Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   39   40   41   42   43   44   45   46   47

 
 
 
 
 
Bakı sakinləri xilaskar Türk əsgərlərini qarşılayır 
 
 


 
 
 
AXC əsgərləri 
 
 
 
 
 


 
Nuru paşa (sağda) yavəri ilə birgə Bakıda (1918) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
15 sentyabr şərəfli tarixdi, bu tarixin dərsi yaşadılmalıdır! 
                  
 
 
 
 
       
 
 
 
        
      Yolçu! Bu məzarda uyuyan şəhid,  
                     Qardaşın qardaşa əmanətidir.                       
                     Odlar diyarının istiqlalına  
                     Qoca Türkiyənin zəmanətidir!  
      
 


Hər il sentyabrın 15-də Bakıdakı Türkiyə Böyükelçiliyinin türk 
Şəhidliyindəki anım mərasimində iştirak etməyi özümə borc bilirəm və 
burada möhtəşəm izdiham yaşanmamasından məyusluq duyuram. 
Diktorlarımızın ifasında səslənən yuxarıdakı bu müraciəti dinlədikcə o 
günlərin sarsıntılı həyəcanları da, üzüntülü kədəri, sevinci də gözlərim önünə 
gəlir. Yuxarıdakı bu sətirləri yazan insanların keçirdiyi hissləri mən də 
yaşamışam: 1993-ün son həftəsində AzərTAc-ın cəbhə bölgələri üzrə müxbiri 
olaraq Füzuli, Cəbrayıl, Qubadlı, ardınca Zəngilanın işğalı günlərində 
telefonla Bakıya diqtə etdiyim, vəziyyətin nə dərəcədə kritik, faciəli durumda 
olduğunu çatdırdığım informasiyalarımın ağırlığı beynimi yenə də sıxır, göz-
görəti xəyanətlərin labüd məğlubiyyətə, ölçüsü, miqyası sözə sığmayan 
fəlakətlərimizə aparıb çıxaran hadisələr gözlərim önünə gəlir. Və bir də 
Rusiyanın hərbi-siyasi yardımı ilə  Ermənistanın Azərbaycana qalib 
gəlməsinin, torpaqlarımızın böyük bir hissəsinin əsrin əvvəlində və sonunda 
qopara bilməsinin ibrət almadığımız dərslərindən biri də budur: bir millət və 
dövlət olaraq bizim bu Göy Qübbəsi altında yeganə arxamız, dayağımız, 
yardımını umduğumuz və gördüyümüz yalnız Türkiyə olub. Ən ağır günlərdə, 
top-avtomat atəşləri altında Anadoludan gələn türk könüllüləri 92, 93-də də 
səngərlərdə bizimlə bir yerdə idi-mən bunun canlı şahidlərindənəm.  
Bakını və həm də Azərbaycanı əsarət və daha qanlı qırğınlardan xilas 
etmiş, millətimə azadlıq, istiqlaliyyət, müstəqil dövlətdə yaşamaq qürurunu 
qazandırmış türk mehmetciyinə həsr edilmiş onlarla şeir oxumuşam, ancaq 
fikrimcə heç biri Abdulla Şaiqin “Neçin böylə gecikdin?” şeiri ilə müqayisə 
olunmaz. Düşünürəm ki, Bakı camaatı adından yazılan o müraciətin müəllifi
yaxud müəlliflərindən biri elə Abdulla Şaiqdir. Burda təbii səmimiyyət, içdən 
gələn sevgi ruhu ilə birlikdə səbirsiz bir ittiham da var, ərk də, darda qalmış 
kiçik, yavru qardaşın böyük qardaşdan umacağı, bəkləntiləri, incikliyi də var. 
İnsan belədir; ən əzablı, sonun çatdığını gördüyü anlarda gözü doğma 
qardaşını, əsil dostunu axtarır, ya da sevgili ata-anasının qoynuna sığınmaq 
istəyir, uzaqdadırsa onu harayına çağırır, ağrısını, iztirabını onunla bölüşmək 
istəyir. 18-ci ilin ortaları adı dünya xəritəsinə siyasi-coğrafi anlamda ilk dəfə 
yazılan Azərbaycan bu vəziyyətdə idi. 
 
 
Neçin böylə gecikdin? 
 
Sənsiz qəlbim qırıq, sönük, çiynənmiş, xırpalanmış  
Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış,  
Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri.  
Yıxılıb yandırar bütün qayğı vurmuş əlləri  
 


Bu vətənin öksüzləri, gəlinləri, dulları,  
Göz yaşıyla sulanmış hər keçdiyimiz yolları.  
Yolunuzu gözləməkdən bənizləri sararmış,  
Heç gəlmədin. O şən gülən ürəkləri qəm almış.  
 
Sən gəlməsən, dolumsanmış ürəklər  
Sən gəlməsən, xarabaya dönən qəlb abad olmaz.  
Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz  
Dodaqlarım gülməz, sönmüş bəxtimə nur saçılmaz  
 
Başqasını istəməm də, ey Türk, tez ol sən gəl, sən  
Gözləməkdən yoruldum, ah, axı gecikdin nədən?  
Yollarına daşmı düzülmüş? Ya azğın qullarmı?  
Buraxmır? Daş, dəmir ya polad olsa da onlar.  
 
Ürəyində şəlalədən ən mətin, qızıl atəşlə  
Yandır onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala,  
Xain alçaq düşmənlərə qol gücünü göstər.  
Aç yolları, tez gəl ki qəlbim səni çox istər.  
 
Ötən əsrin əvvəlində də, sonunda da Azərbaycan dara düşəndə 
Türkiyəni yanında görüb. Qəribədi, həm də yüz ildən artıq sürən rus-fars 
işğalı belə Qafqaz türklərinin Anadolu türkünə sevgisini azaltmamışdır. 
Rusiya ilə İran arasında pay-püş edilərək milli mənliyi tapdalanmış, ağıla 
sığmayacaq insani və milli faciələr yaşamış ata-babalarımızın könlündən 
qopan hayqırtılar bu müraciətdə olduqca təsirli ifadə olunub.  
 
 
AZƏRBAYCANIN TÜRKİYƏYƏ ƏBƏDİLİK 
 VƏFA BORCU VAR 
 
Bakının işğaldan azad edilməsi ilə 100 ildən artıq müstəqilliyindən 
məhrum qalmış AzərbaycanCümhuriyyəti 15 sentyabrda öz paytaxtına 
qovuşmuş oldu. Dünya güclərinin, hətta bir blokda hərbi-siyasi müttəfiq 
olduqları Almaniyanın da bütün təzyiqlərinə baxmayaraq, Anadolu 
Mehmetciyi ilə Azərbaycan əsgəri çiyin-çiyinə verərək bu torpaqları xilas 
etmiş və Azərbaycan türklərini azadlığa qovuşdurmuşdu. Türk ordusu 
Azərbaycana heç bir mənfəət güdmədən, doğmaca qardaş köməyinə gəlmişdi. 
Allahın qədər-qisməti, lütfü və bir də Türk əsgərinin Azərbaycan sevgisinin, 
cəsarət və qəhrəmanlığının nəticəsi idi ki, sərhədlərinin dördbir yanında 
dünyanın az qala bütün gücləri ilə savaşda ağır məğlubiyyətlərə düçar olan 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə