Günah lüğət elmində



Yüklə 3,25 Mb.
səhifə31/61
tarix14.06.2018
ölçüsü3,25 Mb.
#49036
1   ...   27   28   29   30   31   32   33   34   ...   61

FƏZİLƏT AYƏLƏRİ


İşarə:

Əvvəldə qeyd etdiyimiz kimi, bu fəsildə araşdıracağımız ayələr imamət və xilafətlə birbaşa bağlı deyil. Lakin onlar imam Əli (ə) üçün böyük fəzilət sayılır və o həzrətin şəxsiyyətini başqalarından tamamilə ayırır.

İslam ümməti arasında onun kimisi var ikən imamət və xilafətin başqa birinə verilməsi əsla düzgün deyil. Başqa sözlə, əqli dəlilə əsasən, imamət və xilafət kimi bir məqamın hikmətli Allah tərəfindən “əfzəl”ə (daha fəzilətliyə) yox, “məzfzul”a (fəzilətcə aşağı şəxsə) verilməsi mümkün deyil. Hətta dünyanın ağıllı insanları belə bir işi məzəmmət edər, bunu tədbirsizlik nişanəsi sayar. Çünki burada üstün şəxs ondan aşağı səviyyədə olan şəxsə tabe edilmişdir.

Bu fəsildəki ayələr daha çox olduğundan bəzi alimlər bu mövzuda ayrıca kitab yazmışlar. Biz onların içərisindən daha barizlərini seçib nəzərdə tutduğumuz həcmə uyğun şərh edəcəyik!

Əhli-sünnənin məşhur mənbə və kitablarına istinad etməklə Əhli-beyt (ə) məktəbinin ardıcıllarının sözlərinə cüzi toxunacağıq ki, kimsə bu məktəb ardıcıllarının təəssüb üzündən çıxış etdiyini təsəvvür etməsin. Bu ayələr qədərincə çoxdur. Biz 25 ayəni seçib, onların təfsiri ilə sizi tanış edəcəyik:

1-“MÜBAHİLƏ” AYƏSİ


“Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

(Ya Peyğəmbər!) Hər kəs sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb) yalançılara Allahdan lənət istəyək.”

Bu ayə ilə bağlı bir neçə nöqtəni aydınlaşdırmaq lazımdır:

1. Ayənin məfhumu.

2. İslamın məşhur mənbələrində bu ayənin təfsirində nəql olunan rəvayətlər kimləri tanıtdırır?

3. Ayənin Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseynin (ə) fəzilət və üstünlüyünü göstərməsi.

4. Bəzi irad və bəhanələrin cavabı.

“MÜBAHİLƏ” AYƏSİNİN MƏFHUMU


Bu ayə özündən əvvəlki və sonrakı ayələrlə birgə göstərir ki, xristianlar yanlış əqidələrindən əl çəkmədikləri, o cümlədən, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamına şərik olduğunu iddia etdikləri zaman İslam peyğəmbəri (s) haqqın üzə çıxmağı üçün “mübahilə”yə çağırılır. Belə ki, hər iki qrup Allaha yalvarıb qarşı tərəfin yalanının ifşa olmasını diləməli idi!

“Mübahilə” əslində “azad, özbaşına buraxmaq, bir şeyi qeyd-şərtsiz nəzərə almaq” mənasını bildirən “bəhl” sözündən götürülmüşdür. Məsələn, balasına süd vermək üçün özbaşına buraxılan heyvana “bahil” deyilir. Dualarda da “ibtihal”ın mənası işlərin Allaha tapşırılmasından ibarətdir.

Bəzən bu sözü “həlakət, lənət və Allahdan uzaqlaşmaq” kimi mənalandırmışlar. Bəndənin Allahın lütf və mərhəmətindən üzülüb özbaşına buraxılmasını misal göstərmək olar.

“Mübahilə”nin bu ayədəki məfhum və mənasına gəldikdə isə “mübahilə” iki nəfərin bir-birinə qarşı nifrin və qarğışı mənasını ifadə edir. Belə ki, hər şey şüur və məntiq baxımından aydın olduqdan sonra mübahisə kəsilməyəndə iki nəfər, yaxud iki qrup bir yerə toplaşıb, Allaha dua edir və Ondan yalançının rüsvay olmasını, cəzalanmasını diləyir. Ayədə qeyd olunduğu kimi, İslam peyğəmbəri (s) mübahiləyə Nəcran xristianlarını dəvət etmişdi. Həmin ayənin təfsiri ilə tanış olaq. Ayədə belə buyurulur:



فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ

(Ya Peyğəmbər!) Hər kəs sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də ouğllarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq!”



ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

Sonra mübahilə edib (yalvarıb) yalançılara Allahdan lənət istəyək.”

Şübhəsiz, belə bir hadisə baş vermiş və Peyğəmbəri-əkrəm (s) bir neçə nəfəri özü ilə mübahiləyə aparmışdır. Təfsir və hədis alimlərinin nəql etdikləri rəvayətlərdə buyurulur: Mübahilə ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı və alimi1 dedi: “Əgər sabah Məhəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma öz müridlərini gətirsə, onunla mübahilə edərik.”

Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: “Bunlar kimdir?” (Bu hadisəni Peyğəmbər (s) özü müşahidə edirdi.) Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların başçısı onlara dedi: “Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cürətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: “Ey Məhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!”1

Bu hadisə azacıq fərqlə bir çox təfsir kitablarında nəql olunmuşdur. O cümlədən, Fəxri-Razinin “Kəbir” təfsiri , 8-ci cild, səh. 10; “Təfsiri-Qurtubi”, 2-ci cild, səh. 1346; “Ruhul-bəyan”, 2-ci cild, səh. 44; “Ruhul-məani”, 3-cü cild, səh. 188; “Bəhrul-muhit”, 2-ci cild, səh. 472; “Təfsiri-Beyzavi”, “mübahilə” ayəsinin təfsiri və digər təfsir kitablarında qeyd olunmuşdur.

***


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə