Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   39   40   41   42   43   44   45   46   47

Osmanlı Azərbaycanda çox böyük zəfər qazandı. Türkiyə Qafqazlarda ikinci 
türk-müsəlman dövlətinin yaradılmasında çox maraqlıydı, həm də Orta 
Asiyadakı türk qövmünə ulaşmaq üçün bu çox gərəkli idi. Bir unudulmaz 
müqəddəs məqam da onda idi ki, Bakının azad olunması mübarək bir günə - 
Qurban bayramına təsadüf etmişdi. Bəli, Bakının işğaldan azad edilməsi üçün 
tökülən qanlar Azərbaycan və Anadolu Türkünün müştərək tarixinə şərəfli 
əbədi qardaşlıq səhifəsi olaraq yazılıb. Və onu nə siyasətçilərin nadanlığı, nə 
insanların cəhaləti, nə də düşmənlərin məkri unutdura bilər.  
Azərbaycanın hər bir ləyaqətli ovladı Azərbaycan Cümhuriyyətinin 
baş naziri Fətəlixan Xoylunun 1918-ci il 19 sentyabr tarixli müraciətinə imza 
atmağa hazırdırlar: "Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru 
Paşa cənablarına! Komandanlığınız altındakı cəsur Türk əsgərimiz 
tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi 
münasibəti ilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri 
olan Türkün oğullarına minnətdar olduğunu ərz etməklə iftixar 
duyuram". 
Ondan sonrakı baş nazir və təhsil naziri Nəsib bəy Yusifbəyli də 
həmin fikri təkrar edir: “...üç kəlmədən ibarət bu cümləni Azərbaycan 
durduqca hər bir azərbaycanlı türk qəlbində yaşadacaq və təkrar 
edəcəkdir: 
Millət Sizə minnətdardır.” 
Gəlin unutmayaq: Osmanlı Ordusunun şücaəti, general-leytenant 
Nuru Paşanın yüksək döyüş qabiliyyəti və sərkərdəlik bacarığı olmasaydı, 
yəqin ki, neft Bakısı indi Rusiyanın bir quberniyası idi. Məhəmməd Əmin 
Rəsulzadə bunu bilərək yazırdı: “Bakısız Azərbaycan-başsız 
bədəndir...Bakı, Türklüyün şahbarı üzərində olan, sönməz atəşlərlə 
yanan bir əməl məşəlidir.”,   “1918-ci mayın 28-də Azərbaycanın 
istiqlalını sözlə elan etdiksə, sentyabrın 15-də biz onu əməllə həyata 
keçirdik.” 
"Ey türk xalqı!…Azərbaycan istiqlalını bir dəfə qurdun, bir daha  da 
qurmaq bacarığına maliksən!" 
 Əli bəy Hüseynzadə yazır: "1918-də Azərbaycanı xilas etməklə 
Anadolu həm də özünü xilas etmiş oldu!".  
Bu isə Azərbaycan Xalq Komissarları Sovetinin sədri 
N.Nərimanovun 23 mart 1921-ci il tarixdə Atatürkə yazdığı məktubundandır: 
"Paşam, 1918-ci ildə siz bizi mütləq bir ölümdən qurtardınız!" Bu sözləri 
yazan N.Nərimanov yəqin ondan da xəbərdar olmamış deyildi ki, Rusiya və 
dünya kommunist bolşeviklərinin rəhbəri Lenin Bakı Sovetinin başçısı 
Şaumyana məxfi teleqramla təlimat vermişdi ki, əgər Bakı rus bolşeviklərinin 
əlindən çıxıb Türk qoşunlarının əlinə keçərsə, onda Bakının bütün müsəlman 


əhalisi ilə birlikdə tamamilə məhv olmaq planını hazırla. Şaumyanın cavabı 
da özünü çox ləngitməmişdi: "Bakının məhv olmaq planı hazırdır." 
AXC parlamentinin üzvü Rəhim bəy Vəkilov yazırdı: “Bu vaxta 
qədər türklərə məhəbbət bəsləyən münəvvər gənclərlə Osmanlı 
qardaşlarımız arasında olan əlaqələrə rus çinovniklərinin qapısında baş 
əyən qara qəlbli, xəbis adamlar daima mane olmuşlar”.  
Hüseyn Baykara “Azərbaycan İstiqlal mübarizəsi tarixi” kitabında 
yazır:: “Erməniləri türklərə qarşı təhrik edən rus idarəsinin yüksək 
vəzifəli məmurları aradan götürüləcəkdi. Bu, “Difai” Partiyasının qərarı 
idi...”  “Difai” belə də etmişdi, xeyli xainə layiq olduğu cəzanı verdi və az 
sonra rusların buyruğu ilə ermənilər “Difai” liderləri ilə əlaqəyə girib
düşmənçiliyə son verdiklərini bildirdilər. Savaşda açıq ya gizlin fərqi yoxdur, 
qana qanla cavab verməlisən, əks halda uduzmağa, məğlubiyyətə 
məhkumsan.  
Cümhuriyyətimizin qurucularından olan baş nazir Nəsib bəy 
Yusifbəyli demişdi: “Azərbaycanın istiqlalını qurduq, ancaq saxlaya 
bilmədik. Əbədi düşmənimiz olan ruslar güc ilə vətənimizi işğal etdilər və 
istiqlalımıza son qoydular. Müqəddəs ölkəmiz rusların istilası altına 
keçdi”.  
Elə bil bu gün üçün deyilib bu sözlər-dövlət müstəqilliyimizin 
yenidən bərpasının 20-ci ilində də Rusiya hələ də qara əllərini Azərbaycandan 
çəkmir. 
Bunu da unutmayaq: Türk qoşunları Bakıya Güney Azərbaycanın  
ermənilərin bir gündə 10 min günahsız adamı tarixdə misli görünməmiş 
amansızlıqla qırdıqları Urmiya, Xoy, Təbrizi ingilis işğalçılarından tamam 
təmizləyib gəlmişdi! Dağıstan müsəlmanlarının çağırışları ilə 13 oktyabr 
1918-ci ildə Qafqaz İslam Ordusu Komandanı Nuru Paşa, Quzey Qafqaz 
Cümhuriyyəti Ordusu Komandanı Yusuf İzzət Paşa və Quzey Qafqaz 
Cümhurbaşqanı Abdülməcid Çermoy Dərbənddə bir araya gəlib şəhərin 
bürclərinə Quzey Qafqaz Cümhuriyyətinin yeddi ulduzlu bayrağını ucaltdılar. 
Türk əsgəri Bakıdan sonra  həm də Dərbəndi azad edərək Qafqazda rus 
işğalına qarşı ən böyük mücadiləni vermiş Şeyx Şamilin də arzu-istəyini 
yerinə yetirmiş oldular. Bakıda, Təbrizdə, Dərbənddə  Türkə yenilən həm də 
bir ovuc ermənini silahlandırıb qızışdırıb əliyalın müsəlman türk əhalisinin 
üstünə saldıran Rusiya, Böyük Britaniya, Avtraliya, Kanada,  Yeni 
Zelandiya... idi. Xislətində həmişə xainlik, məkr gizlənən erməni tarix boyu 
rus, ingilis, fransızın əlində alət, zopa olub-həm özlərinə, həm də Türkə saysız 
bəlalar gətiriblər.  
Osmanlı ordusunun Qafqazda başladığı möhtəşəm hərbi, siyasi, milli 
dövlət quruculuğu işlərini İstanbuldan gələn acı bir xəbər bütün planları ilə 
birlikdə alt-üst etdi: Qafqaz İslam Ordusu “Devlet-i Aliyə”nin imzaladığı 


“Mondros Mütarekesi” nin tələbi ilə geri çağırıldı. Qəhrəman Nuru Paşa bir 
müddət daha Qarabağda qalıb rus qırmızı bolşevik ordusuna qarşı üsyanlar 
təşkil etdi, lakin sonucda çarəsizcəsinə Anadoluya döndü. Geridə əziz 
xatirələri əbədi olaraq yaddaşlarda qaldı. Qafqaz müsəlmanları hər zaman bir 
qurtuluş simvolu olan Nuru Paşanı və əlbəttə, bu Qurtuluşun ideya rəhbəri 
olan Ənvər Paşanı rəhmətlə anmaqda davam edəcəklər. 
Məhəbbət qarşılıqlı olanda əsil xoşbəxtlik və səadətə apara bilir. 
Azərbaycanın başbilənləri nə qədər ağır günlərdə olsa da, həmin dövrlərdə 
ölüm-qalam savaşı aparan Osmanlıya, Anadoluya öz əsgəri və maddi yardım 
əlini uzatmışdı. Zəngəzur qartalı Sultan bəy Sultanov və qardaşı-AXC-nin ilk 
hərbi naziri Xosrov bəyin təşəbbüsü ilə bir süvari dəstəsi düzəldilərək Laçın, 
Zəngəzur, Naxçıvan dağlarından keçməklə Qarsa yola salınmışdı. Hacı 
Zeynalabdin Tağıyev o illərdə Türkiyənin nicatı bizim nicatımızdır, məhvi 
bizim məhvimizdir, düşüncəsi ilə Anadoluya yardım üçün "Qardaşlıq 
köməyi" adlı bir yardım kampaniyası başlatmış, çox gərəkli, sanballı yardım 
düzənləmişdi.  
Və bir də heyf ki, bizim övladlarımız məktəblərdə, dərsliklərimizdə 
Hüseyn Cavidin "Türk əsirləri", Salman Mümtazın "Ənvəriyyə", "Öyün, 
millət", Ümmügülsümün “Yolunu gözlədim”, Məhəmməd Hadinin "Şüheda-
yı hürriyetimizin ervahına ithaf", "Kahraman türk askerlerine", Əhməd 
Cavadın "Şəhidlərə", Nazim Hikmətin "Şəhidlər" və sair kimi  şeirlərindən, 
tariximizin qanlı-qadalı səhifələrindən xəbərsiz, içlərində türk sevgisi 
olmadan böyüyürlər. “Nuru Paşa” adı Bakıdakı Türkiyə səfirliyinin 
binasındakı salonda əbədiləşib hələ ki. 
Və həmin 15 Sentyabr günü milli bayramlarımız sırasında öz layiqli 
yerini tutmayıb hələ. 
Və bir də Bakıda hələ də Ənvər Paşanın, Nuru Paşanın adına bir 
küçə, xiyaban, abidə yoxdur, təəssüflər... 
            
 
 
 
Türk Şəhidlərinə Xalq Məhəbbətinin İfadəsi 
 
Azadlıq! Öylə nazlı afət ki, qan tökülməyincə üzə gülməz o işvəkar! 
Hüseyn Cavid 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə