GüRCÜstanin azərbaycanli jurnalistləRİ



Yüklə 270,45 Kb.
Pdf görüntüsü
səhifə15/28
tarix13.11.2017
ölçüsü270,45 Kb.
#10091
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

58
15 nəfər gürcü yazıçısının hekayə və povestləri daxil edilən “Gürcü nəsri 
antologiyası” kitabını çapa hazırlayıb.
Emin Mahmudov AZTV-nin Gürcüstan respublikası üzrə xüsusi 
müxbiri olub, 1995-ci ildə səhhəti ilə bağlı bu vəzifədən azad edilib. O, 
2003-cü ilin sentyabr ayında Acarıstan televiziyasının nəzdində yaradılan 
Azərbaycan dilində yarım saatlıq verilişlər redaksiyasının redaktoru 
vəzifəsinə təyin olunub və 2004-cü ilədək bu vəzifədə işləyib. O, həmçinin 
“Bi-Bİ-Sİ” informasiya agentliyinin Azərbaycan dilində verilişlər 
proqramının Gürcüstan üzrə təmsilçisi olub. O, bu gün də jurnalistikada 
qələmini cəsarətlə sınayır və Gürcüstanda nəşr olunan dövri mətbuatda 
məqalələri ilə çıxış edir. 
Emin Mahmudov (Elsevər) fəxri fərmanlarla və “Şərəf” ordeni ilə təltif 
olunub, Gürcüstan Jurnalistlər İttifaqının və Jurnalistlər Federasiyasının 
diplom və qiymətli hədiyyələrinə layiq görülüb.


59
ƏLİXAN DÜŞGÜN
Əlixan Abbasov (Düşgün) 1941-ci ildə 
Başkeçidin Lökcandar kəndində anadan olub. 
1958-ci ildə Hamamlı orta məktəbini, 1962-
ci ildə isə Azərbaycan Dövlət Universitetinin 
fi lologiya fakültəsini bitirib. O, əvvəlcə “Sovet 
Gürcüstanı” qəzetində, sonra Gürcüstan Dövlət 
Televiziya və Radio Verilişləri Komitəsində 
müxtəlif vəzifələrdə çalışıb. 
Əlixan Düşgün 1996-cı ildən ömrünün sonunadək Gürcüstanda Sovet 
hakimiyyəti dağıldıqdan sonra ilk müstəqil anadilli mətbuatımız olan 
“İnam” qəzetinin baş redaktoru, həmçinin “Dayaq“ cəmiyyətinin rəhbəri 
kimi fəaliyyət göstərib. 
Əlixan Abbasov gənc yaşlarından bədii yaradıcılıqla məşğul olub. 
O, şeirlərini “Düşgün” imzası ilə dərc etdirib. Uzun müddət ədəbi-bədii 
tərcümə yaradıcılığı ilə  məşğul olan Ə. Düşgün sağlığında bir neçə 
kitabını çap etdirə bilib.
Əlixan Düşgün ömrünün və yaradıcılığının müdrik çağında qəfl ətən 
vəfat edib və Tifl isdə dəfn olunub.


60
İSLAM ƏLIYEV 
İslam Hacı  oğlu  Əliyev 1947-ci il iyunun 
1-də Marneuli rayonunun Ambarovka kəndində 
anadan olub. Ambarovka, Keşəli 7 illik, 
Kəpənəkçi orta məktəbini bitirdikdən sonra bir 
il Alget üzümçülük sovxuzunda fəhlə işlədikdən 
sonra 1965-ci ildə A. S. Puşkin adına Tifl is 
Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili 
və ədəbiyyatı fakültəsinə qəbul olub və 1970-ci 
ildə bu ali təhsil məktəbini fərqlənmə diplomu 
ilə bitirib. İ.  Əliyev tələbəlik illərində ictimai işlərdə  fəal çalışıb, kurs 
komsomol komitəsinin sədri və fakültəhəmkarlar ittifaqı təşkilatının sədri 
olub.  İnstitutu bitirən kimi “Sovet Gürcüstanı” respublika qəzetinə  işə 
qəbul edilib. O, ilk öncə korrektor, sonra baş redaktor, kiçik ədəbi işçi
məktublar və kütləvi işlər şöbəsinin müdiri, daha sonra təbliğat-təşviqat, 
partiya həyatı  şöbəsinin müdiri və  məsul katib vəzifələrində çalışıb.  İ. 
Əliyev 1990-cı ildə “Sovet Gürcüstanı” qəzetinin redaktor müavini təyin 
edilib. O, həmin vəzifədə çalışmaqla, həm də 2004-cü ildən AzərTac-
ın Gürcüstan müxbiri vəzifəsində çalışıb. 2015-ci ildə o, “Gürcüstan” 
qəzetinin redaktoru vəzifəsinə təyin olunub. 
İ. Əliyev uzun müddət redaksiya həmkarlar ittifaqı təşkilatının sədri, 
redaksiya partiya bürosunun katibi olub. O, iki dəfə Tifl is Şəhər Kalinin 
Rayon Partiya Komitəsinin üzvü seçilib. 1985-ci ildə Bakı Ali Partiya 
Məktəbini bitirib.
İslam  Əliyev iki dəfə Gürcüstan Jurnalistlər  İttifaqının keçirdiyi 
müsabiqədə iştirak edərək mükafata layiq görülüb. Jurnalistika sahəsində 
səmərəli fəaliyyətinə görə, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin 
Fəxri Fərmanı  və Gürcüstanın “Şərəf” medalı ilə mükafatlandırılıb. O, 
eyni zamanda SSRİ Jurnalistlər İttifaqının Fəxri diplomuna, SSRİ Xalq 
Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc müdalına və pul mükafatına 
layiq görülüb. 
Gürcüstan jurnalistikasında uzunmüddətli uğurlu fəaliyyət 
göstərdiyinə görə, 2015-ci ildə “Gürcustanın Əməkdar Jurnalisti” adına 


61
layiq görülüb.
İslam Əliyev Gürcüstanda nəşr olunan bir neçə kitabın redaktoru olub 
və  bədii-publisistik yaradıcılıqla məşğul olaraq hekayə  və publisistik 
yazılarını Gürcüstan və Azərbaycan mətbuatında dərc etdirib.
Ailəlidir. İki oğlu, bir qızı, nəvələri var. 


62
RAMİZ İGİDOV
Ramiz Musa oğlu İgidov 1943-cü ildə Adıgün 
rayonunun Marel kəndində ziyalı ailəsində 
anadan olub. 1960-cı ildə Marneuli şəhərindəki 3 
nömrəli orta məktəbi qızıl medal ilə bitirib. M.F. 
Axundov adına ADPDU-nunda, sonra isə BDU-
da təhsil alıb. İxtisasca jurnalistdir.
Ramiz 
İgidov 1969-1971-ci illərdə 
Azərbaycanın  Əli Bayramlı (indiki Şirvan) 
şəhərində rus dilində çıxan  “Mayak” qəzetində 
şəhər  şöbəsinin müdiri və  məsul katib vəzifələrində  işləyib. Ramiz 
İgidovun jurnalistlik fəaliyyətinin sonrakı illəri Marneuli ilə bağlı olub. 
O, 1973-1995-ci illərdə müəyyən fasilələrlə “Axali Marneuli” rayon 
qəzetində  kənd təsərrüfatı  şöbəsinin müdiri, redaktor müavini, qəzetin 
Azərbaycan bölməsinin redaktoru vəzifələrində  işləyib. O, çalışdığı 
qəzetdə müxtəlif məqalələr, felyetonlar və tənqidi məqalələr ilə müntəzəm 
çıxış edib.
R. İgidov 1985-1988-ci illərdə Gürcüstan Dövlət Texniki Peşə Təhsil 
Komitəsinin Marneuli Ərazi İdarəsinin rəisi vəzifəsində çalışıb.
1995 – 1997-ci illərdə Marneulinin Şulaveri Kənd Məclisinin sədri 
vəzifəsinə seçilib. O, rayonda idmançı  kimi də tanınıb.


Yüklə 270,45 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə