Hüquqlarımız, azadlıqlarımız
AHİM-in tədrisi
Hüquqlarımız diqqət mərkəzində
6
… məhbusların müdafiəsi: dövlətlər həbsxanalarda
saxlanılan şəxslərin həyatını qorumaq üçün zəruri
addımlar atmalıdır.
2006-cı ildə gedən
Renold Fransaya qarşı
məhkəmə işində Maddə 2-nin pozulduğu
məhkəmə tərəfindən aşkarlanıb. Elen Renold öz
şikayətində qardaşının həyatını qorumaq üçün
Fransa hakimiyyət orqanlarının heç bir lazımı tədbiri
gormədiyini bildirmişdi. Qeyd edək ki, barəsində
həbs qəti imkan tədbiri görüldükdən sonra o, 2000-ci
ilin iyul ayında Bois-d’Arcy həbsxanasının kamerasında
özünü asaraq intihar edib. Bundan əlavə, Məhkəmə ciddi
ruhi xəstəlikdən əziyyət çəkən və intihar etmək riski olan
məhbusların saxlanma şəraitlərindən asılı olaraq xüsusi
tədbirlərə ehtiyac duyduqlarını xatırlatdı.
… ətraf mühitlə bağlı risklərə qarşı müdafiə: dövlətlər
fərdlərin sağlamlığını qorumaq və istənilən ətraf mühit
təhlükəsinin qarşısını almaq məqsədilə zəruri addımlar
atmalıdır.
2008-ci ildə
Məhkəmə Budayeva və başqaları Rusiyaya qarşı
olan işdə Maddə 2-nin pozulduğunu aşkar etdi. Altı ərizəçi
Kabardin-Balkariya Respublikası (Rusiya) ərazisində olan
və Elbrus dağına bitişik dağlıq ərazidə yerləşən Tırnıauz
şəhərində yaşayırdılar. Bu ərazidə torpaq sürüşmələri
1937-ci ildən etibarən hər il, xüsusilə də yay dövründə,
qeydə alınmaqdadır. 2000-ci ilin iyul ayında Tırnıauz
şəhərini məhv etmiş irimiqyaslı torpaq sürüşməsi
baş verdi. Ərizəçilərin əsas ittihamı sürüşmənin baş
verəcəyi ehtimalının böyük olması haqda yerli
əhalinin Rusiya hakimiyyət orqanları tərəfindən
xəbərdar edilməməsi, evakuasiya və təcili yardım
tədbirlərinin, fəlakətdən sonra isə məhkəmə
istintaqının həyata keçirilməməsi oldu.
Yaşamaq_hüququna___maliksiniz'>Maddə 2:
Yaşamaq hüququna
maliksiniz
Maddə 2 – Yaşamaq hüququ
Maddə 2 hərkəsin yaşamaq hüqüqunu qoruyur. Bu, Avropa İnsan Hüquqları
Konvensiyasının ən vacib maddələrindən biri hesab olunur. Çünki, yaşamaq hüqu-
quna malik olmadan Konvensiya tərəfindən müyyən olunmuş başqa hüquqlardan
istifadə etmək qeyri-mümkündür.
Maddə 2 dövlətlər üzərinə bir sıra öhdəliklər qoyur:
Həyatın məqsədli şəkildə (qəsdən) alınmasının dayandırılması öhdəliyi
İnsan həyatının qorunması üçün zəruri addımları atmaq öhdəliyi. Bu isə, insanların
başqalarına zərər verəcək əməllərinin qarşısını alacaq qanun və cinayət cəzalarının
tətbiq edilməsini, ölüm səbəblərinin ətraflı araşdırılmasını tələb edir.
Yaşamaq
hüququ
PRAKTİKADA,
yaşamaq hüququna daxildir…
Hüquqlarımız, azadlıqlarımız
AHİM-in tədrisi
Hüquqlarımız diqqət mərkəzində
6
… dindirmə zamanı polisin kobud rəftarı: Hüquq-
mühafizə orqanları tərəfindən istifadə olunan istintaq
üsulları Maddə 3 ilə təmin edilən hüqüqlara uyğun
olmalıdır.
2007-ci ildə,
Məmmədov Azərbaycana qarşı
məhkəmə işində Məhkəmə Madda 3-ün
pozulduğunu aşkar etmişdir. 2003-cü il oktyabrın
18-də Azərbaycan Demokrat Partiyasının (2003-ci
ilin oktyabr ayında keçirilmiş prezident seckilərini
qeyri-legitim hesab edən müxalif partiyalardan biri)
sədri Sərdar Cəlaloğlu Məmmədov həbs edilib po-
lis bölməsinə aparıldı. Məhkəmə Məmmədova polis
bölməsində işgəncə verildiyini və aidiyyatı orqanların
ərizəçinin bu işgəncə ilə bağlı iddialarını effektiv şəkildə
araşdırmadığını hesab etmişdir.
… ekstradisiya və deportasiya: Məhkəmə bir şəxsin başqa
bir ölkəyə ekstradisiyası və ya deportasiyasının onun üçün
pis rəftarla üzləşmək təhlükəsini artırdığında Maddə 3-ün
pozulduğunu qeyd edə bilər.
2008-ci ildə Məhkəmə
Saadi İtalyaya qaşı məhkəmə işində
Maddə 3-ün pozulduğunu aşkar etmişdir. Bu iş Nassim Saa-
dinin Tunisə ehtimal olunan deportasiyası ilə bağlı idi. Belə
ki, 2005-ci ildə ölkədə olmadığı zaman yerli məhkəmə onu
dinc dövrdə xaricdə fəaliyyət gostərən terrorist təşkilatına
üzvlük və terrorizmə təhriklə ittiham edərək barəsində
20 illik həbs cəzasi vermişdir. Məhkəmə ərizəçinin
Tunisə deportasiya qərarının həyata keçiriləcəyi
təqdirdə Maddə 3-ün pozulacağını bildirmişdir.
Maddə 3:
Heç kəs işgəncəyə,
qeyri-insani və ya
ləyaqəti alçaldan
rəftara və ya cəzaya
məruz qalmamalıdır.
Konvensiyanın 3-cü Maddəsi qeyri-insani və ləyaqəti alçaldan rəftarı bütün
hallarda, o cümlədən terrorizmə qarşı beynəlxalq mübarizə kontekstində, qadağan edir.
Dövlətlərin Maddə 3-ə zidd olan rəftarları cinayət olaraq qəbul edən qanunlar kimi
digər önləyici tədbirləri görmək və hər hansı işgəncə və ya pis rəftar iddialarını əsaslı
şəkildə araşdırmaq öhdəliyi vardır.
İşgəncədən müdafiə hamı tərəfindən tanınmış prinsipdir və beynəlxalq hüquq
çərçivəsində müzakirə mövzusu deyildir. Bu sahədə Birləşmiş Millətlər və Avropa
Şurası (İşgəncələrin qarşısının alınması üzrə Avropa Konvensiyası və İnsan alverinə
qarşı mübarizə haqqında Konvensiya) tərəfindən irəli sürülmüş konvensiyalar
mövcuddur.
PRAKTİKADA,
işgəncələrin qadağan
olunması tətbiq olunur...
İşgəncələrin
qadağan olunması