Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   39   40   41   42   43   44   45   46   47

1. Beş min yeni qüvvə, 
2. İki səhra batareyası və düşmənin döyüş gəmilərinin Ələt-Puta dəmir yolu 
xəttindən və Bakı limanından uzaqlaşdırılması üçün 4 ağır batareya, 
3. Bir təyyarə bölüyü, 
4. Bir teleqraf bölüyü (telefon və teleqraf xətlərinin işləməsini təmin etmək 
üçün) 
5. Buradakı toplar üçün 10 min qüdrətli top, 8 min şnayder, 4 min Rus dağ, 6 
min Rus səhra topu mərmisi ilə min qutu piyada mauzer və 500 Rus piyada 
tüfəngi cəbbəxanası, 
6. Təxminən iyirmi ədəd nəqliyyat vasitəsi.”  
Bunların əksəriyyəti yetişməsə də, türk əsgərlərinin rəşadəti hər şeyi 
həll etməyə qadir oldu. Bir nümunə. 
5-ci Qafqaz piyada diviziyasının rəhbəri podpolkovnik (yarbay) 
Rüştü bəy, hücumun başlanmasını bu cümlələrlə ifadə edirdi: 
"Bu gün 5 avqust tarixinin üzərindən 39 gün keçir. 5-ci Qafqaz 
firqəsi heç ana vətəndəki döyüşlərdə belə, Azərbaycanda olduğu qədər çətin
qanlı itkilərə uğramamışdı. Həm din, həm də irqini qurtarmaq üçün, mənsub 
olduğu ordunun qəhrəmanlıq dastanını yerə salmamaq üçün əsgər və zabit 
heyəti səylə çalışmış, qan axıtmış və canlarını fəda etmişdilər. İstiqlalına 
vurğun Anadolu türkü, nəhayət, qonşu və qardaş millətin istiqlalını da çətin 
mübarizələr ilə təmin və azərbaycanlılara təhvil verirdi. Sentyabrın 13-dən 
14-nə keçən gecə bütün firqə heç yatmamışdı. 5 avqustdakı məğlubiyyətin 
acısını çıxarmaq və intiqam almaq üçün hər kəs hücum vaxtının gəlməsini 
səbirsizliklə gözləyirdi. Axır ki, gözlənilən o saat gəlmiş və kontingent gecənin 
dərin qaranlıqları içində gündüzdən bələdlənmiş Heybət-Bakı dəmir yoluna 
doğru axmağa başlamışdı. Bu dəfə Bakının ələ keçiriləcəyinə hamıda inam 
var idi. Ruh yüksəkliyi hökm sürürdü. İlk qumbara səsləri düşmənin ilk 
mövqelərinə çatıldığından xəbər verirdi". 
( Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 202-203) 
Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında 
gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edir: "Hava təzə işıqlanmağa 
başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara 
və süngü hücumuna başlanıldı. Hücum qoluna sağdan və soldan həmlə edən 
düşmən ehtiyat qoşunları, "qəmə" şəklində irəliləyən türk birliklərinin sağa-
sola açdığı yaylım atəşləri ilə geri oturdulurdu. 
"Qəmə"nin önündəki birliklər düşmən cəbhəsini yarmış, şəhərin mərkəzinə 
doğru irəliləyirdi. Düşmən fasilələrlə əks-hücuma keçir, lakin yenə də 
olduqları yerə qayıtmaq məcburiyyətində qalırdılar... Bakı qarşımızdaydı... 
Düşmən ehtiyat qüvvələri şəhərin mərkəzinə doğru çəkilməyə məcbur 
olmuşdular... Bakı möhkəmləndirilmiş mövqeyinin sol tərəfində, yəni 
mövqenin şimal tərəfində ingilis qüvvələri yerləşmişdi. Bunu batareyaların 


atəşindən təxmin etmişdik. Sübhdən başlayan döyüş axşama qədər davam 
etdi. Bu döyüşdə, ara-sıra özümü əlimdə mauzer ön xətlərin arasında 
gördüyüm anlar da oldu... Bir həmlə zamanı bir sıravinin yalvara-yalvara 
yanıma soxulduğunu gördüm: "Komandan Paşam, mən səninlə hələ 
Ərəbistan ellərindən bir yerdə idim. Bax, yenə özünü qorumursan!... Güllə 
dəyəcək, komandan paşam, az da olsa, başını qorusana?..." Qucaqlayıb, 
dodaqlarımı, yaşı qırxı keçmiş bu dəliqanlının alnına dayadım. Çiyinlərini 
buraxanda əlimdə qan izləri gördüm... "Yaralısan, oğlum!..." Əlini çiyninə 
apardı... Sıxdı, bir ara ağrıdan üzünü turşutdu... "Unutmuşam, komandan 
paşam!..." dedi, sıçrayışla irəli yüyürdü. Bir ucdan mauzerindəki güllələri 
doldururdu... Və imperiya dastanı davam edirdi... Yanımdan gənc bir zabitin 
parçalanmış bədənini keçirdilər. Pulemyot bədəninin bir hissəsini 
aparmıdı...” 
(Sorgun, Xəlil paşa, İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş, s. 
225-226) 
İkinci Bakı hücumunun birinci günündə türk əsgərinin düşmənin 
müdafiə xətlərini surətlə ələ keçirməsi, general Deustervili heyrətə gətirmişdi. 
Xatirələrində yazır: 
"İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər 
tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün 
birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, 
mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə 
olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi 
qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə 
üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini 
azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi". 
(General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 263) 
Bakı çağırılmamış qonaqlardan qurtulandan sonra da Nuru Paşa 
başqanlığında Türk əsəgərlərinin işi asan olmamışdır. Nuru paşa Baş 
Komandan Vəkili Ənvər paşaya 22 sentyabr 1918-ci il tarixində göndərdiyi 
bir raportda  bunları bildirirdi: "Bakının zəbti günü bir qisim islamlar, bir 
qisim ermənilər ilə bir neçə rusu öldürmüş və qarət etmişsə də, bu hal 
ermənilərin keçən 31 martda müsəlmanlara qarşı törətdikləri qətliamın yüzdə 
birini təşkil etməz. Bu dəfəki qarətləri törədənlərin əksəriyyəti iranlı fəhlələr 
olmuşdur. Ordu tərəfindən verilən əmrə görə, qarətçilərdən 100-dən çoxunun 
tutulub edam edilməsi qarətin qarşısını dərhal almışdır. Bu gün Bakıda asayiş 
tam nəzarət altındadır". 
 
 
 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə