Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə45/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   39   40   41   42   43   44   45   46   47

Qafqaz Universiteti, Türk 
Dili və Ədəbiyyatı Kafedrasının müəllimi  Erdal Karamanın “Azərbaycanda 
Bir Türk Məzarı” adlı məqaləsindən bir hissəni burada həm Türk 
Mehmetciyinin, Türk Şəhidinin, həm də Nuru Paşanın obrazı, Azərbaycan 
sevgisi olduğu üçün bu başlıq altında verməyi borc və gərəki sayıram. Sadə, 
təbii, təsirli olmaqla yanaşı, həm də  real tarixi fakta söykənən mənbələrdən 
olduğu üçün (forum.azeri.net/azerbaycanda-bir-turk-mezari).  
“Türk ordusu, Bakı və digər bölgələrdəki döyüşlərdə yüzlərlə şəhid verdi. Bu 
cəbhələrdən birisi də Şamaxıdır. Şamaxı yaxınlarında şəhid olan bir Türk 
zabitinin yaralanmasından şəhid olmasına qədər keçən müddət zərfində 
müxtəlif duyğulu anlar yaşandı. Şamaxı ətrafında gedən döyüşlərdə şəhid 
olan, bu əsgərin adı bəzi qaynaqlarda İzzət, bəzi qaynaqlarda da Qadir kimi 
bilinir. Əsgərin dastanı dövrümüzə qədər söylənilir. Rütbəsi mayor olan 
əsgərin şəhid olmasını Əlfayim Əziz, “Azadlıq naminə” adlı kitabında belə 
yazır:  
İzzət Bəy, Aşot adındakı bir düşmənin atəş açması nəticəsində yerə 
yıxılır. Ağır yaralanan mayorun köməyinə ətrafda yaşayan insanlar gəlirlər. 
Əsgərimiz yaralananda orada olan Gülsabah adlı bir qadın, hadisəyə 
əvvəlindən bəri şahid olur. Başörtüsünü çıxarıb əsgərin yarasını bağlamaq 
istəyir.  
İzzət Bəy:  


“Bacım qolumdan möhkəm tut, mən mərmini çıxardım” deyir.  
Mərmini çıxardır. İzzət bəy, Gülsabahdan cibindəki dəsmalı çıxartmağı 
istəyir. Gülsabah dəsmalı İzzət bəyə verir. Mərmini dəsmalın içinə qoyduqdan 
sonra, İzzət Bəy: “Hər şey qaydasındadır, yaramı bağlamağa ehtiyac yoxdur. 
Qanım bu torpağa axsın.” deyir.  
Halsız halda yerdə uzanan İzzət bəy, silah səslərinə ayılır. Türk 
ordusu gəlib çıxır. Əsgərlər İzzət bəyi vuran əsgəri həmin döyüşdə vururlar. 
Ordunun gəlməsinə İzzət bəy çox sevinir. Qarşısında Nuri Paşanı görüb 
həyəcanlanır. Nuri Paşa İzzət bəyin yanına yaxınlaşır, İzzət bəyin başını 
dizlərinə qoyur. Artıq İzzət bəy son anlarını yaşayır. Nuri Paşaya: “Paşam bir 
Türk paşasının dizləri üstündə can vermək mənim üçün böyük bir şərəfdir.” 
deyir.  
Nuru Paşa: (onu təsəlli etmək üçün) “Sən yaşayacaqsan, daha çox 
zəfər qazanacaqsan” cavabını verir.  
Ancaq, İzzət bəy son anlarını yaşadığını hiss edir. Əldən düşmüş 
halda uzanan mayorun ətrafında hər kəs diz çökür, Şeyx Muhsin Quran 
oxumağa başlayır. İzzət Bəy vətənindən minlərlə kilometr uzaqda ölüm-qalım 
savaşı verən soydaşlarına kömək etməyin hüzurunu yaşadığı anlarda sakit bir 
halda oxunan Quranı dinləyir. Orada olan insanlar bu səhnə qarşısında 
duyğularına hakim ola bilməyib gözyaşları axıtdıqlarına şahid olunur. İzzət 
Bəy, bir an doğrulur və yanındakılardan haqlarını halal etməsini istəyir. 
Cibindəki dəsmalı çıxarıb Nuru Paşaya:  
-Paşam! Atam, Anadoluda torpaqlarımızı qorumaq üçün vuruşurdu 
və ağır yaralandı. Vücuduna dəymiş mərmini güclə çıxardıqdan sonra, 
yanındakı silahdaşlarına, “Bu mərmini oğluma verin, mən vətənim üçün 
qəhrəman kimi vuruşdum, ölkəm üçün canımı verirəm. Ona deyin məni 
yaralayan bu mərmini yanında gəzdirsin və bunu iki etsin” deyir və 
vücudundan çıxan mərmi ilə ekiz qardaşlar kimi görünən şəhadət nişanlarını 
göstərərək: -“Paşam! Atamın vəsiyyətini yerinə yetirdim. Onun söylədiyi 
kimi mərmini iki etdim. Hələ mərminin üzərindəki qanım qurumadı. Siz də bu 
mərmini alın oğluma verin, ona atasının da qəhrəman kimi vuruşduğunu sonra 
şəhid olduğunu deyin, bu mərmiləri üç etməsini söyləyin.” deyir. Son 
sözlərini söyləyən İzzət Bəy vurulduğu yerdə dünyaya gözlərini yumur.  
Yerli camaat və türk əsgərləri İzzət Bəy yaralananda onu Şamaxıya 
aparmaq istəyir, ancaq o həmən yerdəcə dəfn edilməsini vəsiyyət edir. Onun 
vəsiyyətindən sonra öz vətəni olaraq gördüyü torpaqlara, Şamaxı 
yaxınlığındakı Acıdərədə dəfn edilir. O gündən bu günə qəbrin adı “Türk 
məzarı” kimi yad edilir.  
Türk məzarı ilə əlaqədar araşdırmalarımızda qarşımıza Bəxtiyar 
İsmaili (Türkcanlı) çıxmaqdadır. Bu şəhid məzarı ilə Dr. İsmailinin adı sanki 
eyniləşmişdir. Onun söylədiklərinə görə sonradan işğalçılar məzarı bir neçə 


dəfə ləğv etmək istəyirlər. Buna çalışanlar hökumət nəzdində hərəkət etsələr 
də istəklərinə nail ola bilmirlər. Dəfələrlə müxtəlif təhriflərə uğrasa da xalq 
tərəfindən təmir edilir. Qəbir daşı ilk dəfə Şamaxı qəsəbəsi yerli hökumət 
nümayəndəsi tərəfindən tikdirilir. Bu xeyirxah insan 1928-ci ildə həmən 
xeyirxahlığına görə öldürülür. Qəbrə xalqın sahib çıxması ilə yanaşı şairlər də 
şerləri ilə öz vəfa borclarını yerinə yetirmişlərdi. O dövrdə rejimin təzyiqinə 
görə şəhid əsgərə kifayət qədər diqqət yetirmədiklərini, bu duyğularını 
qəlblərində saxladıqlarını Azərbaycanlı şair Qabil bu misralarla dilə gətirir:  
 
Türkün qəbri  
 
Qədim Şirvan yollarının  
Üstündədir.  
Azərbaycan torpağının,  
Altında yox,  
Sinəsində,  
Köksündədir,  
Qollarının üstündədir.  
Mən bu qəbrin dövründə  
Yetmiş bir il lal olmuşam,  
Kar olmuşam,  
Yetmiş bir il  
Bu kiçik bir zaman deyil  
Bu qəribin  
Muzdaribin  
Bu əsgərin  
Bu yavərin  
Şəhid ruhu,  
Şanlı ruhu hüzurunda  
Xəcalətdən xar olmuşam.  
Türk sözünü,  
Türk adını  
Dilimizə gətirmək də cinayətdi.  
Türkün qəbri  
Həsrət qaldı.  
Anaların bacıların  
İsti gözyaşına  
Gözyaşını bulud sıxdı  
Yağış yağdır başdaşına  
Türkün qəbri həsrət qaldı  
Anaların bacıların  


Ağısına.  
Buna rəva görmərəm heç  
Düşmənimin də düşməninə.  
Türkün qəbri həsrət qaldı  
Anaların bacıların qara matəm libasına.  
Sonrakı dövrdə qərib qalan qəbrə xalqın diqqəti davam etmiş, ətrafını 
Şamaxılı, Məhəmməd adlı bir sürücü düzəltmişdir. Daha sonra eyni şəkildə 
Şamaxılı Babaxan Rzaxanov adlı başqa bir sürücü də məzarın ətrafına dəmir 
düzəltdirmişdir. Babaxan 1964-cü ildə tutulur, dindirildikdən sonra altı gün 
saxlanılır, o dövrdə Türkiyə ilə Sovet İttifaqı arasındakı əlaqələrin 
yumşalması nəticəsində Babaxan azadlığa buraxılır. Sonrakı dövrlərdə 
Bəxtiyar İsmailinin (Türkcanlı) oğlu Atilla tərəfindən təmir edilən qəbrə Türk 
bayrağı da həkk olunur.  
 
Məzarın başına bu misralar yazılır:  
 
Bir Türk qəhrəmanındır bu məzar,  
Gör necə yer ilə yeksan eləyibdir haqzar,  
Qafqaz İslam yolunda eyləyib zinhar canın  
Ərsəni hərb içrə bir aslanındır bu məzar.  
 
Xalq tərəfindən məzar, tez-tez ziyarət edilir.  
Bəxtiyar Vahabzadə “Tənha məzar” şerindən bir neçə misranın yazıldığı 
lövhə ilə birlikdə yolçuların yanından keçəndə görə biləcəkləri yerə asdırması 
ilə yanaşı məzarın ətrafını da düzəltdirir. Vahabzadənin yolçulara səsləndiyi 
şeir belədir:  
 
Yolun kənarında tənha bir məzar  
Üstündə nə adı var nə soyadı.  
Ey yolçu, maşını saxla bu yerdə  
Soruş kimdir yatan tənha yerində.  
 
O bir Türk zabiti qəhrəman, mətin  
Doğma qardaşına yardıma gəldi.  
Qırğına tutulan millətimizin  
Haqlı savaşına yardıma gəldi.  
 
Uzaqdan hay verib sənin səsinə  
Gəldi, gəldi dönmədi öz ölkəsinə.  
Düşmən səflərini, o soldan sağa  
Biçib dəstəsi ilə cəbhəni yardı.  


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə