Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

                         
 
 
Ankaradan gələn İçişləri bakanı partlayışdan sonra Nuru Paşanın fabrikində 
olmuşdu  
 


 
 
Nuru Paşanın Sütlücədəki silah fabriki partlayışdan sonra 
        *** 
 
 
 
 
 
 
Xilaskar Nuru Paşa 
 
 
 
İlk növbədə Hərbi nazir Ənvər Paşanın təkidi ilə Qafqaza ordu 
göndərmək qərarı verilir və öz qardaşı Nuruya diviziya generalı, ardınca da 
Paşa rütbəsi verib qısa zamanda Qafqaz İslam Ordusu yaratmağı tapşırır.  
25 May- Nuru Paşa komandanlığında Osmanlı ordusunun Gəncəyə 
qədəm qoyduğu gündür. M.Ə.Rəsulzadə yazırdı: “Gəncə Nuru Paşanı göydən 
enmiş mələk kimi qəbul etmişdi. Xalqın ona göstərdiyi istiqlal Gəncə 
tarixində görünməmişdi.” 


Qafqaz İslam Ordusu yerli birliklərlə daha da gücləndirildi, ərzaq, at, 
yem tədarükü görüldü, qısa və sürətli hərbi hazırlıqdan sonra Gəncədən 
hərəkətə başlandı, 3-cü Ordu komandanı Vəhib Paşanın Tiflis-Qazax 
səmtindən göndərdiyi batalyon da yardım üçün yola düzəldi. İyunun 28-də ilk 
cəsarətli hücumla Qaraməryəm, Göyçay, ardınca da Ağsu, Kürdəmir 
quduzlaşmış erməni-rus hərbi birliklərindən təmizləndi. İyulun 31-də Qafqaz 
İslam Ordusunun ilk hissələri artıq Bakı həndəvərindəki “Qurd qapısı”nda 
dayanmışdı.  
Gəncədən üzübəri qarşısına keçən təpədən dırnağadək silahlanmış 
seçmə rus-erməni birliklərini darmadağın edərək coşqun əhval-ruhiyyə ilə 
Bakıya çatan Qafqaz İslam Ordusu burada öz qanlı hakimiyyətini qurmuş 
bolşevik-daşnak hökumətini həm qorxudur, daha da vəhşiləşdirir, həm də 
müdafiə tədbirlərini artırmağa vadar edirdi. Üstəlik, bu zaman Şaumyanın 
başçılıq etdiyi bolşevik-daşnak hökumətini sevindirən hadisə də baş verdi: 
general Denstervillin komandanlığı ilə 1500 əsgərdən ibarət 39-cu ingilis 
briqadası 4-7 avqust 1918-ci ildə Ənzəlidən gəmi ilə Bakıya gəlib çatdı. 
İşğalçı qüvvələr bununla xeyli güclənmiş oldu. Türk Ordusunun birinci Bakı 
hücumu ərəfəsində qüvvələr nisbəti işğalçı yadellilərin xeyrinə idi. Üstəlik 
Bakı uğrunda başlayan həlledici döyüşlər I Dünya müharibəsinin də ən ağır, 
həlledici dövrünə təsadüf edirdi, hərbi-siyasi vəziyyət  Bakının tez bir 
zamanda işğaldan azad olunmasını zəruri edirdi. Düşmənə təzədən 
cəmləşmək, yeni qüvvə, güc toplamağa imkan vermək olmazdı. 
  
Şiddətli top atəşinin köməyi ilə avqustun 5-də saat 04:25-də başlayan 
hücum qarşısında erməni, rus və ingilislər çox güclü müqavimət göstərdilər. 
Ancaq türk qoşunlarının getdikcə şiddətlənən hücumu bu müqaviməti 
qırmağa başladı və düşmən birlikləri hissə-hissə geri çəkilməyə məcbur oldu. 
Düşmənin bir müdafiə xətti pozulmuş, ikinci müdafiə xəttinə yanaşılmış və 
Bakının qurtulmasına lap az qalmışdı. Lakin Türk qoşunları əvvəlcədən 
davamlı hücum üçün kifayət qədər top mərmisi hazırlamadığına görə 
irəliləyən piyadalara açılan atəşlər getdikcə azalmağa başladı və düşmənin 
əks-hücumla türk birləşmələrini Bakıdan 4 kilometr məsafədə yerləşən 
Bibiheybət - Biləcəri dəmir yolunun qərbinə doğru çəkilməyə məcbur etdi. 5 
avqust döyüşündə düşmənin ölü və yaralı sayı 2 min oldu. Nuru Paşanın 139 
əsgəri,  9 zabiti şəhidlik mərtəbəsinə ucaldı, 444 əsgər, 19 zabit yaralandı. 
Hazırlığı gücləndirmək, arxadan gələn qüvvələri gözləmək üçün geri  
çəkilmək qərarı verildi. Hücumun dəf edilməsi düşmən cəbhəsində ruh 
yüksəkliyinə səbəb oldu. 6 avqustdan etibarən Bakıda əli silah tutan 15-65 yaş 
arasında olan kişilər əsgəri xidmətə çağırılaraq məcburən silahlandırıldı. 
Əsgər getmək istəməyənlərdən 600 nəfərdən çoxunu erməni qaniçənləri 
yerindəcə güllələndi.  


Azərbaycan aydınları, elm, ədəbiyyat, sənət adamları, din xadimləri Bakının 
alınması işinin uzanmasından, dinc əhaliyə qarşı davam edən qırğınlardan 
ciddi narahat olaraq, Türk əsgərlərinin ruh yüksəkliyini qaldırmaq və onları 
daha da cəsarətləndirmək üçün avqustun 10-da şəhərin  müsəlman türk əhalisi 
adından Türk əsgərlərinə müraciət hazırladılar.  
"Neft və milyon səltənəti adlanan Bakının qapıları önündə neçə 
gündür qələbə quşunun qanadlarını tutmaq istəyən türk ordusuna. 
Bu gözəl şəhəri zəbt edə bilməsəniz, türkün və onun ordusunun 
şərəfini indi dayandığınız xəndəklərin içində basdırmış olacaqsınız. Əgər siz 
bu sərvət və qızıl şəhərini zəbt edə bilməsəniz, Qafqaz türkləri və Türküstan 
müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə "Heyif ki, Türk bizə 
köməyə gəlmədi" cümləsi yazılacaq. Qafqaz fəryad edəcək, Türküstan 
ağlayacaq. Əgər siz bu böyük İslam şəhərini zəbt edə bilməsəniz, Allah 
deyənləri ortadan qaldırmaq istəyən düşmənlər qabaqdan və arxadan sizi 
əhatə edəcək və qıcanmış dişlər yeni zülmlər üçün alovlanmış olacaqdır. 
Əgər siz dəmir quyulardan dünyaya sərvət axıdan bu hərb şəhərini zəbt edə 
bilməsəniz, tarix qarşısında utanaraq yerə baxacaqsınız. Və bütün dost-
düşmən ölkələrdə ən kiçik evdə, ən işsiz adamların belə dillərinin əzbəri 
olan Bakı şəhəri uğrunda savaşın pərişanlığı Türklərin pərişanlığı ilə sona 
çatacaqdır. Düşmənlər böyük və çox böyük bir zəfərin açarını ələ 
keçirdiklərini bəlkə də bir az haqlı olaraq elan edəcəklər. Dostlar isə belə 
bir itki üçün peşmanlıqlarını gizlətməyəcəklər və bizi kədərləri ilə məhv 
edəcəklər. 
Ey Türk əsgəri! Əgər sən bu şəhəri almazsan, Bakıda sənin üçün 
hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən geyimi düşmənin 
geyinəcək. Sənin üçün verilən qurbanlar qəbul edilməyəcək, sənin üçün 
kəsilən qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri ala bilməsən
İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək İslam qanı 
qırmızı şərablar kimi vəhşi işgəncələrin yolunda axacaqdır. Sənin zəfərin 
üçün dua edən əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu şəhəri ala bilməsən, 
qadınlar saçlarını yolacaq, ağlını itirəcəkdir. İndiyə qədər axan qanlar boş 
yerə axmış olacaq, sən də bu toz-torpaqlı yerlərdə pərişan və səfil 
olacaqsan. Türkün gözlərini çıxarıb iplərə düzən düşmənləri 
şənləndirəcəksən. Fəqət sən, ey Türk əsgəri! İngilislərin gücünü öz gücünlə 
Çanaqqalada darmadağın etdin. Ən böyük döyüş gəmilərinin böyük 
mərmilərinə sinə gərdin. Quttuləmmarədə 14000 əsir götürdün. Qarsendəki 
düşmənin çoxunu, erməniləri bəlkə Azərbaycandan, Qarsdan bəri qabağına 
qataraq bu şəhərə qədər sıxışdırdın. Türk adını yüksəldən Çanaqqala, 
Quttuləmmarə, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri 
də igidlik tacının bir almaz qaşı olacaqdır. Al Bakını! Vətənə bir almaz 
ərməğan et!" 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə