Giz-son indd



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə11/62
tarix15.11.2018
ölçüsü5,14 Mb.
#79742
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

35
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
Şirkəti təmsil edən heyətin öz rolunu etibarlı və qonaqpərvərliklə icra edəcəyindən əmin olun; beləki 
onların davranışları ziyarətçilərin sizin stendinizə cəlb olunmasına birbaşa təsir edir.
Yekun brifinq üçün yoxlama vərəqəsi (sərgidən öncəki gecə)
Şirkətin məqsədləri
Stend və eksponatlar haqqında təlimat
Tapşırıqların bölüşdürülməsi
Vəzifələrin siyahısı
Broşur və ədəbiyyatların mövcudluğu
Ziyarətçi kitabı/iştirak qeydiyyatı
Stendi tərk etmə proseduru
Ziyarətçilərin qayğısına qalmaq
Telefondan istifadə
Görüşlər – plan və istifadə
Gözlənilən geyim tərzi
Müraciət olunacaq istənilən yerli adət
Yuxarıda verilən tədbir öncəsi brifinqdən əlavə gündəlik olaraq aşağıdakıları əhatə edəcək 
brifinqlər keçirin:
Öncəki gün baş vermiş hər hansı bir problem araşdırın
Həmin gün gözlənilən ziyarətçilər və onlarla kim ilgilənməlidir
Stend və eksponatların vəziyyətini yoxlayın
Ədəbiyyat, formalar və s. ehtiyyatlarını yoxlayın
Əyləncə və sərinləşdirici içkilər ehtiyatını yoxlayın
Digər vəzifələr (məsələn, başqa stendləri ziyarət)
Sərgidən sonra
İnadla təqib edin
Ticarət sərgisindən tam fayda əldə etmək üçün şirkət sərgi çərçivəsində qurulan əlaqələri təqib 
etməlidir. Hər bir ziyarətçinin stendinizi, təşviqat materiallarınızı və ya biznes kartınızı xatırlayacağını 
düşünməyin. 
Stenddə qəbul olunmuş bütün sorğular əhəmiyyətlilik dərəcəsinə görə sıralanmalı və ən mühümü ilə 
birinci əlaqə saxlanılmalıdır. Telefon və ya e-mail vasitəsi ilə təqib edin və əgər maraq təmin olunubsa 
müştərini ziyarət etməyi təklif edin və ya müştərini şirkəti ziyarət etməyə dəvət edin.   
Qiymətləndirmə
Tədbirdən sonra şirkət qısa zamanda sərgidə iştirakın bütün aspektlərini nəzərdən keçirməli və nəticələri 
gözləntilərlə tutuşdurulmalıdır. Bu prosesə bütün stend personalını, yerli agentlər və distributorları 
cəlb edin.  
Qiymətləndirmə aşağıdakıları əhatə etməlidir:
Əldə edilən satışlar
Yeni qurulan əlaqələr
Əmələ gələn sorğular


36
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
Hansı məhsullar daha artıq marağa səbəb olub?
Stendə ziyarətçi sayı
Hədəf ziyarətçilərin sayı
Gündəlik ziyarətçilərin sayı
Ziyarətçilərin şərhləri
Digər məqsədlər (məsələn, rəqiblər haqqında əldə edilən məlumatlar, müəyyənləşdirilən potensial 
distributorlər və s.)
Stendin rəqiblərin stendləri və bütün stendlərlə müqayisəsi
Stendin dizaynı və yerləşməsinin uyğunluğu
Stend xidmətlərinin səmərəliliyi
Biz yenidən iştirak etməliyikmi? 
Növbəti dəfə fərqli nə edilməlidir?
  
Növbəti il üçün hazırlıq
Ticarət sərgilərində bircə dəfəlik iştirak nadir hallarda səmərəli olur. Bazar öhdəliyini nümayiş etdirmək 
və investisiyalardan səmərə əldə etmək üçün iki və ya üç ildən iştirak etmək lazımdır.  
Əgər şirkət gələn il də iştirak etməyi planlaşdırırsa, hazırlıqlara əvvəlcədən başlamaq lazımdır. Nə qədər 
tez sifariş edilərsə yerləşmənin daha mükəmməl olma şansı bir o qədər yüksək olur.  Sərgi üçün vaxtında  
edilən yer sifarişi sizə öz stendiniz üçün daha mükəmməl yer seçmək imkanı verir.


37
İXRACATÇILAR ÜÇÜN TƏLİMAT KİTABI
Beynəlxalq marketinq və bazar araşdırmaları
Əlavə 1-2
FAYDALI PULSUZ MƏLUMAT MƏNBƏLƏRİ 
1. AB İXRAC MÜŞTƏRİ XİDMƏTİ
http://exporthelp.europa.eu/thdapp/index_en.html
Bu sayt AB bazarlarına ixrac və idxal barədə qaydalar, qanunvericilik, malın gömrük kodu üzrə axtarışı 
və tələblərlə yanaşı bir sıra digər faydalı məlumatlardan ibarətdir. 
Saytın aşağıdakı müxtəlif bölmələri var:
 
✓ Tələblər və vergilər
 
✓ İdxal tarifləri
 
✓ Güzəştli tədbirlər
 
✓ Ticarət statistikaları
2. Beynəlxalq Ticarət Mərkəzi (ITC)
http://www.intracen.org
ITC müxtəlif bazarları əhatə edən məlumatlar bazasına pulsuz giriş imkanı təqdim edir (spesifik 
məlumatlara giriş üçün siz qeydiyyatdan keçməlisiniz):
 
✓ Ticarət xəritəsi – qlobal ticarət məlumatları
 
✓ Bazar xəritəsi – məhsullar üzrə məlumatlar
 
✓ İnvestisiya xəritəsi
 
✓ Ticarət rəqabəti xəritəsi
 
✓ Standartlar xəritəsi
3. Dünya Bankı - World Integrated Trade Solution (WITS)
http://wits.worldbank.org/wits/
 
✓ BMT – nin statistika bürosunun (UNSD) Əmtəə Ticarəti (UN COMTRADE) Məlumat 
Bazası qiymət (ABŞ $) və həcm olaraq əmtəələr və partnyor ölkələr üzrə idxal və ixrac haqqında 
məlumatları əhatə edir. 170 ölkə daxildir
 
✓ BMT – nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) Ticarət Təhlil Məlumat Sistemi 
(TRAINS) idxal və tariflər haqqında məlumatları əks etdirir
 
✓ 119 ölkə üzrə para-tarif və qeyri-tarif tədbirləri 
 
✓ Ümumdünya Ticarət Təşkilatının (WTO) Vahid Məlumat Bazası (IDB) əmtəə və əməkdaş 
ölkələr üzrə idxalı,  milli tariflərin ən ətraflı əmtəə səviyyəsində güzəştli tariflərin mövcud olmasını  
əhatə edir. Konsolidasiya Edilmiş Tarif cədvəli məlumat bazası (CTS) ÜTT hədd tariflərini, İlkin 
Danışıq Hüququ və başqa göstəriciləri əhatə edir   
4. EUROSTAT
http://epp.eurostat.ec.europa.eu/portal/page/portal/eurostat/home/
Sayt Avropa Birliyi Üzv Dövlətləri üzrə müqayisəli məlumatların faydalı ödənişsiz mənbəyidir. Saytda 
ölkələr üzrə demoqrafik, sosial, əsas iqtisadi göstəricilər, milli hesablar, xarici ticarət, sənaye, kənd 
təsərrüfatı, ətraf mühitə dair məlumatlar daxil edilmişdir.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə