72
MÜQƏDDƏS NEMƏTOV
(1948-1997)
Müqəddəs Məhəmməd oğlu Nemətov 1948-
ci il sentyabrın 22-də Qarayazının Qardabani
şəhərində müəllim ailəsində anadan olub. Orta
məktəbi qızıl medalla bitirdikdən sonra təhsilini
politexnik institutunda davam etdirərək inşaatçı
diplomuna sahib olub. Tələbəlik illərində eyni
vaxtda ikillik müxbirllər universitetini bitirib.
İxtisasca mühəndis-inşaatçıdır, jurnalistika
sahəsində çalışıb, fi losof-politoloq kimi fəaliyyət göstərib, bir sıra
məqalələr müəllifi dir. Uzun müddət Bakı Baş Tikinti idarəsinin evtikmə
kombinatında mühəndis-inşaatçı, SSRİ Qara Metalurgiya Nazirliyinin
Rustavi şəhərindəki ”Qruzqipromez” institutunda böyük mühəndis-
konstruktor işləyib. 1983-cü ildə Rustavi şəhəri mikro şuranın sədri
seçilib. Sonralar respublikada nəşr olunan “Sovet Gürcüstanı” qəzetində
kənd təsərrüfütı şöbəsinin müdiri təyin olunub. O, qəzetdə çalışmaqla
bərabər 1995-ci ilin noyabrın 5-ə qədər Gürcüstan parlamentinin eksperti
vəzifəsində də çalışıb. Sonra Kvemo Kartlidə Gürcüstan dövlət başçısının
səlahiyyətli nümayəndəsinin insan hüquqları və millətlərarası münasibətlər
üzrə baş müşaviri işləyib.
1995-ci ildə Gürcüstan parlamentinə seçkilərdə deputat seçilib. Fəlsəfə
elmləri namizədidir. Bir çox publisist məqalələrin, hekayə və oçerklərin,
eyni zamanda müştərək yazılan bir kitabın müəllifi dir. Gürcüstan
Jurnalistlər Federasiyasının laureatı olub.
Müqəddəs Nemətov ictimai işlərdə fəal çalışıb və ölkədə yaşayan
azərbaycanlıların hüquqlarının qorunmasına, sosial məsələlərə aid işlər
görüb, dövlət quruculuğunun möhkəmləndirilməsinə aid mübarizə aparıb.
1992-ci ildə Gürcüstan Dövlət Şurasının Millətlərarası Komissiyasının
üzvü seçilib. 1994-cü ildə Gürcüstan Vətəndaşlar İttifaqının Qardabani
rayon təşkilatının sədr müavini seçilib. Gürcüstan Vətəndaşlar İttifaqının
orqanı olan “Satatbiro”nun üzvü olub. Gürcüstan azərbaycanlılarının
“Ümid” cəmiyyətinin sədri işləyib.
Müqəddəs Nemətov ordu sıralarında xidmət edib. Ehtiyatda olan
kapitan olub. 3 qızı və bir oğlu var.
O, 1997-ci ilin sentyabrın 2-də dünyasını dəyişib.
73
XƏTAYƏ RÜSTƏMOVA
Xətayə Rüstəmova 1952-ci ildə Gürcüstanın
Marneuli rayonunun Qaçağan kəndində anadan
olub. 1969-cu ildə orta məktəbi, 1974-cü ildə
ADU (Bakı Dövlət Universiteti) jurnalistika
fakültəsini bitirib. Həmin ildən “Sovet Gür-
cüstanı” qəzetində əmək fəaliyyətinə başlayıb,
1991-ci ildə ailə vəziyyətinə görə Bakıya kö-
çüb, müxtəlif qəzet və jurnallarda işləyib, 1995-
ci ildən bu günə qədər Azərbaycan Teleradio
verilişləri QSC “Xalq yaradıcılığı” redaksiyasında işləyir.
Xətayə Rüstəmova keçmişimizdən bu günə soraq gətirən, xalq
ədəbiyyatı və folklorumuz haqqında “Dastandan üzü bəri”, “Tərəkəmə”
folklor toplusu, “Yeri, yurdu andım”, “El havası”, “Xeyrə qənşər”
verilişlərinin müəllifi dir.
74
TƏHMƏZ TƏHMƏZOV
Təhməz Qiyas oğlu Təhməzov 1954-cü il
avqustun 23-də Marneuli rayonundakı Kürdlər
kəndində anadan olub. 1971-ci ildə Baydar
orta məktəbini, 1976-cı ildə A. S. Puşkin adına
Tifl is Dövlət Pedaqoji İnstitutunu bitirib. Əmək
fəaliyyətinə döğma kəndində müəllim kimi
başlayıb və 1983-1987-ci illərdə Gürcüstan
Televiziya və Radio Verilişləri şirkətində kiçik
redaktor, 1887-1991-ci illərdə “Sovet Gürcüstanı” qəzetində müxbir,
1991-1999-cu illərdə Kürdlər kənd sovetinin sədri və 2006-cı ilin
martından 2013-cü ilin iyun ayına kimi Azərbaycan İctimai Televiziyasının
Gürcüstandakı xüsusi müxbiri işləyib. Oçerk və publisistik yazıları
Gürcüstandakı dövrü mətbuatda dərc olunub.
Təhməz Təhməzov 2010-cu ildə Gürcüstan prezidenti Mixail
Saakaşvilinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb. Ailəlidir, iki
oğlu, 4 nəvəsi var.
75
ŞURƏDDİN MƏMMƏDLİ
1956-cı il fevralın 28-də Gürcüstanın Bolnisi
rayonunun Kolagir kəndində anadan olub.
1973-cü ildə kənd orta məktəbini bitirib, Tbilisi
Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1977-ci
ildə adı keçən ali məktəbin fi lologiya fakültəsini
bitirərək, Azərbaycan dili və ədəbiyyatı ixtisasına
yiyələnib. İnstitutda həmçinin İctimai Peşələr
Fakültəsinin jurnalistika şöbəsində oxuyub.
Jurnalistlik fəaliyyəti
Əmək fəaliyyətinə 1977-ci ildən Gürcüstan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsində tərcüməçi olaraq başlayıb. 1984-cü ildə
“Sovet Gürcüstanı” (1991-ci ildən “Gürcüstan” adı ilə nəşr olunub)
qəzeti redaksiyasında 2006-cı ilədək müxbir, mədəniyyət şöbəsi müdiri
vəzifələrində çalışıb. 1993–1997-ci illər arasında Azərbaycan Milli
Məclisinin orqanı “Azərbaycan” qəzetinin Gürcüstan üzrə müxbiri
olmub. 1982-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1991-ci ildən
Gürcüstan Jurnalistlər Federasiyasının üzvü olub. Ş. Məmmədli 200-
dən çox publisistik məqaləsi ilə “Qələbə Bayrağı”, “Sovet Gürcüstanı”,
“Gürcüstan”, “Azərbaycan”, “Ədəbiyyat və İncəsənət” və başqa
qəzetlərdə çıxış edib.
Elmi-pedaqoji fəaliyyəti
1988-cü ildə fi lologiya üzrə elmlər namizədi, 2003-cü ildə elmlər
doktoru alimlik dərəcələrini qazanıb. Müxtəlif illərdə Tifl is Dövlət
Pedaqoji Universitetində, Tifl is Humanitar Universitetində, Tifl is Dövlət
Universiteti Kvemo-Kartli fi lialında, Tifl is Dövlət Pedaqoji Universiteti
Marneuli fi lialında dosent, professor dərəcələrində mühazirələr
oxuyub. 2006–2010-cu illərdə Türkiyənin Qars şəhərindəki Kafkas
Universitetində professor vəzifəsini tutub. 2010-cu ildən Türkiyənin
Ərdahan Universitetində professordur. 2002-ci ildə Gürcüstan
Milli Akademiyasının həqiqi üzvü, akademiki seçilib. 100-ə yaxın
elmi məqaləsi Azərbaycan, gürcü, rus, türk dillərində Gürcüstanın,
Azərbaycanın, Türkiyənin nüfuzlu elmi jurnallarında yayınlanıb. Bir çox
Dostları ilə paylaş: |