Hüquq VƏ azadlıqlar praktikada (2013)



Yüklə 4,16 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix25.08.2018
ölçüsü4,16 Mb.
#64130
1   2   3   4   5   6   7   8   9   10   11

Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

İnsan hüquqları Avropa  

Şurasının diqqət mərkəzində

1

Avropa Şurası  

bu qəbildən olan 

yeganə təşkilatdır  

 Avropa Şurasının əsas məqsədləri:

  İnsan hüquqlarını, plüralist demokratiyanı və qanunun 

aliliyini müdafiə etmək;

  Avropanın  mədəni  kimliynə  və  müxtəlifliyinə  dair 

maarifləndirməni və inkişafi təşviq etmək ;

  Avropa  cəmiyyətinin  üzləşdiyi  aşağıdakı  problemlərin 

birgə  həllini  tapmaq:  milli  azlıqlara  qarşı  ayrıseçkilik, 

ksenofobia,  dözumsüzlük,  bioetik  və  klonlama,  terro-

rizm,  insan  alveri,  mütəşəkkil  cinayətkarlıq  və  korrup-

siya, kibercinayətkarlıq, uşaqlara qarşı zorakılıq və s. 

  Siyasi,  qanunvericilik  və  konstitusional  islahatları 

dəstəkləməklə 

Avropada 

demokratik 

sabitliyi 

möhkəmləndirmək

 

Bu məqsədlərə çatmaq üçün Avropa Şurasının aşağıdakı 



orqanları vardır:

  

Nazirlər  Komitəsi 



:  üzv  dövlətlərin  xarici  işlər  nazirləri 

və ya onların Strasburqdakı daimi nümayəndələrindən 

ibarət rəhbər orqandır 

  

Parlament  Assambleyası



  (AŞPA)  :  üzvləri  milli 

parlamentlər  tərəfindən  təyin  olunmuş  məşvərətçi 

orqandır. 318 üzv və 318 əvəzedici üzvdən ibarətdir. 

  

Yerli  və  Regional  Hakimiyyətlər  Konqresi 



:  yerli  və  

regional hakimiyyətləri təmsil edən məşvərətçi orqandır

 

   Avropa  İnsan  Hüquqları  Məhkəməsi  :



  Avropa  İnsan 

Hüquqları  Konvensiyasında  təsbit  olunan  hüquqları 

öz  yurisdiksiyası  altındakı  hər  kəs  üçün  təmin  etmək 

səlahiyyətinə malik olan məhkəmə orqanıdır. 

   

 İnsan  Hüquqları  üzrə  Komissar  :



  üzv  dövlətlərdə 

təhsilə  və  insan  hüquqlarına  hörmət  edilməsinə  dair 

maarifləndirməni təşviq edən rəsmi müstəqil orqandır.

 

 Beynəlxalq QHT-lərin Konfransı



 : Avropa Şurası iştirakçı 

statusu verdiyi 400 beynəlxalq qeyri-hökumət təşkilatı 

(QHT) ilə dialoqa açıqdır. 

  

Baş  Katib



:  AŞPA  tərəfindən  beş  il  müddətə  seçilən 

Baş  Katib  təşkilatın  rəhbəridir.    O,  Avropa  Şurasının 

iş  proqramı  və  büdcəsinin  strateji  planlaşdırma  və 

istiqamətinə  görə  məsuliyyət  daşıyır  və  təşkilatın 

gündəlik idarəetməsinə nəzarət edir. 

  

Katiblik



: 47 üzv dövləti təmsil edən 2000-dən çox çox 

əməkdaş  Avropa  Şurasının  Strasburqdakı  (Fransa) 

baş qərargahında və onun Avropadakı digər ofislərində 

fəaliyyət göstərir. 

 

www.coe.int



Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

İnsan hüquqları Avropa  

Şurasının diqqət mərkəzində

1

Daha Böyük Avropa  

Reykyavikdən  

Vladivostoka

5  may  1949-cu  il  tarixində  10  dövlət 

tərəfindən təsis olunan Avropa Şurası 

baş  qərargahı  Strasburqda  yerləşən 

beynəlxalq təşkilatdır.  

Bu  gün  onun  800  milyon  əhalini 

təmsil edən 47 üzv dövləti  var: 

 

Digər üzv dövlətlər  



(qəbul tarixinə görə)   

    


Yunanıstan (1949)

    


Türkiyə (1949)

    İslandiya (1950)

    Almaniya (1950)

    Avstriya (1956)

    Kipr (1961)

        İsverçrə (1963)

    Malta (1965)

    Portuqaliya (1976)

    İspaniya (1977)

    Lixtenşteyn (1978)

   San Marino (1988)

    Finlandiya (1989)   

    Macarıstan (1990)

    Polşa (1991)

    Bolqarıstan (1992)

    Estoniya (1993)

    Litva (1993)

    Sloveniya (1993)

    Çex Respublikası (1993)

    Slovakiya (1993)

    Rumıniya (1993)

    Andorra (1994)

    Latviya (1995)

    Albaniya (1995) 

 

    Moldova Respublikası (1995)



     Keçmiş Yuqoslaviya 

Respublikası Makedoniya  

(1995)

    Ukrayna (1995)



    Rusiya Federasiyası (1996)

    Xorvatiya (1996)

    Gürcüstan (1999)

    Ermənistan (2001)

    Azərbaycan (2001)

     Bosniya və Herzeqovina 

(2002)

    Serbiya (2003)



    Monako (2004)

    Monteneqro (2007)

Təsisçi üzvlər  

(5 may 1949-cu il)

    Belçika

    Danimarka

    Fransa

    İrlandiya

    İtaliya

    Lüksemburq

    Norveç

    Hollandiya

    Birləşmiş Krallıq

    İsveç




Hüquqlarımız, azadlıqlarımız

  

 



AHİM-in tədrisi

  

Avropa İnsan Hüquqları  

Konvensiyası diqqət mərkəzində

w

2



Bilirsinizmi?

Avropa İnsan hüquqları Konvensiyası 

birbaşa 1948-ci ildə BMT-nin Baş 

Asambleyasında qəbul olunmuş  

Beynəlxalq İnsan Hüquqları 

Bəyənnaməsinə əsaslanır. 



AİHK nədir?

İnsan hüquqları və əsas 

azadlıqların təminatı

Avropa İnsan Hüquqları Konvensiyası (AİHK) 1950-ci ildə 

qəbul edilmiş və 1953-cü ildə qüvvəyə minmiş 

beynəlxalq 

müqavilədir. Bu, məqsədi insan hüquqlarının qorunması 

olan ilk Avropa Şurası konvensiyasıdır. Təşkilata girmək 

üçün dövlətlər bu konvensiyanı  ratifikasiya etməlidirlər.  

Konvensiya aşağıdakı hüquqları müdafiə edir:

 Yaşamaq, azadlıq və təhlükəsizlik

 Şəxsi və ailə həyatına hörmət

 Söz azadlığı

 Fikir, vicdan və din azadlığı 

 Seçmək və seçilmək hüququ

  Mülki və cinayət işlərində ədalətli mühakimə olunmaq 

hüququ

 Mülkiyyət və əmlakdan maneəsiz istifadə hüququ 



Eyni zamanda, aşağıdakıları qadağan edir:

  İşgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya 

cəza 

  Köləlik və məcburi əmək



  Əsassız və qeyri-qanuni həbs

  Konvensiyada  təsbit  olunan  hüquq  və  azadlıqlardan  

qeyri-bərabər istifadə olunma

  Dövlətin  öz  vətəndaşlarını  ərazisindən  qovması  və  ya  

onlara  həmin  dövlətin  ərazisinə  daxil  olmağa  qadağa 

qoyması


  Ölüm cəzası

  Əcnəbi vətəndaşların ölkədən kollektiv şəkildə çıxarılması



Beynəlxalq müqavilə 

Dövlətlər arasında münasibətlərin  hüquqi tənzimlənməsini 

müəyyən edən sazişdir.

Konvensiya

Konvensiya iki və ya daha çox dövlət arasında mövcud 

olan  hüquqi  saazişdir.  Konvensiyada  təsbit  olunanlara 

riayət  etmək  istədiklərini  göstərmək  üçün  dövlətlər  ilk 

növbədə onu  imzalamağa dəvət olunurlar. Konvensiyanı 

tətbiq  etməyə  hazır  olduqda  isə  onu  ratifikasiya  edə 

bilərlər.  Yəni  onun  təsbit  etdiyi  dəyərləri  və  təlimatları 

öhdəlik kimi öz üzərilərinə götürürlər.



Konvensiyanın protokolu 

Konvensiyaya  əlavə  protokol  həmin  konvensiyanın 

mətninə bir və ya daha çox hüquq əlavə edir, və ya onun 

müddəalarına düzəlişlər edir. Konvensiyaya əlavə hüqu-

qlar daxil edən protokollar yalnız onu imzalayan və rati-

fikasiya edən dövlətlərin üzərinə öhdəlik qoyur. Bu günə 

qədər AİHK-ya 14 əlavə protokol qəbul olunmuşdur. 

www.human-rights-convention.org



Yüklə 4,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə