Hüquq VƏ azadlıqlar praktikada (2013)



Yüklə 4,16 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix25.08.2018
ölçüsü4,16 Mb.
#64130
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Hüquqlarımız diqqət mərkəzində  



7

... ev işçilərinin müdafiəsi: dövlətlər insanları ev 

köləliyindən müdafiə etmək üçün zəruri addımlar 

atmalıdırlar. 

2005-ci ildə Məhkəmə 



Siliadin Fransaya qarşı 

işində Maddə 4-ün pozulduğunu qeyd etmişdir. 

Siva–Akofa Siliadin fransa cinayət hüququnun 

onu ev köləsi vəziyyətinə salan “məcburi və icbari” 

əməyə qarşı müdafiə etməkdə kifayət qədər səmərəli 

olmadığından şikayət etmişdir. Məhkəmə Fransanın o 

zaman qüvvədə olan cinayət qanununun ərizəci qadının 

qurbanı olduğu fəaliyyətə qarşı mudafiəsini səmərəli və 

konkret şəkildə  təmin etmədiyini hesab etmişdir. 

...insan alverinə qarşı fəaliyyət: 2010-cu ilin yanvarında 

Məhkəmə 


Ranstsev Kipr və Rusiyaya qarşı işində Maddə 4-ün 

pozulduğunu və Rusya və Kipr hakimiyyət orqanlarının 20 

yaşlı rusyalı kabare artisti olan gənc qızı insan alverindən qo-

ruya bilmədiklərini qeyd etmişdir. Bu, insan alveri ilə bağlı 

Məhkəmənin ilk qərarı idi.

Maddə 4: 

Sizi köləlikdə 

saxlamaq və ya 

məcburi əməyə 

məcbur etmək 

qadağandır.

Konvensiyanın 4-cü Maddəsi köləliyi, əsarəti və məcburi və ya icbari əməyi qadağan 

edir.  Bu maddə eyni zamanda insan alverinə də tətbiq edilir. 

Dövlətlərdən  bu  cür  hərəkətlərə  qarşı  praktiki  və  səmərəli  müdafiəni  təmin  edən  

qanunvericiliyin olması tələb olunur.  

PRAKTİKADA, 

köləliyin və məcburi əməyin qadağan 

olunmasına daxildir…

və məcburi əməyin 

Köləliyin

qadağan olunması 



Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Hüquqlarımız diqqət mərkəzində  



7

Maddə 5: 

Həbs edilərkən, 

səbəbin bilmək 

hüququnuz var

Həbsə alındığınız 

zaman dərhal 

mühakimə edilmək 

ya məhkəməyə 

qədər azad 

edilmək hüququna 

maliksiniz. 

Konvensiyanın 5-ci Maddəsi həbsin qanuni olub-olmamasını yoxlamaq üçün vasitələr 

təklif edir və beləcə əsassız həbs etmə və ilkin saxlanmaya qarşı insanları müdafiə 

edir. 


Dövlətlərdən saxlanılan şəxslərə bir sıra prosessual təminatlar vermək tələb olunur.

Həbs edilən hər bir şəxsə həbsinin səbəbləri açıqlanmalı və təcili mühakimə edilməli 

və ya məhkəməyə qədər azad edilməlidir. Bundan əlavə, Maddə 5 ilə təmin edilən 

hüquqlara zidd şəkildə ilkin saxlanılan və ya həbs edilən şəxs kompensasiya hüqu-

quna malikdir. 

… qanunsuz həbs: Konvensiya hər bir kəsi  özbaşına və ya 

qanunsuz həbs olunmaqdan müdafiə edir.  

2004-cü ildə Məhkəmə 

Frommelt Lixtenşteynə qarşı işində 

Maddə 5-in pozulduğun qeyd etmişdir. Piter Frommelt  

mənimsəmə və saxtakarlığa görə cinayətdə şübhəli bilinib 

1997-ci ildə ibtidai həbsdə saxlanılıb. O, ona qarşı verilən 

həbs qəti imkan qərarında prosessual çatışmazlıqların 

olduğunu iddia edir.



... qanunsuz həbs: 2004-cü ilin aprelində Məhkəmə Assa-

nidze Gürcüstana qarşı işdə Maddə 5-in pozulduğunu qeyd 

etmişdir. Tengiz Assanidze Batuminin keçmiş meri və Acariya 

Muxtar Respublikasının Ali Şurasının üzvü idi. Ərizəçi Gür-

cüstan Ali Məhkəməsinin 2001-ci ildə azadlığa buraxılma 

qərarından sonra üç ildən çox həbsdə saxlanıldı. Məhkəmə 

ərizəçinin əsassız şəkildə həbsdə saxlanıldığını və Gürcüs-

tan dövlətinin onu ən qısa zamanda azadlığa buraxmasını 

söylədi. Bu, Məhkəmənin bir dövlətə ərizəçini ən qısa 

zamanda azadlığa buraxmağa əmr edən ilk qərarı idi. 

PRAKTİKADA, 

azadlıq və təhlükəsizlik hüququ  

tətbiq edilir, məsələn…

 

toxunulmazlıq

 

      hüququ 

Azadlıq 




Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Hüquqlarımız diqqət mərkəzində  



8

Maddə 8: 

Siz öz şəxsi və ailə 

həyatınıza, evinizə 

və yazışma sirrinizə 

hörmət hüququna 

maliksiniz. 

... nəşrlər şəxsi həyat hüququnu pozub: tanınmış şəxsiyyətlər 

və kral ailəsinin üzvləri şəxsi həyatlarının kütləvi informasiya 

vasitələrinin müdaxiləsindən müdafiə etmək üçün Maddə 8-ə 

istinad edirlər. 

2004-cü ildə Məhkəmə 

von Hannover Almaniyaya qarşı işində 

Maddə 8-in pozulduğun qeyd etmişdir. Şahzadə Karolin von 

Hannover 1990-cı illərdə alman jurnallarında çıxmış fotoların 

bir daha nəşr edilməsini onun şəxsi həyatının və imicinin 

müdafiə hüququnu pozacağını göstərərək qadağan etmək 

üçün dəfələrlə alman məhkəmələrinə müraciət etməsinə 

baxmayaraq müvəffəqiyyətsizliyə uğradı. Məhkəmə 

hamı kimi insanlar tərəfindən tanınan şəxslərin də şəxsi 

həyatının qorunması və ona hörmət edilməsi üçün “legitim 

gozləntilərə” malik olmalarını qeyd etmişdir. 



... boşanmadan sonra uşaq üzərində qəyyumluq: dövlətlər 

valideynlər və uşaqlar arasında sıx münasibətləri təmin 

etmək üçün məhkəmə qərarlarının möhkəmləndirilməsi 

istiqamətində zəruri addımlar atmalıdır.

2006-cı ildə Məhkəmə 

Bajrami Albaniyaya qarşı işində 

Maddə 8-in pozulduğunu qeyd etmişdir. Agim Bajrami 

keçmiş həyat yoldaşının boşandıqdan sonra Yunanıstana 

apardığı qızının onda qalması ilə bağlı məhkəmə qərarını 

yerinə yetirə bilmədiyindən şikayət etdi. Konvensiyanın 

dövlətləri ölkə məhkəməsinin valideyn və övladları 

birləşdirmək üçün verdiyi son qərarı yerinə yetirmək 

məqsədilə bütün lazımi tədbirləri görməsinə məcbur etdiyi-

ni xatırladaraq Məhkəmə ailə həyatına hörmət hüququnun 

pozulduğunu qeyd etdi.

Konvensiyanın 8-ci maddəsi şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət 

etmək hüququnu müdafiə edir.  

Dövlət fərdlərin şəxsi həyatına müdaxilə edə bilməz. Eyni zamanda, mənəvi və fiziki 

toxunulmazlığını müdafiə etmək öhdəliyi var.

Avropa İnsan Hüquqları Məhkəməsi “şəxsi və ailə həyatı”nın müdafisəini geniş şərh 

edərək əcnəbilərin deportasiyasını, özəl və qarşılıqlı homoseksual aktların qadağan 

olunmasını,  məhkumlara  ailə  üzvlərinin  dəfnində  iştirak  etməyə  dövlət  tərəfindən 

icazə verilməməsini, anadan ölü doğulan uşaqlara atalıq haqqının tanınmasının rədd 

edilməsini 8-ci maddənin pozulması kimi qiymətləndirir.   

PRAKTİKADA,  

şəxsi və ailə həyatına hörmət hüququ tətbiq 

edilir, məsələn....

 

və ailə həyatına

 

 

  

hörmət hüququ 

Şəxsi

 

həyata



Yüklə 4,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə