Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

Türkiyənin tanınmış araşdırmaçısı Reha Oğuz Türkan N.Killigil ilə 
almanlar arasında son məqamda fikir ayrılığı yaranmasının səbəbini belə izah 
edir: “SSRİ-nin dərinliklərinə irəliləyən almanlar Qızıl Ordudan milyonlarla 
əsir götürmüşdülər. Bunların arasında on minlərlə azərbaycanlı, özbək, qazax, 
qırğız, tatar, türkmən və digər türk xalqlarının nümayəndələri var idi. N.Paşa 
Almaniyanın müdafiə naziri Alferd Rozenberqlə görüşdə türkdilli xalqların 
nümayəndələrindən alaylar təşkil edərək ruslara qarşı döyüşlərdə istifadə 
etmək təklifini irəli sürmüşdü. Hitler tərəfindən bəyənilən bu təklifə əsasən 
SSRİ türklərindən ibarət olan bu qoşunlara komandan olaraq Nuru Paşa 
düşünülürdü. Paşa almanlardan SSRİ-dəki türk yurdlarının Almaniya 
müstəmləkəsi olmayacağına, müstəqilliklərinə hörmət göstəriləcəyinə dair 
zəmanət verilməsini və bunun dünyaya elan edilməsini istəsə də Hitler 
sovetlərdən azad ediləcək türk xalqlarına müstəqillik təminatı vermir. 
Rozenberq və daha sonra görüşdüyü Ribbentrop “indi yeri deyil, hələ işə 
girişin, sovetlər məğlub olsun, o zaman düşünərik ” dedikdə Nuru Paşa 
danışıqları dayandırıb, Türkiyəyə qayıdır”.  
 
 
 
Paşa Qüdüsdə müsəlmanlar və yəhudilər tərəfindən müqəddəs sayılan 
“Kubbetüs Sahra”nı ziyarət edərkən (1916) 


 
Balkanlardan Anadoluya köç, İstanbul, 1912.       
 
 


 
 
Bakıdakı bolşevik - daşnak qüvvələrini top atəşinə tutan türk 
əsgərləri 
 
 
 
 
 
Nuru Paşaya qarşı sui-qəsd:  silah fabrikində terror 
 
1944-cü ildə 2-ci Dünya Savaşında Almaniya və müttəfiqlərinin 
uduzduğu məlum olanda, Turan yaratma cəhdlərinin də artıq puça çıxdığını 
görəndə, minlərlə türk müsəlmanın həyatını xilas etmək yolunda bacardığını, 
mümkün olan hər şeyi edəndən sonra Nuru Paşa birdəfəlik Türkiyəyə dönür. 
Zeytunburnunda  kömür satan bir şirkəti satın alıb buranı bir mədəni əşya 
fabriki edir. Bu fabrikdə tapança, mərmi və sair silahlar istehsal etməyə 
başlayır. Avropada öyrəndikləri və özü ilə gətirdiyi mütəxəssislərin yardımı 


ilə İstanbulun Sütlücə məhəlləsində ilk silah və partlayıcı fabrikini qurur, 
hava mərmiləri buraxdırır, öz zəkasının məhsulu olan “Nuri Killigil” adlanan 
tapançanın istehsalına başlayır. Türkiyənin demək olar bütün silah-sursat 
təchizatını xaricdən aldığını Nuru Paşa heç cür məqbul saymırdı, bu asılılığın 
acı nəticələr verəcəyini də gözəl bilirdi, lakin daha çox əcnəbilərin istəyi ilə 
idarə edilən Türkiyə hökuməti buna qarşı çıxmaq iqtidarında deyildi. Fabrik 
gizli işlədilməyə çalışılırdı.  
1948-ci ildə Ərəb-İsrail savaşı başlarkən Nuru Paşa silah satışı 
anlaşması üçün İsraillə savaşda olan Misirə gedir. Misirdən külli miqdarda 
silah və digər döyüş sursatı, hətta minamyotların satışına dair  sifarişi alır. 2-ci 
Dünya Savaşından qalib çıxan İngiltərə və ABŞ bu silah fabrikinin 
bağlanması barədə İnönü (CXP) hökumətinə qəti təpgilər göstərsə də, silah 
istehsalı gizli şəkildə davam edir. Nuru Paşa ilk böyük anlaşmanın icrası üçün 
həvəslə fabrikində işə başlayır. Bir gün fabrikə girdikdən qısa bir vaxt keçmiş 
fabrikdə bir-birindən qorxunc dalbadal 3 partlama baş verir. Türkiyə 
Cümhuriyyətinin bu ilk silah və cəbhə fabriki havaya uçur, parlayış o qədər 
güclü olur ki, yaxınlıqdakı onlarla bina da zərər görür, bir neçə gün barıt, 
mərmi, sursat iyi, toz dumanı çəkilmək bilmir. Nuru Paşa da daxil olmaqla 
fabrikdəki bütün 35 işçinin hamısı həyatını itirir, cəsədləri paramparça olur. 
Azərbaycan fatehi kimi tanınan Nuru Paşanın da nəşi tapılmır. Bu qanlı tarix: 
2 mart 1949-cu il, saat 17.10 idi. 
Ən şübhəli və ipucu verən məqam odur ki, həmin gün burda çalışan 
ermənilərdən heç biri işə gəlməmişdi, həyatını itirən 35 nəfərin hamısı türk, 
çoxu da əski savaşçılar idi. Onların hamısı boş tabutlarda, rəmzi cənazələrdə 
dəfn edilirlər. Partlayışın kimlər tərəfindən gerçəkləşdirildiyi məchul qalsa da, 
olayın siyasi bir terror, sabotaj, Nuru paşaya qarşı hazırlanmış qəsd, ya da 
Türkiyənin müstəqil şəkildə silah istehsalına başlamasına qarşı böyük 
güclərin planladığı akt olduğu aydın idi. Məhz bu olayla bağlı Məclisdə qapalı 
dinləmələr aparılarkən, bir qəza hadisəsi kimi dəyərləndirilərkən bir çox 
deputatlar hadisənin açıq-aydın hədəfdən yayındırıldığını, ört-basdır edilməyə 
çalışıldığını dedilər. 23 martda  Baş nazir hökumət adından Məclisdə 
açıqlamalar versə də, sonralar sirr pərdəsi açılmadı, açıqlanmadı, qapalı (?) 
qaldı. 
Olaydan əvvəl və sonra dalbadal Türkiyəni şoka salan eyni səpgili 
diversiyalar baş verdi. Adanadakı “Köy İnstitutu”nda, Gözəl Sənətlər 
Akademiyası, Amasyadakı əsgəri un fabriki, Çatalcanın Dağ Yenicəsindəki 
cəbhanəlik, İslahiyə Əsgərlik Şöbəsi, Hərb Akademiyası, Milli Təhsil 
Nazirliyinin nəşriyyat evi, Tekirdağ Hökumət Dairəsi və digər yerlərdə də 
belə partlayışlar törədildi.  
Nuru Paşanın Bakıda, Dərbənddə nə qədər rus-erməni yadelli 
işğalçını öldürdüyü də yaddaşlarda idi, uğradıqları məğlubiyyəti də unuda 


biməzdilər. Heç şübhəsiz, həmin Nuru Paşa fabrikindəki partlayışın sonu 
əvvəldən bəlli olan səbəbini də ya o illərdə dünyanın müxtəlif ölkələrində 
ardıcıl davam edən erməni terrorçularında axtarmaq lazım idi. Ya da ki digər 
bir səbəb ərəb dünyasına qarşı savaşa başlayan İsrailin Misirə silah satmaq 
fikrinə düşmüş Nuru Paşaya qəzəbinin nəticəsi olmalı idi. 
 
 
 
 
Nuru Paşa Killigil tərəfindən hazırlanıb istehsal edilmiş  9 mm çapında yarı 
avtomatik “Nuri Killigil” tapançaları zamanında şöhrət qazanmışdı. Həmin 
tapançalardan mükəmməl saxlanmış bir neçə nümunə indi də İstanbul Hərbi 
Əsgəri Müzeyində durur.  
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə