə olan 



regionlardakı məşğulluğun isə 12%-i təşkil edən 100 milyon işçi çalışdırırlar.

Bu gün TMK-lar dünya ticarətinin 50%-dən çoxuna nəzarət edirlər.



Bunlar dünyada  böyük həcmdə şirkətdaxili beynəlxalq dövriyyə yaradırlar.




QLOBALLAŞMA – VII

QLOBALLAŞMA – VII

Transmilli Korporasiyalar

Transmilli Korporasiyalar



Birbaşa xarici investisiyalar 



Birbaşa xarici investisiyalar əsasən 

TMK-lar tərəfindən həyata keçirilir və xarici 

investor tərəfindən fabrik və zavodlara 

yatırılan investisiyadır.




QLOBALLAŞMA – VIII

QLOBALLAŞMA – VIII

İnvestisiya fəaliyyətinin qloballaşması

İnvestisiya fəaliyyətinin qloballaşması

Dünya iqtisadiyyatının idarə olunduğu mərkəzi regionlar – Şimali Amerika, Qərbi 



Avropa, Yaponiya və Sakit Okean ölkələridir. 

Xüsusilə də dünya iqtisadiyyatının idarə olunduğu üç başlıca şəhər olan Nyu-york, 



London və Tokyo öz istehsal mərkəzlərini dünyanın daha ucuz regionlarına 

yönəltmişdir.

Məsələn, ABŞ-ın əksər idman geyim firmalarının mərkəzləri Nyu York və Los 



Ancelsdə olduğu halda istehsallarını Asiya ölkələrinə ötürmüşlər.

İnkişaf etməkdə olan ölkələrdə birbaşa xarici investisiyalarda 2 meyl ortaya çıxır:



– Birincisi, inkişaf etmiş mərkəzi ölkələrin periferiya ölkələrinə yönəltdiyi birbaşa xarici 

investisiyaların həcmi azalır. Onlar getdikcə bir-birinə investisiyaları artırırlar.

– İkincisi, birbaşa xarici investisiylar coğrafi olaraq daha da selektivləşir. Mərkəzi 

ölkələrdən daha böyük həcmli birbaşa xarici investisiya cəlb edən ölkələr ixrac yönümlü 

iqtisadi artım strategiyasını seçmiş ölkələrdir. Bunlar xarici investisiyaları cəlb edir, yerli 

əhalini işlədərək fabriklər qurur və istehsal olunmuş məhsulları beynəlxalq bazarlara 

satırlar. Bu ölkələr xarici investisiyaları cəlb etmək baxımından qlobal kapital bazarlarına 

və istehsal olunmuş məhsulları satmaq baxımından isə qlobal marketinq şəbəkələrinə 

etibar edirlər.Son on illiklərdə sürətlə inkişaf edən ölkələr idxalıə əvəz edən iqtisadi 

artım strategiyasını deyil, ixrac yönümlü iqtisadi artım strategiyasını seçən ölkələrdir.




QLOBALLAŞMA – IX

QLOBALLAŞMA – IX

İnvestisiya fəaliyyətinin qloballaşması

İnvestisiya fəaliyyətinin qloballaşması


QLOBALLAŞMA – X

QLOBALLAŞMA – X

Məkansal ixtisaslaşma

Məkansal ixtisaslaşma

• Qlobal iqtisadiyyatında hər bir məkan zamanla inkişaf edən üstün və zəif 

tərəfləri ilə birlikdə özünəməxsus rol oynayır və TMK-lar hər məkanın iqtisadi 

və coğrafi üstünlüklərini qiymətləndirir.

• Qlobal iqtisadiyyatda istehsalın orjinal amilləri - əhali və resurslar – getdikcə 

əhəmiyyətini itirir və ixtisaslaşma ilə əvəz olunur.

• Bu gün beyin gücü dünyada zənginliyin ilkin mənbəyi kimi mühüm dərəcədə 

əzələ gücünü əvəzləyir və transmaterializasiya (məhsulun xidmətə çevrilməsi, 

məs. musiqini xidmət kimi almaq) resursların xaraketerini dəyişir.

• İstehsal amilləri və komponentləri firmadaxili hərəkət edir, son məhsullar 

istehlak məntəqəsinə yaxın istehsal edilir və milli sərhədlər qlobal 

iqtisadiyyatda keçmişə nəzərən indi daha az hesaba alınır.

• Yeni qlobal iqtisadiyyatda TMK-lar rəqabət üstünlüyü yaratmaq məqsədilə hər 

fəaliyyətləri (mühəndis sistemləri, 



xammal

xammal hasilatı, istehsal, depolama, ofis 

funksiyaları, marketinq və menecment) üçün optimal coğrafi amilləri və 

mövqeləri müəyyən edir. 



QLOBALLAŞMA – XI

QLOBALLAŞMA – XI

Məkansal ixtisaslaşma

Məkansal ixtisaslaşma

Hər fəaliyyət üçün münasib məkanlar ya bir ölkədə seçilə bilər ya da dünyanın 



müxtəlif ölkələri arasında bölüşdürülə bilər.

İqtisadiyyatın qloballaşmasının nəticəsi olaraq, dünya əraziləri arasında iqtisadi 



fərqlər artmışdır. Bəzi ərazilərdə fabriklər bağlanır, digər ərazilərdə yenidən açılır.

Bəzi ölkələr texniki araşdırmaların mərkəzinə çevrilir, digər ölkələrdə isə aşağı 



səviyyəli əl əməyinə əsaslanan işlər toplanır.

İstehsalın coğrafiyasındakı dəyişmə regionların xüsusi funksiyalar üzrə ixtisaslaşdığı 



əməyin məkansal bögüsünü yaratmışdır.

TMK-lar yerli iş qüvvəsinin xarakterinə, onun bacarıq səviyyəsinə, tələb etdikləri 



əmək haqqına və həmkarlar ittifaqlarına yanaşmalarına, tariflərə və nəqliyyat 

qiymətlərinə uyğun olaraq yer seçimini edirlər. 

TMK-lar adətən əmək haqqlarının yüksək olduğu və həmkarlar ittifaqlarının güclü 



olduğu regionlarda fabriklərini bağlayırlar. 


QLOBALLAŞMA – XII

QLOBALLAŞMA – XII

Xidmətlərin qloballaşması

Xidmətlərin qloballaşması

• Xidməətlərin və istehlakın qloballaşması böyük iqtisadi rola 

malikdir.

– Məsələn, ABŞ-ın biznes xidmətləri ixracı onun xarici gəlirlərinin 1/3-i 

əhatə etməklə, avtomobil ixracından gələn gəlirlərindən çoxdur.

• Biznes xidmətləri TMK-ların əsas satınalmalarını təşkil edir 

və bununla da dünya arenasına yayılır.

• Bu beynəlxalq sektor hüquq məsləhətçiliyi, biznes 

konsaltinq, mühasibat, marketinq, satış, reklam, faktura 

kəsmə və kompüter xidmətlərini əhatə edir.

• Bu sektor həmçinin turizm, əcnəbi tələbə təhsili və əyləncəni 

- TV, musiqi səsyazması və filmlər əhatə edir




QLOBALLAŞMA – XIII

QLOBALLAŞMA – XIII

Turizmin qloballaşması

Turizmin qloballaşması

• Turizm dünyanın ən sürətlə inkişaf edən sektorlarından 

biridir və 2009-cu ildə 230 milyon insanı çalışdırmaqla dünya 

ÜDM-nin təxminən 12%-i təşkil etmişdir.

• Turizm sektoru artıq əsas ixrac sektorlarından biridir və 

dünya üzrə hər il 3% böyüməsi gözlənilir.

• Ən yüksək sürətlə inkişaf etdiyi ölkələr bəzi inkişaf etməkdə 

olan ölkələrdir. Bu ölkələr tropik regionlarda yerləşir, 

mənzərəli ərazilərə, təbii və mədəni turizm obyektlərinə, xoş 

iqlimə, yaxşı çimərliklərə, cəlbedici sosial və siyasi mühitə 

malikdirlər.

• Bu sektor üçün siyasi stabillik mühüm əhəmiyyətə malikdir.




QLOBALLAŞMA – XIV

QLOBALLAŞMA – XIV

İnformasiya texnologiyaları və qloballaşma

İnformasiya texnologiyaları və qloballaşma

• Kommunikasiyanın inkişaf etməsi dünya iqtisadiyyatının qloballaşmasının 

sürətlənməsi deməkdir. Çünkü dünyanın istənilən ərazisində yerləşən əhali 

digər ərazidəkilərlə hər zaman informasiya mübadiləsində ola bilir.

• Dünya iqtisadiyyatı insanların əvəzinə informasiyanın hərəkətindən asılıdır.

• Bu məhsul idxal və ixracı deyil, amma informasiya imkan verəcəkdir ki, 

inovasiyalar dünya iqtisadiyyatında sürətlə yayılsın və ölkələr arasında 

bərabərsizliklər artsın.

• Qlobal informasiya şəbəkəsi imkan verəcək ki, qlobal iqtisaidyyatda bilik 

işçiləri dünyanın məlumat bazaları və digər bilik bazalarını emal edə bilsin. 

• Real-vaxt rejimli informasiya sistemləri dünya iqtisadiyyatında hər an qərar 

qəbul edən bazar subyektləri baxımından böyük əhəmiyyət daşıyır.

• Kommunikasiya sistemlərinin inkişafı dünya iqtisadiyyatında mübadilə 

mexanizmini də sürətləndirir.




QLOBALLAŞMA LOKAL 

QLOBALLAŞMA LOKAL 

MÜXTƏLİFLİYƏ QARŞI

MÜXTƏLİFLİYƏ QARŞI

• Qloballaşma əsasən unikal lokal müxtəlifliyi zədələsə də onu 

tamamilə sıradan çıxarmır.

• Hazırda bir çox siyasi, sosial və iqtisadi problemlər kültürün və 

iqtisadiyyatın qloballaşmasını təşviq edən güclərlə lokal kültür 

ənənələrini qorumağı və iqtisadi özünütəminatı üstün tutan 

güclər arasında çıxan gərginlikdən doğur.

• Yüksələn qloballaşma qarşısında ənənəvi iqtisadiyyatlarını və 

kültür seçimlərini qorumaq arzusu dünyanın bir çox daha 

ənənəvi regionlarında siyasi konfliktlərə, sosial xaoslara və 

bazar bölünmələrinə yol açmışdır.

• Qloballaşma və lokal müxtəlifliklərin bir yerdə mövcud olacağı 

və bir-birini formalaşdıracağı vəziyyəti bəzi mütəxəssislər 

“qlokallaşma” adlandırır.

 



DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - I

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - I



İnkişaf



İnkişafın məqsədi insanların həyat 

keyfiyyətini artırmaqdır.

• Başqa sözlə, onları sağlam iş, ev, yetərli 

qida və tibb xidmətləri, təmiz su və hava, 

əlverişli nəqliyyat və təhsil ilə təmin etməkdir.

• Ancaq dünyanın müxtəlif hissələrində 

iqtisadi çiçəklənmə baş versə də, hələ də 

planetin müxtəlif yerlərində milyardlarla 

insan dərin yoxsulluq içindədir.  



DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - II

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - II

Ekoloji məhdudiyyətlər

Ekoloji məhdudiyyətlər

• Dünya ekologiyası – hava, su və həyatın təbii sistemləri 

arasında kompleks və qarşılıqlı əlaqələrdir.

• Ekologiya bir tərəfdən inkişaf etmiş dünyanın hədsiz kütləvi 

istehlakı və israfçı istehlakçı kültürünün təzyiqi altındadır.

• Digər tərəfdən ekologiya inkişaf etməkdə olan ölkələrdə sağ 

qalmaq uğrunda yoxsul əhalinin resursları tez-tez sıradan 

çıxarmaları ilə xarakterizə olunur.

• Enerji təklifindəki azalma, resurs məhdudluğu və ekoloji 

deqradasiya gələcək iqtisadi artımı təhdid edən üç başlıca 

problemdir.



DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - III

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - III

Ekoloji məhdudiyyətlər

Ekoloji məhdudiyyətlər

• İnkişaf etməkdə olan dünyanın çoxunda ciddi enerji problemi 

mövcuddur.

• Hindistan, Haiti, İndoneziya, Malaziya, Tanzaniya və Braziliya kimi 

ölkələrdə meşələrin qırılmasının başlıca səbəbi yanacaq məqsədilə 

odun tədarük edilməsidir. Bu zəif inkişaf etmiş dünyada ən ağır 

ekoloji problemlərdən biridir.

• Ətraf mühitin korlanması iqtisadi artım üçün ciddi bir maneədir.

• İqtisadi artımın limitləri varmı? Dünya əhalisi həddindən artıq 

çoxdurmu? 

• Bizim bir çox mövcud fəaliyyətimiz nəzarət altında saxlanılmadığı 

təqdirdə dünyanı gələcək nəsillər üçün yaşanmaz hala gətirəcəkdir.




DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - IV

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - IV

 

 

Ekoloji məhdudiyyətlər

Ekoloji məhdudiyyətlər

• Atmosferdə yığılmış çirkləndiricilər – 

karbon dioksid, metan, azot oksid, kükürd 

dioksit, kloroflorokarbonlar – dünyada 

tempraturun yüksəlməsinə səbəb ola bilən 

təbii 


istixana effekti

istixana effekti yaradır.


DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - V

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - V

 

 

Sərvət və rifah bərabərsizlikləri

Sərvət və rifah bərabərsizlikləri

• Dünya iqtisadiyyatı yer üzərində iqtisadi strukturlar, 

həyat standartları və həyatın keyfiyyətidə böyük 

fərqliliklər doğurur.

• Dünyanın ən zəngin və ən yoxsul ölkələri arasında 

iqtisadi göstərici olan adambaşına düşən ÜDM və 

sosial və demoqrafik göstəricilər olan doğulanda 

gözlənilən həyat müddəti, uşaq ölümü səviyyəsi, 

savadlılıq və kalori istehlakı baxımından böyük 

fərqlər vardır. 




DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - VI

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - VI

 

 

Sərvət və rifah bərabərsizlikləri

Sərvət və rifah bərabərsizlikləri

• Kütləvi yoxsulluq bizim dövrümüzdə dünyanın yeganə 

ən mühüm inkişaf problemidir. 

• Dünyanın yoxsulu kimdir?

– Hər il Afrika, Asiya və Latın Amerikada 15 milyon uşaq 

aclıqdan ölür.

– 1,5 milyard əhali və ya dünya əhalisinin 24%-i içməli sudan 

məhrumdur.

– 1,4 milyard əhali tullantıları yox edən sanitar imkanlardan 

məhdrumdur.

– 2005-ci ilin məlumatına görə 3 milyard əhali – dünya 

əhalisinnin təxminən yarısı – adambaşına 400 dollardan 

aşağı gəlirə malik ölkələrdə yaşayır.

– Dünyanın yarısı (Afrikanın əksər hissəsi) gündəlik 2 

dollardan aşağı gəlirə malikdir.



DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - VII 

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - VII 

Üçüncü Dünya ölkələrində yoxsulluğun çıxılmaz halı

Üçüncü Dünya ölkələrində yoxsulluğun çıxılmaz halı


DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - VIII

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - VIII

 

 

Sərvət və rifah bərabərsizlikləri

Sərvət və rifah bərabərsizlikləri

• Ümumdünya iqtisadi bumunun yaşandığı II Dünya müharibəsindən 

sonrakı 30 ildə (1945-1975) inkişaf etmiş ölkələrin ÜDM-i 2 dəfədən 

çox artmışdır.

• İnkişaf etməkdə olan ölkələrdə də adambaşına düşən real gəlirin 

artmasına baxmayaraq, bu artım inkişaf etmiş ölkələrdə daha böyük 

olmuşdur.

• İnkişaf etmiş ölkələr dünya artımın 66%-i əhatə etmişdir. Halbuki dünya 

əhalisinin yarısının yaşadığı zəif inkişaf etmiş ölkələr (Çin xaric 

olmaqla) dünya gəlirinin 1/8-i əldə etmişdir.

• 1982-ci ildə ABŞ-ın(235 milyonluq əhali) milli gəliri təxminən Üçüncü 

Dünyanın (3 milyarddan çox əhali) məcmu gəlirinə bərabər olmuşdur.

• Bir sözlə, yarım əsrdən çox dövr ərzində zəngin daha da zənginləşmiş, 

yoxsul isə çox az qazanmışdır.




DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - IX

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - IX

 

 

Sərvət və rifah bərabərsizlikləri

Sərvət və rifah bərabərsizlikləri

• 1980-ci illərin borc böhranında nəhayət ABŞ müəyyən etdi 

ki, inkişaf etməkdə olan dünyanın çiçəklənməsində real 

fayda vardır.

• Bəzi ölkələrin borclarını ödəyə bilməməsi ABŞ və bəzi 

Avropa ölkələrinin maliyyə sistemi üçün real təhlükə yaratdı.

• Bəzi ən böyükləri də daxil olmaqla ABŞ banklarının çoxu 

borc verdikləri inkişaf etməkdə olan ölkələr defolt vəziyyətini 

elan etdiyi üçün texniki olaraq müflis oldular.

• Belə bir vəziyyətdə borc böhranın təcili aradan qaldırılması 

tələb olunurdu və bu da borclu ölkələrin iqtisadi fəaliyyətinin 

zəifliyi ilə bağlı idi.




DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - X

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - X

 

 

Sərvət və rifah bərabərsizlikləri

Sərvət və rifah bərabərsizlikləri

• Təəssüf ki, bir çox debitorlar üçün problemin həlli onun özündən 

daha acınacaqlı oldu.

• Bazar fundamentalizminə (dar mənada yalnız azad bazarların 

sosial problemləri yüngülləşdirdiyi tezisi) inanan BVF və digər 

beynəlxalq təşkilatların irəli sürdüyü sərt məhdudiyyətlərə 

əsaslanan iqtisadi siyasətlərin tətbiq edilməyə başlandığı 

debitor ölkələrdə əhalinin böyük bir hissəsinin vəziyyəti daha da 

pisləşdir.



BVF şərti



BVF şərtinin məqsədləri iqtisadi artımın bərpası, mərkəzi 

hökumətin iqtisadiyyatdakı rolunun azaldılması, əmtəə və 

xidmət ixracının genişləndirilməsi və idxalın azaldılması yolu ilə 

borclu ölkələrin borcunu ödəməyə imkan verən xarici gəlirlərini 

artırmaq idi.

 

 



DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - XI

DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - XI

 

 

Sərvət və rifah bərabərsizlikləri

Sərvət və rifah bərabərsizlikləri

• Bu siyasətlərin iqtisadi artımın bərpa olunmasına yardım etdiyi ilə bağlı çox 

az fakt olduğu halda, əhalinin həyat keyfiyyətini azaltdığı yönündə daha çox 

fakt vardır.

• Dünya Bankının keçmiş baş iqtisadçısı George Stiglitzin (2002) də qeyd 

etdiyi kimi bu siyasətlər bir çox zəruri dövlət xidmətlərinin kəskin 

azaldılmasını və ortadan qaldırılmasını və valyutaların devalvasiyası ilə idxal 

xərclərinin artmasını doğurdu.Lakin bu siyasətlər xarici ticarət profsiti 

yaradaraq xarici borcların idarə edilməsini asanlaşdırmalı idi. 

• 1990-cı illərdə maliyyə resurslarının axınında tərs bir proses baş vermişdir: 

maliyyə resursları zəngin ölkələrdən yoxsul ölkələrə yönəlməli olduğu halda, 

yoxsul ölkələrdən zəngin ölkələrə yönəlmişdir.  

• Borcların qaytarılması yoxsul ölkələrdə iqtisadi inkişaf üçün daha ciddi 

problem yaratmışdır. Çünkü bu ölkələrdə kapital və maliyyə resursları 

məhduddur və itirilən hər dollar iqtisadiyyata mənfi təsir etmişdir.



ƏSAS ANLAYIŞLAR

ƏSAS ANLAYIŞLAR

• kapital (capital)

• kapitalizm (capitalism)

• inkişaf (development)

• iqtisadi coğrafiya (economic 

geography)

• Birinci Dünya (First World)

• birbaşa xarici investisiya (foreign 

direct investment - FDI)

• qloballaşma (globalization)

• istixana effekti (greenhouse 

effect)


• hegamon güc (hegemonic power)

• iqtisadi insan (Homo economicus)

• BVF şərti (IMF conditionality)

• beynəlxalq iqtisadi düzən 

(international economic order)

• beynəlxalq iqtisadi sistemlər 

(international economic systems)

• bilik işçisi (knowledge worker)

• əmək (labor)

• torpaq (land)

• əmtəə bazarı (product market)

• mənfəət (profit)

• xammal (raw materials)

• İkinci Dünya (Second World)

• Üçüncü Dünya (Third World)

• transmilli korporasiya 

(transnational corporation - TNC)

• dünya iqtisadiyyatı (world 

economy)



MÜZAKİRƏ ÜÇÜN SUALLAR

MÜZAKİRƏ ÜÇÜN SUALLAR

1. Coğrafi dünyagörüş necə izah edilir?

2. İqtisadi coğrafiyaya tərif verin.

3. Nə üçün coğrafiya və tarix qırılmaz surətdə bağlıdır?

4. Nə üçün məkanlar bir-birindən təcrid edilmiş şəkildə 

öyrənilə bilməz?

5. İqtisadiyyat kültürlə necə əlaqəlidir?

6. Nə üçün sosial əlaqələr iqtisadi mənzərələri dərk 

etmədə əhəmiyyətlidir?

7. Qloballaşma anlayışına tərif verin və onun meydana 

gəlmə səbəblərini göstərin.

8. Qloballaşmanın təzahür etdiyi 4 sahə hansılardır?



Document Outline

  • DÜNYA İQTİSADİYYATI
  • Slide 2
  • I BÖLMƏNİN MƏQSƏDLƏRİ
  • Slide 4
  • COĞRAFİ DÜNYAGÖRÜŞÜ - I
  • COĞRAFİ DÜNYAGÖRÜŞÜ - II
  • COĞRAFİ DÜNYAGÖRÜŞÜ - III
  • COĞRAFİ DÜNYAGÖRÜŞÜ - IV
  • COĞRAFİ DÜNYAGÖRÜŞÜ - V
  • İQTİSADİ COĞRAFİYA YANAŞMASI ÜÇÜN 5 ANALİTİK MƏSƏLƏ - I
  • İQTİSADİ COĞRAFİYA YANAŞMASI ÜÇÜN 5 ANALİTİK MƏSƏLƏ - II
  • İQTİSADİ COĞRAFİYA YANAŞMASI ÜÇÜN 5 ANALİTİK MƏSƏLƏ - III
  • KAPİTALİZM - I
  • KAPİTALİZM - II
  • KAPİTALİZM - III
  • KAPİTALİZM - IV
  • KAPİTALİZM - V
  • KAPİTALİZM - VI Adambaşina ÜDM (GDP Per Capita)
  • KAPİTALİZM - VII Adambaşina ÜDM (GDP Per Capita)
  • KAPİTALİZM - VIII Adambaşına ÜDM (GDP Per Capita)
  • KAPİTALİZM - IX
  • KAPİTALİZM - X
  • KAPİTALİZM - XI
  • KAPİTALİZM - XII
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI - I
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI - II
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI - III
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI - IV
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI - V
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI - VI
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI – VII Birinci və Üçüncü Dünyalar və ya Şimal və Cənub
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI – VIII
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI – IX
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI – X
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI – XI
  • DÜNYA İQTİSADİYYATININ İQTİSADİ COĞRAFİYASI – XII
  • QLOBALLAŞMA - I
  • QLOBALLAŞMA – II Kültürün və istehlakın qloballaşması
  • QLOBALLAŞMA – III Kültürün və istehlakın qloballaşması
  • QLOBALLAŞMA – IV Telekomunikasiyalar
  • QLOBALLAŞMA – V İqtisadiyyatın qloballaşması
  • QLOBALLAŞMA – VI Transmilli Korporasiyalar
  • QLOBALLAŞMA – VII Transmilli Korporasiyalar
  • QLOBALLAŞMA – VIII İnvestisiya fəaliyyətinin qloballaşması
  • QLOBALLAŞMA – IX İnvestisiya fəaliyyətinin qloballaşması
  • QLOBALLAŞMA – X Məkansal ixtisaslaşma
  • QLOBALLAŞMA – XI Məkansal ixtisaslaşma
  • QLOBALLAŞMA – XII Xidmətlərin qloballaşması
  • QLOBALLAŞMA – XIII Turizmin qloballaşması
  • QLOBALLAŞMA – XIV İnformasiya texnologiyaları və qloballaşma
  • QLOBALLAŞMA LOKAL MÜXTƏLİFLİYƏ QARŞI
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - I
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - II Ekoloji məhdudiyyətlər
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - III Ekoloji məhdudiyyətlər
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - IV Ekoloji məhdudiyyətlər
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - V Sərvət və rifah bərabərsizlikləri
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - VI Sərvət və rifah bərabərsizlikləri
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - VII Üçüncü Dünya ölkələrində yoxsulluğun çıxılmaz halı
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - VIII Sərvət və rifah bərabərsizlikləri
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - IX Sərvət və rifah bərabərsizlikləri
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - X Sərvət və rifah bərabərsizlikləri
  • DÜNYANIN İNKİŞAF PROBLEMLƏRİ - XI Sərvət və rifah bərabərsizlikləri
  • ƏSAS ANLAYIŞLAR
  • MÜZAKİRƏ ÜÇÜN SUALLAR

Yüklə 157,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə