50
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Xarici
bazarlara giriş
Agentlər, xüsusilə də distributorlar məhdud coğrafi ərazini əhatə etdiyini nəzərə alaraq şirkətlər bütöv
bazara giriş üçün şəbəkəyə ehtiyac duya bilər. Məsələn, Almaniyaya ixrac edən Azərbaycan şirkətləri
agent və ya distributorların ərazi əhatəsini yoxlamalı və onları regional əsaslarla təyin etməlidir.
Bəzi hallarda bu metodlardan bir neçəsi istifadə oluna bilər – məsələn, agent sifarişləri təqib edir,
distributor isə fiziki paylaşdırma ilə məşğul olur. Və ya şirkət hər hansısa bir biznesə başlayır, işgüzarlığın
səviyyəsi cəlbedici olduqda onu agentə ötürür. Məsələn, qida sənayesində ixracatçılar adətən komission
əsaslarla işləyən agentlərin (brokerlərin) kombinasiyasından istifadə edir, eyni zamanda idxalçı və ya
distributorun fiziki paylama xidmətinə də ehtiyac olur.
Sizin üçün ən səmərəli distributor kimdir? Böyük distributor heç də hər
zaman ən doğru seçim demək
deyil. Bəzən sizin məhsulunuz anbarlara göndərilə və orada aylarla qala bilər. Əvəzində kiçik və ac
distributor adətən satışları daha həvəslə təşkil edir, xüsusilə də kiçik ixracatçılar üçün.
Bütün sövdələşmələr yazılı razılaşmalarla təsdiq edilməlidir. Əmin olmaq üçün xüsusi hallarda şirkətin
razılaşmalardan imtina etmə hüququnun olmasını yoxlamaq lazımdır, məsələn əgər razılaşdırılmış
hədəflər qarşılanmayıbsa. Unutmayın ki, münaqişələrlə bağlı istənilən arbitraj ixracatçının deyil,
agentin yurisdiksiyasında olacaq.
Tarif və qeyri - tarif tədbirləri
İxracatçının xarici bazarlara girişi zamanı onun ticarətinə ciddi təsir edən amillərdən biri də idxalçı
ölkənin daxili bazarın qorunması və milli maraqların təmin olunması üçün idxala tətbiq etdiyi tarif
və qeyri tarif tədbirləridir (ticarət rejimi). Deməli, tarif və qeyri tarif tədbirləri (xarici ticarət rejimi)
dedikdə mallara tətbiq olunan tarif məhdudiyyətləri
və güzəştləri, eləcə də malların idxalına və ixracına
tətbiq olunan kvotalar, qadağalar, lisenziyalar, icazələr və digər tədbirlər (qeyri tarif tədbirləri) nəzərdə
tutulur.
Tarif tədbirlərinə aşağıdakılar daxilidir:
✓ gömrük rüsumunun aradan qaldırılması
✓ gömrük rüsumu güzəştlərinin verilməsi
✓ tarif kvotalarının tətbiqi. Tarif kvotası dedikdə idxal olunan malın idxal rüsumunun müəyyən
miqdarda idxalına qədər (məsələn, illik 10 ton idxal olunana qədər) aşağı olması,
həmin miqdarda
idxaldan sonra rüsumun yuxarı qaldırılması nəzərdə tutulur
✓ mühafizə tədbirlər, anti dempinq və kompensasiya rüsumlarının tətbiqi məqsədilə mallara xüsusi
idxal rüsumunun tətbiq edilməsi
Qeyri tarif tədbirlərinə isə aşağıdakılar daxildir:
✓ kvotalar
✓ idxal lisenziyası
✓ mənşə sertifikatları
✓ təhlükəsizlik, keyfiyyət, sanitar, ətraf mühit,
fitosanitar, baytarlıq tədbirləri
✓ idxal qadağaları
✓ dövlət müəssisələri, subsidiyalar və satınalmalar
✓ xüsusi məhsulların idxal rejimi
51
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Xarici bazarlara giriş
✓ gömrük qiymətləndirilməsi və görmük yığımları
✓ valyuta nəzarəti və mübadilə məhdudiyyətləri
✓ ixrac məhdudiyyətləri
✓ qiymətə
nəzarət və s
Ümumiləşdirimiş preferensiyalar sistemi (GSP)
GSP (Generalized System Of Preference) müəyyən qrup mallar üçün idxal gömrük tariflərinin
tutulmaması və ya güzəştli tutulmasını nəzərdə tutan bir sistemdir. Avropa Birliyi digər ölkələrdə olan
GSP sistemindən əlavə GSP+ sisteminə də malikdir.
GSP sistemində ümumi və xüsusi tədbirlər nəzərdə tutulur:
✓ Ümumi tədbirlər ümumi ticarət güzəştləri əsasında bütün inkişaf etməkdə olan ölkələrə tətbiq edilir
və Ən Əlverişli Rejim (MFN - Most Favored Nation) tarifinin bütün ölkələr üçün azaldılmasını
nəzərdə tutur. Ümumi tədbirlər çərçivəsində həssas məhsullara 3.5 % (spesifik rüsumlar olduqda
isə 30%), qeyri həssas məhsullar üçün isə 100 % güzəşt nəzərdə tutulur.
✓ Xüsusi stimul tədbirləri insan hüquqlarına, əmək hüquqlarına, ətraf mühitin mühafizəsinə,
keyfiyyətli idarəetməyə dair BMT-nin 27 əsas Konvensiyasına qoşulmuş və bu Konvensiyaların
müddəalarını tam təmin edən qanunvericilik bazası mövcud olan ölkələrə
və zəif inkişaf etmiş
ölkələrə daha yüksək güzəştlərin verilməsini nəzərdə tutur
Avropa Şurasının 10 dekabr 2001-ci ildə qəbul edilmiş (№2501/2001) qərarına əsasən, balıq və polad
məhsulları istisna olmaqla Azərbaycandan ixrac olunan digər mallara güzəştlər tətbiq edilirdi. Bu
qərarda Azərbaycana xüsusi stimul tədbirlərinin tətbiqi nəzərdə tutulmamışdı. Şuranın ən son 2005-ci
il 27 iyun tarixli qərarı (№980/2005) ilə Azərbaycana yuxarıda qeyd olunan mallar üzrə tətbiq olunan
məhdudiyyətlər aradan qaldırılmışdır. Lakin, Azərbaycana yenə də xüsusi stimul tədbirlərinin tətbiqi
nəzərdə tutulmamışdı.
2009-cu ilin yanvar ayının 1-dən etibarən isə Azərbaycan Avropa Birliyinin təqdim etdiyi güzəştli
ticarət sisteminin ən üst pilləsi olan “GSP+” proqramına benefisiar ölkə statusu ilə daxil edilmişdir.
“GSP+” proqramı benefisiar ölkəyə digər stimul tədbirlərindən daha geniş imtiyazlar verir. Nəticə
olaraq Azərbaycan
həm həssas, həm də qeyri-həssas minlərcə mal qrupları üzrə öz məhsullarını Avropa
Birliyi bazarlarına rüsumsuz ixrac imkanını əldə etmişdir.
GSP+ - a qoşulma şərtləri
Ölkələrin GSP+ sisteminə üzv olması üçün aşağıdakı şərtlərə uyğun gəlməsi
lazımdır:
✓ “GSP+” proqramına qoşulmaq üçün ölkə “ən az inkişaf etmiş ölkə statusu” daşımalı və ya insan
hüquqlarına, əmək hüquqlarına, ətraf mühitin mühafizəsinə, keyfiyyəti
idarəetməyə dair BMT-
nin 27 əsas Konvensiyasına qoşulmalı və ölkədə bu Konvensiyaların müddəalarını tam təmin
edən qanunvericilik bazası mövcud olmalıdır
✓ Avropa Birliyinin GSP-yə uyğun mallar üzrə məcmu idxalının 1 faizindən azını Birliyə ixrac etmiş
olsun
✓ Benefisiar ölkə üç il ardıcıl olaraq Dünya Bankının təsnifatında yüksək gəlirli ölkə kimi əks
olunmamalıdır