Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə28/80
tarix16.11.2017
ölçüsü4,58 Kb.
#10688
1   ...   24   25   26   27   28   29   30   31   ...   80

– Özünüzü yaxşı hiss etmədikdə, xəstələndikdə kimin yanında olmaq istəyirsiniz?
Şeirin hər bəndi şagirdlər tərəfindən oxunur.  Onlar “Mən bibimi (xalamı, bacımı, nənəmi)
nə üçün sevirəm?” sualına cavab verərək oxuduqlarını nəsrə çevirib danışırlar.
Suallar: – Şeir kimin dilindən deyilir? (qızın)
– Bunu hansı misralar təsdiq edir? 
– Şeirdə qız kimləri sevdiyini söyləyir?
– Onları bir sözlə necə adlandırmaq olar? (qohumlar)
– Bu qrupa daha hansı sözləri əlavə etmək olar? (dayı, əmi, baba və s.)
1-ci tapşırıq genişləndirilərək yerinə yetirilir. Sinifdə hər hansı əşya 
şərti mikrofon seçilir
və mikrofonu alan şagird qohumluq bildirən sözlərdən birini  izah edir. Məsələn, əlində mikro-
fon olan şagird “Dayı – ananın qardaşıdır” – deyir və mikrofonu başqa şagirdə ötürür. Həmin
şagird, məsələn, “Əmi – atanın qardaşıdır” – deyir və s. Müəllim diqqət yetirir ki, təkrar söz
deyilməsin və mümkün qədər çox şagird danışsın (daha çox uşaq  danışsın deyə onlar
xalaoğlu, əminəvəsi və s. bu kimi sözlər də deyə bilərlər). 
Bəs sən öz doğmalarını hansı cəhətlərinə görə sevirsən? – sualı  bir neçə şagird
tərəfindən cavablandırılır. 
2-ci tapşırıq yerinə yetirilir:
2. Xalam mənə həmişə “can” deyir.
4. Nənəm gecələr mənə nağıl söyləyir.
5. Anamın isti qucağında göz yaşım quruyur. 
Hər cümlə plan kimi seçilərək şeirin məzmunu nəql olunur.
İş dəftərinin 38-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dinləmə. Müəllim: – Hər kəs öz anasını çox sevir. Bəs siz ananızı yaxşı tanıyırsınız?
Şagirdlər ehtimal ki, analarını yaxşı tanıdıqlarını deyəcəklər. 
“Ananın gözləri nə rəngdədir”
Aytən Muraddan soruşdu:
– Sən öz ananı yaxşı tanıyırsan?
– Əlbəttə! – deyə Murad təəccüblə cavab verdi. – Kim öz anasını tanımır ki?!  Sən
də söz tapdın!
Aytən gülümsədi və yenə soruşdu:
– Onda de, sənin ananın gözləri nə rəngdədir?
– Deyəsən, göydür, – deyə Murad tərəddüdlə cavab verdi. – Yox… bəlkə, mavidir…
– Bəs sənin ananın sevimli mahnısı hansıdır? – deyə Aytən soruşdu.
– Eh, mən nə bilim…
– Bəs sənin anan ən çox nəyi arzulayır? – deyə Aytən sorğunu davam etdirdi.
– Mən heç vaxt ondan bunu soruşmamışam, – deyə Murad cavab verdi. – Özü də
məgər böyüklərin də arzuları olur?
– Onda özün anandan soruş: onun arzuları var, ya yox, – deyə Aytən gülümsədi.
– Mənim atamın və anamın o qədər arzuları var ki...  Bəs sənin anan uşaq vaxtı necə
olub: sakit, ya dəcəl?
– Mən axı onun uşaqlığını görməmişəm, – deyə Murad etiraz etdi.
– Nənən heç bu barədə danışmayıb? – deyə Aytən soruşdu.
Bilmirəm, eşitməmişəm, – deyə Murad cavab verdi.
– Bəs sənin özünə bu barədə soruşub öyrənmək maraqlı deyil? – deyə Aytən əl
çəkmədi.
Murad fikrə getdi:
ЫЫ бюлмя
74
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Doğrudan da, maraqlıdır, bizim analarımız uşaq vaxtı necə olublar? Bilirsən nə
var... mən evə qaçıram.
Aytən onun niyə evə qaçdığını bilir. Muradın anası artıq işdən qayıdıb. Maraqlıdır,
onun gözləri nə rəngdədir?  Bundan sonra Murad bunu biləcək. O öz anası haqqında
çox şey biləcək...
Suallar:
– Muradın və Aytənin öz analarına münasibətlərini necə qiymətləndirirsiniz?
– Hansını bəyənirsiniz? Seçiminizi izah edin.
– Siz özünüz yaxın bir adamınız haqqında nələri danışa bilərsiniz?
Cavablardan sonra rollu oyun keçirilir
Bunun üçün şagirdlərin hərəsi bir ailə üzvü, yaxud qohum rolunu oynayır. Bu, idrak
fəallığını və ünsiyyət mədəniyyətini artırır.
Danışma. Aşağıdakı sxem üzrə iş gedir. Hər şagird sxemdə göstərilmiş qohumlar, onlar-
dan biri və ya bir neçəsi haqqında danışır və onlara münasibətini bildirir.
Hər şagird sxemdə adları yazılanlara öz münasibətini bildirir.
Yazı. Şeirdə ən çox xoşunuza gələn bəndi (bəndləri) əzbərdən hecalarla yazın.
Hüsnxət. “F” hərfi. İş dəftəri, səh. 37.
DİL QAYDALARI
Motivasiya.
Dərslikdən 3-cü tapşırıq yerinə yetirilir. Kəpənək və karandaş şəkilləri gös -
tərilir. Şagirdlər dən şəkillərin adlarını yazmaq tələb  olu nur. Sonra bu sözlər ucadan oxu nur.
Köməkçi sual: – Bu sözlər hansı hərflə başlanır? Bəs demək olarmı ki, hər iki söz eyni
səslə başlanır?
Tədqiqat sualı:
–“K” hərfi hansı səsləri ifadə edir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Verilən sözləri sxemə görə qruplaşdırın. Özünüzdən də 2 söz əlavə yazın:
kələm, kosmos, körpü, konfet, konsert, kitab, kartof, klub, külək, tülkü, körpə
II qrup. 3 “ke” səsi və 3 “ka” səsi ilə başlanan söz yazın. Onları cümlədə işlədin.
III qrup. Buraxılmış nöqtələrin yerinə müvafiq gələn hərfi qoyun və həmin sözləri tələffüz
edin: pələn..., məs...ən, əhən..., ...östəbək, səhən..., ...önül, beşi..., fi...ir, ha...im,
pişi... 
SƏNİN ÜÇÜN KİMDİR?
Xala
Qardaş
Baba və nəvə
Ana və ata
Bacı
Əmi
Bibi
Dayı
ke
ka
АИЛЯ
75
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


IV qrup. Hansı sözlərdə “y” hərfinin yerinə “k” yazılmalıdır:
pişiy, eynəy, dibçəy, əyri, əriy, boyun, çörəy, küləy, saray
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Təqdimatlar dinlənilir və müzakirə olunur.
Dərsliyin 53-cü səhifəsindəki nəzəri hissə oxunur.
Nəticə:
“K” hərfi sözdən asılı olaraq müxtəlif səslər ifadə edir.
Tətbiqetmə.
Dərsliyin 53-cü səhifəsindəki 4-5-ci tapşırıqlar, eləcə də İş dəftərinin 38-ci
səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı.
“İsti ana qucağında” şeirini nəsrə çevirib yazın.
Qiymətləndirmə.
Təqdimatlara, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən
aparılır.
Dərs 23. ÜÇ ANA, ÜÇ OĞUL (4 saat)
Motivasiya. 
Müəllim şagirdlərə müxtəlif şəkillər nümayiş etdirir. Bu şəkillərin mövzusu
vali deynin uşaqlarına qayğısı ilə əlaqədardır (ana uşağını yatızdırır, ana uşağının çantasını
götürüb məktəbə aparır, ana nahar stolunu hazırlayır, ana həyətdən gələn oğlunun çirkli
paltarlarını çıxarıb yuyur və s.) 
Müəllim: – Şəkillərin mövzusu haqqında nə deyə bilərsiniz?
– Bəs uşaqlar valideynlərinin qayğısına qalmalıdır? Onlar bunu necə edə bilərlər?
– Ən çox istədiyiniz insana sevginizi necə bildirərsiniz? 
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma 
-
hiyyətini aydınlaşdırır.
Dinlədiyi mətnin mövzusu ilə bağlı əlavə
məlumatlar almaq məqsədi ilə sual verir.
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Mətnin qəhrəmanlarını xarakterizə edərək
onlara münasibətini bildi rir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Sadə bədii ifadələrdən istifadə edərək cümlə
qurur.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndəki sözləri kontekstə görə yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Oxuduğu mətnin davamını təxmin edir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun nəql edir.
Mətnin hissələrinə başlıqlar verməklə mətni
nəql edir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən müəyyən olunmuş hissəni köçürür. 
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Həyatda gördüklərinə və duyduqlarına
əsaslanaraq verilmiş mövzuda inşa yazır. 
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı fərqlə nən
sözlərin düzgün yazılışını lüğətin kö məyi ilə
müəyyənləşdirir.
ЫЫ бюлмя
76
Дярслярин планлашдырылмасы
Çap üçün deyil


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə