35
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
kuti ki, şagirdha bə imtahan mükəmməl hazir boşund. «Ba yaq
müəllim
sinfə daxil olub, dedi ki,
şagirdl ər imtahana
mükəmməl hazırlaşsınlar».
Zindəquni «dolanacaq» (Qon. k.). Bə
zindəquni imkan
babat bireybu. «
Dolanacaq üçün imkan babatlaşmışdı».
Tat dilinin spesifik sözlərinin bəziləri Azərbaycan dili
dialektlərində də işlənir. Bakı və Quba dialektlərində bu cür
sözlərə tez-tez təsadüf olunur.
Qobi «su yığılan çökək», «dərə».
Azərbaycanda tərkibində
qobu sözü olan Qobu Dilağarda
(Füzuli), Qobuqırıq (Xaçmaz) kəndləri,
Qobu və Qobustan
şəhər tipli qəsəbələri, Qobustan oronimi var (163-164).
Qobi «quyu» (Q.).
Bu sözə ilk dəfə olaraq, M.Hacıyev
diqqət vermişdir (30, 64). İran dill əri içərisində bu sözə fone-
tik cəhətdən yaxın olan sözlərə kürd.
quni (RKS, 267) və
puştu.
kuhay (RPDS, 296) sözlərini qeyd edə bilərik. Bu söz-
lərdən yalnız kürd dilindəki «quni» variantının «qubi» il ə
bağlılığını ehtimal etmək olar. Bununla yanaşı, onu da
göstərmək lazımdır ki, bəzi İran dillərində, o cümlədən talış
dilində «bulaq» mənası
honi sözü ilə ifadə olunur. Kürd dilin-
dəki
qoni sözü
honi sözü ilə əlaqədə götürülə bilər. Burada
q-h
əvəzlənməsi qanunauyğun sayıla bil ər.
Qeyd olunanlara
istinadla demək olar ki,
qubi «quyu» sözü tat dilinin spesifik
leksikasına aiddir.
Xırsız «evsiz-eşiksiz» (Ab.). Sözün kökü
xır/xür «ev-
eşik» mənasındadır –»
sız» Azərbaycan dili mənşəli şəkilçidir:
Xırsız sözü əslən Xızıdan olan Azərbaycan şairi Mikayıl
Müşfiqin bir şeirində işlənmişdir: Cilvələnmə
xırsızların için-
də, Ala gözlü ulduzların içind ə (M.Müşfiq).
Alataş «yorulub əldən düşmüş» (Lah.). Xıştana ə səbhi
alataş soxte. «Ozünü səhərdən
alataş eləyib».
36
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
«Alataş» sözü
olmaq və
eləmək felləri ilə əlaqədə Azər-
baycan dili dialektlərində işlənir (Cəbrayıl,
Zəngilan, Qafan)
(7, 11).
Basarat/bəsərət//bəsərot (Xaç., Dəv.). Bəzi lüğətlərdə
bu sözə «qabiliyyət», «bacarıq», «fərasət» mənaları isnad ve-
rilsə də, belə bir izah təxminidir.
Əslində bu söz müstəqil olaraq işlənmir. O,
basaratı
bağlanmaq felinin iştirakı ilə yaranan frazeologizmin tərkib
hissəsi kimi (7, 12) işlənir.
Hər iki dildə (tat və Azərbaycan dillərində)
basarat sözü
ərəbmənşəli söz hesab edilə bilər. Ərəb və fars mənşəli sözlər
lüğətində
basarat sözü iki mənada qeyd olunmuşdur: «diqq ət»
və «bəxt, tale» (25, 55).
Müasir fars di lində bəsalət sözü
«igidlik, qəhrəmanlıq, qoçaqlıq» mənalarında işlənir (25, 55).
Bazburud/bazbürd «boy-buxun, görkəm» (Qon. k.).
Bazburut, bazburutdu və
bazbırıtdı sözləri Azərbaycan dilinin
dialekt və şivələrində də geniş surətdə işlənir (7, 39).
Bazburut sözü mənşə etibarilə
bazu «qol» və
burut «iri
gövdə, bədən» sözlərindən əmələ gəlmişdir.
Vəçəxor/beçəxor (Lah.) başqa tat ləhcələrində: «qadınla-
rın uşaqlığında yara (xora)».
Bəhli/bahli/bə:li Bərə ye bəhlidor koşta birabı ( Lah.).
«Burada bir albalı ağacı əkilmişdi».
Bəlim/bəlüm (Lah.) «xırmanda taxıl döyül əndən sonra
qalan küləş». Lüğətlərdə məhz belə bir təyinlə rastlaşırıq. Baş-
qa məlumata görə,
küləş taxıla (arpa, buğda, çovdar və s.) aid
olan qalığı bildirir.
Bəlim sözü isə
çəltik döyüləndən sonra
qalan küləşdir. Amma, görünür, bu hər yerdə belə deyil.
Cıqqa/cıqqan/cıqqana «bir az, azacıq» (Məl.). Həmçi-
nin:
cıklə «kiçik, balaca»; «balaca bir şey», «nəyinsə çox kiçik
bir hissəsi». Bu və başqa yaxın mənalarda Azərbaycan dili
37
Gülsüm Hüseynova. Tаt dili lеksik fondunun genealоji təhlili
şivələrində də işlənir.
«D» səsi ilə başlanan fonetik variantlar
da mövcuddur.
Çibildiz «zirək, kələkbaz» (Bakı). Eyni səsləniş və məna-
da Azərbaycan dili şivəlrində də işlənir.
Dıkqıli/duqqulu «balaca, azca, bir az» (Lah.). Əzin nun
diqqıli bubur ti bə el. «Bu çörəkdən azca kəs, ver uşağa» və s.
Dıqqılı və
cıqqılı formaları
d~c əvəzlənmələrinə
misal olub,
tat və Azərbaycan şivələrində geniş yayılmışdır (7, 138).
Dıqqan-dıqqana – Bax:
dıqqılı.
Geznə (İsm.) /
gəznə (Qon. k.) /
gezinə (Q.) «gicirtkən».
Yə bicə
gəznə vekinim. «Bir az gicirtk ən yığaq» (Quba).
Duru (Məl., Xızı) /
duruğ (Ab.) /
dürü (Lah.) «yalançı».
Düdüxçi (Q.) «yalançı» (<
düdüx’ «yalan» sözündən).
Azərbaycan dili şivələrindən bəzilərində də işlənir (7, 157).
Dıruyə/dıruva «ikiüzlü, riyakar» (<
du «iki» və
ru «üz»).
Həm tat, həm də Azərbaycan dili variantlarında mo tivlənmə
eynidir.
Girdə «böyrək» (Lah.) /
gürdə (Ab.). Həmçinin bax: (7,
199) Tat ləhcəsində olduğu kimi, dialekt və şivələrdə də «böy-
rək» mənasında işlənir.
Bun «çardaq» (Lah.). Müq.et: Azərb. dial.
Ban «çardaq»,
«arabanın taxtaları», «arabanın gövdəsi» (7, 31-32).
Bar//bor «yük, bağlama» (əksər şivələrdə). Azərbaycan
dili dialekt və şivələrində həmin kökdən düzəltmə olan
barxa-
na sözü eyni mənada işlənməklə yanaşı, «qıza verilən cehiz»
mənasını da ifadə edir (7, 34).
Həm/həmin «bir-birilə» (Ab., Lah. Q.).
Xinik/xünük «soyuq» (bütün ləhcə və şivələrdə). Ov
xü-
nükü «su soyuqdur» (Ab.).
Havo xiniki «Hava soyuqdur»
(Məl.). Müq.et:
Hünük su «ilıq su» (Gəncə) (7, 232).
Xanda «toya dəvət edilmiş adama təklif edilən şirni».