bəy Yusifbəyov çıxış edərək, bu təntənədə iştirak edən Nuru Paşanın atası
Hacı Əhməd Paşaya demişdir: “Zati ailələri, sizin şanlı oğullarınız Ənvər
Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda bütün
türk xalqlarının yaddaşında həmişəlik qalacaqdır. (“Azərbaycan” qəzeti, 8
noyabr 1918-ci il).
“Yerli bəylər Nuru Paşanın Azərbaycana, Gəncəyə gələcəyini və
yolüstü Yevlaxda olacağı xəbərini çoxdan alsalar da onun nə vaxt burada
olacağını təxmin edə bilmirdilər. Yalnız Nuru Paşa Naxçıvana gəldikdən
sonra onun mayın 24-də Yevlağa yetişəcəyi dəqiqləşdirilmişdi. Səhər o
başdan ikibir-üçbir hamı Nuru Paşanı qarşılamaq üçün Yevlax vağzalına
axışırdı. Vağzal bayramsayağı bəzədilmiş, yerə onlarla gəbə, kilim və xalı
döşənmişdi. Fəruq Nuru Paşa oynaq yerişli boz kəhər atın belində, onunla
yanaşı at belində 6-cı ordunun zabiti Lazım Paşa gəlirdi. Sonrakı cərgələrdə
hər sırada üç nəfər atlı olmaqla iyirmiyə yaxın hərbi geyimli zabit, arxada isə
osmanlı aynalısı, üçatılan və beşatılanla silahlanmış, tüfənglərini yəhərin
üstündə yanpörtü tutmuş on-on beş nəfərdən ibarət süvari mühafizə dəstəsi,
bir də Naxçıvandan Kəlbalı xan və Qarabağdan Sultan bəy tərəfindən
qoşulmuş bələdçilər gəlirdi.
Nuru Paşanın qarşılanmasında iştirak etmiş, o hadisələrin canlı şahidi
olan Yevlaxlı 102 yaşlı Məhəmməd Hacıyevin xatırlaması: “Nuru Paşanın
necə adam olmasına hamı maraq edirdi. Bu qara camaat onu ahıl, ərgən bir
adam bilirdik. Nuru Paşa isə şux qamətli, iti baxışlı, lakin dərin və kədərli
gözləri olan ucaboy bir gənc idi. Şəvə bığları, tala bulud kimi çənəsinə
qonmuş qara saqqalı onun ciddi və zəhmli olmasından xəbər verirdi. Qıvraq
bədəninə biçilmiş türk zabitinə məxsus hərbi geyimi ona çox yaraşırdı”.
Nuru Paşa hələ atın üstündə ikən, əlini havada yellədərək - mərhaba, mərhaba
arkadaşlar-deyə, hərbçiyə məxsus gur və məğrur səslə izdihamı salamladı.
Hər yerdən alqış səsləri, xoş gəlmişsiniz, gələn ayağınız var olsun, rəhbəriniz
sizi qorusun, siz bizim xilaskarımızsınız, -nidaları yüksəlirdi. Bu nidalar
sevincdən gözlərdəki yaşlarda da görünürdü.” ( Ayselim uzaysel.com, 02-13-
2010)
Üzeyir bəy Hacıəyli 1918-ci il 10 noyabrında Bakıdakı Yay
klubunda Nuru Paşa ilə şəhər sakinlərinin görüşü barədə “Azərbaycan”
qəzetinin 1918-ci il 37-ci nömrəsində məqalə verib. Fətəli xan Xoyski,
Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayevdən sonra Bakı xilaskarı
danışır. “Bu qədər nitq və alqışlara cavab olaraq Nuru Paşa həzrətləri gözəl
İstanbul şivəsiylə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir çox
əndişələrdən təmiz etməklə bəlağətli və səlis nitqilə məclis əhlini şərəfyab və
minnətdar etdi. Bu nitqin təsiri ilə ki, hər kəsdə gələcəyə artıq əndişəsi nəzər
əmələ gəlib özündə böyük bir ümid, yüksək bir inam hiss edərək, xoşbəxt və
xoşvaxt bir hal ilə bir-birini təbrik edib məclisə xitam verdilər.”
ƏZİZ YADİGAR. AZƏRBAYCANIN XİLASKARI NURU PAŞA VƏ
BABAM HACI FƏTƏLİ ƏFƏNDİ
Ağlım kəsəndən evimizdə az qala pıçıltıyla qulağımıza deyilən bu
sözlər beynimə həkk edilmişdi: ana babalarımız Türkiyəyə köçüb getdilər,
burda qala bilmədilər, qalsaydılar hamısın ya gülləliyəcəkdilər, ya da sürgünə
göndərəcəkdilər. Artıq heç nə öyrənə bilmirdim. Evimizin üstü qamişla örtülü
idi, altında gizlədilmiş taxta yeşiklərin içi Hacı Fətəli babamdan qalma Quran,
əlyazma, Türkiyə və Ərəbistandan gətirmə nəfis cildli kitablarla dolu idi, ildə
bir neçə dəfə atam, anam xəlvətcə çıxıb yeşik, bağlamaların üstün açıb
kitabları havaya verir, nəmin, tozun alıb yenə də yerinə düzüb üstün
örtürdülər. Sovet KQB-sinin qorxusu cana, qana işləmişdi. Ancaq Allaha, Ulu
Yaradana inam, iman bundan daha üstün idi; yaxın, uzaq kəndlərdən, qonşu
rayonlardan cümə günləri gəlib məhləmizdəki məscidin daş-divarını öpə-öpə,
dəstamaz alıb Quran götürüb namaz qılması, üz-gözlərindən yağan mutluluq
uşaq yaddaşımda, hafizəmdə əbədi həkk olub. Yaşlılardan dəfələrcə
eşitmişdim; Nuru Paşa bax orda atdan düşdü, Hacı babanı sinəsinə sıxdı, bir
yerdə gəlib taxtın üstünə çıxdılar, yaxın kəndlərdən axın-axın gələn insanları
salamladı, sonra dəstamaz alıb namaza durdular. Ağdaşın Qumlax kəndində
yaşayan anamın doğmaca dayısı, 89-cu il mayın 4-də 90-ı bir xeyli keçib
dünyadan köçən ağzı dualı, namaz-oruclu Veysəl babamdan dəfələrcə
eşitmişdim bu söhbəti: baban Hacı Fətəli Əfəndi qızıl-gümüş nəyi vardısa
Nuru Paşaya verdi, ağzı bağlı toxuma bəzəkli torbasıynan bir yerdə. Həm
azuqə, həm də silah-sursat almaqdan ötəri, bu gözlərimnən gördüm, onlara
mən qulluq edirdim, aftafa-ləyən gətirdim, namazdan sonra eyvandakı
taxtımızın üstündə yanaşı oturmuşdular, çay-çörək yeyib içdilər, gedəndə də
hamının gözünün qabağında başından qotazlı qırmızı fəsin çıxardıb qoydu
Hacafəndinin başına, indiki kimi gözümün qabağındadı. Evinizdə durur
həmən o fəs. Hacı Əfəndi (Hacafəndi) 2 dəfə Həcc ziyarətində olub-şura
hökuməti gələnə qədər və sonra. Birinci gedib-gəlməyi uzun çəkmişdi - ordan
gəlib bir müddət də Türkiyədə ali dini təhsil alıb, gəlib həmin vaxtlar tək
Şirvan mahalında yox, bütün Azərbaycanda məşhur olan Ağdaşın Zeynəddin
mədrəsəsində, bir müddət də Ağdam, Bərdədə imamlıq-əfəndilik edib, yaşlı
adamlardan Babandan dərs, izin alanlardan sağ qalanlar var, bura da gəlib
gedirlər hələ də. Burda və ətraf bölgələrdə onun yolunda hər cür əzab-
əziyyətə qatlaşmağa hazır olan yetirmələri çox olub. Mən biləni Baban Nuru
Paşa ilə İstanbuldan tanış idilər, çünki çox mehriban görüşdülər, həm də
başının dəstəsi ilə birbaşa bizə gəlmişdi. Kommunistlərə, sovet hökumətinə
qarşı Cihad Bəyannaməsini də o vaxt Qazı Bəhlul Behcətlə Hacı Fətəli bir
yerdə bizim məsciddə yazmışdı, Hacı baban Zəngəzur, Qarabağdan üzübəri ta
bu Şirvan torpaqlarına qədər çox iş görmüşdü Allah yolunda, adamlar gecələr
əl-ayaq yığışandan sonra xəlvət gəlirdilər cümə namazlarına-Hacı imam
dururdu, Türkiyədə də bilirdilər ki, belə bir adamları var burda...
Nuru Paşa adı o zamandan həkk olmuşdu yaddaşıma. Çox təsirli,
ibrətlidi ki, yaşı 93-ü keçən o qotazlı fəs bizim evdə babamın Məkkədən
gətirdiyi, Quran, torpaq, qara uzun təsbeh kimi hər zaman ən əziz, müqəddəs
tutya kimi saxlanıb, başı ağrıyan, ağlı, gözü, dili çaşan, məscidimizin daimi
sakinləri, diləyə gələnlər Qurani-Kərimlə bərabər mütləq o qırmızı fəsi də
öpər, ya da yastığının altına qoyub şəfa tapardılar. İndi də o fəsi əziz yadigar
kimi 19 ildir dünyanın ən ağır qaçqınlıq əzabını yaşayan dədəm Hacı Nəriman
bağlı sandığında saxlayır. Bu da tez-tez 83 yaşlı dədəm Hacı Nərimanın
dilindən çıxan sözlərdir: -"Allah Türkü qorusun, nə yaxşı ki, Türkiyə var!"-
deyir. Bu mövzu barədə “Qubadlısız 16 il” kitabımın (“Nurlan”, 2009)
“Mənim Türk sevgim, Türkiyə sevgim” adlı fəslində geniş yazmışam.
Nuru Paşanın idealı: Azərbaycanda Türk məktəbləri
1918-ci ildə Bakını rus, ingilis və erməni işğalından qurtaran
ordudakı öyrətmən-müəllim əsgərlərin ilk işi məktəb açmaq olmuşdu.
Dünyanın 100-ü keçən ölkəsində Türkiyə adına barış körpüləri quran
Türk liseylərinin orqanizə etdiyi Türkçə Olimpiya finallarının Azərbaycan
üçün başqa bir anlamı var. Çünki Türk liseyləri 1990-cı illərin başında ilk
dəfə Azərbaycanda açılmış və dünyaya buradan yayılmışdı. Ayrıca bu liseylər
1920-ci illərdə yarımçıq qalan bir istiqbal mücadiləsinin parlaq ünsürü oldu.
Türkçə yarışması üçün Bakıdayıq, ancaq yolumuz öncə ölkənin ilk
başkəndi Gəncəyə düşür. İslam coğrafiyasında ilk parlamento burada
qurulmuş və ilk demokratik məclis burada açılmışdı. Məclisin girişində ilk
parlamentoda görev alan Milli Hökumətin lideri Məmməd Əmin Rəsulzadə
və hökumət üzvlərinin fotolarının yanı sıra müəllim və şagirdlərin məzun
xatirəsi olan böyük bir foto diqqət çəkir. Türk Okulları-məktəblərinin və
təhsil sahəsində önəminin fərq edilmə hekayəsi burada başlayır.
Çoxumuz bilməsək də, Türklərin ən az Çanakkala dastanı və İstiklal
Savaşı qədər önəmli bir zəfəri daha var. Bu zəfər ingilis, rus və onların təhriki
ilə hərəkət edən ermənilərə qarşı 1918-ci ildə Bakıda qazanıldı. Zəfərin
qəhrəmanlarından Qafqaz İslam Orduları Komutanı Nuru Paşa 20 mindən
artıq insanın qətl edildiyi Bakıdan yüksələn fəryadlara əl uzatdığında hələ 27
yaşındaydı. Osmanlının son dönəmləri... Bir tərəfdən vətənin müdafiəsi
aparılır, qurtuluş mücadiləsi verilir, bir tərəfdən də Osmanlının külləri
üzərində yeni bir dövlət qurulurdu. Ancaq Azərbaycandakı zülümlərə türk
səssiz qala bilməzdi.
1918-ci ildə Azərbaycanı işğaldan qurtaran Nuru Paşanın hekayəsi
belədi: Bakı işğal edilib minlərcə azəri qətl edilincə Azərbaycan hökuməti
Osmanlıdan əsgəri yardım istədi. Türkiyənin müttəfiqi Almanların etirazlarına
rəğmən Türkiyədə Qafqaz İslam Ordusu quruldu və bu ordu yardım üçün
səfərə çıxdı. Türk əsgəri Azərbaycanda qurbanlar kəsilərək qarşılandı.
Gəncənin hər tərəfinə Osmanlı və Azərbaycan bayraqları yan-yana asıldı.
Xalqın bu sevinci Azərbaycan milli şairi Əhməd Cavada aid “Salam Türkün
Bayrağına” şeirində əksini tapdı. Türkiyədə bu şeir “Çırpınırdı Qara dəniz”
adıyla bilinir. Türk insanının silahlı mücadiləsi Gəncədə başladı. İlk şəhid
burada verildi. Bu gün Çanakkalada Bakı doğumlu 18 yaşında şəhid düşən
Hasanoğlu İbrahimin nəşi yatırsa, Bakıda da Aksaray doğumlu Abdullah oğlu
ər İsanın cismi yatır. Türk ordusu Azərbaycanda 1130 şəhid verdi; 30 saatlıq
çatışmalar sonunda Bakı işğaldan qurtuldu. Azərbaycan bağımsızlığa
qovuşdu.
Nuru Paşa Azərbaycanın istiqlal mücadiləsində önəmli rol oynadı;
amma Azərbaycanın ilk məclisindəki o foto sadəcə istiqlal deyil, eyni
zamanda istiqbal mücadiləsinin simvoluydu. Qafqaz İslam Ordusunda Bakı
səfərinə qatılan əsgərlər arasında müəllimlər də vardı. Bu öyrətmənlər Bakı
işğaldan qurtulan kimi Gəncədə okul-məktəb açdı və Azərbaycan gəncliyinin
təhsil təliminə başladı. Qafqaz Üniversitetinin müəllimi Mehmet Rıhtım bu
fotoda bir məzunluq xatirəsinin əks edildiyini və Nuru Paşanın ordusuyla
gələn öyrətmən-müəllimlərin ən önəmli fəaliyyətlərinin təhsil sahəsində
olduğunu ifadə edir. Rıhtım təhsil fəaliyyətlərinin 1920-ci ildə rus işğalından
sonra yenidən kəsildiyini və o dönəmə aid bütün bəlgə və sənədlərin yox
edildiyini qeyd edir.
Azərbaycan Sovetlər dağıldıqdan sonra 1991-ci ildə yenidən
bağımsızlığını elan etdiyində müstəqilliyini ilk tanıyan Türkiyə oldu. Ancaq
bağımsızlıq elan edilmədən bir il öncə 20 yanvar 1990-cı ildə Bakıda yaşanan
qətliamı xatırlamaq gərəkdir. Azəri vətəndaşlar tank tırtılları altında əzilərkən
bunun əks-sədası Türkiyədə bir başqa oldu. İzmirin Şadırvan Camisində 20
yanvar qətliamını anladırkən kürsüdə bayılan Fəthullah Gülən Hocaəfəndi
arkadaşlarına, dinləyənlərinə, “Gedin! Qardaşlarınıza yardım edin”- mesajı
verdi.
O gün Türk insanı Azəri qardaşına maddi–mənəvi yardıma keçdi.
Təhsil könüllüləri isə cəhalət ilə savaş adına bir mücadiləyə başladı.
Azərbaycanın Təhsil naziri Misir Mərdanovun “mənim bu günə qədər təhsil
adına etdiyim ən böyük icraatım Türk liseyləridir” deyir. İlk liseylər
Azərbaycanda açıldı, ardından dünyaya yayıldı. Bu gün Azərbaycanda Çağ
Öyrətim Şirkətinə bağlı 12 lisey, 11 universitetə hazırlıq kursu və 1
universitet açılmışdır. 5 minə yaxın şagirdin oxuduğu məktəblər
Azərbaycanın ən populyar məktəbləridir. Məzunları önəmli dövlət
qurumlarında görev alır. Özünün müəllimlərini yetişdirən Türk Okullarında
artıq yüzdə 70 faiz Azəri öyrətmənlər görev alıb.
Bu okulların açılmasında böyük əməyi olan Azərbaycan Cümhurbaşqanı
mərhum Heydər Əliyev:- “mən bu liseyləri hər zaman dəstəklədim, yardım
etdim. Çünki bu liseylər Azərbaycanın təhsil sistemində yeniliklər həyata
keçirdilər”- demişdi. Təhsil naziri Misir Mərdanov isə “bu liseylər iki ölkə
arasında elə güclü bir körpü oldu ki artıq bu körpünü kimsə yıxa bilməz”-
dedi.
Ölkənin yüksək ballarla ən yaxşı universitetlərinə girən şagirdlər bu
liseylərdə yetişir. Nuru Paşanın 1918-ci ildə Azərbaycanın istiqlal
mücadiləsini indi Azərbaycanın müstəqilliyi ilə yaşıd Türk Okulları yerinə
yetirir.
http://tanimsiz www.tarihimiz.net
Adları Xalqın Yaddaşına Yazılmış Qardaşlar
1937-ci ilin sovet-KQB zindanlarında işgəncələrdən sonra güllələnmiş
tanınmış şair, folklorşünas alim, tədqiqatçı Salman Mümtaz (Salman Məşədi
Məhəmməd Əmin oğlu Əsgərzadə, 1884-1937) Ənvər və Nuru Paşalar
haqqındakı şeirləri Gəncədə yazmış, “Azərbaycan” qəzetinin 1918-ci ildə 30
oktyabr tarixli sayında çıxmış və çoxaldılaraq Qafqaz İslam Ordusu
əsgərlərinə paylanmışdır. “Ənvəriyyə” şeiri Nuru Paşa vasitəsi ilə Ənvər
Paşaya göndərilmişdir.
Nuru Paşaya ithaf etdiyi “Öyün, millət” şeirini şair Şəkiyə daxil olarkən
Paşanı qarşılanma mərasimində söyləmiş, şeiri çox bəyənən Nuru Paşa şairə
Türkiyə nişanı təqdim etmişdir.
Enveriyye
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!
Seninle fahr edir şimdi büyük sultan, ulu kayser
Ki, sensen dahi-yi devran, sensen fatih-i kişver,
Sana şayestedir elhakk tila ovrengü zer efser .
Doğar mı mader-i giyti senin tek bir de bir ner er
Hayali ay kimi aydın, meramı gün kimi Enver?!
Sehab-i küfrü ten böldün, kılınç darbıyla etdin şakk,
Çıkartdın milleti yekser ışıklı günlere elhakk,
Ayıltdın Türkleri, verdin demadem Türküğe revnak
Sana bu işde yardımcı yakin oldu cenab-ı Hakk,
Sen oldun Hazret-i Hakkın sefa-yı lutfuna mazhar
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!
Müselman gayretin çekdin, gözetdin Türkün namusun,
Dağıtdın haver-i İslamdan küffar kabusun.
Mesacidden dilerdi Rus asa öz nehs nakusun ,
Güneşden parlak amalın olup Şark ehline ezher,
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!
Munzam ordunu birden ser-i adüvvane saldırdın,
“Kıral”lar rişesin kırdın, “karol”lar tacın aldırdın,
Edip mağlup küffarı, neva-yı suru çaldırdın,
“Hilal-i arşa yükseltdin”, “gün”ü eflake kaldırdın.
Nihal-i maksad-ı fikrin getirdi tatlı bir nevber,
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!
Ziya-yı fikrin ile ziyasızdık, ziyalandık,
Cefa vü cevr çekmişdik, fütuhunla sefalandık,
Liva-yı nusretin ile , bihamdillah, livalandık,
Hakir ü pest olmuşduk, ucaldık, itilalandık.
Tamamen Kafkas’ın ehli gönüldendir sana asker
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!
Saadet devri, söz yok kim, yetirmiş şanlı cahidler,
İğitler, kahraman erler, şücaetli mücahidler,
Buna tarihde vardır dahi binlerce şahidler,
Dikipdir onlara şahlar neçe yerde müşahidler.
Yapar millet sana layık tiladan heykel-i ekber.
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!
Semada yıldırım tek parlayan dem tiğinin berki
Işıklandırdı şemsasa seraser alem-i Şarkı,
Nisar-ı hak-i payınçün düzüldü bin güzel şarkı ;
Benim naçiz şiirimle veli var onların farkı
Mübarek vechini görcek tapar eşarımız ziver,
Yaşa, ey gazi-yi azam, yaşa, ey muhteşem Enver!
Öyün, millet
O gün millet ki eltafı olup şevketli sultanın,
Hilalin halesi kılsın ihata Türk evtanın .
Tefahur eyle, ey millet, muradın hasıl olmuşdur,
Daha eflake yükselmez enin-i ah ü efganın.
Ziyasız Rus zulmünden o yüksek ruhun ölmüşdü,
Dökürdü şişeye her dem şerabi nab tek kanın.
Kızılgül tek açıl, gül, gör ki Türkün şanlı ordusu
Revak-ı arşa nasbetmiş büyük Osmanlı unvanın.
Semaya doğru tuğrul tek sen, ey Türk oğlu, uç, yüksel
Ki, sensen şanlı evladı şerefli eski Turanın.
Bulut altında kalmışdı eğerçi kevkeb-i bahtın ,
Gör imdi necm-i zahir tek hilalın, necm-i tabanın .
Gerek tak-ı mukarnasdan asılsın Türkün tuğrası
Melekler zib-i duş etsin livasın Al-i Osmanın.
Bütün, Mümtaz, ellerden olar Türk milleti mümtaz ,
Sürer bundan sonra Türklük şerefli-şanlı devranın.
***
Turançılığın ideoloqları: İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ziya
Göyalp, Əhməd bəy Ağaoğlu, Yusif Akçura
Ey Türk Oğuz bəyləri! Türk xalqı, eşidin!
Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə, bil ki, Türk ulusu, Türk
yurdu, Türk dövləti, Türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar
kimi yığdığın sümüklərinə layiq ol! Ey ölümsüz Türk ulusu, özünə dön!
Bilgə Kağan (684-734)
Məmməd Əmin Rəsulzadə:
Bütün Türklər öz aralarında böyük dünya federasiyasına qədəm olmaq üzrə
bir federasiya qurmalıdırlar.Yeni Turan, mədəni birlik üzərində təsis edilib,
ancaq gələcək birər Türk hökumətlərinin federasiyası şəklində təsəvvür oluna
bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin bir həlqəsidir.
HEYDƏR ƏLİYEV:
Azərbaycanla Turkiyə bir millətin iki dovlətidir.
Qeyd: Oxucuların diqqətinə təqdim edilən kitabdakı materialların bir
hissəsi Türkiyənin internet saytlarından alınıb, bilərəkdən çevirməsiz
təqdim olunur, eyni dili danışan, anlaşan insanlar üçün çevirməyə zatən
ehtiyac da yox. Həm də Anadolu və Qafqaz türkləri bir-birilərini
çevirməsiz oxumağı və anlamağı öyrənməlidirlər.
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan: “İngilis, fransız, ispan,
ərəb dilində danışan ölkələr öz aralarında bir araya gəliblər, bizlər də əlaqəli
şəkildə buna nail olmalıyıq. Gözəl dilimizi danışan türkdilli dövlətlər
topluluğu beynəlxalq səviyyədə xalqlarımızın mənafelərini daha yaxşı
qorumağımıza imkan verəcək, ona görə bu yöndə calışmaları da artırmalıyıq.
Ortaq tariximizin yenidən yazılması və bu müştərək tarixin dərslik kimi
oxudulması uzərində dayanılmasının bir movzu olduğunu təkrar xatırlatmaq
istəyirəm. Türk cümhuriyyətləri arasında hər cur əməkdaşlığın daha planlı və
əlaqəli olmasının, başqa sozlə təsisatlı hala gəlməsinin vaxtı gəlmişdir. Bu
məqsədlə mən turkdilli olkələrin dövlət başcıları zirvəsinin daimi bir
katibliyinin yaradılmasını bu qurultayda təklif edirəm. Bu daimi katiblik nə
etdik, nə edirik, nə edəcəyik - bunu daim izləməli və təşkil etməlidir.Bunu
kecmişdə bacardıq, indi də bacara bilərik. Ortaq tariximizdə olduğu kimi,
bundan sonra seyr edən və ya izləyən deyil, öndə gedən, təyin edən olmalıyıq,
olacağıq. Başqa carəsi yoxdur. Yəni bu topluluqlar gundəliyi müəyyən edilən
yox, gündəliyi müəyyən edən topluluqlar olmalıdır. Çünki lider ölkələr və ya
lider ölkə olmağın yolu buradan kecər. İnşallah bizlər də həsəd aparılan
ölkələr olacağıq. Bunu burada iştirak edən və ya burada olmasa da könlu,
ruhu və vicdanı bizlərlə olan bütün qardaşlarımız edəcəklər. Bu yöndə
qətiyyətli addımlar atdığımız təqdirdə bugünkündən daha gözəl günləri
birlikdə yaşayacağıq.”
Bakıda keçirilən türk dövlət və cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq,
əməkdaşlıq qurultayında nitqindən
Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”nın
müəllifi ilə görüşmüşdür
Bakı, 28 iyul (AzərTAc). Türkiyənin Baş naziri iyulun 27-də
Bakıya səfəri zamanı ölkəsinin səfirliyində “Rəcəb Tayyib
Ərdoğan” kitabının müəllifi jurnalist Hacı Nərimanoğlu ilə
görüşmüşdür.
Baş nazir dost və qardaş Azərbaycanda onun ömür yolundan,
siyasi fəaliyyətindən, bütün sahələrdə genişlənməkdə olan
Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edən nəfis tərtibatlı
kitabın nəşrindən məmnunluğunu söyləmiş, müəllifə
təşəkkürünü bildirmişdir.
H.Nərimanoğlu yurdsuzluq ağrı-acılarının ifadəsi olan
“Qubadlısız 16 il” kitabını da Baş nazirə təqdim etmiş,
Azərbaycan xalqının Qarabağ münaqişəsinin həllində Türkiyə
Cümhuriyyətindən daha böyük dəstək gözlədiyini vurğulamışdır.
Baş nazir Rəcəb Tayyib Ərdoğan müəllifin hədiyyə etdiyi
kitabları oxuyacağını, şəxsi kitabxanasında əziz xatirə kimi
saxlayacağını bildirmişdir. Yurd-yuvasından ayrı düşmüş
insanların ağrı-acılarını yaxşı anladığını deyən Baş nazir
vurğulamışdır ki, Türkiyə bundan sonra da hər zaman
Azərbaycanın yanında olacaqdır.
Rəcəb Tayyib Ərdoğan hər ailədə 3 uşaq görmək istəyinin eynilə
Azərbaycana da aid olduğunu vurğulamış, bu öyüdünün ailə
həyatı quran gənclərə çatdırılmasını istəmişdir. O,
H.Nərimanoğlunu şəxsi qonağı kimi Türkiyəyə dəvət etmişdir.
“Rəcəb Tayyib Ərdoğan” kitabının nüsxələri Türkiyə
nümayəndə heyətinin üzvlərinə də təqdim olunmuşdur.
Qeyd edək ki, Hacı Nərimanoğlu 15 ildən çox rəsmi dövlət xəbər
agentliyi AzərTAc-da çalışıb, hazırda “Zəngəzur” Cəmiyyətləri
Birliyi İdarə Heyətinin sədridir.
Dostları ilə paylaş: |