Hüquqlarımız, azadlıqlarımız
AHİM-in tədrisi
Hüquqlarımız diqqət mərkəzində
8
Maddə 9:
Fikir, vicdan və din
azadlığı hüququna
maliksiniz.
Maddə 9 hər kəsin fikir, vicdan və din azadlığını müdafiə edir. Bu hüquqlar, eləcə də
dinini və əqidəsini dəyişmək hüququ, toxunulmazdır. Bütün tanınmış etiqad sistemi
Maddə 9 ilə müdafiə edilir.
... öz dininə azad şəkildə ibadət etmək hüququ:
dövlətlər Maddə 9 ilə müdafiə olunan bu hüququ
dəstəkləməlidir.
1993-cü ildə, Məhkəmə
Kokkinakis Yunanıstana qarşı
işində Maddə 9-un pozulduğunu qeyd etmişdir. Yeho-
va Şahidi olan Minos Kokkinakis prozelitizmə görə 60
dəfədən çox həbs edilmişdir.
... dövlət neytrallığı: dövlət hər hansı dini icmanın daxili
işlərinə müdaxilə etməməlidir.
2000-ci ildə, Məhkəmə
Hasan və Çauş Bolqariyaya qarşı
işində Maddə 9-un pozulduğunu qeyd etmişdir. Bolqarıstan
musəlmanlarının keçmiş baş müftisi və Quran muəllimi
olan ərizəçilər müsəlman icmasının rəhbərliyinin və
nizamnaməsinin dəyişdirilməsi ilə bağlı Bolqarıstan dövlət
orqanlarının qərarından şikayət etmişdir. Məhkəmə
müsəlman icmasının daxili təşkilatçılıq işlərinə və
ərizəcinin din azadlığı hüququna mudaxilə olunduğunu
qeyd etmişdir.
PRAKTİKADA,
fikir, vicdan və din azadlığına daxildir....
Fikir, vicdan
və din
azadlığı
Hüquqlarımız, azadlıqlarımız
AHİM-in tədrisi
Hüquqlarımız diqqət mərkəzində
9
... mətbuat və yayım media azadlığı: Azad və müxtəlif
mətbuat olmadan demokratik cəmiyyət ola bilməz. Maddə
10 ilə təmin olunan söz azadlığı dövlət və ya əhalinin hər
hansı təbəqəsində şok, təhqir və narahatlıq hissləri doğuran
məlumat və fikirlərə da tətbiq edilir. Dövlətlərin bu hüqu-
qu müdafiə etmək öhdəliyi var.
2008-ci ildə Məhkəmə
Lopes Qomes da Silva Portuqa-
liyaya qarşı işində Maddə 10-un pozulduğunu qeyd
etmişdir. Ö dövrdə gündəlik
Publico qəzetinin meneceri
olan Viçente Xorxe Lopes Qomes dq Silva böhtana görə
məhkum edilmişdi. Məhkəmə söz azadlığının mətbuat
üçün xüsusi əhəmiyyət kəsb etdiyini və ictimai fəaliyyət
göstərən şəxs qismində çıxış edən siyasətci ilə bağlı
qəbul edilə bilən tənqidi yanaşmanın sərhəddinin
daha geniş olduğunuxususilə qeyd etmişdir
Bunun əksinə olaraq, 2009-cu ildə
Times News-
papers Ltd Birləşmiş Krallığa qarşı (N° 1 və 2)
işində Məhkəmə internetdə böhtan xarakterli
arxivləşdirilmiş məqalələrin nəşriniə görə qəzeti
mühakimə etmənin Konvensiyaya qarşı olmadığını
bildirdi.
... məmurların söz azadlığı: Konvensiya məmurların
vəzifə borcunu nəzərə alaraq və müstəsna hallarda onları
söz azadlıqlarının məhdudlaşdırılmasına qarşı mudafiə
edir.
1995-ci ildə Məhkəmə
Vogt Almaniyaya qarşı işində
Maddə 10-un pozulduğunu qeyd etmişdir. Ərizəçi Alman
Kommunist Partiyasının üzvü kimi siyasi fəaliyyətinə görə
dövlət qulluğundan azad edilməsinin onun söz azadlığını
pozduğunu söyləyir. Məhkəmə ərizəcinin işdən azad
edilməsinin qeyri-proporsional cəza olduğuna qərar verdi.
Maddə 10:
Fikrinizi
məsuliyyətli şəkildə
və yazmaq, eləcə
də, başqalarından
informasiya
almaq və ya
vermək azadlığına
maliksiniz. Bura
mətbuat azadlığı
da daxildir.
Konvensiyanın 10-cu Maddəsi demokratik cəmiyyətin mühüm dayaqlarından olan söz
azadlığını müdafiə edir. Söz azadlığının qorunmasında əsas rol oynayan media xüsusi
müdafiə tələb edir.
Bu maddə tənqid etmək, fərziyyələr və dəyər mühakimələri etmək, eləcə də fikri olmaq
hüquqlarını müdafiə edir.
PRAKTİKADA,
söz azadlığına daxildir....
Söz
azadlığı
Hüquqlarımız, azadlıqlarımız
AHİM-in tədrisi
Hüquqlarımız diqqət mərkəzində
9
... ictimai birlikdə görüşmək azadlığı: Dövlətlər
Maddə 11 ilə müdafiə olunan bu hüququ təmin
etməlidir.
2007-ci ildə məhkəmə
Ramazanova və başqaları
Azərbaycana qarşı işində 11-ci
maddənin
pozulduğunu bəyan etmişdir. Ərizəçilər “Bakı evsiz
və zəif sakinlərinin insan hüquqlarının müdafiəsinə
yardım “ Assosiasiyasını yaratmış və bir neçə dəfə bu
təşkilatın qeydiyyatdan keçməsi üçün dövlət orqanlarına
müraciət etmişlər. Məhkəmə Assosiasiyanın qeydiyya-
ta alınmasında yol verilən böyük gecikmə hallarının
ərizəcinin birləşmək azadlığı hüququnu pozduğunu qeyd
etmişdir.
... ictimai yerlərdə dinc yığışmaq azadlığı: dövlətlər dinc
yığışmaq azadlığını təmin etməlidir. Nizam-intizamı təmin
etmək məqsədilə, qanunda nəzərdə tutulduğu təqdirdə, dövlət
orqanlarının ilkin icazəsi legitimdir.
2007-ci ildə Məhkəmə
Mkrtçyan Ermənistana qarşı işində
11-ci maddənin pozulduğunu bildirmişdir. Armen
Mkrtıçyan 2002-ci il may ayında nümayişdə iştirak et-
diyi üçün cərimə ödəməyə məhkum edilmişdir. Həmin
dövrdə Ermənistanda nümayişlərin təşkilinin idarə
edilməsi üçün qanunvericiliyin olmamasını müəyyən
edən Məhkəmə ərizəcinin dinc yığışmaq hüqu-
quna mudaxilənin qanunda nəzərdə tutulmadığı
qənaətinə gəlmişdir.
Maddə 11 :
Sizin dinc toplaşmaq
azadlığınız və
öz maraqlarınızı
müdafiə etmək üçün
həmkarlar ittifaqları
yaratmaq və onlara
qoşulmaq hüququ
da daxil olmaqla,
başqaları ilə
birləşmək azadlığı
hüququnuz vardır.
Maddə 11 hər kəsin toplaşmaq və dinc mitinqlərdə və nümayişlərdə iştirak etmək,
öz hüquqlarını müdafiə edən ictimai birliklər və həmkarlar ittifaqı yaratmaq və
onlara qoşulmaq hüquqlarını müdafiə edir.
Dövlətlər qanuni dinc nümayişlərin müdafiə etmək üçün müvafiq tədbirlər görmək
öhdəliyinə malikdir. İctimai yerlərdə yollarda dinc nümayişləri tənzimləyən qaydalar
vətəndaşları dinc toplaşmaq azadlığı hüququnu icra etməkdən daşındırmamalıdır.
PRAKTİKADA,
toplaşmaq və birləşmək
hüququna daxildir....
Yığıncaqlar və
birləşmək
azadlığı