GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə21/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

85
LƏTİF KAMİL
Lətif Kamil oğlu  Ənnağıyev 1956-cı ildə 
Marneuli rayonunun Molloğlu kəndində anadan 
olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan 
Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində 
təhsil alıb.
Gənclik illərindən şeir yaradıcılığı ilə diqqəti 
çəkən Lətif Ənnağıyev daha sonra təhsilini davam 
etdirmək üçün Moskvaya gedərək, M.Qorki adına 
Dünya Ədəbiyyatı İnstitutunun poeziya şöbəsini 
bitirib. 1985-1989-cu ilə  qədər “Sovet Gürcüstanı” qəzetində xüsusi 
müxbir kimi fəaliyyət göstərib. 1989-cu ildən Azərbaycan Tərcümə  və 
Ədəbi Əlaqələr Mərkəzində çalışıb.
L. Mustafaoğlu yaradıcılığına ötən  əsrin 70-ci illərindən başlayıb. 
Şeirləri ən çox “Lətif Kamil”, “Lətif Dəyirmançı” imzaları ilə çap olunub. 
Onun şeirləri bir xırman taxıldan götürülmüş bir ovuc buğdanı xatırladır. 
Xüsusən doğulub boya-başa çatdığı Marneuli rayonundakı Molloğlu 
kəndinə  həsr etdiyi “Kənd duyumları”nda bu hiss daha qabarıq nəzərə 
çarpır.
L. Kamil hazırda Türkiyə Cümhuriyyətində yaşayır.


86
İMİR MƏMMƏDLİ
Imir Məmməd oğlu Məmmədli 1957-ci ildə 
Tifl isin şimal tərəfi ndə yerləşən Kaspi bölgəsinin 
Yuxarı Xəndək (Zemo Xandaki) kəndində anadan 
olub. Orta məktəbi doğulduğu kənddə bitirib. 
Sonra Tifl is  Dövlət Universitetinin fi lologiya 
fakültəsini bitirərək ali təhsil alıb. Onun şeirə olan 
həvəsini görən Zelimxan adlı gürcü dili müəllimi 
onu yaradıcılığa həvəsləndirib və  məhz onun 
tanışlarının vasitəsi ilə İmir Məmmədlinin şeirləri gürcü mətbuatında dərc 
edilib. Universiteti bitirən  İ. Məmmədli “Sovet Gürcüstanı” qəzeti ilə 
əlaqə yaradıb, ilk dəfə olaraq Azərbaycan dilində yazdığı  ilk şeirlərini bu 
qəzetin səhifələrində dərc etdirib. Sonra o, Gürcüstan Dövlət Televiziya 
və Radio Komitəsinə müxbir olaraq işə götürülüb. Hələ  gəncliyindən 
gürcü  ədəbiyyatında  şeirləri ilə görünən  İmir tez bir zamanda gürcü 
ədibi Cansuq Çarkvianinin diqqətini cəlb edib. Televiziyada müxbir kimi 
işləyə-işləyə o, yaradıcılığını da inkişaf etdirib. Jurnalist kimi o, ən çox 
Gürcüstan televiziyasında xalqımızın folklorunu, xüsusən Borçalı aşıqları 
barədə tez-tez sənədli  fi lmlər çəkərək, canlı reportajlar hazırlayıb. Az 
sonra onun həm gürcü, həm də Azərbaycan dilində publisistik yazıları və 
şeirləri ilə bir yerdə kitabı çap olunur. O, gürcü ədəbiyyatından nümunələri 
Azərbaycan dilinə, eləcə  də Azərbaycan yazıçı  və  şairlərin  əsərlərini 
gürcü dilinə tərcümələr edir. Onun fəaliyyəti tezliklə ziyalıların və ölkə 
rəhbərliyinin diqqətini cəlb edir. İmir Məmmədli prezident aparatında 
ölkə başçısının referenti vəzifəsinə təyin olunur.
Bir müddət Gürcüstanda işləyəndən sonra İ. Məmmədli Bakı şəhərinə 
köçür,  jurnalistlik və bədii yaradıcılığını bu şəhərdə davam etdirir. Az 
sonra o, İctimai Televiziyada çalışmağa başlayır. Onun ssenarisi əsasında 
Bakıda qısametrajlı fi lmlər çəkilib. 2012-ci ildə İ. Məmmədlinin  həyat 
və fəaliyyəti ilə bağlı  Gürcüstanın ”İmedi” televiziya kanalı “İmedinin 
qəhrəmanları” seriyasından fi lm çəkilib. Hazırda o, İctimai Televiziyada 
jurnalistlik fəaliyyətini davam etdirir.


87
BAHƏDDIN ORUCLU
Bahəddin  Əli oğlu Oruclu 1950-ci ildə 
Borçalının Qızılhacılı  kəndində anadan olub. 
1957-ci ildə N. Nərimanov adına Qızılhacılı 
kənd orta məktəbində birinci sinifə gedib, 1968-
ci ildə həmin məktəbi bitirib. Bir il istehsalatda 
çaılşdıqdan sonra V.İ. Lenin adına Azərbaycan 
Pedaqoji  İnstitutun (indiki N. Tusi adına 
Azərbaycan Pedaqoji Universiteti) coğrafi ya 
fakültəsinə  qəbul olub və bu təhsil ocağını bitirdikdən sonra təyinatını 
Kürdəmir rayonunun Sovla kəndindəki məktəbə alıb. Pedaqoji sahədə 
işləyən B. Oruclu Kürdəmirdə çıxan “İrəli” qəzetinin fəal müxbiri olub. 
Onun tələbəlik illərində “Azərbaycan pioneri”, “Azərbaycan müəllimi” 
qəzetlərində, sonralar  “Sovet Gürcüstanı”, “Yeni Marneuli”, qəzetlərində 
maraqlı hekayələri dərc olunub. O, bir müddət Marneuli şəhərindəki 
70 saylı texniki peşə  məktəbində  tərbiyəçi-müəllim, tərbiyə  işləri üzrə 
direktor müavini, azad həmkarlar təşkilatının sədri vəzifələrində işləyib. 
O, məktəbdən ayrıldıqdan sonra “Yeni Marneuli” qəzetində xüsusi 
müxbir kimi fəaliyyət göstərib. B. Oruclu 2000-2008-ci illərdə “Borçalı 
Mollası” adlı  qəzet nəşr edib. 2012-ci ildə “ZİYA” qəzetində xüsusi 
müxbir vəzifəsində çalışıb.
B. Oruclu “Dan Ulduzu” ədəbi birliyinin xətti ilə “Dağlar dərdə 
düşsə”, “Borçalı dünyası” kitablarını nəşr etdirib.


88
BİNNƏT ƏLİOĞLU
Binnət  Əli oğlu Məmmədov 1956-cı il 
martın 16-da Marneuli rayonunun Böyük 
Muğanlı  kəndində anadan olub. 1982-ci ildə 
o vaxtkı S.M.Kirov adına Azərbaycan Dövlət 
Universitetinin (indiki BDU) Şərqşünaslıq 
fakültəsini bitirib. 1984-cü ildən 1991-ci ilədək 
“Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) 
qəzetində  tərcüməçi vəzifəsində çalışıb və 
1991-ci ildən həmin qəzetin böyük müxbiridir. 2008-ci ilin martından 
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təsisçiliyi ilə  nəşr olunan 
“Regionpress” qəzetinə  rəhbərlik edir. Gürcüstanda gənc jurnalistlərin 
yetişməsində onun əməyi böyükdür. Publisistik məqalələri ilə dövrü 
mətbuatda müntəzəm çıxış edir.
1991-ci ildən Gürcüstan Jurnalistlər Federasiyasının üzvüdür. 1997-
ci ildə ölkə prezidentinin “Təşəkkürnamə”sinə layiq görülüb. “Salam, 
dünyanın dərdi” adlı şeirlər və publisistik məqalələr kitabının müəllifi dir. 
O, həmçinin onlarla ədəbi-bədii, elmi və tədqiqat toplularının tərtibçisi, 
ön sözünün müəllifi  və redaktorudur.
B. Məmmədov eyni zamanda müxtəlif ali məktəblərdə Azərbaycan 
dilini tədris edib.
1993-1998-ci illərdə Kvemo Kartli Müstəqil Universitetində, 1998-
2007-ci illərdə  İvane Cavaxişvili adına Tifl is  Dövlət Universitetinin 
Kvemo Kartli fi lialında dekan müavini vəzifəsində çalışıb.
Ailəlidir, üç övlad atasıdır.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə