Hüquq VƏ azadlıqlar praktikada (2013)



Yüklə 4,16 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix25.08.2018
ölçüsü4,16 Mb.
#64130
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Hüquqlarımız diqqət mərkəzində



6

… məhbusların müdafiəsi: dövlətlər həbsxanalarda 

saxlanılan şəxslərin həyatını qorumaq üçün zəruri 

addımlar atmalıdır.

2006-cı ildə gedən 



Renold Fransaya qarşı 

məhkəmə işində Maddə 2-nin pozulduğu 

məhkəmə tərəfindən aşkarlanıb. Elen Renold öz 

şikayətində qardaşının həyatını qorumaq üçün 

Fransa hakimiyyət orqanlarının heç bir lazımı tədbiri 

gormədiyini bildirmişdi. Qeyd edək ki, barəsində 

həbs qəti imkan tədbiri görüldükdən sonra o, 2000-ci 

ilin iyul ayında Bois-d’Arcy həbsxanasının kamerasında 

özünü asaraq intihar edib. Bundan əlavə, Məhkəmə ciddi 

ruhi xəstəlikdən əziyyət çəkən və intihar etmək riski olan 

məhbusların saxlanma  şəraitlərindən asılı olaraq xüsusi 

tədbirlərə ehtiyac duyduqlarını xatırlatdı.  



… ətraf mühitlə bağlı risklərə qarşı müdafiə: dövlətlər 

fərdlərin sağlamlığını qorumaq və istənilən ətraf mühit 

təhlükəsinin qarşısını almaq məqsədilə zəruri addımlar 

atmalıdır.

2008-ci ildə 

Məhkəmə Budayeva və başqaları Rusiyaya qarşı 

olan işdə Maddə 2-nin pozulduğunu aşkar etdi. Altı ərizəçi 

Kabardin-Balkariya Respublikası (Rusiya) ərazisində olan 

və Elbrus dağına bitişik dağlıq ərazidə yerləşən Tırnıauz 

şəhərində yaşayırdılar.  Bu ərazidə torpaq sürüşmələri 

1937-ci ildən etibarən hər il, xüsusilə də yay dövründə, 

qeydə alınmaqdadır. 2000-ci ilin iyul ayında Tırnıauz 

şəhərini məhv etmiş irimiqyaslı torpaq sürüşməsi 

baş verdi. Ərizəçilərin əsas ittihamı sürüşmənin baş 

verəcəyi ehtimalının böyük olması haqda yerli 

əhalinin Rusiya hakimiyyət orqanları tərəfindən 

xəbərdar edilməməsi, evakuasiya və təcili yardım 

tədbirlərinin, fəlakətdən sonra isə məhkəmə 

istintaqının həyata keçirilməməsi oldu.



Yaşamaq_hüququna___maliksiniz'>Maddə 2: 

Yaşamaq hüququna 

maliksiniz

Maddə 2 – Yaşamaq hüququ  

Maddə  2  hərkəsin  yaşamaq  hüqüqunu  qoruyur.  Bu,  Avropa  İnsan  Hüquqları 

Konvensiyasının ən vacib maddələrindən biri hesab olunur. Çünki, yaşamaq hüqu-

quna  malik  olmadan  Konvensiya  tərəfindən  müyyən  olunmuş  başqa  hüquqlardan 

istifadə etmək qeyri-mümkündür.   

Maddə 2 dövlətlər üzərinə bir sıra öhdəliklər qoyur:

 Həyatın məqsədli şəkildə (qəsdən)  alınmasının dayandırılması öhdəliyi

  İnsan həyatının qorunması üçün zəruri addımları atmaq öhdəliyi. Bu isə, insanların 

başqalarına zərər verəcək əməllərinin qarşısını alacaq qanun və cinayət cəzalarının 

tətbiq edilməsini, ölüm səbəblərinin ətraflı araşdırılmasını tələb edir. 

Yaşamaq

 

hüququ

 

PRAKTİKADA, 

yaşamaq hüququna daxildir…



Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Hüquqlarımız diqqət mərkəzində



6

… dindirmə zamanı polisin kobud rəftarı: Hüquq-

mühafizə orqanları tərəfindən istifadə olunan istintaq 

üsulları Maddə 3 ilə  təmin edilən hüqüqlara uyğun 

olmalıdır. 

2007-ci ildə, 

Məmmədov Azərbaycana qarşı 

məhkəmə işində Məhkəmə Madda 3-ün 

pozulduğunu aşkar etmişdir. 2003-cü il oktyabrın 

18-də  Azərbaycan Demokrat Partiyasının (2003-ci 

ilin oktyabr ayında keçirilmiş prezident seckilərini 

qeyri-legitim hesab edən müxalif partiyalardan biri) 

sədri Sərdar Cəlaloğlu Məmmədov  həbs edilib po-

lis bölməsinə aparıldı. Məhkəmə Məmmədova polis 

bölməsində işgəncə verildiyini və aidiyyatı orqanların 

ərizəçinin bu işgəncə ilə bağlı iddialarını effektiv şəkildə 

araşdırmadığını hesab etmişdir. 

… ekstradisiya və deportasiya: Məhkəmə bir şəxsin başqa 

bir ölkəyə ekstradisiyası və ya deportasiyasının onun üçün 

pis rəftarla üzləşmək təhlükəsini artırdığında Maddə 3-ün 

pozulduğunu qeyd edə bilər.

2008-ci ildə Məhkəmə 

Saadi İtalyaya qaşı məhkəmə işində 

Maddə 3-ün pozulduğunu aşkar etmişdir. Bu iş Nassim Saa-

dinin Tunisə ehtimal olunan deportasiyası ilə bağlı idi. Belə 

ki,  2005-ci ildə ölkədə olmadığı zaman yerli  məhkəmə onu 

dinc dövrdə xaricdə fəaliyyət gostərən terrorist təşkilatına 

üzvlük və terrorizmə təhriklə ittiham edərək barəsində 

20 illik həbs cəzasi vermişdir. Məhkəmə ərizəçinin 

Tunisə deportasiya qərarının həyata keçiriləcəyi 

təqdirdə Maddə 3-ün pozulacağını bildirmişdir.

Maddə 3:

Heç kəs işgəncəyə, 

qeyri-insani və ya 

ləyaqəti alçaldan 

rəftara və ya cəzaya 

məruz qalmamalıdır.

Konvensiyanın  3-cü  Maddəsi  qeyri-insani  və  ləyaqəti  alçaldan  rəftarı  bütün  

hallarda, o cümlədən terrorizmə qarşı beynəlxalq mübarizə kontekstində, qadağan edir.

Dövlətlərin  Maddə  3-ə  zidd  olan  rəftarları  cinayət  olaraq  qəbul  edən  qanunlar  kimi 

digər önləyici tədbirləri görmək və hər hansı işgəncə və ya pis rəftar iddialarını əsaslı 

şəkildə araşdırmaq öhdəliyi vardır.

İşgəncədən  müdafiə  hamı  tərəfindən  tanınmış  prinsipdir  və  beynəlxalq  hüquq 

çərçivəsində  müzakirə  mövzusu  deyildir.  Bu  sahədə  Birləşmiş  Millətlər  və  Avropa 

Şurası (İşgəncələrin qarşısının alınması üzrə Avropa Konvensiyası və İnsan alverinə 

qarşı  mübarizə  haqqında  Konvensiya)  tərəfindən  irəli  sürülmüş  konvensiyalar 

mövcuddur.

PRAKTİKADA,  

işgəncələrin qadağan  

olunması tətbiq olunur...

İşgəncələrin

qadağan olunması  



Yüklə 4,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə