Görkəmli Azərbaycan mütəfəkkiri Bəhmənyarın adını daşıyan Fəlsəfə və Hüquq İnstitutu



Yüklə 427,7 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix26.11.2017
ölçüsü427,7 Kb.
#12661
1   ...   11   12   13   14   15   16   17   18   19

rifah və  məqsədlər,  şəxsiyyətin mənəvi axtarışları, onun fikir və problemlərinin 

törəmələridir. Bundan əlavə,  əvvəllər azərbaycan  əxlaqı, eyniyyət, özünüdərk kimi 

problemlər, demək olar ki, tədqiq olunmurdu. Əvvəllər,  şöbənin estetika bölməsində 

kateqorial aparatla bağlı  əsərlər, musiqi estetikasına aid olan işlər üstünlük təşkil edirdi, 

lakin bu mövzuların dəyərlərlə, həyatla, ünsiyyət və  mədəniyyətlə bağlı olan problemləri 

unudulmuşdu, yəni estetika öz qınına qapanmışdı. 

Lakin, bütün çətinliklərə baxmayaraq, 90-cı illərdən başlayaraq, bu sahədə  bəzi  əsaslı 

müsbət dəyişikliklər baş verməyə başladı. Eyni zamanda bu yeniliklər  əsasən etika 

şöbəsinə toxunmuş, estetika şöbəsi isə, bir növ, bu dəyişikliklərdən kənarda qalmışdı. 

Dəyişikliklərin  əsasən, həm kəmiyyət və  həm də keyfiyyət cəhətdən pozitiv olması, 

Azərbaycanda siyasi etikanın yaranmasına, humanist etikanın əsasının qurulmasına gətirib 

çıxarmışdı. 

Respublikanın filosofları yaxşı bilirlər ki, Fəlsəfə və Hüquq İnstitutunun etika şöbəsi siyasi 

etikanın problemləri, vətəndaş  cəmiyyətinin etikası, fərdi  əxlaqi  şüur məsələləri ilə 

məşğuldur. Estetika şöbəsində  bəzi  əməkdaşların tədqiqatlarında estetik gerçəkliyin və 

proseslərin dəyər qavrayışına yönəlmiş meyli özünü biruzə verir. Bunun üçün R.Bədəlov, 

H.Əlirzayev və  bəzi başqa  əməkdaşların tədqiqatlarını göstərmək kifayət edər. Eyni 

zamanda XIX əsrin sonu-XX əsrin  əvvəlində Azərbaycan estetik fikrinin spesifikliyi və 

xüsusiyyətlərini açıq  şəkildə öyrənmək meyli özünü təzahür etdirir. Məsələyə tam ciddi 

yanaşaraq etiraf etmək lazımdır ki, bu təşəbbüslərdə sovet fəlsəfə məktəbinin "çatışmayan 

cəhətləri", təntənəlik, "kəskin məsələlərin hamarlanması", konfliktlərin inkarı, kontekstlərə 

və  dərin mənalara qarşı etinasızlıq və s. hələ  də hiss olunur. Lakin, bütövlükdə ümumi 

inkişaf meyli pozitivdir, çünki estetika ictimai-mədəni proseslə, onun dinamikası ilə əlaqəsiz 

məhv olmağa məhkumdur. 

İlk baxışdan, mənfi hallara onu da aid etmək olar ki, bu işlərdə Rusiya Elmlər 

Akademiyasının Fəlsəfə İnstitutu, Rusiya kitabxanaları ilə əlaqələr zəifləyib. Eyni zamanda 

Rusiya elmi ilə  əlaqələrin zəifliyi  əks təsir, yəni Azərbaycanda, o cümlədən etika şöbəsi 

tərəfindən azərbaycan mentallığının mənəvi  şüurun və azərbaycan siyasi gerçəkliyinin, 

siyasi adətlərin daha fəal işlənilməsinə gətirib çıxarıb. Əlbəttə ki, İnstitut əməkdaşlarından 

çoxunun Moskvada, etika sektorunda namizədlik və doktorluq dissertsiyalarının müdafiəsi, 

yaxud özlərinin estetika şöbəsi ilə elmi kontaktları, "Voprosı filosofii" və "Filosofskie nauki" 

jurnalarında çıxan məqalələri onların yaxşı yadındadır. Lakin, onu da görməmək olmaz ki

bizim  şöbələr artıq müstəqil elmi yoldadırlar.  Əməkdaşların elmi işləri, məqalələri az-az 

olsa da Rusiyada, Almaniyada, Kanadada çap edilir. Bəzi əməkdaşlar xaricdə olan nüfuzlu 

Mərkəz və Fondların qrantlarını alır, İtaliyada (Syen şəhərinin universitetində) təkmilləşmə 

kursunu keçir, tez-tez beynəlxalq konfranslarda cıxış edirlər. Son 5 il ərzində fəlsəfə elmləri 

doktorları R.Bədəlov, E.Zamanova, İ.Məmmədzadə, A.Mustafayev, fəlsəfə elmləri 

namizədləri D.Müslümzadə, V.Ömərov respublikada və Rusiyada, İspaniyada,  İsveçdə 

keçirilmiş konfranslarda öz məruzələri ilə  çıxış etmişlər. Eyni zamanda şöbənin gənc 

əməkdaşlarından S.Həsənova, M.İbrahimova, M.Səfərova və G.Əfəndiyeva namizədlik 

dissertasiyalarını uğurla müdafiə etmişlər. Onu da qeyd etməmək olmaz ki, son 5 ildə şöbə 

hər il öz oxucusu olan məcmuələr çap etdirir. Bu kitablara Azərbaycan filosofları tez-tez 

istinad edirlər,  ən başlıcası odur ki, bu məcmuələrdə etika və estetikanın dəyər elmlərinə 

çevrilməsinin metodoloji əsasları xülasə edilmişdir. Bunlardan yalnız axırınçılarını göstərək: 

"Etika və estetikanın aktual problemləri", Bakı,  1996, "Keçid dövrünün etik problemləri" 

Bakı, 1997; "Siyasi etika və keçid dövrünün bəzi problemləri" Bakı,1998. 

Əlbəttə ki, etika və estetika problemlərinə münasibətdə  dəyər nöqteyi-nəzərindən 

yanaşılmasının  əhəmiyyətinin dərk edilməsinə baxmayaraq, məcmuələrdə çap olunan 

şöbə  əməkdaşlarının işlərində bir sıra çatışmamazlıqlar hiss olunur. Çoxları  hələ  də 



məqalələri dissertasiyaların müdafiəsi naminə, yaxud uzun illər yaranmış "yazmamaq" 

vərdişi ilə  dərc edirlər. Lakin, dəyər etikası  və estetikasına diqqət  şöbənin gənc 

mütəxəssislərini, ilk növbədə Y.Hüseynovu, İ.Məmmədovu və A.Bağırovu cəlb edir. Misal 

üçün, Y.Hüseynov son illərdə  əxlaqi seçim problemini, seçim ontologiyası  və 

fenomenologiyasını  işləyib hazırlayır. Onun yazıları nadir hallarda nəşr olunursa da, 

özünün ayrı-ayrı  məqalə  və  çıxışlarında tədqiqatının fərdi-metodoloji prinsiplərini dürüst 

ifadə edir. Onu da qeyd etmək vacibdir ki, tədqiqatçı sovet vaxtlarında olan bəzi marksistlər 

kimi, metodologiyanı  kənardan almır, onu özü əldə edir və  fəlsəfi ünsiyyətin müstəqil 

iştirakçısı olur. Onun alim kimi formalaşması "müəllim-tələbə" münasibətləri çərçivəsinə 

qapanmır, bu onun elmi rəhbəri və digər alimlərlə daimi dialoqun aparılması  və özünün 

fərdi tədqiqatları zəminində baş verir. Öz işinə ciddi münasibətlə A.Bağırov da seçilir. Onun 

tərəfindən hakimiyyətin təbiətini tədqiq etmək cəhdləri diqqətə layiqdir və ilk məqalələri 

əsas verir ki, şöbə tez bir zamanda bacarıqlı tədqiqatçını əldə edəcəkdir. Bu isə o deməkdir 

ki, bu günkü intensiyalar hədər yerə sərf olunmayıb. Təəssüflər olsun ki, şöbənin estetika 

hissəsinin gənc alimlərinin yaradıcılığındakı  vəziyyət bir o qədər də  qənaətbəxş deyil. 

Namizədlik dissertasiyasının müdafiəsindən sonra M.İbrahimova, demək olar ki, nəşr 

olunmur. X.Quliyeva isə,  əksinə, tez-tez nəşr olunur, amma onun işlərində, sözün həqiqi 

mənasında, fəlsəfi təfəkkür, düşüncə  və estetik əsaslanma çatışmır. Buna baxmayaraq, 

şöbə ümid edir ki, bu nöqsanlar əməkdaşlar tərəfindən gələcək işlərində aradan 

götürüləcəkdir. 

Bu deyilənlərdən sonra, şöbə  işçilərinin fərdi elmi işləri, onların elmi axtarışlarının 

istiqamətləri, elmi-tədqiqat işlərinin planları üzərində bir az konkret dayanmaq istərdik. 

Şöbə "Postsovet Azərbayçanda mənəvi  şüurun strukturu və tiplərinin etik aksioloji 

aspektlərinin tədqiqi" və "XIX-XX əsrlərdə Azərbaycanda estetik fikrin inkişafı" adlı iki 

istiqamətdə iş aparır. 

Azərbaycanda vətəndaş  cəmiyyətinin perspektivləri problemi aşağıdakı mühüm suallara 

cavabların axtarılmasını nəzərdə tutur: 

1. Vətəndaş cəmiyyəti Qərbdə necə formalaşıb; vətəndaş cəmiyyəti ideyası ideal tip kimi. 

2. Göstərilən ideyanın Qərbdə təşəkkül tapmasında liberalizmin rolu. 

3. Siyasi etikanın iqtisadi tərkibi. 

4. Azərbaycanda keçid dövrü monolit şüurdan differensiyalaşmağa və  şüurun müxtəlif 

tiplərinin ayrılmasına doğru hərəkət kimi. Hakim və marginal şüurların rolları. 

5. Siyasi adətlər, siyasi elita və siyasi etika şüurun müxtəlif tipləri arasında olan sazişin 

nəticəsi kimi. Bu prosesin təşəbbüsündə intellektual və siyasi elitanın rolu. Keçid dövrünün 

ideologiyası və əxlaqı. Postsovet məkanın və zamanın spesifikliyi. 

Bu sualların tədqiqi üçün metodoloji əsaslar kimi M.Veyberin, əxlaqın fərddən mənəvi 

şüurun tipləri haqqında ümumiləşdirilmələrə keçməyə imkan yaradan, "ideal tip" ideyasını; 

Deqanın və Pelossinin müxtəlif cəmiyyətləri,  əxlaqi-siyasi sistemləri tutuşdurmaga  şərait 

yaradan müqaisəli metodogiyalarını; 

Amerika filosofları S.Almon və S.Verbin, fransız L.Poyin və polşalı E.Vyatrın vətəndaş 

cəmiyyəti və şüurun müxtəlif tiplərinin qarşılıqlı münasibətləri haqqında fikirlərini göstərmək 

olar. 


Metodologiyanın problemləri ilə ötən illər  İ.Məmmədzadə  məşğul olmuşdur. Metodoloji 

məsələlərlə yanaşı, onun tərəfindən əsaslandırılmış, etnik və milli şüurun xususiyyətləri ilə 

bağlı Azərbaycanda keçid dövrünün iki mərhələsi haqqındakı ideyası çox vacibdir. Siyasi 

mənəviyyatın özünəməxsusluğunun təhlili,  şüurun müxtəlif tiplərinin genezisi və  təkamülü 

haqqında düşüncələr də böyük maraq kəsb edir. 

Vətəndaş cəmiyyəti bir ideal kimi bu cür açıqlanır: 

Qərb fəlsəfəsində və etikasında cəmiyyət və dövlət; ideyasının bölünməsi; Əxlaqi-siyasi və 



Yüklə 427,7 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə