ATATÜRK:
Ben herşeyden evvel bir Türk milliyetçisiyim.
TÜRK BİRLİGİNİN
birgün hakikat olacağına inancım vardır. Ben görmesem bile, gözlerimi
dünyaya onun rüyaları içinde kapayacağım.
TÜRK BİRLİGİNE inanıyorum,
onu görüyorum. Yarının tarihi, yeni fasıllarını
TÜRK BİRLİGİYLE
açacaqdır. Dünya sükununu bu fasıllar içinde bulacakdır.
TÜRK” ün varlığı
bu köhne aleme yeni ufuklar açacaq,
Güneş ne demek, ufuk ne demek, o
zaman görülecek.
"Türk dünyasının əvəzsiz şəxsiyyəti, böyük öndər, dahi
Mustafa Kamal
Atatürkün məzarı önündə, onun ruhu qarşısında hörmətlə baş əyirəm, ona
Azərbaycan xalqının hədsiz məhəbbət və ehtiramını ifadə edirəm.
Unudulmaz Atatürkün müqəddəs adı, solmayan siması min illərdən gələn
Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının
gələcək yoluna parlaq
işıq saçır." 8 fevral 1994-cü il
“Türkiyə cümhuriyyətinin böyük tarixi var. Böyük öndər, dahi Mustafa
Kamal Atatürk 70 il bundan öncə indiki böyük, demokratik Türkiyənin
əəsasını qoymuş, böyük dövlət yaratmışdır. Sonra gələn nəsillər onun işini
davam etdirərək Türkiyəni bütün dünyada nüfuzlu, əzəmətli bir dövlətə
çevirmişlər.”
8 fevral 1994-cü il, Ankarada "Çankaya" köşkündə şərəfinə ziyafətdə
nitqindən
“Dahi insan, böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə
cühuriyəti 71 il ərzində türkün, türk dünyasının, türk xalqının
nəyə qadir
olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirmişdir. ...Azərbaycan
xalqı öz milli azadlığı uğrunda mübarizə apararkən, milli istiqlaliyyətinə nail
olmağa, milli dövlətçiliyini yaratmağa çalışarkən daim Türkiyə xalqının
dəstəyinə, dayağına arxalanmış, Mustafa Kamal Atatürkün qoyduğu yolla
gedən Türkiyə cümhuriyyətinin təcrübəsindən bəhrələnmişdir”
1 noyabr 1994-cü il, Bilkənd Universitetində Məhəmməd Füzulinin 500
illiyinə həsr olunmuş təntənəli açılışda çıxışından
“Böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə erməni millətçilərinin,
daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi.
Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal
Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-1920-ci illərdə
Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda,
Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları
unutmuruq.
...Məni sevindirən bir də odur ki, bu mükafat məhz Türkiyə cümhuriyyətinin
mükafatıdır. Bu, böyük öndər Mustafa Kamal Atatürkün ölkəsinin, onun
yaratdığı cümhuriyyətin mükafatıdır. Mustafa
Kamal Atatürk sizin üçün nə
qədər əziz və hörmətli olubsa, o qədər də Azərbaycanlılar üçün belədir. Ona
görə də Türkiyə, demokratik, Atatürk Türkiyə cümhuriyyəti bizim üçün
doğma bir ölkədir. Biz buranı öz diyarımız, məmləkətimiz hesab edirik.”