Avropaya açılan qapı
17
16
Bilik və innovasiyalar Niderlandı irəliliyə çəkir.
İqtisadiyyat, ticarət və kənd təsərrüfatı |
Photo: Marijke Volkers
|
Ümumi terminal gücü təqribən 420 milyon tona
bərabər olan Avropa nəhəngi Rotterdam dünyada
ən böyük limanlardan biridir. Bu liman Avropanın
dünyaya çıxış imkanı yaradan qabaqcıl limanlarının
sırasındadır. Kontinentin iqtisadi mərkəzində, Şimal
dənizində yerləşən və Avropanın sahil zolağından
uzaq regionları ilə birbaşa əlaqəyə malik olan “Əsas
Rotterdam limanı” dünyada ən işgüzar limanların
biridir. Konteynerlərin transdaşınması ilə yanaşı,
tarasız malların və neft tankerlərinin yüklənib yola
salınması da limanın işlərinin əsas hissəsini təşkil
edir. İstehsalın həcminin artırılması ilə bağlı olaraq
öz iqtisadiyyatının inkişaf etdirilməsi sayəsində
Rotterdam uzun müddətdir ki, yanacaq neft
alıcılarının baş çəkdiyi sevimli bir limana çevrilmişdir.
Bir çox illər öncə Hollandiyalı insanların çoxunun
ağac padoşlu ayaqqabılar hazırlayaraq satdıqlarına
baxmayaraq ölkənin kənd təsərrüfatı sektoru dünyada
rəqabətə ən davamlı sektorlardan biridir. Biz ABŞ-
dan sonra dünyanın kənd təsərrüfatı məhsulları
ixrac edən ikinci ən böyük ölkəsiyik. Yenilik və ciddi
qanunvericilik sayəsində Hollandiyalı fermerlər,
satış üçün meyvə və ya tərəvəz yetişdirən bağbanlar
və ya tərəvəzçilər və qida məhsulları emal edən
şirkətlər təbii, sağlam ərzağın etibarlı istehsalçılarıdır.
Dünyanın öncül kənd təsərrüfatı təcrübəsinin
mərkəzlərindən biri olan Vaqeninqen universiteti kimi
qabaqcıl elmi institutlarımız da özlərinin əhəmiyyətli
töhfəsini verməkdədir.
Ərzaq texnologiyası, kənd təsərrüfatı və bağçılıq/
bitkiçilik sahəsində yeniliklə yanaşı, standart
müəyyənləşdirən Hollandiya həm Avropada, həm
də Avropadan kənarda maddi-texniki təchizat
və suyun idarə olunması sahəsində də standart
müəyyənləşdirir. Çoxlu təsis olunmuş və yaradılan
şirkətlər biotexnologiya və bioloji elmlər sahəsinə
keçirlər. Onlar ölkənin müasir kənd təsərrüfatının,
güclü kimya sənayesinin və yüksək dərəcədə inkişaf
etmiş səhiyyə sektorunun böyük ehtiyatlarından
yararlanırlar.
Davamlı inkişaf edən nəhənglər arasında heç kəs
Hollandiyanın dünyanın Filips, Heyneken, Akzo
Nobel, DSM və Yunilever kimi qabaqcıl beynəlxalq
korporasiyaların bir neçəsini yaratmışdır və
beynəlxalq maliyyə sektorunda güclü bir mövqeyə
malikdir. Bu da bir faktdır ki, Hollandiyada yaradılmış
beynəlxalq korporasiyalar davamlı inkişaf sahəsində
yaxşı nüfuza malikdirlər. Məsələn, Akzo Nobel
korporasiyası kimya sənayesinə dair siyahıya başçılıq
edir. Filips korporasiyası şəxsi gigiyena və məişət
avadanlıqları üçün bazarda uğur qazanır. Və Yunilever
korporasiyası qida məhsulları və içkilər istehsal edən
şirkətlərin siyahısına başçılıq edir. Biz bunların hamısı
ilə fəxr edirik.
subkoppen?
18
| İqtisadiyyat, ticarət və kənd təsərrüfatı
19
|
Sağlam olmayan pəhriz piylənməyə və
ürək-damar xəstəliklərinə səbəb ola bilər.
Ona görə də Hollandiyanın ərzaq sənayesi
təhlükəsiz, sağlam məhsullar və davamlı
istehsal üsulları üzərində işləyir. Şirkətlər
özlərini davamlı bir şirkət kimi tanıtmağa
həvəslidirlər. “Sağlam seçimi istehlakçı
üçün ən asan seçimə necə çevirirsiniz?
Bu, əksər şirkətlər üçün vacib bir sualdır”,
deyə hökumət tərəfindən qismən
maliyyələşdirilən Ərzaq və Qidalanma üzrə
Baş İnstitutun (TIFN) icraçı direktoru Jan
Maat bildirir.
Vahid tərəfdaşlıq
Hollandiya transmilli şirkətləri probiotika
tədqiqatlarına, məsələn bağırsaqlardakı
floranı sağlam saxlamaq üçün nəzərdə
tutulmuş içkilərin layihələndirilməsinə,
yaxud dada (tama) təsir etmədən qidanın
tərkibində olan duz və şəkəri azaltmağa
sərmayə qoymaq həvəsindədirlər.
Niderland bu məsələlər üzrə xeyli irəlidədir.
“Dünyanın heç bir yerində sənaye ilə
tədqiqat institutları arasında bu səviyyədə
tərəfdaşlıq yoxdur”, Jan Maat deyir. Bu
tərəfdaşlıqlar və onların nəticələri də
irimiqyaslı xarici sərmayədarları, məsələn,
İsveçrənin “Nestlé”, Fransanın “Danone”
və Amerikanın “Kellogg” şirkətlərini cəlb
etmişdir.
Biliyə sərmayə qoyulan
illər
Ərzaq Niderlandın əsas gəlir mənbəyidir.
Bizim ərzaq sənayemizin illik dövriyyəsi
təxminən 53 milyard avro təşkil edir ki,
onun 21%-i ixracdan əldə edilir. Biz həm
də qidalanma üzrə də xeyli məlumatlıyıq.
Digər Avropa ölkələri 1930-cu illərin
iqtisadi böhranı dövründə ticarət sədləri
quran zaman, Niderland öz sərhədlərini
açıq saxlamış və ərzaq, qidalanma və
fermerlik sahəsində biliklərə sərmayələr
qoymuşdur. Nəticədə isə Wageningen
Universiteti indi beynəlxalq ərzaq
sektorunun əsas iştirakçısıdır.
Lakin tədqiqata sərmayə qoyan yalnız
iri, transmilli şirkətlər deyil. Daha kiçik
şirkətlər də fərdi tədqiqatlara abunə ola
bilərlər. Bütün bu sərmayələr aparıcı
jurnallarda tədqiqat nəticələrinin
müntəzəm çap edilməsi ilə nəticələnir.
Birlikdə işləmə bacarığı
“Yaddan çıxarmayaq ki, hollandiyalılar
birlikdə işləməkdə mahirdilər”, Jan
Maat deyir. “Bu da şübhəsiz ki, bizim
uğurumuzun əsas səbəblərindən biridir.
Biz həll variantını münaqişə yolu ilə deyil,
əməkdaşlıq yolu ilə axtarırıq. İri rəqib
şirkətlərin burada olduğu kimi bir araya
gəlmələri kifayət qədər nadir bir haldır.
Həqiqətən də birlikdə biz yenilik gətiririk”.
Daha sağlam, təhlükəsiz və davamlı qida. Hollandiya
şirkətləri bunu istəyirlər və buna görə də bu tədqiqatlara
xeyli sərmayə qoyurlar. Onlar Niderlandı ərzaq və qida
üzrə məlumatlılıq sahəsində dünya liderinə çevirməyə
kömək etmişlər. Xarici alimlər və transmilli şirkətlər
hollandiyalıların tədqiqatlarında çox maraqlıdırlar və bu
sahəyə sərmayə qoymağa həvəs göstərirlər.
Transmilli şirkətlər Hollandiyanın
qida tədqiqatlarına sərmayə qoyurlar!
Biz sağlam
qida istəyirik!
“Gələcəyin Restoranı”nda
yeməkdən təklikdə ləzzət
almaq mümkün deyil. Burada
hər təam etdiyiniz bir tikə
qeydə alınır. Məsələn, bax bu
artikuloqraf müxtəlif çeynəmə
davranışının təsirlərini və
sizin ərzaqa baxma tərziniz
qiymətləndirir. Bu, unikal
bir restorandır və dünyada
tədqiqatçıların yemək yeyənlərə
uzun müddət nəzarət edə
biləcəkləri yeganə yerdir.
Burada hər şeyə nəzarət
edilir: restoranın planı və
bəzəyi, işığın təsiri, təqdimat,
restoranın daxilindəki yollar,
xörəyin dadı, qablaşdırma,
hazırlama və s. Bu, yeni
məhsulları sınaqdan keçirmək
istəyən ərzaq istehsalçılarına,
o cümlədən qonaqların yemək
adətlərini öyrənən alimlərə
böyük imkanlar yaradır.
İstehlakçıların seçim və
tələblərinin tədqiqi getdikcə
daha da vacib olur. Məhsulun
inkişafına və marketinqə külli
miqdarda vəsait sərf olunur.
Eyni zamanda, yeni məhsulların
uğursuzluq faizi də yüksəkdir,
onların əksəriyyəti bir il ərzində
sıradan çıxır. Bu isə onları
əvvəlcədən sınaqdan keçirmək
üçün əsl səbəbdir. “Ofisiant,
bu yeməkdən yenə verə
bilərsinizmi ?”
“Gələcəyin Restoranı”
Wageningen Universiteti,
“Sodexo” iaşə şirkəti, “Noldus
İT” proqram tərtibatı şirkəti və
“Kampri” iaşə mətbəxlərinin
təchizatçısı tərəfindən təşkil
edilmişdir.
tibbi
qurmanlar
Laboratoriya restoranına xoş gəlmisiniz”
Photo: Marijke Volkers
ageningen
universiteti
ərzaq tədqiqatları
sahəsində yaxşı
beynəlxalq nüfuza
malikdir”
‘W