Hüquq VƏ azadlıqlar praktikada (2013)



Yüklə 4,16 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix25.08.2018
ölçüsü4,16 Mb.
#64130
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqlarimiz, azadliqlarimiz

  

 



AHİM-in tədrisi

   

İnsan Hüquqları Avropa  

Məhkəməsi necə işləyir

3

Bilirsinizmi?

Hakimlər hər bir dövlətin təklif etdiyi üç 

namizədin olduğu siyahıdan Avropa Şurası 

Parlament Assambleyası tərəfindən seçilir. 

Onlar 9 illik olan və yenilənməyən müddətə 

seçilirlər.



İşə necə baxılır? 

İzahedici plan

Pozuntunun olması ilə  

bağlı qərar

İlk analiz

Pozuntunun olmaması 

ilə bağlı qərar 

= işə xitam verilir



Böyük Palata 

Məhkəmənin 17 hakimdən ibarət 

olan  genişləndirilmiş  strukturu-

dur.  Böyük  Palata  apelyasiya 

işinə və ya ciddi insan hüquqları 

qaldıran məsələlərə baxa bilər.  



Əvəzin ədalətli ödənilməsi  –  

Maddi zərər–  

Qeyri-maddi zərər

Məhkəmə 


dövləti 

məhkum 


etdiyində  və  ərizəçiyə  zərər 

dəydiyini  gördüyündə  əvəzin 

ədalətli  ödənilməsini  həyata 

keçirir, 

yəni 

ona 


dəymiş 

zərərləri  kompensasiya  etmək 

üçün  müəyyən  məbləğdə  pul 

ödənilməsi 

hökmünü 

verir. 


Dəymiş zərər maddi (mülkiyyətin 

və  ya  gəlir  mənbəyinin  itirilməsi) 

və ya mənəvi (əziyyət, şəxsiyyətin 

ləyaqətinə  toxunma,  və  s.)  ola 

bilər.

Qəbuledilməzlik haqqında qərar

= işə xitam verilir



Xahiş qəbul edilmir

= işə xitam verilir



Milli məhkəmələrdə aparılan prosedurlar 

Ölkədaxili hüquq müdafiə vasitələrinin tükənməsi



Məhkəməyə ərizənin göndərilməsi

Qəbuledilənlik meyarları

Xahiş qəbul edilir

= Böyük Palataya göndərilir

Qəbuledilənliyinin və mahiyyətinin  

araşdırılması

İşə yenidən baxılması ilə bağlı xahiş

Pozuntunun olması ilə bağlı son qərar



Məhkum edilən dövlətin öhdəlikləri  

Ən yüksək milli məhkəmənin qərarı

Ölkədaxili 

hüquq müdafiə 

vasitələrinin 

tükənməsi

Avropa 


Konvensiyasına 

əsaslanan 

şikayətlər

Məhkəməyə şikayət 

ərizəsi göndərmək üçün 6 

aylıq müddət

(milli məhkəmənin son 

qərarından sonra)

Konvensiyanın tərəfi 

olan dövlətə qarşı 

şikayətlər

Nazirlər Komitəsi tərəfindən  

araşdırma

Son qətnamə

= işə xitam verilir



Mübahisənin yaranması

İşin Nazirlər Komitəsinə göndərilməsi

Milli səviyyədə aparılan prosedurlar

Avropa İnsan Hüquqları Məhkəməsində aparılan prosedurlar

Qərarın icrası

Qənaətbəxş  

icraat


Qəbuledilənlik 

haqqında qərar

Qənaətbəxş  

olmayan icraat

Kompensasiyanın 

ödənilməsi

(əvəzin ədalətli ödənilməsi)

Fərdi tədbirlərin 

görülməsi

(restitusiya, prosedurun 

yenidən açılması...)

Ümumi tədbirlərin görülməsi

(qanunvericiliyə dəyişikliklər...)

Pozuntunun olmaması 

ilə bağlı qərar



Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Ərizələrə necə baxılır? 



4

Bilirsinizmi?

Məhkəmə qərarının icrası arzu edilən 

nəticələr əldə edilənə qədər Nazirlər 

Komitəsinin nəzarəti altında qalmağa 

davam edir. Nazirlər Komitəsi təşviq, yardım 

və ya lazım gələrsə təzyiq tətbiq edərək 

həll yolları axtarmaqda fəal iştirak edir.  

Komitə məhkəmə qərarının tam şəkildə icra 

olunduğunu düşündüyü zaman görülmüş 

tədbirləri detallı olaraq göstərən "Son 

Qətnamə"ni açıq şəkildə qəbul edir.

Məhkəmə qərar 

verdikdən sonra  

nə baş verir? 

Məhkəmə qərarlarının  

icrası və təsiri 

Məhkəmə qərarlarından sonra dövlətlər tərəfindən 

görülən tədbirlərdən misallar:

  Avstriya televiziya inhisarına son qoydu

  Belçika evsiz insanlar haqqında qanunda dəyişiklik etdi 

və nikahdan kənar doğulan uşaqlara qarşı ayrı-seçkiliyin 

qadağan olunmasına dair tədbirlər gördü 

  Bolqarıstan əqidəsinə görə hərbi xidmətdən imtina edənlər 

üçün alternativ xidmət  yaratdı

  Xorvatiya məhkəmə prosesinin uzunluğuna qarşı səmərəli 

müdafiə vasitələri təqdim etdi 

  Çex Respublikası bankların iflası ilə bağlı yeni qanun qəbul 

etdi 

  Danimarka həmkarlar ittifaqına məxsus olmama haqqında 



qanunu genişləndirdi

  Finlandiya uşaq qəyyumluğu və baş çəkmə hüququna dair 

qanunda dəyişikliklər etdi 

  Fransa, İspaniya və Birləşmiş Krallıq telefon danışıqlarını 

dinləmə haqqında qanun qəbul etdi

  Almaniya şəxsi fotolarının nəşr edilməməsinə dair 

məşhurlara daha çox  hüquq verdi

  Yunanıstan deportasiya qərarını gözləyən əcnəbilər üçün 

saxlama şəraitini təkmilləşdirdi

  Macarıstan təcridxanalarda müvəqqəti saxlanmanın  

uzadılmasına dair  ədalətli qərar vermə prosesi qəbul etdi   

  İrlandiya homoseksual aktları dekriminallaşdırdı

  İtaliya müdafiə vəkillərinin kasasiya məhkəməsi qarşısına 

çıxmasını məcburi etdi

  Latviya seçkilərə namizədlər üçün dil testi ayrı-seçkiliyini ləğv 

etdi


  Moldova Respublikası din azadlığını tanıdı 

  Niderland ruhi xəstələrin həbsinə dair qanunvericilikdə 

dəyişikliklər etdi 

  Polşa İkinci Dünya müharibəsində mülkiyyəti müsadirə 

edilmiş bəzi şəxslərə səmərəli kompensasiya sistemi tətbiq 

etdi 


  Rumıniya məhkəmənin yekun qərarlarının ləğv edilməsinə 

imkan verən müddəaları ləğv etdi 

  Rusiya Federasiyası Çernobıl qurbanlarının sosial rifahının 

təminatını təkmilləşdirdi

  Slovakiya Respublikası uşaqların yerləşdirilməsinə dair  

qanunvericiliyində dəyişikliklər etdi

  Sloveniya polis tərəfindən pis rəftarın qarşısının alınmasına 

dair addımlar atdı

 İsveç ictimai məhkəmə müddəalarına dəyişikliklər etdi

  İsveçrə cinayət məhkəmə sistemi və cinayət prosedurlarını 

yenidən nəzərdən keçirdi 

  Türkiyə milli təhlükəsizlik məhkəmələrində hərbi hakimlərin 

iştirakını ləğv etdi

  Ukrayna diffamasiya haqqında qanununa dəyişikliklər etdi 

  Birləşmiş Krallıq məktəblərdə fiziki cəzanı qadağan etdi

Məhkəmənin  qərarları  məcburi  xarakter  daşıyır:  

Konvensiyanın pozulması ortaya çıxdığı zaman aidiyyatı 

dövlət gələcəkdə buna bənzər Konvensiya pozuntularının 

baş  verməməsi  və  zərərçəkənlə  bağlı  nəticələri 

aradan  qaldırmaq  üçün  tədbirlər  görərək  qərarı  icra 

etməyə  məcburdur.  Məhkəmə  həmçinin  dəymiş  zərəri 

kompensasiya  etmək  üçün  ərizəçiyə  dövlət  tərəfindən 

"əvəzin ədalətli ödənilməsi" şəklində müəyyən miqdar pul 

ödənilməsinə qərar verir. Bu tədbirlərə ərizəçinin həbsdə 

olması  zamanı  azadlığa  buraxılması,  övladı  ilə  təmasın 

yenidən qurulması, ona yaşayış icazəsinin verilməsi və s. 

kimi xüsusi tədbirlər də lazım ola bilər.   

Məhkəmənin  qərarlarının  icrasına  nəzarətə  məsul  olan 

Avropa  Şurasının  Nazirlər  Komitəsi  zəruri  tədbirlərin 

müəyyən edilməsi və onların həyata keçirilməsi zamanı 

üzləşdikləri  problemlərin  həllini  tapmaqda  dövlətlərə 

yardım  edir.  Bundan  əlavə,  o,  eyni  vəziyyətdə  olan 

ərizəçilər  və  digər  şəxslər  üçün  görülən  tədbirlərin 

səmərəliliyini qiymətləndirir. 




Yüklə 4,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə