Hüquq VƏ azadlıqlar praktikada (2013)



Yüklə 4,16 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix25.08.2018
ölçüsü4,16 Mb.
#64130
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Ərizələrə necə baxılır? 



4

Məhkəmə qərarlarından sonra dövlətlər tərəfindən 

qəbul edilmiş fərdi tədbirlərdən misallar:

  Azərbaycanda qeyri-qanuni olaraq işdən qovulan şəxs işinə 

bərpa edildi 

  Bosniya və Herzeqovinada şikayətçinin əmanəti özünə 

qaytarıldı

  Bolqarıstanda Baş Prokuror ədalətsiz hesab edilən məhkəmə 

işinə yenidən baxılmasını istədi

  Xorvatiyada dövlət hakimiyyət orqanları tərəfindən  

ərizəçinin götürülmüş pasportu özünə qaytarıldı

  Kiprdə ərizəçi seçkilərdə  səs verə bildi 

  Çex Respublikasında şikayətçinin  dayandırılmış təqaüdü 

bərpa edildi

  Finlandiyada valideynlər seçdikləri və hakimiyyət orqanları 

tərəfindən rədd edilmiş adı oğullarına verə bildilər  

  Gürcüstanda əsassız şəkildə saxlanılan şikayətçi azad edildi

  Almaniyada nikahdan kənar doğulan və anası tərəfindən 

atılan uşaq atası tərəfindən qəyyumluğa götürüldü 

  Yunanıstanda ərizəçilər məktəb aça bildi

  Macarıstanda tarixçi məxfi sənədlərdən istifadəyə icazə aldı

  Latviyada yaşına uyğun olmayan şəraitdə saxlanılan ərizəçi 

(84 yaş) azad edildi 

  Litvada ərizəçiyə məxsus müvafiq məlumatlar ölkədə 

yaşamağı qadağan edilən əcnəbilərin siyahısından çıxarıldı

  Moldova Respublikasında kilsə tanındı və qeydiyyata alındı

  Monteneqroda ərizəçinin mənzilini qeyri-qanuni mənimsəyən 

şəxs oradan çıxarıldı

  Polşada ərizəçinin böhtana  görə olan məhkumluğu ləğv 

edildi 


  Portuqaliyada ataya oğlunu bir daha görmək icazəsi verildi 

  Rumıniyada milliləşdirilmiş əmlakın keçmiş sahibləri 

əmlaklarını geri almış və ya təzminatla təmin olundu

  Rusiya Federasiyası ərizəçiyə vətəndaşlıq verdi

  Slovakiya Respublikasında ərizəçi atalıq qərarından imtina 

edə bildi  

  İsveçrədə anası tərəfindən götürülərək Mozambikdə gizli 

saxlanılan uşağını atası tapdı 

  Türkiyədə buraxılan partiyanın üzvlərinə qoyulan siyasi 

fəaliyyət qadağası aradan qaldırıldı 

  Birləşmiş Krallıqda ərizəçinin hərbi xidmət dövründə kimyəvi 

testə məruz qalması faktı qalması faktı qəbul edildi və 

nəticədə onun təqaüdü artırıldı 



Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

AHİK-nın sadələşdirilmiş

versiyası

5

Avropa İnsan  

Hüquqları 

Konvensiyası 

Bəzi maddələrin və 

protokolların sadələşdirilmiş 

versiyası 

 

*

Preambulanın xülasəsi 

Avropa Şurasının üzvü olan hökumətlər insan hüquqları 

və əsas azadlıqlara əsaslanan sülh və daha böyük birlik 

naminə çalışırlar.

Bu  Konvensiya  vasitəsilə    onlar  Ümumdünya  İnsan 

Hüquqları  Bəyannaməsində  əks  olunan  hüquqların  bir 

çoxunun  möhkəmləndirilməsi  üçün  ilk  addımları  atmağı 

qərara alırlar.

  Maddə 1 – İnsan hüquqlarına hörmət olunması 

öhdəliyi 

Dövlətlər bu konvensiyada müəyyən olunmuş hüquqları 

hər kəs üçün təmin etməlidirlər.

  Maddə 2 – Yaşamaq hüququ 

Sizin yaşamaq hüququnuz vardır

  Maddə 3 – İşgəncələrin qadağan olunması

Heç kəsin sizi incitmək və ya sizə işgəncə vermək hüququ 

yoxdur.  Hətta  həbsdə  olan    insanın  ləyaqətinə    hörmət 

olunmalıdır. 

  Maddə 4 – Köləliyin və məcburi əməyin qadağan 

olunması

Sizə  kölə  kimi  yanaşmaq  və  ya  sizi    məcburi  əməyə 

məcbur etmək qadağandır.

  Maddə 5 – Azadlıq və toxunulmazlıq hüququ

Sizin azadlıq hüququnuz var.

Əgər sizi həb etsələr bunun səbəbini bilmək hüququnuz var.

Əgər sizi həbs etsələr məhkəmənin tezliklə keçirilməsi və 

ya məhkəməyə qədər azad edilmək hüququna maliksiniz. 

  Maddə 6 – Ədalətli məhkəmə araşdırması hüququ

Sizin  qərəzsiz  və  müstəqil  hakim  tərəfindən  aparılan 

ədalətli məhkəmə prosesi hüququnuz var.

Sizi  cinayət  törətməkdə  ittiham  edərlərsə  təqsiriniz 

qanun  əsasında  sübut  edilənədək  təqsirsiz  hesab  edi-

lirsiniz.  Müdafiəçinin  xidmətini  ödəmək  üçün  vəsaitiniz 

olmadıqda,  dövlət  tərəfindən  ödənilən  belə  müdafiədən 

pulsuz istifadə etmək hüququnuz var. 

  Maddə 7 – Qanunda nəzərdə tutulmamış cəzanın 

yolverilməzliyi

Törədildiyi zaman qanunla cinayət sayılmayan hər hansı 

hərəkətə  görə  cinayət  törətməkdə  təqsirli  hesab  edilə 

bilməzsiniz. 

 Maddə 8 – Şəxsi həyata və ailə həyatına hörmət hüququ

Öz şəxsi və ailə həyatınıza, evinizə və yazışma sirrinizə 

hörmət hüququna maliksiniz.

  Maddə 9 – Fikir, vicdan və din azadlığı 

Sizin fikir, vicdan və din azadlığı hüququnuz vardır. Evdə 

və başqaları ilə birlikdə etiqad etmək və istədiyinizdə dini-

nizi dəyişmək hüququna sahibsiniz.

  Maddə 10 – Fikir ifadə etmək azadlığı 

Fikirləşdiyinizi  ifadə  etmək  və  yazmaq,  eləcə  də 

başqalarından  məlumat  almaq  və  vermək  hüququna  

maliksiniz.

Bu hüquq eyni zamanda mətbuat azadlığını da əhatə edir. 



Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

AHİK-nın sadələşdirilmiş

versiyası

5

  Maddə 11 – Yığıncaqlar və birləşmək azadlığı 

Sizin  dinc  toplaşmaq  azadlığınız  və  öz  maraqlarınızı 

müdafiə  etmək  üçün  həmkarlar  ittifaqları  yaratmaq  və 

onlara qoşulmaq hüququ da daxil olmaqla, başqaları ilə 

birləşmək  hüququnuz var.

 Maddə 12 – Nikah hüququ

Nikaha daxil olmaq və ailə qurmaq hüququna maliksiniz.

  Maddə 13 – Səmərəli hüquqi müdafiə vasitələri 

hüququ


Hüquqlarınız  pozulduğu  zaman  məhkəmə  və  ya  digər 

dövlət orqanlarına rəsmi şikayət ərizəsi verə bilərsiniz. 

  Mqddə 14 – Ayrı-seçkiliyin qadağan olunması 

Dərinizin  rənginə,  cinsinizə,  dilinizə,  siyasi  və  ya  dini 

baxışlarınıza  və  ya  milli  və  ya  sosial  mənşəyinizə  bax-

mayaraq bu hüquqlara maliksiniz.

 Maddə 19-dan maddə 51-ə qədər 

Bu  maddələr  Avropa  İnsan  Hüquqları  Məhkəməsinin 

fəaliyyətini izah edir.

  Maddə 34 – Fərdi şikayətlər 

Konvensiyada təsbit edilmiş hüquqlarınız üzv dövlətlərdən 

birində pozulduğu zaman ilk öncə səlahiyyətli milli daxili 

hüquqi müdafiə vasitələrinə müraciət edə bilərsiniz.

Daxili hüquqi müdafiə vasitələri tükəndikdə Strasburqda 

yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinə birbaşa 

müraciət edə bilərsiniz. 

  Maddə 52 – Baş katibin sorğuları 

Avropa Şurası Baş katibinin sorğusu əsasında hökumətlər 

Konvensiyanın təsbit etdiyi hüquqları milli qanunvericiliklə 

necə müdafiə etdikləri haqda izahat verməlidirlər.



Konvensiyanın Protokolları

  1 saylı Protokol – Maddə 1. Mülkiyyətin müdafiəsi 

Mülkiyyətə sahib olmaq və onlardan istifadə etmək hüqu-

quna maliksiniz. 

  1 saylı Protokol – Maddə 2. Təhsil hüququ 

Məktəbə getmək hüququnuz var.

  1 saylı Protokol – Maddə 3. Azad seçki hüququ 

Gizli  səsvermə  yolu  ilə  ölkənizin  hökumətini  seçmək 

hüququnuz var.

  4 saylı Protokol – Maddə 2. Hərəkət etmək azadlığı  

Ölkə  daxilində  qanuni  olaraq  yaşayırsınızsa,  istədiyiniz 

yerə getmək və istədiyiniz yerdə yaşamaq hüququnuz var.

  6 saylı Protokol – Maddə 1. – Ölüm cəzasının ləğvi 

Ölüm cəzası ləğv edilməlidir.

  7 saylı Protokol – Maddə 2. Cinayət işlərinə dair 

hökmlərdən ikinci instansiyaya şikayət vermə hüququ 

Cinayət törətməyə görə məhkum edilmişsinizsə, işə yuxarı 

məhkəmə  instansiyasında  yenidən  baxılması  hüququna  

maliksiniz. 

  7 saylı Protokol – Maddə 3. Məhkəmə səhvinə görə 

kompensasiya 

Cinayət  törətməyə  görə  məhkum  olunmuşsunuzsa  və 

təqsirsizliyiniz  sonradan  sübut  olunubsa  kompensasiya 

almaq hüququnuz var. 

  12 saylı Protokol – Maddə 1. Ayrı-seçkiliyə ümumi 

qadağa 


Dərinizin rəngi, cinsiniz, diliniz, siyasi və dini baxışlarınız 

və  ya  mənşəniz  kimi  səbəblərə  görə  dövlət  orqanları 

tərəfindən ayrı-seçkiliyə məruz qala bilməzsiniz.

*

 Bu sənəd Məhkəmənin Mətbuat və İctimai Əlaqələr Bölməsi və İnsan hüquqları və Hüquqi İşlər Müdirliyinin İnformasiya və Nəşrlərə Dəstək Bölməsi ilə birgə 



Avropa Şurası Kommunikasiya müdiriyyəti tərəfindən tərtib edilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının bu sadələşdirilmiş versiyası yalnız tədris üçün 

nəzərdə  tutulmuşdur:  o,  Beynəlxalq Amnistiya  və  başqaları  tərəfindən  tərtib  edilmiş  Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsinin  sadələşdirilmiş  versiyası 

əsasında tərtib edilmişdir. Yeganə qanuni orijinal mətn ingilis və fransız dillərində olan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və 

onun əlavə protokollarıdır. 



www.human-rights-convention.org


Yüklə 4,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə